Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

 
 
81 
burada  70  came  və  40  məscid  var  idi
1
. Türk səyyahı bunlardan 
Əhməd  paşa,  Fərhad  paşa,  Gözəl  Əli  paşa,  Çıqal  oğlu,  Xadim 
Cəfər paşa camelərinin gözəlliyini xüsusi qeyd edir, bəzilərinin 
isə hətta İstanbul camelərini xatırlatdığını yazır.
2
 Xanlıqlar döv-
ründə  Naxçıvanda  cəmi  dörd  məscid  fəaliyyət  göstərirdi.  Əl-
bəttə,  bu  məscidləri  Evliya  Çələbinin  təsvir  etdiyi  məscidlərlə 
müqayisə  etmək  olmazdı.  Müasirlərdən  biri  yazırdı  ki,  «Nax-
çıvanda dörd məscid var, onların memarlıq baxımından çox sadə 
görünüşü  var  və  Asiya  üslubunda  tikilmişlər».
3
  Bu  dövrdə 
Naxçıvanda üç hamam – Şeyx-əli bəy, Fəzli bəy və Mirzəli bəy 
hamamları da fəaliyyət göstərirdi.
4
 
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Naxçıvan bölgə-
sində  mövcud  olan  şəhərlərdən  biri  də  Ordubad  idi.  Uzun 
müddət inzibati mərkəz olan və buna görə də tez-tez hücumlara 
məruz  qalan,  Naxçıvandan  fərqli  olaraq,  Ordubad  şəhəri  da-
ğıntılara  daha  az  məruz  qalmışdı.  Bu  isə,  şübhəsiz  ki,  şəhərin 
ümumi görkəminə, həm də iqtisadi inkişafına müsbət təsir gös-
tərmişdi. XIX əsrin əvvəllərində tərtib edilmiş bütün mənbələrdə 
Ordubad,  Naxçıvan  bölgəsinin  ən  abad,  yaşıllıqlara  qərq  olun-
muş yaraşıqlı şəhəri kimi təsvir olunur:  
«Ordubad  şəhəri  görkəm  etibarilə  rəngarəngdir,  İrəvan  və 
Naxçıvandan daha çox ürəyəyatandır. Orada xarabalıqlar, demək 
olar ki,  yoxdur. Küçələr bütün Asiya şəhərlərində olduğu kimi, 
dolanbac  olsalar  da  gildən  tikilmiş  divarlar  və  binalar  bir 
bütövlük təşkil edirlər, binaların arasında gözəl bağlar görünür. 
Hər  addım  başında  olan  su,  ətrafa  sərinlik  yayır  və  bir  çox 
həyətlərdə fəvvarələr yaradır».
5
 
Ordubad  şəhəri  Zəngəzur  dağlarının  ətəklərindən  başlayan 
və iki dağ silsiləsinin ardınca uzanan maili düzənlikdə yerləşirdi. 
Şəhər şimaldan Aşağı Andemiç, şərqdən Kəntan, qərbdən Dəstə 
                                                 
1
 Övliya Çələbi. Göstərilən əsəri, s. 114-115. 
2
 Yenə orada. 
3
 K.N.Nikitin. Göstərilən əsəri, s. 121 
4
 Yenə orada. 
5
 Azərbaycan MDTA, f. 24, siy. 1, 372-ci sənəd,
 
v. 5-6. 


 
 
82 
kəndləri ilə həmsərhəd idi.
1
 Ordubad çayı şəhəri iki hissəyə bö-
lürdü... Çayın üstündən daşdan körpü tikilmişdi.
2
 
Naxçıvana nisbətən kiçik şəhər olan Ordubadda məhəllələrin 
də sayı  nisbətən  az idi. Osmanlı dəftərlərinin verdiyi  məlumat-
lardan  aydın  olur  ki,  XVIII  əsrin  birinci  rübündə  burada  dörd 
məhəllə  –  Anbaras,  Minkis,  Sərşəhər  və  İşterenke  məhəllələri 
olmuşdur.
3
  XVIII  əsrin  birinci  rübündən,  XIX  əsrin  əvvəlləri-
nədək, keçən müddət ərzində, şəhərdə olan məhəllələrin sayında 
elə bir ciddi dəyişiklik müşahidə olunmur. XIX əsrin əvvəllərinə 
aid  mənbələrdə  Ordubadda  beş  məhəllə  olduğu  göstərilir
4

Məhəllələrin  adları  da  elə  bir  ciddi  dəyişikliyə  uğramamışdı. 
Osmanlı  dəftərlərində  İştərənkə  kimi  qeyd  olunan  məhəllənin 
adı  rusdilli  mənbədə  Üç  düdankə  (Uç  dudanqa)  kimi  verilir. 
Bütövlükdə XIX əsrin əvvəllərində Ordubad şəhərində aşağıdakı 
məhəllələr  var  idi:  Anbaras,  Kürdüdal  (çox  güman  ki, 
«Kürdtala»nın  təhrif  olunmuş  formasıdır),  Minkis,  Sərşəhər  və 
Üç düdəngə.
5
 
Nisbətən  kiçik  olmasına  baxmayaraq,  Ordubad  şəhərində 
ictimai  binalar  və  tikililər  Naxçıvandan  çox  idi.  Şəhərdə  üç 
meydan  var  idi  ki,  bunlardan  da  ən  səfalısı  Kürd  meydanı 
adlanan dördbucaqlı meydan idi.
6
 Vaxtilə buraya alver məqsədi 
ilə çoxlu kürdlərin gəldiyi güman olunur. Bu meydanda yerləşən 
şəhər  bazarı,  bütün  Azərbaycan  şəhərlərində  olduğu  kimi, 
Ordubadda da ticarət dükanlarının və sənətkar emalatxanalarının 
cəmləşdiyi  əsas  mərkəz  idi.  Burada  dükan  və  emalatxanaların 
sayı 197-yə çatırdı.
7
 
                                                 
1
 İ.Şopen. Göstərilən əsəri, s. 481. 
2
 Azərbaycan MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 9. 
3
 M BünyadovH.M.Məmmədov. Naxçıvan dəftəri. — «Ədəbiyyat və 
incəsənət» qəz., 13 sentyabr 1985. 
4
 Azərbaycan MDTA, f 24, I siy., 372-ci sənəd, v. 3; İ.Şopen Göstərilən əsəri, 
s. 481. 
5
 Yenə orada. 
6
 İ.Şopen. Göstərilən əsəri, s. 483 
7
 Azərbaycan MDTA. f. 24, I siy., 372-çi sənəd, v. 9 


 
 
83 
Dini  obyektlərin  sayına  görə  də  Ordubad  şəhəri  Naxçıvan-
dan üstün idi. XIX əsrin əvvəllərində tərtib edilmiş mənbələrdən 
birinin  verdiyi  məlumatdan  aydın  olur  ki,  həmin  vaxt  şəhərdə 
altı  məhəllə  məscidi  fəaliyyət  göstərirmiş.  Bu  məscidlərdən  ən 
böyüyünün nəzdində mədrəsə mövcud idi.
1
 
Ordubad  şəhəri  uzun  müddət  Naxçıvan  bölgəsinin  mühüm 
ticarət  mərkəzlərindən  biri  olmuşdur.  Bu,  şəhərdə  tikilmiş  kar-
vansaralar özünü daha aydın göstərirdi. XVIII əsrin sonu – XIX 
əsrin əvvəllərində, Ordubadda karvansaraların ümumi sayı altıya 
çatırdı.  Lakin  bölgədə  gedən  siyasi  çəkişmələr  və  ümumi 
iqtisadi  tənəzzül  nəticəsində  şəhərdə  mövcud  olan  altı  karvan-
saradan  yalnız  ikisi  fəaliyyət  göstərirdi.  Yerdə  qalan  dörd  kar-
vansara  isə  dağıdılmış  vəziyyətdə  idi.  Onların  birində  dulus-
çuluq emalatxanası fəaliyyət göstərirdi.
2
 
Tədqiq  etdiyimiz  dövrdə,  Ordubadın  mühüm  sənətkarlıq 
mərkəzlərindən  biri  olması,  onun  ümumi  görkəminə  təsir 
göstərən  mühüm  amillərdən  birinə  çevrilmişdi.  Ordubadda 
başqa  sənət  sahələri  ilə  yanaşı  12  dabbaqxana  fəaliyyət  göstə-
rirdi.
3
 Məlumdur ki, orta əsrlərdə dabbaqxanalar sənətin spesifik 
xüsusiyyəti ilə əlaqədar, şəhərlərin kənarlarında  olan su hövzə-
lərinin  yaxınlığında  tikilirdi.  Lakin  Ordubadda  adicə  səhlən-
karlıq ucbatından bu dabbaqxanalar düz şəhərin ortasında, çayın 
üstündə  tikilmişdi.  Şəhərdə  çoxlu  su  tələb  edən  iki  ipəksarıma 
emalatxanası  da  fəaliyyət  göstərirdi.  Nəticədə  buradan  bağlara 
axan su çirklənirdi.
4
 
Naxçıvan bölgəsinin şəhərlərindən bəhs edərkən, XIX əsrin 
əvvəllərində  tərtib  olunmuş  mənbələrdə  adı  çəkilən  Abbasabad 
qalası  haqqında  da  danışmaq  yerinə  düşərdi.  Mənbələrin  ver-
dikləri məlumatlardan aydın olur ki, həmin qala hərbi zərurətdən 
yaranmış  bir  obyekt  olmuşdur.  Birinci  Rusiya-İran  müharibə-
sinin gedişində (1804-1813-cü illər) dəfələrlə ağır məğlubiyyətə 
                                                 
1
 İ Şopen. Göstərilən əsəri, s. 482 
2
 Yenə orada. 
3
 Azərbaycan .MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 9. 
4
 Yenə orada, v. 13; İ.Şopen. Göstərilən əsəri, s. 484. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə