Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   25   26   27   28   29   30   31   32   33

 
 
90 
Müasir dövrdə erməni ekstremistləri Qarabağ kimi, Naxçıva-
na  da  «erməni  torpağı»  kimi  baxdıqları  üçün,  Rusiyanın  işğalı 
dövründə, bu hadisədən sonra da Naxçıvan bölgəsində əhalinin 
milli tərkibində dəyişiklik əmələ gəldiyinə və həmin problemin 
hazırda  aktuallığına  görə  Naxçıvan  bölgəsinə  rus  çarizminin 
xristianları  köçürməsi  məsələsi  üstündə  dayanmağı  məq-
sədəuyğun hesab edirik. 
Dəlillərə müraciət  etməzdən əvvəl, tarixi  aksiomaya  əsasla-
naraq qeyd etməliyik ki, Azərbaycan şəhərləri olan Naxçıvan və 
Ordubadda  əhalinin  mütləq  əksəriyyəti  də  azərbaycanlılardan 
ibarət  idi.  Həmin  şəhərlərin  əhalisinin  milli  tərkibinin  kökü 
qədim keçmişimizə təsadüf edir. Orta əsrlərin son dövrlərinə aid 
mənbələr  də,  bu  fikri  təsdiq  edir.  Lakin  bu  heç  də  o  demək 
deyildir  ki,  Naxçıvan  diyarında  başqa  xalqların  nümayəndələri 
yaşamamışdır.  Burada  Azərbaycanın  qədim  tayfalarından  olan 
albanların  qalıqları,  həmçinin  Kilikiyadan  gəlmiş  bir  neçə  er-
məni  ailəsi  də  yaşayırdılar.  Lakin  onların  xüsusi  çəkisi  nəzərə 
çarpmaz  dərəcədə  az  idi.  Bununla  belə  qeyd  etməliyik  ki,  böl-
gənin  sosial-siyasi  tarixinə  toxunan  əsərlərdə,  şəhər  əhalisinin 
etnik-milli  tərkibinə  dair  heç  bir  statistik  məlumata  hələlik 
təsadüf etməmişik. Buna baxmayaraq əldə olan materiallar əsa-
sında, şəhər əhalisinin milli tərkibi haqqında müəyyən fikir söy-
ləməyə çalışacağıq. 
Orta əsrlərdə Naxçıvan şəhərində bir neçə məhəllənin olma-
sını  yuxarıda  qeyd  etmişik.  Osmanlı  dəftərindən  aydın  olur  ki, 
bu məhəllələrin, demək olar ki, hamısında ancaq azərbaycanlılar 
yaşayırdı.
1
 Həmin dövrdə, şəhərdə olan məhəllələrdən biri «Mə-
həlləyi-gebran» adlanırdı.
2
 
Çox güman ki, bu məhəllədə atəşpərəstlər (gebrlər) yaşayır-
mışlar. Əgər nəzərə alsaq ki, Naxçıvanda olan məhəllələrdən hər 
biri orada yaşayanların adı ilə adlanırdı, o zaman, hazırda Nax-
çıvana əl uzatmaq iddiasında olan ermənilərin adına, Naxçıvan-
                                                 
1
 İrəvan əyalətinin müfəssəl dəftəri, s. 276—296. 
2
 Yenə orada, s. 306. 


 
 
91 
da  məhəllənin  olmaması  göstərir  ki,  müasir  ermənilərin  əcdad-
ları burada məskun olmamışlar, ata-babaları isə buraya çarizmin 
"istilasından  sonra  köçmüşlər.  Adi  məntiqə  görə,  əgər  erməni 
ideoloqlarının  uydurduqları  kimi,  onlar  Naxçıvanda  yüz  illər 
boyu  yaşamış  olsaydılar,  məhəllələrdən  biri  hökmən  «erməni 
məhəlləsi» adlandırılardı. 
Ordubad  şəhərinin  milli  tərkibi  də  təxminən  Naxçıvandakı 
tərkibə  uyğun  gəlirdi.  Burada  olan  beş  məhəllədən  dördündə 
azərbaycanlılar  yaşayırdılar.  Qondarma  «ermənilər  məhəlləsi» 
isə  burada  yalnız  Türkmənçay  müqaviləsindən  sonra  yaran-
mışdır.
1
  Fikrimizi  faktiki  dəlillərlə  əsaslandırmaq  məqsədi  ilə, 
bir  qədər  keçmişə  nəzər  salaq.  Qeyd  etməliyik  ki,  1727-ci  ildə 
tərtib  edilmiş  «Naxçıvan  sancağının  müfəssəl  dəftəri»ndən  də 
aydın  olur  ki,  keçən  müddət  ərzində  şəhər  əhalisinin  milli 
tərkibində elə bir əhəmiyyətli dəyişiklik olmamışdır. Dəftərdəki 
məlumatlara  görə,  bu  dövrdə  Naxçıvanda  vergi  verənlərin  sayı 
877  nəfər  olmuşdur.  Bunlardan  799  nəfəri  azərbaycanlı,  yalnız 
78  nəfəri  xristian  idi.
2
  Bundan  belə  nəticə  çıxarmaq  olar  ki, 
XVIII  əsrin  əvvəllərində  Naxçıvanda  əhalinin  təxminən  7,8%-i 
«ermənilərdən»  ibarət  idi.  Ordubad  şəhərinə  gəldikdə  isə  «dəf-
tərin»  materialları  göstərir  ki,  XVIII  əsrin  əvvəllərində  burada 
azərbaycanlılardan  başqa  digər  xalqların  nümayəndəsi  yaşama-
mışdır.
3
 
XVIII  əsrin  əvvəllərində,  Rusiya-İran  və  Rusiya-Türkiyə 
müharibələri  ilə  əlaqədar,  Azərbaycanın  digər  bölgələrində  ol-
duğu  kimi,  Naxçıvan  bölgəsində  də  əhalinin  həm  ümumi  sa-
yında, həm də milli tərkibində ciddi dəyişikliklər müşahidə olu-
nur. Məlumdur ki, çar Rusiyası həm apardığı müharibələrin ge-
dişində,  həm  də  müharibədən  sonra,  İran  və  Türkiyə  sərhəd-
lərində,  xristianlardan  ibarət  özünə  etibarlı  zona  yaratmağa  ça-
lışırdı.  Bu  məqsədlə  İrandan,  Cənubi  Azərbaycandan  və  Tür-
                                                 
1
 İrəvan əyalətinin müfəssəl dəftəri, s. 306. 
2
 Naxçıvan sancağının müfəssəl dəftəri, s. 14. 
3
 Yenə orada. 


 
 
92 
kiyədən  ermənilərin  Cənubi  Qafqaza  kütləvi  köçürülməsinə 
başlanıldı. 1828-1832-ci illərdə bu proses daha intensiv xarakter 
almışdı. Köçürülənlər ən çox İrəvan, Naxçıvan və Qarabağ xan-
lıqlarının  ərazilərində  ən  yaxşı  torpaqlarda  yerləşdirildilər.  Bu 
zaman  yerli  azərbaycanlı  əhalinin  hüquqları  kobudcasına  po-
zulur, onlar xüsusi amansızlıqla öz yaşayış vasitələrindən məh-
rum  edilirdilər.
1
  Məhz  bunun  nəticəsində,  azərbaycanlılar  küt-
ləvi şəkildə öz yaşayış yerlərini tərk etməyə məcbur edilirdilər. 
Məsələn,  birinci  Rusiya-İran  müharibəsinin  gedişində  yalnız 
Qarabağdan  20  min  azərbaycanlı  öz  vətənlərini  tərk  edərək, 
İrana  və  Azərbaycanın  şərq  hissəsinə  köçməyə  məcbur  ol-
muşdu.
2
 Bu proses Naxçıvan bölgəsində də müşahidə olunurdu. 
XVIII  əsrin  sonu  –  XIX  əsrin  əvvəllərində  Naxçıvan  böl-
gəsində  əhalinin  milli  tərkibində  baş  verən  dəyişikliklər,  yuxa-
rıda  qeyd  edildiyi  kimi,  hər  şeydən  əvvəl,  çarizmin  köçürmə 
siyasəti ilə bağlı idi. Yalnız 1828-1831-ci illərdə Naxçıvan böl-
gəsinə  2387  erməni  ailəsi  (12  min  nəfər)  köçürülmüşdü
3

Köçürülən ermənilərin bir qismi bölgənin Naxçıvan və Ordubad 
şəhərlərində yerləşdirilmişdi. 
Yuxarıda  qeyd  edilmişdi  ki,  XIX  əsrin  əvvəlində  1806-cı 
ildə Naxçıvanda 5 min nəfər yaşayırdı. 1831-ci ilin kameral təs-
virində,  burada  5470  nəfərin  yaşadığı  göstərilir  ki,  bunların  da 
1110  nəfərini  köçkün  ermənilər  təşkil  edirdilər.
4
  Verilən  rə-
qəmləri diqqətlə təhlil etdikdə aydın olur ki, 1806-cı ildən 1831-
ci ilə qədər keçən müddət ərzində, Naxçıvanda azərbaycanlıların 
sayı əvvəlki illərə nisbətən azalmış, gəlmə ermənilərin sayı isə, 
çar  Rusiyasının  canfəşanlığı  sayəsində  əksinə,  xeyli  artmışdır. 
Beləliklə,  əgər  əsrin  başlanğıcında  ermənilər  Naxçıvanda  əha-
                                                 
1
 MDHTA, f. VUA, 18512-ci sənəd, v. 37; Х. Ю. Вердиева, Население 
Северного Азербайджана в первой половине XIX в. (Историко-
демографическое исследование). Автореф. Дисс. Канд. Ист. Наук, 
баку, 1992, с. 17. 
2
 Н.Дубровин. Закавказье в 1803-1806 гг. СПб., 1866, с. 426. 
3
 İ.Şopen. Göstərilən əsəri, s. 637. 
4
 Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə