Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   25   26   27   28   29   30   31   32   33

 
 
93 
linin 14,3%-ni təşkil edirdilərsə, çarizmin köçürmə siyasəti nəti-
cəsində onların sayı 33-36%-ə çatmışdı. 
Naxçıvandan fərqli olaraq, Ordubadda şəhər əhalisinin milli 
tərkibində elə bir ciddi dəyişiklik müşahidə olunmur. Bu dövrdə 
Ordubadda  yaşayan 803 ailədən 767-si azərbaycanlılardan, yal-
nız 36-sı  Türkmənçay müqaviləsindən sonra  İrandan köçürülən 
ermənilərdən ibarət idi.
1
 
Azərbaycanın digər şəhərlərində olduğu kimi, Naxçıvan böl-
gəsinin şəhərlərində də əhalinin başlıca məşğuliyyət sahələri ti-
carət  və  sənətkarlıq  idi.  Tacirlər  və  sənətkarlar  Naxçıvan  və 
Ordubad şəhərlərində əhalinin böyük əksəriyyətini təşkil edirdi. 
Lakin  tədqiq  etdiyimiz  dövrdə,  mövcud  siyasi  vəziyyətlə  
əlaqədar,  Naxçıvanda  təsərrüfat  həyatının  digər  sahələri  kimi 
sənətkarlıq da tənəzzülə uğramışdı. 
Beləliklə, yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə 
gəlmək  olar  ki,  Naxçıvan  bölgəsi  tarixən  özünün  şəhərləri  ilə 
zəngin  olmuşdur.  Bölgənin  ən  böyük  şəhəri  olan  Naxçıvan  şə-
həri siyasi hadisələrlə əlaqədar olaraq, XVIII əsrin ortalarından 
başlayaraq tədricən özünün əvvəlki zənginliyini itirməyə başla-
mışdı. 
Naxçıvan  bölgəsində  eyni  adlı  şəhərdən  başqa  Ordubad  şə-
həri də xanlığın siyasi və iqtisadi həyatında müəyyən rol oyna-
mışdır. Doğrudur, Naxçıvan xanlığında Culfa, Əylis və Azad ki-
mi  şəhərlər  də  olmuşdur,  lakin  bu  şəhərlər  vaxtı  ilə  Azərbay-
canın  mühüm  ticarət  və  sənətkarlıq  mərkəzləri  olduqları  halda, 
öyrəndiyimiz  dövrdə  bir  şəhər  kimi  öz  əhəmiyyətlərini  itir-
mişlər. 
Əsrlər  boyu  bölgədə  baş  verən  siyasi  və  iqtisadi  proseslər 
nəticəsində,  Naxçıvan  bölgəsində  mövcud  olan  şəhərlərin,  de-
mək olar ki, hamısı qismən dağılmış və qismən yaşayış məskə-
ninə çevrilmişdi.  Məhz buna  görə də coğrafi və strateji  baxım-
dan, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Naxçıvan böl-
gəsində,  orta  əsr  şəhəri  kimi  yalnız  Naxçıvan  və  Ordubad  şə-
                                                 
1
 Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 7. 


 
 
94 
hərləri  fəaliyyət  göstərmişlər.  Yadelli  işğalçıların  basqınları  və 
feodal  ara  müharibələri  bu  şəhərlərin  xarici  görünüşünə  mənfi 
təsir  göstərməklə  yanaşı,  onların  iqtisadi  həyatının  tənəzzül  et-
məsinə  də  səbəb  olmuşdu.  Məhz  buna  görə  də  öyrəndiyimiz 
dövrdə,  kiçik  şəhərlərə  çevrilən  Naxçıvan  və  Ordubadda  əha-
linin  sayı  da,  əvvəlki  əsrlərlə  müqayisədə  kəskin  şəkildə  azal-
mışdı. 
Naxçıvan  və  Ordubad  şəhərlərində  əhalinin  sosial  və  milli 
tərkibi də bölgədə gedən ictimai-siyasi proseslərlə bağlı olmuş-
dur.  Şəhərlərdə  ali  feodal  silkinin  nümayəndələri  –  xan,  bəy, 
axund, molla, seyid, mirzə, yüksək hərbi rütbəyə malik olanlar, 
sənətkar və tacirlərlə yanaşı kəndli ailələri də yaşayırdılar. Türk-
mənçay müqaviləsindən sonra Naxçıvan diyarında, əhalinin mil-
li  tərkibində  müəyyən  dəyişikliklər  baş  vermişdir.  Rus  çariz-
minin köçürmə siyasəti nəticəsində, xüsusilə Naxçıvanda gəlmə 
ermənilərin məskunlaşması müşahidə olunur. 
Tənəzzül  dövrünə  baxmayaraq,  Naxçıvan  və  Ordubad 
şəhərləri  əvvəlki  kimi,  diyarın  ticarət-sənətkarlıq  mərkəzləri 
qalmaqda  davam  edirdi.  Şəhərlərdə  əhalinin  əksər  hissəsi  ali 
silkin  nümayəndələri,  tacir  və  sənətkarlardan  ibarət  idi.  Nax-
çıvan  və  Ordubadın  iqtisadi  həyatında  kənd  təsərrüfatı  mühüm 
rol  oynayırdı.  Bu,  bütövlükdə  sənətkarlığın  kənd  təsərrüfatı  ilə 
əlaqəsinin, şəhərlərin  və kəndlərin  eyni  iqtisadi  zəmin əsasında 
inkişaf etdiyinin bir növ təzahürü idi. 


 
 
95 
NƏTİCƏ 
 
Əsərin  xronoloji  çərçivəsinə  əsasən,  tədqiq  etdiyimiz  Nax-
çıvan  diyarının  siyasi-tarixi  XVII  əsrin  ikinci  yarısı  və  XVIII 
əsrin birinci rübünü əhatə edir. 
Azərbaycanın  qərbində  yerləşən  Naxçıvan  diyarı,  Zəngəzur 
dağlarından  başlayıb,  Araz  çayına  qədər  uzanan  böyük bir  əra-
zini  əhatə  edirdi.  Diyar  şimalda  İrəvan,  şimal-şərqdə  Qarabağ, 
cənubda isə Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. Diyarın 
şərqindən Kiçik Qafqaz, şimalından isə Dərələyəz dağları keçir. 
Naxçıvan  diyarının  ərazisi  əsrlər  boyu  baş  verən  hərbi  və 
siyasi  hadisələrin  təsiri  nəticəsində  ciddi  dəyişikliklərə  məruz 
qalmışdır.  Diyarın  istər  xarici  sərhədlərində,  istərsə  də  daxili 
inzibati  bölgüsündə  baş  verən  dəyişikliklərdə,  Səfəvi-Osmanlı 
müharibələrinin təsiri xüsusilə böyük olmuşdu. Müstəqil xanlıq 
meydana  gələnə  qədər  bu  diyar  bir  neçə  dəfə  Osmanlı  Türki-
yəsinin hakimiyyəti altına düşmüşdü. 
Naxçıvan diyarı XVI əsrin sonlarından başlayaraq, Səfəvilər 
dövlətinin inzibati cəhətdən bölünmüş bəylərbəyliklərindən, əv-
vəlcə  Təbriz  (Cənubi  Azərbaycan),  XVII  əsrin  sonundan  isə 
Çuxur-Səd  bəylərbəyliyinin  tərkibinə  daxil  edilmişdi.  Belə  və-
ziyyət  Nadir  şah  Əfşarın  (1736-1747)  hakimiyyətinə  qədər  da-
vam etmişdi. Nadir şah hakimiyyət başına gəldikdən sonra, Sə-
fəvilərin  inzibati-ərazi  bölgüsünü  ləğv  edərək,  Azərbaycandakı 
bəylərbəyliklərin yerinə vahid Azərbaycan vilayəti təsis etmişdi. 
Həmin vilayətin sərhədi  qərbdən  İrəvan, şərqdən isə Dərbəndlə 
məhdudlaşırdı. 
Müstəqil xanlıqlar dövründə, siyasi hadisələrin təsiri altında, 
Naxçıvan diyarının xarici sərhədləri müəyyən dəyişikliklərə mə-
ruz  qalmışdır.  Belə  ki,  bu  dövrdə  Naxçıvan  xanlığı  Xoy,  Qa-
rabağ, İrəvan xanlıqları, Kartli-Kaxetiya çarlığı və İran arasında 
fasiləsiz  mübarizə  obyektinə  çevrilmişdir.  Məhz  bu  dövrdə 
vaxtilə Naxçıvan diyarının tərkibinə daxil olmuş Tativ, Sisian və 
Mehri  mahalları  qarabağlı  Pənah  Əli  xan  tərəfindən  işğal 
edilərək Qarabağ xanlığının tərkibinə qatılmışdı. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə