Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   25   26   27   28   29   30   31   32   33

 
 
96 
1797-ci ildən etibarən Naxçıvan xanlığı yenidən, özünün si-
yasi müstəqilliyini itirərək  İranın  hakimiyyəti  altına düşmüş və 
İranın ucqar əyalətlərindən birinə çevrilmişdi. 1828-ci ilə qədər 
davam edən İran hakimiyyəti dövründə diyarın ərazisində elə bir 
dəyişiklik müşahidə olunmur. Bölgədə cərəyan edən siyasi hadi-
sələr, ilk növbədə hərbi əməliyyatlar, Naxçıvan diyarının daxili 
inzibati-ərazi bölgüsündə daha ciddi dəyişikliklərə səbəb olmuş-
du. Lakin bu dəyişikliklərin dinamikasını izləmək üçün mənbə-
lərin olmaması bizə xeyli çətinlik törədir, XIX əsrin əvvəllərində 
diyarın inzibati-ərazi  bölgüsündə baş vermiş  dəyişiklikləri izlə-
məyə  imkan  verən  yerli  mənbələr,  demək  olar  ki,  yoxdur.  Bu 
boşluğu, müəyyən dərəcə müxtəlif vaxtlarda tərtib  edilmiş türk 
və qismən də rus mənbələri əsasında doldurmaq mümkündür. 
Səfəvi-Osmanlı müharibələri dövründə türklər qələbə çaldıq-
ları  zaman,  Azərbaycanın,  demək  olar  ki,  bütün  ərazisində  Os-
manlı  Türkiyəsi  özünəməxsus  inzibati-idarə  sistemi  yaradır. 
Azərbaycanın  ərazisini  inzibati  cəhətdən paşalıqlara  və sancaq-
lara bölürdü. Bu böldü Naxçıvan bölgəsini də əhatə edirdi. Belə 
ki, Naxçıvan diyarı inzibati-ərazi vahidi kimi sancaq adlandırılır, 
sancaq  isə  öz  növbəsində  nahiyələrə  bölünürdü.  Naxçıvan  san-
cağı  osmanlılar tərəfindən  16 nahiyəyə bölünmüşdü: Naxçıvan, 
Məvazeyi-Xatun, Mülki-Arslan, Qarabağ, Dərəşahbuz, Dərəşan, 
Azərçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisian, Ordubad, Azadciran, 
Şorlut və Dərəkürlüt. Göründüyü kimi, həmin dövrdə Naxçıvan 
sancağının ərazisi, Naxçıvan xanlığının ərazisindən xeyli böyük 
olmuş və XX əsrdə sovetləşmiş Ermənistan yaradıldıqda, bir sıra 
Azərbaycan torpaqları da Ermənistan Respublikasına daxil edil-
mişdir. 
XVIII əsrin əvvəllərində Osmanlı işğalına son qoyulduqdan 
sonra Azərbaycan ərazisi, o cümlədən Naxçıvan diyarı, yenidən 
Səfəvilər  dövlətinin  tərkibinə  qatılmış  və  əvvəlki  inzibati-idarə 
sistemi  bərpa  edilmişdir.  XVII  əsrin  sonu  –  XVIII  əsrin  əvvəl-
lərində[84-85]inzibati bölgü baxımından Naxçıvan diyarı tümən 
kimi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, Osmanlı haki-
miyyəti dövründə mövcud olmuş inzibati bölgü də dəyişikliklərə 


 
 
97 
uğramışdır.  Belə  ki,  Zar  və  Zəbil  nahiyələri  birləşdirilmiş  və 
Sədərək adlı yeni inzibati vahid yaranmışdı. 
1722-1723-cü  illərdə  Azərbaycan  Şərqdən  Rusiya  və  1723-
cü  ildə  Osmanlı  Türkiyəsi  tərəfindən  işğal  edildiyi  zaman,  iki 
dövlətin qoşunları Azərbaycan torpağında toqquşmasınlar deyə, 
1724-cü  ildə  İstanbulda  müqavilə  bağlamağa  məcbur  oldular. 
İstanbul  müqaviləsinə  əsasən,  Azərbaycan  torpaqlarının  böyük 
bir hissəsi, o cümlədən Naxçıvan diyarı,  yenidən Osmanlı Tür-
kiyəsinin  tərkibinə  daxil  edildi.  Yeni  Osmanlı  işğalı  dövründə 
Naxçıvan diyarının inzibati-ərazi bölgüsündə yenidən dəyişiklik 
baş verdi. Belə ki, sancaqların sayı əvvəllərdə olduğuna nisbətən 
16-dan  azalaraq  14-ə  enmişdir.  Əvvəllər  mövcud  olmuş  Bazar-
çayı, Şərur, Zar, Zəbil və Ordubad nahiyələrinin əvəzində iki ye-
ni nahiyə  – Qızılağat və Dərələyəz nahiyələri yaradıldı. Əvvəlki 
bölgüdə adı çəkilən Sədərək nahiyəsi isə ləğv edildi. 
XVIII əsrin ortalarında Azərbaycanın digər müstəqil xanlıq-
ları  kimi,  Naxçıvan  xanlığı  da  inzibati  cəhətdən  mahallara  bö-
lünmüşdü. Bu bölgü elə bir ciddi dəyişikliyə uğramadan, 1798-
1828-ci  illəri  əhatə  edən  İran hakimiyyəti dövründə də mövcud 
olmuşdur.  İstər  müstəqil  xanlıq  dövründə,  istərsə  də  İran  haki-
miyyəti illərində, Naxçıvan diyarı 9 mahaldan ibarət idi.  İranın 
hökmranlığı illərində diyarın inzibati bölgüsündə aparılmış baş-
lıca dəyişiklik isə bu mahalların iki tüməndə – Naxçıvan və Or-
dubad  tümənlərində  birləşdirilməsi  olmuşdur.  Naxçıvan  tümə-
ninin tərkibinə 4  mahal  – Naxçıvan, Əlincə, Xok və Dərələyəz 
mahalları, Ordubad tüməninin tərkibinə isə 5 mahal – Ordubad, 
Əylis,  Dəstə,  Cənnab  və  Bilev  mahalları  daxil  idi.  Sonralar  bu 
mahalların  sırasına  yeni  yaradılmış  Məvazeyi-Xatun  mahalı  da 
daxil edilmişdir. 
Naxçıvan  diyarında  əhalinin,  kənd  təsərrüfatının,  sənətkar-
lığın vəziyyətini tarixi-coğrafiya baxımından təhlil etdikdə, belə 
nəticəyə gəlmək olur ki, onların formalaşmasında və inkişafında 
təbii-coğrafi  şəraitlə  yanaşı  siyasi  hadisələrin  də  mühüm  rolu 
olmuşdur. Diyarın Naxçıvan şəhəri, Culfa, Ordubad  [85-86] və 
oradan Mehri istiqamətində və Naxçıvançay, Əlincəçay boyunca 


 
 
98 
uzanan ərazilərdə insanların məskunlaşması və normal təsərrüfat 
fəaliyyəti  ilə  məşğul  olmaları  üçün  lazımi  şərait  var  idi.  XIX 
əsrin əvvəllərində Naxçıvan diyarında yaşayan 8463 ailənin bö-
yük əksəriyyəti məhz adları  çəkilən ərazilərdə məskunlaşmışdı. 
Bölgədə cərəyan edən siyasi hadisələrin təsiri altında Naxçıvan-
da əhalinin milli və say tərkibində xeyli dəyişiklik baş vermişdi. 
Belə  ki,  Rusiya-İran  müharibələrinin  dağıdıcı  təsiri  altında,  di-
yarda yerli əhalinin sayının xeyli azalması müşahidə olunur. Ye-
nə  də  həmin  müharibələrin  gedişində  və  ondan  sonra  keçən  az 
müddət ərzində Naxçıvan diyarına kütləvi şəkildə erməni ailələri 
köçürülərək,  əhalinin  milli  tərkibindəki  tarazlıq  süni  şəkildə 
pozulmuşdur. 
Naxçıvanda  kənd  təsərrüfatının,  ilk  növbədə  isə  əkinçiliyin 
inkişafı, daha çox təbii-iqlim şəraiti, torpaqların münbitliyi kimi 
bir  sıra  coğrafi  amillərlə  də  sıx  bağlı  idi.  Məhz  bu  amillər 
nəticəsində  burada  əkinəyararlı  torpaqlar  mahallar  üzrə  qeyri-
bərabər  şəkildə  paylanaraq,  qonşu  ərazilərlə  müqayisədə  xeyli 
azlıq  təşkil  edirdi.  Bütövlükdə  Naxçıvan  diyarı  üzrə  yararlı 
torpaqların böyük bir hissəsi Dərələyəz (52,6%) və Xok (34,4%) 
mahallarının payına düşürdü. Diyarın digər mahallarında əkinçi-
liyin zəif inkişaf etməsi, daha çox suyun çatışmaması və müəy-
yən  dərəcədə  torpaqların  az  münbit  olması  ilə  bağlı  idi.  Təbii-
iqlim  şəraitindən  asılı  olaraq,  diyarın  əhalisi  əsasən  taxılçılıq, 
ipəkçilik,  çəltikçilik,  bağçılıq,  bostançılıq,  üzümçülük,  pambıq-
çılıq  və  s.  sahələrlə  məşğul  olurdular.  Maldarlıq,  xüsusilə  qo-
yunçuluq  dağlıq  yerlərdə  yaşayan  əhalinin  başlıca  məşğuliyyət 
sahələrindən idi. 
Kənd təsərrüfatı ilə müqayisədə sənətkarlıq istehsalı, Naxçı-
van  diyarında  əhalinin  məşğuliyyətində  həlledici  əhəmiyyətə 
malik deyildi. Azərbaycanın digər yerlərində olduğu kimi, bura-
da  da  sənətkarlıq  istehsalı  daha  çox  kənd  təsərrüfatı  ilə  bağlı 
olub, əsasən,  yardımçı xarakter daşıyırdı. Kənd əhalisinin xeyli 
hissəsinin başlıca olaraq, istehsal edilmiş kənd təsərrüfatı məh-
sullarının emalı ilə bağlı olan, ev sənətkarlığı ilə məşğul olması 
da  əsasən  onun  nəticəsi  idi.  Naxçıvan  diyarında  ev  sənətkarlı-


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə