Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   25   26   27   28   29   30   31   32   33

 
 
84 
uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində, özünün hərbi 
mövqelərinin  möhkəmləndirilməsinə  böyük  diqqət  verirdi.  İran 
komandanlığı  bu  məqsədlə  qalaları  təmir  etdirir  və  özünün 
dayaq  nöqtəsi  ola  biləcək  yeni  qala  tikdirirdi.
1
  Belə  qalalardan 
biri,  şahzadə  Abbas  Mirzənin  arzusu  ilə,  fransız  mühəndisləri 
tərəfindən,  Naxçıvan  yaxınlığında  tikilmiş  və  İran  taxt-tacının 
vəliəhdinin  şərəfinə  adlandırılmış,  Abbasabad  qalası  idi.  Mən-
bədə göstərilir ki, Abbasabad qalası  «...Abbas Mirzə tərəfindən 
Avropa  zövqündə  tikdirilmişdir».
2
  Bu  qala  Naxçıvanın  cənub-
qərbindən  10  kilometr  məsafədə  yerləşirdi.  Abbasabad  qalası, 
Araz çayı  üzərində olan keçidin (körpünün) qorunmasını təmin 
etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət 
edir,  lazım  gəldikdə  bu  yolu  bağlaya  da  bilirdi.  Qala,  İran 
mövqelərinin rus ordusunun hücumlarından qorunması üçün də 
mühüm  məntəqə  hesab  edilirdi.  Mənbələrin  verdikləri  təsvir-
lərdən  aydın  olur  ki,  qala,  düzgün  beşbucaqlı  formasında  tikil-
mişdi. Qalada olan çoxlu istehkamlardan ikisi, qərb istiqamətin-
də  Araz  çayına  söykənirdilər.
3
  Belə  istehkamların  başlıca 
vəzifəsi,  zərurət  nəticəsində,  qala  qarnizonu  geri  çəkilərkən, 
onun  Araz  çayının  sağ  sahilinə  təhlükəsiz  keçməsini  təmin 
etməkdən ibarət idi. 
O.Yevetski  yazırdı  ki,  «Abbasabad  qalası  fransız  və  ingilis 
zabitləri tərəfindən tikilib möhkəmləndirilmiş bürcləri olan beş-
bucaqlı poliqondur».
4
 Abbasabad qalası vaxtilə bu bölgədə möv-
cud  olan  qədim  Astabad  yaşayış  məntəqəsinin  yerində  birinci 
Rusiya-İran  müharibəsi  dövründə  inşa  edilmişdi.  1834-1835-ci 
illərdə  Naxçıvan  bölgəsində  olmuş  F.Korf  qalanın  tikilmə  ta-
rixindən bəhs edərək yazırdı:  
                                                 
1
 Mərkəzi hərbi Dövlət Tarix Arxivi (MDHTA), f. VUA, 6164-cü sənəd, III 
hissə, v. 16. 
2
 П.Зубов. Картина последней войны России с Персией.  СПб. 1836, с. 
131. 
3
 П.Зубов. Göstərilən əsəri, s. 131. 
4
 О.Евецкий. Статистическое описание Закавказского края. - СПб. 1833. 
с. 200. 


 
 
85 
«Mən  25  il  əvvəl  bu  ölkədə  Abbas  Mirzə  tərəfindən  tik-
dirilmiş Abbasabad qalasını gördüm. O, Abbas Mirzənin yanın-
da  xidmət  edən  bir  fransız  mühəndisinin  planı  əsasında  tikil-
mişdir».
1
 
Abbasabad  qalası  rus  tarixçisi  N.Nefedovun  1839-cu  ildə 
nəşr olunmuş yol qeydlərində daha ətraflı təsvir olunur: 
 «...Naxçıvanın əks tərəfində zərərli iqliminə görə tərk edilib
dağıdılmış  Abbasabad  qalası  görünür.  Mən  fransız  mühəndis-
lərinin  tikdikləri  bu  tikiliyə  baş  çəkməyi  özümə  borc  bildim. 
Məhz  həmin  mühəndislər  otuz  il  əvvəl,  qarışıq  bir  zamanda, 
onun  tikintisi  ilə  məşğul  olmuşlar.  Daşla  hörülmüş  və  lazım 
gəldikdə  su  ilə  doldurulan  dərin  xəndək,  ikiqat  mazğalı  olan 
divar,  bürclər,  daşla  örtülmüş  yollar  və  istehkamın  müdafiə 
vasitələri  göstərir  ki,  İranın  əvvəlki  dostları,  burada  həqiqətən 
çox  böyük  məharətlə  çalışmışlar.  Onu  da  xüsusi  qeyd  etmək 
lazımdır ki, onlar böyük uzaqgörənliklə, qalanı elə tikmişlər ki, 
körpü  üzərinə  çıxan  qarnizon  Arazın  o  tayına,  öz  ölkələrinin 
içərilərinə təhlükəsiz çəkilə bilsinlər».
2
 
Mənbələrin  verdikləri  məlumatlara  əsasən  belə  fikir  söy-
ləmək olar ki,  Abbasabad qalası, birinci  Rusiya-İran müharibə-
sinin gedişində fransızlar tərəfindən tikilmiş, Gülüstan müqavi-
ləsindən  (1813)  sonra  ingilislər  tərəfindən  bərpa  edilərək  yeni-
dən  qurulmuşdur.  Çox  güman  ki,  Naxçıvan  xanlığı  Rusiya 
tərəfindən  işğal  edildikdən  sonra,  baxımsızlıq  ucbatından  ya-
rarsız  hala  düşmüşdür.  Kim  tərəfindən  tikilməsindən  asılı  ol-
mayaraq,  Abbasabad  qalası  İran  ordusunun  Cənubi  Qafqazda 
mühüm  dayaq  məntəqələrindən  biri  olub,  Azərbaycanın  cənu-
buna  gedən  yolun  təhlükəsizliyi  üçün  mühüm  əhəmiyyət  kəsb 
edirdi. 
Mənbələrdə  Abbasabad  qalasının  daxili  quruluşu,  burada 
mülki  əhalinin  yaşayıb-yaşamaması  barədə  hələlik  məlumata 
                                                 
1
 Ф. Корф. Воспоминание о Персии. 1834-1835 гг. - СПб, 1838, С. 7. 
2
 Н. Нефедов. Взгляд на армянскую область в путевых записах. - СПб., 
1839, с. 47 


 
 
86 
təsadüf etməmişik. Yalnız P.Zubovun əsərində göstərilir ki, əv-
vəllər  bu  yerdə  Astabad  adlı  böyük  kənd  olmuşdur.
1
  Lakin 
müəllifin yazısından aydın olmur ki, qala tikilərkən burada əhali 
yaşayırdımı və əgər yaşayırdısa, onların sayı nə qədər idi və əsas 
məşğuliyyətləri  nədən  ibarət  idi.  Bununla  belə,  qalanın  yerində 
olmuş  yaşayış  məntəqəsinin  Astabad  adlandırılması  da  bizdə 
şübhə oyatmır. 
Orta  əsrlərdə,  xüsusilə  tədqiq  etdiyimiz  dövrdə,  şəhər  əha-
lisinin sayı və ictimai tərkibindən danışarkən, həmin dövrdə ya-
ranmış gərgin siyasi vəziyyəti nəzərə almamaq olmaz. Çünki bu 
zaman, Azərbaycanın əksər şəhərləri ya xarici işğalçıların, ya da 
feodal  ara müharibələrinin  nəticəsində dağıntıya  məruz qalmış-
dı. Bu isə şəhər əhalisinin tərkibinə öz mənfi təsirini göstərirdi. 
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, feodalizm dövrün-
də,  Azərbaycanda  şəhər  əhalisinin  formalaşması  bu  günə  kimi 
dəqiq  şəkildə  tədqiq  olunmamışdır.  XVIII  əsrdə,  xüsusilə  xan-
lıqlar  dövründə  Azərbaycan  şəhərlərinin  əhalisinin  miqdarı  və 
ictimai  tərkibi  də,  demək  olar  ki,  öyrənilməmişdir.  Halbuki  bu 
məsələlərin tədqiqi  şəhərlərin  ictimai-iqtisadi quruluşunu, ölkə-
nin  iqtisadi  vəziyyətini  daha  dəqiq  öyrənməyə  imkan  verərdi. 
Həm  də  əhalinin  sayca  və  ictimai  tərkibcə  öyrənilməsi  şəhər-
lərdə  sənətkarlıq  məhsullarının,  ticarətin  vəziyyətini  və  miq-
darını öyrənməyə,  yerli bazarların və şəhər əhalisinin tələbatını 
dəqiqləşdirməyə imkan verir. 
Naxçıvan  və  Ordubad  şəhərlərindəki  bu  vəziyyəti  dəqiqləş-
dirmək üçün, demək olar ki, faktiki material yox dərəcəsindədir. 
Yalnız Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən son-
ra,  yeni  torpaqlarda  əvvəllər  mövcud  olan  qayda-qanunu  və 
vəziyyəti öyrənmək məqsədi ilə çarizm, öz məmurlarına həmin 
yerləri  yazılı  surətdə  təsvir  etməyi  tapşırdı.  Rus  məmurlarının 
müstəmləkəçilik  baxımından  tərtib  etdikləri  «təsvirlər»  və 
arayışlar  hazırda  obyektiv  olaraq  Azərbaycan  tarixi  üçün  əvəz-
edilməz mənbəyə çevrilmişdir.  «Naxçıvan  diyarının təsviri»ndə 
                                                 
1
 P.Zubov. Göstərilən əsəri, s. 131 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə