Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 
 
75 
«Naxçıvanlı  Kəlbəli  xan  Xoy  və  İrəvan  xanlarının  köməyi 
ilə  onlar  (düşmənlər  —  S.B.)  üzərində  qələbə  çalıb,  onları 
Qarabağa  qayıtmağa  məcbur  etdi».
1
  Bu  günə  kimi  Naxçıvan 
ətrafında gedən döyüş yeri «Ləzgi qıran» adlanır. 
Qarabağ  və  Dağıstandan  gələn  qoşunlar  yenicə  Naxçıvan 
xanlığının  ərazisini  tərk  etmişdilər  ki,  Ağa  Məhəmməd  xanın 
qasidləri  İran  hökmdarının  fərmanları  ilə  Azərbaycana  daxil 
oldular. Mənşəcə türk  (azərbaycanlı) olan, Qacar tayfasının nü-
mayəndəsi  Ağa Məhəmməd xan elə güman edirdi  ki,  Azərbay-
can xanları ilə ümumi dil tapa biləcək. Bu məqsədlə o, «...hər bir 
xana öz nümayəndəsini göndərdi ki, ona tabe olmaq rəmzi kimi 
girov  sifəti  ilə  arvadını,  uşağını  və  ya  qardaşını  göndərsin».
2
 
Qacarlar tərəfindən girovların alınması, mərkəzdən uzaqda olan 
feodalların həmişə itaətdə olmasına zəmanət verirdi.
3
 
Ağa  Məhəmməd  xanın  qoşunları  qarşısında  müqavimət 
göstərməyə kifayət qədər gücü olmayan naxçıvanlı Kəlbəli xan 
qeyri-səmimi olsa da, zahiri tabeçilik rəmzi kimi, gözü Naxçıvan 
taxtında olan və onun sevmədiyi əmisi oğlu Abbas Qulu xanı bir 
girov  kimi,  Ağa  Məhəmməd  xanın  düşərgəsinə  göndərdi.
4
  Belə 
addımı atmaqla o, bir tərəfdən İran hökmdarının bir nov tələbini 
ödəyir, digər tərəfdən, xan olmaq iddiası ilə yaşayan Abbasqulu 
xanı  Naxçıvandan  uzaqlaşdırırdı.  Lakin  Ağa  Məhəmməd  xan 
bilirdi ki, Kəlbəli xanın onun yanına göndərdiyi Abbasqulu xan, 
onun  doğma  qardaşı  deyil.  O,  həmçinin  bilirdi  ki,  Kəlbəli  xan 
əmisi  oğlunu  sevmir,  və  onu,  sadəcə  olaraq,  özündən 
uzaqlaşdırmışdır. Təbiətən çox qəddar olan Ağa Məhəmməd xan 
bunu bilsə də, Naxçıvandan gələn girovu qəbul etdi, lakin buna 
görə  Kəlbəli  xandan  qisas  almağı  da  unutmadı.  1797-ci  ildəki 
Azərbaycana ikinci  yürüşü zamanı, özünü İranda şah elan edən 
Ağa  Məhəmməd  şah  Qacar  qəddarlıqla  Kəlbəli  xandan  qisas 
aldı.  Şah  onu  özünün  düşərgəsinə  dəvət  etdi,  sonra  xaincəsinə 
                                                 
1
 P.Q.Butkov. Göstərilən əsəri, s. 319. 
2
 Новая история зависимых и колониальных стран. - М., 1940, с. 216. 
3
 P.Q.Butkov. Göstərilən əsəri, s. 320. 
4
 Новая история зависимых и колониальных стран, с. 216. 


 
 
76 
həbs  edib,  gözlərini  çıxartdıraraq  məhbus  kimi  Tehrana  gön-
dərdi.
1
  Bu  hadisədən  sonra  Naxçıvan  şəhəri  İran  sərbazları 
tərəfindən amansızcasına qarət olundu. Şahın əmri ilə Naxçıvan 
əhalisinin  bir  hissəsi  zorla  İrana  köçürülmüşdü.  Bu  hadisədən 
sonra Naxçıvan əhalisinin sayı xeyli azalmışdı. Təkcə bunu qeyd 
etmək kifayətdir ki, XVII əsrin sonlarında Naxçıvanda 2 min ev 
olduğu halda, XVIII əsrin əvvəlində cəmi 700 ev qalmışdı.
2
 
Naxçıvan,  xüsusilə  birinci  və  ikinci  Rusiya-İran  müharibə-
ləri dövründə də xeyli dağıntıya məruz qalmışdı. Birinci Rusiya-
İran müharibəsi başa çatdıqdan sonra, 1813-cü ildə, Naxçıvanda 
olmuş məşhur səyyah Qaspar Druvil yazırdı:  
«Naxçıvan  acınacaqlı  bir  vəziyyətdədir.  Burada  ancaq  bir-
birinə  sıxılmış  xarabalıqlar  gözə  dəyir;  belə  güman  etmək  olar 
ki, o, bir daha özünün əzəmətini bərpa edə bilməyəcək».
3
  
XIX  əsrin 30-cu illərində Naxçıvanda olmuş rus məmurları 
da  onun  əsaslı  dağıntılara  məruz  qaldığından  və  hələ  də  bərpa 
olunmadığından bəhs edirlər: «Naxçıvan bir qədər əvvəl hücum-
la alınmış şəhəri xatırladır».
4
 
1816-cı ildə Rusiyadan Naxçıvan vasitəsi ilə İrana gedən rus 
generalı  A.P.Yermolov,  Naxçıvanda  Kəlbəli  xanla  görüşdüyü 
zaman,  Naxçıvan  xanlığının  hakiminin  ona  söylədiyi  sözlər  bu 
baxımdan  çox  səciyyəvidir.  Söhbət  zamanı  Kəlbəli  xan  nəinki 
təkcə öz acı taleyi, habelə bütün Naxçıvan xanlığının, öz doğma 
şəhəri  Naxçıvanın  taleyi  haqqında  da  məyus  olduğunu 
bildirmişdir.  Bu  barədə  A.P.Yermolovun  xatirələrində  oxuyu-
ruq. O yazır ki, Kəlbəli xan pəncərə qarşısına gələrək ona demiş-
dir:  
«...vaxtı  ilə  Araz  çayı  vadisinin  gözəlliyi  və  zənginliyinə 
                                                 
1
 Ağa Məhəmməd şah Kəlbəli xanı bir də ona görə cəzalanırdı ki, 1796-cı ildə 
rus  qoşunları  Şimali  Azərbaycanda  olduqları  zaman  o,  rus  ordusunun 
komandanlığı ilə məktublaşmışdır. 
2
 NƏST, s. 17, 18. 
3
 Гаспар Друвиль. Путешествие в Персию в 1812 и 1813 гг., ч. 1. М., 
1826, с. 48. 
4
 Azərbaycan MDTA, f. 24, I siyahı, 353-cü sənəd, v. 6. 311-5. 


 
 
77 
heyrətlə baxardım; gözəl bağları və meşəlikləri olan vadini çox-
saylı  əhali  canlandırırdı.  İndi  mənə  deyirlər  ki,  boş  səhralığa 
çevrilib, onun keçmiş zənginliyindən əsər belə qalmayıb. Yaxşı 
ki, tale mənim gözlərimi bağladı, vadinin belə bədbəxt gününü, 
tar-mar  olmasını  görmürəm.  Bu  vadini  üç  əsr  mənim  nəslim 
idarə  etmişdir.  Ara  müharibələri  və  şahın  ordusu  bu  bədbəxt 
torpağı  boşluğa  çevirdi,  işğalçıların  hər  bir  addımı  xalqın 
bədbəxtliyinə səbəb oldu».
1
 
Kəlbəli  xanın  sözlərini  bütünlüklə  Naxçıvan  şəhərinə  şamil 
etsək, bu heç də yersiz olmazdı. 
Beləliklə, deyilənlər belə bir qənaətə gəlməyə əsas verir ki, 
xanlıqlar dövründə Azərbaycanda mövcud olan iqtisadi və siyasi 
pərakəndəlik,  yadelli  işğalçıların  dağıdıcı  hücumları,  ölkənin 
digər  şəhərləri  kimi,  Naxçıvan  bölgəsinin  şəhərlərinin  də  in-
kişafına olduqca mənfi təsir göstərmişdir. Hətta Rusiya tərəfin-
dən  işğal  edildikdən  sonra  feodal  ara  müharibələrinin  kəsildiyi 
şəraitdə  belə  bölgənin  şəhərləri,  ilk  növbədə  Naxçıvan  uzun 
müddət bu dağıntıların nəticələrini aradan qaldıra bilməmişdi.
2
 
XVIII  əsrin  sonu  –  XIX  əsrin  əvvəllərində  Naxçıvan  ətrafı 
qala  divarları  ilə  əhatə  olunmuş  tipik  feodal  şəhəri  idi.  Xan 
sarayı istisna edilməklə, demək olar ki, bütün evlər bir mərtəbəli 
olub, bir-birlərinə oxşayırdı, bütün evlər bir mərtəbəli idi. Evlər 
yastı damlarla örtülü olub, küçə tərəfdən gildən tikilmiş hündür 
divarlarla  əhatə  olunmuşdur.  Küçələr  dar,  əyri  və  çirkli  oldu-
ğundan  şəhər  hədsiz  dərəcədə  yaraşıqsız  və  kədərli  görkəmə 
malik  imiş.  Şəhərdəki  bütün  əyri  küçələri  dolansan  da  boz-sarı 
divarlardan başqa heç nəyə rast gəlmək olmazdı.
3
 
Naxçıvan bölgəsinin əsas şəhəri və xanlığın inzibati mərkəzi 
olan  Naxçıvan,  əlverişli  coğrafi  mövqeyə  malik  idi.  Bu  şəhər, 
Zəngəzur  dağlarının  qurtaracağında,  Naxçıvançayın  sağ  sahi-
                                                 
1
 Журнал посольства в Персии А.П. Ермолова. Чтение в императорском 
обществе истории и древностей при Московском Университете, кН. 2.  
М., 1863, с. 180-181. 
2
 Нахичеванские рукописные документы XVIII-XIX  вв., с. 11,17. 
3
 К.Н.Никитин. Göstərilən əsəri, s. 121. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə