Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 
 
69 
Əylis şəhəri idi. XVII əsrdə burada 10 min ailə yaşayırdı.
1
 Əgər 
bu  rəqəmin  reallığını  qəbul  etsək  və  hər  ailədə  orta  hesabla  5 
nəfərin  yaşadığını  nəzərə  alsaq,  göstərilən  dövrdə  Əylisdə  təx-
minən 50 min nəfər adamın yaşadığını söyləyə bilərik. XVII əsr-
də Əylis şəhərinin yüksəliş dövrü keçirdiyini digər mənbələr də 
təsdiq edir. Hətta XVII əsrin sonlarında ümumi iqtisadi tənəzzül 
şəraitində  belə,  bu  şəhər  öz  ticarət  əhəmiyyətini  itirməmişdi. 
Culfa  şəhəri  dağıldıqdan  sonra  Əylis  şəhərinin  ticarət  əhəmiy-
yəti  daha  da  artdı.  Əsrin  sonunda  burada  yeni  bazar  və 
karvansaranın  tikilməsi
2
  də  yuxarıda  deyilən  fikirləri  bir  daha 
sübut edir. 
Naxçıvan  bölgəsinin  digər  şəhərlərindən  fərqli  olaraq  Əylis 
şəhəri,  ölkəni  bürümüş  iqtisadi  tənəzzülə  və  dəfələrlə  yadelli 
işğalçıların  hücumlarına  məruz  qalmasına  baxmayaraq,  XVIII 
əsrin  ortalarınadək  öz  əhəmiyyətini  qoruyub  saxlaya  bilmişdi. 
Nadir  şahın  ölümündən  sonra,  keçmiş  Səfəvilər  dövlətinin  əra-
zisini  bürümüş  qanlı  müharibələr  bu  dəfə  Əylis  şəhərindən  də 
yan  keçmədi.  Məhz  XVIII  əsrin  ortalarında  Əylis  şəhəri  tama-
milə  dağıdılmış,  şəhər  ticarət  və  sənətkarlıq  mərkəzi  kimi  öz 
əhəmiyyətini  itirmişdi.  Mənbələrin  verdiyi  məlumatdan  aydın 
olur ki, 1751-1752-ci illərdə Azərbaycanın cənub vilayətlərində, 
hakimiyyət uğrunda mübarizə aparan Azad xan Kartli-Kaxetiya 
çarlığına hücum edərkən,
3
 yolüstü Əylis şəhərini də mühasirəyə 
almışdı.
4
  Şəhər  əhalisi  düşmənə  ciddi  müqavimət  göstərsə  də, 
uzunmüddətli mühasirəyə tab gətirməyib, nəticədə məğlubiyyətə 
uğradı.  Şəhəri  ələ  keçirdikdən  sonra  Azad  xan  əhalinin  xeyli 
hissəsini  qırdı,  şəhərin  özünü  isə  yerlə  yeksan  etdi
5
.  Sonralar 
                                                 
1
 İ.Şopen. Göstərilən əsəri, s. 869. 
2
 Дневник Закария Акулисского. - Ереван, 1939, с. 121. 
3
 С.М.Алиев.  Междоусобные  войны  и  борьба  за  верховную  власть  в 
Иране  после  распада  империи  Надир  шаха.  Bax:  Иран.  История  и 
культура  в  средние  века  и  новое  время.  М.,  1980,  с.  42;  Г.  Кикодзе. 
Ираклий II. Тблиси, 1945,с. 33-35. 
4
 Azərbaycan MDTA, f. 24, I siyahı, 358-ci sənəd, v. 6. 
5
 Yenə orada. 


 
 
70 
Əylis  şəhərinin  yerində  onun  ticarət  və  sənətkarlıq  ənənələrini 
qismən  davam  etdirən  üç  böyük  kənd  —  Aşağı  Əylis,  Yuxarı 
Əylis  və  Varakort  kəndləri  meydana  gəldi.
1
  XIX  əsrin  əvvəl-
lərində tərtib olunmuş təsvirlərdən  aydın  olur ki,  adları çəkilən 
hər  üç  kənddə  əhalinin  başlıca  məşğuliyyəti  ticarət  və  sənət-
karlıq olmuşdur.
2
 
Naxçıvan bölgəsinin ən böyük şəhəri sayılan Naxçıvanın da 
tarixi faciəli olmuşdur. XVI əsrin sonu — XVII əsrin əvvəllərin-
də,  yeni  qüvvə  ilə  qızışan  Səfəvi-Osmanlı  müharibələri  nəticə-
sində,  şəhər  xeyli  dağıntıya  məruz  qalmışdı.  Onu  da  qeyd  et-
məliyik  ki,  XVII  əsrin  əvvəllərində  gedən  müharibə  zamanı 
Naxçıvan  həm  Səfəvi,  həm  də  Osmanlı  qoşunları  tərəfindən 
dağıdılmışdı. 
Naxçıvanın strateji əhəmiyyətini yüksək qiymətləndirən Şah 
I  Abbas,  ilk  əvvəl,  bu  şəhəri  öz  ordusunun  dayaq  məntəqəsinə 
çevirmək qərarına gəlmişdi.
3
 Lakin türk ordusunun hücumlarına 
tab  gətirə  bilməyən  Səfəvi  qoşunları,  Naxçıvanı  tərk  etməyə 
məcbur  olmuşlar.  Düşməni  hər  hansı  ərzaqdan  məhrum  etmək 
məqsədi  ilə  Səfəvi  qoşunları,  şahın  əmrinə  əsasən,  geri  çəkil-
məmişdən əvvəl, şəhərdə və bütövlükdə bütün  vilayətdə böyük 
dağıntılar  törətdilər.  Bəzi  mənbələrin  verdiyi  məlumata  görə, 
1605-ci  ildə  Naxçıvan  şəhərindən  və  bölgəsindən  70  min  adam 
İranın  içərilərinə  sürgün  edilmişdi.  «Böyük  sürgün»  adı  almış 
tədbir zamanı Azərbaycanın digər yerləri kimi, Naxçıvan bölgə-
sinin  şəhərləri,  ilk  növbədə  Naxçıvan  şəhərinin  özü,  sözün  hə-
qiqi  mənasında,  xarabalığa  çevrilmişdi.  Bu  dövrün  hadisələrin-
dən  bəhs  edən  mənbələrdən  birində  göstərilirdi  ki,  həmin  böl-
gədə Naxçıvandan tutmuş Vana qədər bir dənə də olsun yaşayış 
evi salamat qalmamışdı.
4
 
                                                 
1
 Azərbaycan MDTA, f. 24, I siyahı, 358-ci sənəd, v. 57-109. 
2
 Yenə orada, v. 57-109. 
3
 А.А.Рахмани. «Тарих-и алам-арайи Аббаси» как источник по истории 
Азербайджана. - Баку: Элм, 1960, с. 99. 
4
 И.П.Петрушевский. Азербайджан в XVI-XVII вв. Сборник статей по 
истории Азербайджана вып. I. 1949, с. 278. 


 
 
71 
XVII  əsrin  30-cu  illərində  Naxçıvan  şəhəri  yenidən  böyük 
dağıntıya  məruz  qaldı.  1635-ci  ildə  Mehmed  paşanın  başçılıq 
etdiyi  türk qoşunları hələ bərpa olmağa macal  tapmayan şəhəri 
ələ keçirib, yenidən dağıtdılar.
1
 
Məlumdur  ki,  yüz  ildən  çox  davam  edən  Səfəvi-Osmanlı 
müharibələri  1639-cu  ildə  sülh  bağlanmaqla  nəticələndi.  Ölkə-
nin digər yerləri kimi, Naxçıvan bölgəsinin şəhərlərinin də bər-
pası  üçün  əlverişli  şərait  yarandı.  Lakin  Səfəvi-Osmanlı  müha-
ribələri  dövründə  şəhər  həyatına  elə  ağır  zərbə  vurulmuşdu  ki, 
XVII  əsrin  ikinci  yarısında  hərbi  əməliyyatların  kəsilməsinə 
baxmayaraq  onu  tam  bərpa  etmək  mümkün  olmamışdı.  Bu  ba-
xımdan əsrin ortalarında Azərbaycanda olmuş türk səyyahı Öv-
liyə  Çələbinin  məlumatları  xeyli  təəccüb  doğurur.  O  yazır  ki, 
türk  işğalından  sonra  «bu  yerlər  xeyli  abadlaşmışdır.  Şəhərdə 
10200 ev, 70 məscid və 40 ibadətxana, 20 karvansara, 7 hamam 
və  1000-ə  yaxın  dükan  vardı».
2
  Türk  səyyahının  verdiyi  bu 
məlumatlar,  digər  mənbələrdə  göstərilən  məlumatlarla  nəinki 
uyğun gəlmir, hətta müəyyən qədər ziddiyyət də təşkil edir. Belə 
ki,  Övliyə  Çələbidən  xeyli  sonra  -  1664-cü  ildə  Azərbaycanda 
olmuş  fransız  səyyahı  Tavernye  Naxçıvanın  vəziyyətini  təsvir 
edərək yazırdı: 
 «Naxçıvan çox böyük şəhərlərdən biri olmuşdur. O, Sultan 
Murad  tərəfindən  dağıdılmışdır.  Orada  çoxlu  miqdarda  gözəl 
məscidlərin xarabalıqları görünür».
3
   
Tavernyedən  təxminən  on  il  sonra  Azərbaycanda  olmuş  di-
gər fransız səyyahı Şardenin məlumatı Övliyə Çələbinin yazısını 
təkzib edir. Onun yazdığına görə, bu dövrdə Naxçıvan şəhərinin 
ancaq mərkəzi  hissəsi  tikilib  bərpa  edilmiş,  yerdə qalan hissəsi 
isə  hələ  xaraba  vəziyyətdə  qalmaqda  davam  edirdi.
4
  Şardenin 
verdiyi  məlumatdan  aydın  olur  ki,  vaxtı  ilə  30  min  ailənin 
                                                 
1
 R Məmmədov. Göstərilən əsəri, e. 136-137. 
2
 Эвлия Челеби. Книга путешествие (Извлечения из сочинения 
турецкого путешественника XVII). Вып. З. - М., 1983, с. 114115. 
3
 Sitat R.M.Məmmədovun göstərilən əsərindən götürülmüşdür (s. 137). 
4
 Путешествие Шардена. Тифлис, 1902, с. 12. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə