Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

 
 
57 
rının həm sayı, həm də aralarındakı nisbət baxımından, Ordubad 
bölgəsində  vəziyyət  Naxçıvan  bölgəsindəki  vəziyyətlə,  demək 
olar ki, eyni idi. 
Ordubad bölgəsində də qoyunçuluq, digər sahələrlə müqayi-
sədə  nisbətən  inkişaf  etmişdi.  Eyni  zamanda  buynuzlu  heyvan-
ların sayı nəqliyyat heyvanlarının sayından təqribən 13 dəfə çox 
idi.  Naxçıvan  əyalətinin  statistik  təsvirindən  müəyyən  etmək 
olur ki,  Ordubad bölgəsində nəqliyyat  heyvanları arasında dəvə 
barəsində  də  məlumat  verilir.  Lakin  dəvənin  hansı  mahallarda 
olması  haqqında  isə  heç  bir  məlumat  verilmir.  Güman  etmək 
olar  ki,  dəvədən  əsas  etibarilə  ən  çox  ticarətlə  məşğul  olan 
yerlərdə istifadə olunurdu. 
Maldarlıq sahəsində, Ordubad bölgəsində vəziyyət Naxçıvan 
bölgəsi kimi olsa da, heyvanların miqdarı sahəsində o, Ordubad 
bölgəsindən  xeyli  irəlidə  idi.  Dəvələrin  sayı  çıxılmaq  şərti  ilə 
istər  heyvanların  ümumi  sayı,  istər  buynuzlu  heyvanlar  (69%), 
istərsə də nəqliyyat heyvanları (74",4%) və eyni zamanda bütün 
digər  göstəricilər  baxımından  (öküz  və  camışın  ümumi  sayının 
89,3%-i,  qoyun,  qoç  və  keçilərin  60%-i,  atların  88,7%-i,  ulaq-
ların 61,5%-i) çoxluğu Naxçıvan bölgəsinin payına düşürdü. 
Rusiya tərəfindən işğal edildikdən sonra tərtib olunan məlu-
mata görə, Naxçıvan dairəsi üzrə 96733 heyvan var idi ki, bun-
ların da 92,7%-i (89725 baş) buynuzlu heyvan, 7,3%-i isə (7048 
baş)  nəqliyyat  heyvanı  idi.  Xanlıq  dövründən  miras  qaldığına 
görə,  ümumi  təsəvvür  yaratmaq  üçün,  həmin  rəqəmlərdən  isti-
fadə etmək olar. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Naxçıvan  və  Ordubad  bölgə-
sində  maldarlığın  başqa  sahələrinə  nisbətən  qoyunçuluq  xeyli 
inkişaf etmişdi (burada heyvanların ümumi sayının 62,4%-i qo-
yunların payına düşürdü). 
Heyvanların  mahallar  üzrə  paylanmasına  gəldikdə  isə  onla-
rın mühüm hissəsi Bilev (39,9%) və Dəstə (23,8%) mahallarının 
payına düşürdü. Bunlardan sonra ardıcıllığa görə Ordubad şəhəri 
daxil  olmaqla  eyni  adlı  mahal  (18,5%),  Cənənab  (9,5%)  və 
Əylis (8,3%) mahalları gəlirdi. 


 
 
58 
Bir baş qoyun və keçidən ildə 3,8 batman və yaxud 4,5 funt
1
 
və  ya  hər  9  qoyun  və  keçidən  1  pud  yun  almaq  mümkün  idi.
2
 
Belə  olduğu  halda,  Naxçıvan  diyarı  üzrə  69953  baş  qoyun  və 
keçinin  olduğunu  nəzərə  alsaq,  hər  il  alınan  yunun  həcminin 
7772,5 puda bərabər olduğunu söyləyə bilərik. 
Hər  bir  sağmal  inək  və  camışdan  ildə  3  batman  yağ  almaq 
mümkün idi. Hesablamalara görə, hər üç inək və camışdan biri 
sağmal  olurdu.
3
  Hər  üç  qoyun  və  keçinin  sağmal  kimi  qəbul 
etməyi təklif edən  İ.Şopenin  fikrincə, hər bir qoyun və keçinin 
südündən ildə 2 batmana qədər pendir almaq mümkün idi.
4
 
Bundan əlavə, maldarlıq, sənətkarlığın mühüm sahələrindən 
olan dəriçiliyin inkişafı üçün də əhəmiyyətli idi. Əgər Naxçıvan 
diyarında Rusiyanın  işğalından sonra xırda və iribuynuzlu  hey-
vanların  sayının  102706  baş  olduğunu  nəzərə  alsaq,  onda  təq-
ribən bir o qədər sayda dəri alındığını söyləyə bilərik. 
Maldarlardan vergi, bilavasitə saxladıqları heyvanlardan əldə 
etdikləri  məhsulla  bağlı  idi.  Süd  verməyən  və  yalnız  tarla  iş-
lərində istifadə olunan öküz və kəl üçün kəndlilərdən vergi alın-
mırdı.
5
  Heyvanların ətindən, südündən, dərisindən istifadə edən 
kəndli  ildə  bir  dəfə  «mal  pulu»  adı  ilə  vergi  verməli  idi.  «Mal 
pulu»  vergisini,  adətən,  inək,  camış,  qoyun,  ulaq,  yük  atı 
saxlayan kəndlilər verirdilər: hər bir camış üçün gümüş pulla  1 
manat,  inək  üçün  50  qəpik,  bir  qoyun  üçün  20  qəpik,  bir  ulaq 
üçün  50  qəpik,  bir  yük  atı  üçün  2  manat  20  qəpik  «mal  pulu» 
vergisi ödənilirdi.
6
 
Yuxarıda  gətirilən  dəlillər  əsasında  biz  Naxçıvan  diyarında 
maldarlığın  ümumi  coğrafiyasını  verməyə  səy  göstərdik.  İqlim 
və  coğrafi  şəraitə  əsasən  Naxçıvan  diyarında  qoyunçuluq  daha 
çox  inkişaf  etmişdi.  Buna  imkan  verən  əsas  amil  müvafiq 
                                                 
1
 Funt — 409,5 q-a bərabərdir. 
2
 İ.Şopen. Göstərilən əsəri, s. 794-795. 
3
 Yenə orada, s. 793. 
4
 Yenə brada, s. 795. 
5
 NƏST, s. 103. 
6
 Yenə orada. 


 
 
59 
otlaqların  çoxluğu,  bəzi  bölgələrdə  isə,  xüsusilə Dərələyəz  ma-
halında bərəkətli torpaqların əkin üçün  yararlı deyil, otlaq kimi 
istifadə edilməsi ilə bağlı idi. Bunu da əlavə etmək lazımdır ki, 
Türkmənçay müqaviləsinə qədər Naxçıvan xanlığının ərazisində 
ardı-arası  kəsilməyən  müharibələrin  aparılması  da  kənd  təsər-
rüfatının  bütün  sahələrində  olduğu  kimi,  maldarlığın  inkişafına 
da mənfi təsir göstərmişdir. 
 
II.4. Sənətkarlığ 
 
XVIII əsrin ikinci  yarısı – XIX əsrin əvvəllərini əhatə edən 
xanlıqlar  dövrünü  Naxçıvan  xanlığında  sənətkarlığın  inkişafı 
üçün  heç  də  əlverişli  dövr  hesab  etmək  olmaz.  Demək  olar  ki, 
fasiləsiz  davam  edən  ara  müharibələri  və  yadelli  hücumlar, 
Azərbaycanın  digər  xanlıqlarında  olduğu  kimi,  Naxçıvan 
xanlığında da sənətkarlığın inkişafına ağır zərbə vururdu. Lakin 
bütün  bu  çətinliklərə  baxmayaraq,  bölgənin  bol  xammal 
ehtiyatlarına  malik  olması  və  sənətkarların  əsrlər  boyu 
qazandıqları  istehsal  vəsaitləri  bu  sahədə  hətta  müəyyən 
uğurların əldə edilməsinə şərait yaradırdı. 
Sənətkarlıq qədim zamanlardan Naxçıvan diyarında əhalinin 
ənənəvi  məşğuliyyət  sahələrindən  biri  olmuşdur.
1
  Naxçıvan 
diyarında  sənətkarlığın  inkişafı  onun  ayrı-ayrı  sahələrinin  həm 
istehsal etdiyi mallara olan tələbatı, həm  də ticarət  əlaqələrinin 
səviyyəsi  ilə  şərtlənmişdir.  Başqa  şəkildə  desək,  sənətkarlıq  və 
onun  ayrı-ayrı  sahələri  bir  tərəfdən  cəmiyyətin  iqtisadi  inkişaf 
səviyyəsinin,  digər  tərəfdən  isə  ölkənin  xarici  iqtisadi 
əlaqələrinin göstəricisi kimi çıxış edirdi. 
Öyrəndiyimiz dövrdə Naxçıvan diyarının əsas şəhərləri olan 
istər  Naxçıvan,  istərsə  də  Ordubadda  sənətkarlıq  o  qədər  də 
yüksək səviyyədə olmamışdır. Bununla belə sənətkarlıq bir çox 
orta  əsr  şəhərlərində  olduğu  kimi,  Naxçıvan  və  Ordubadın  da 
                                                 
1
 А.С.Сумбатзаде. Промышленность Азербайджана, с. 9; Г.Б.Абдуллаев. 
Азербайджан в XVIII в. и взаимоотношения с Россией. Баку: 1965,с. 
129. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə