Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 
 
60 
sənayesinin  özəyini  təşkil  edirdi.  Yeri  gəlmişkən  onu  da  qeyd 
edək ki, sənətkarlığı təkcə şəhərlərə aid etmək səhv olardı. Çün-
ki  kənd  yerlərində  ilkin  tələbatı  kənd  sənətkarları  —  xüsusilə 
dəmirçilər,  nalbəndlər,  dulusçular  və  bu  kimi  sənətkarlar  təmin 
edirdilər.  Kənd  yerlərində  sənətkarlığın  inkişafında  aztorpaqlı 
kəndlilərin  rolu  daha  böyük  idi.  Çünki  az  olan  məhsulu 
yığdıqdan və kiçik torpaq sahəsini əkdikdən sonra, bekar qalan 
kəndlilər, istər-istəməz sənətkarlıqla məşğul olurdular. Kəndlilər 
qış  dövründə  sənətkarlıqla  [49-50]  daha  çox  məşğul  olurdular. 
Belə  hallar  qışı  sərt  keçən  Naxçıvan  xanlığında  daha  çox  gözə 
çarpırdı. Çox cəhətli təsərrüfatla məşğul olan kəndlilər ilk növ-
bədə öz ailələrinin və təsərrüfatlarının ehtiyaclarını nəzərə alır-
dılar. Belə ki, kəndli ailələri çörək bişirir, ipək lifləri açır, yunu 
darayır,  yun sapları  əyirir, rəngləyir,  geyim paltarları tikir, dəri 
aşılayır,  çarıq  tikir,  xalça  toxumaqla  məşğul  olur,  əl  dəyir-
manlarında  un  üyüdür.  yaşayış  evi  və  tövlə  inşa  edir,  əmək 
alətləri hazırlayır, dülgərlik və dəmirçiliklə də məşğul olurdular. 
Naxçıvan  xanlığında  elə  bir  kənd  yox  idi  ki,  orada  sənət-
karlıqla  məşğul  olunmasın.  Lakin  kəndlərdə  sənətkarlıq  müəy-
yən qədər inkişaf etsə də, bu əsasən daha çox şəhərlərdə, xüsu-
silə  Naxçıvan  xanlığının  siyasi  və  iqtisadi  mərkəzi  olan  Nax-
çıvan şəhərində mərkəzləşmişdi. 
XVIII  əsrdə  Azərbaycan  şəhərlərində,  o  cümlədən  Naxçı-
vanda  aşağıdakı  sənət  və  peşə  mövcud  idi:  dərzi,  papaqçı 
(börkçi),  çəkməçi  (başmaqçı),  zərgər,  sərrac,  dəmirçi,  misgər, 
toxucu, boyaqçı, qəssab, çörəkçi, bənna, xarrat, dülgər, şüşəsaz, 
keçəçi,  palançı,  dabbağ,  bəzzad,  kababçı  və  s.  Sənətkarlıqda 
primitiv  texnikadan  istifadə  edildiyindən  hər  bir  sənətkardan 
yüksək ustalıq tələb olunurdu. 
Yuxarıda  sadalanan  sənət  növlərindən  Naxçıvan  xanlığında 
toxuculuq, xüsusilə pambıq parça toxumaq sənətinin daha geniş 
yayılmasını  mübaliğəsiz  qeyd  etmək  olar.  Toxuculuqla  məşğul 
olan  hər  bir  ailədə,  demək  olar  ki,  primitiv  da  olsa  əyirici  və 
toxucu  dəzgahı  (mancanaq)  var  idi.  Bu  barədə  İ.Şopenin  əsə-
rində oxuyuruq:  


 
 
61 
«Buradakı  sənətkarların  əksəriyyətini  toxucular  təşkil  edir-
lər. Hər ailənin öz dəzgahı vardı ki, bu dəzgahlarda da qadınlar 
iplərdən bez toxuyur və pambıq parça hazırlayırlar».
1
 
Mütəxəssislərin  verdiyi  məlumata  görə,  təkcə  Naxçıvan  şə-
hərində  40  ailədə  bez  parça  toxunurdu.  Toxuculuq  məhsulları 
əsasən  ilk  növbədə  hər  bir  ailənin  öz  təsərrüfat  və  məişət 
tələbatını ödəyirdi. Naxçıvanda boyaqçılığın inkişafına da diqqət 
yetirilirdi.  Yunun  və  müxtəlif  ev  əşyalarının  boyanılmasında 
təbii bitkilərdən istifadə olunurdu [50-51]. 
Naxçıvan  şəhərində  şüşəsazlıq  inkişaf  etmiş  sənət  sahələ-
rindən  biri  idi.  Burada  hasil  olunan  adi  şüşələrlə  yanaşı  şəbə-
kələrin  hazırlanmasında  istifadə  olunan  al-əlvan  şüşələr  də  ha-
zırlanırdı.  «Mətndarən»da  («Matenadaran»)  saxlanılan  mənbə-
lərin  birindən  məlum  olur  ki,  İrəvan  xanlığının  hakimi 
Hüseynəli  xan  Naxçıvana  məktub  göndərərək  Kəlbəli  xandan 
xahiş  edir  ki,  İrəvan  şəhərində  tikdirdiyi  hamamın  pəncərə 
şəbəkəsi  üçün,  400  ədəd  müxtəlif  rəngli  şüşə  göndərsin.
2
  Yeri 
gəlmişkən  qeyd  etməliyik  ki,  son  zamanlara  kimi  elə  təsəvvür 
yaranmışdı  ki,  Azərbaycanda  al-əlvan  şəbəkə  şüşələri  yalnız 
Şəki  xanlığında  mövcud  idi.  Lakin  yuxarıda  gətirilən  misaldan 
aydın  olur  ki,  şəbəkənin  coğrafiyası  təkcə  Şəki  xanlığı  ilə 
məhdudlaşmırdı. Digər tərəfdən, onu da qeyd etməliyik ki, şüşə 
hazırlamaq o qədər də asan peşə deyildi.  Beləliklə, elə qənaətə 
gəlmək  olar  ki,  Naxçıvanın  şüşə  istehsal  edən  sənətkarları  öz 
məhsullarını  xaricə  göndərmək  iqtidarında  idilər.  Bu  isə  həmin 
sənətkarların yüksək iş qabiliyyətinə malik olmalarına işarədir. 
Sənətkar  emalatxanaları,  dükanlar,  əsasən  bazar  meydanla-
rında cəmləşirdi. Bu isə başlıca olaraq yerli, xarici və tranzit ti-
carətlə bağlı idi. 
                                                 
1
 İ.Şopen. Göstərilən əsəri, s. 851. 
2
 Məhəmməd Müslüm. İrəvanlı Hüseyn Əli xanın məktubları (1789-1791). 
«Matenadaran», 233-cü sənəd, vərəq 21. həmin mənbəni fars dilindən 
Azərbaycan dilinə t. e. n. H. Ə. Dəlili çevirmiş və Azərbaycan EA A. 
Bakıxanov adına Tarix İnstitutunun Elmi arxivinə təqdim etmişdir. Biz 
həmin tərcümədən istifadə etmişik. 


 
 
62 
Naxçıvan  bazarında  irili-xırdalı  138  dükan  vardı
1
.  Onlardan 
yeddisi  papaqçı,  on  biri  çəkməçi,  ikisi  zərgər,  beşi  yəhər  ha-
zırlayan, biri qalayçı və digər sənətkara məxsus idi.
2
 
Naxçıvan bazarında dükansız fəaliyyət göstərən peşə sahibləri 
də var idi ki, onları peşələri üzrə bu və ya digər yerlərdə işləmək 
üçün dəvət edirdilər. Həmin peşə sahiblərinə daşyonan (daşkəsən), 
bənna, xarrat, dülgər və b. daxil idilər.
3
 
Naxçıvan  diyarında  maldarlığın  inkişafı  burada  gön  və  dəri 
işləmə üzrə sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. 
Şəhərdə bu sahədə on dükan (emalatxana) fəaliyyət göstərirdi. 
Naxçıvan  diyarında  qoyunçuluğun  inkişafı  sayəsində  əldə 
edilən yun, xalçaçıları lazımi qədər xammalla təmin edirdi. 
Naxçıvan xalçaçılarının hazırladıqları gəbə, palaz, xalça, ce-
cim, məfrəc evin otaqlarını bəzəmək üçün, xurcun və çuval, yola 
çıxanlar üçün istifadə olunurdu. 
Naxçıvan  diyarında  əhəmiyyətinə,  görə  ikinci  şəhər  sayılan 
Ordubadda  da  sənətkarlıq  inkişaf  etmişdi.  Lakin  Naxçıvan  şə-
hərinə  görə,  Ordubad  sənətkarlarının  fəaliyyəti  müəyyən  qədər 
məhdud  idi.  Ordubadda  boyaqçılıq,  dəri  aşılama  və  dulusçuluq 
başqa  sənət  sahələrinə  nisbətən  daha  geniş  yayılmışdı.  Burada 
səkkiz dəri aşılayan dükan, iki keçəçi dükanı, bir boyaqxana və 
bir  də  dulusçu  dükanı  fəaliyyət  göstərirdi.  Ümumiyyətlə,  Or-
dubad şəhərində otuz sənətkar dükanı var idi ki, onlardan da yu-
xarıda adını çəkdiyimiz sənətlərdən savayı, dərzilər, çəkməçilər, 
dəmirçilər, dəlləklər öz peşələri ilə məşğul olurdular. 
Ordubadda, Naxçıvandan fərqli olaraq, qadınlar ev şəraitində 
inək parça toxuyur və ipək saplar hazırlayırdılar. Toxuculuq sə-
nətində Ordubadın xalçaçıları və bez parça hazırlayanları ustalıq 
baxımından  heç  də  Naxçıvan  sənətkarlarından  geridə  qalmırdı-
lar. Ordubad və ümumiyyətlə, Naxçıvan diyarında toxunan par-
çalara xarici bazarda da böyük ehtiyac duyulurdu. 
                                                 
1
 NƏST, s. 96. 
2
 Yenə orada, s. 94, 96, 202; А.Сумбатзаде. Промышленность, 
Азербайджана, с. 849. 
3
 İ.Şopen. Göstərilən əsəri, s. 945. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə