Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

 
 
54 
üçün  çox  əhəmiyyətli  idi.  Bostançılıqla  Əlincə  mahalında  və 
Naxçıvan  şəhəri  daxil  olmaqla,  eyni  adlı  mahalın  26  kəndində 
məşğul  olurdular.  1828-ci  ildə  Naxçıvan  bölgəsinin  əkilən  tor-
paqlarının  50  xalvarında  bostan  əkilirdi  ki,  buradan  da  yarım 
milyon pud məhsul (görünür, qarpız və yemiş) yığılırdı. 
Üzüm  bağlarının əksəriyyəti Naxçıvan bölgəsində becərilir-
di.  Burada  30  xalvara  yaxın  üzüm  bağı  var  idi.  Əsas  etibarilə, 
kişmiş üçün istifadə edilən bir xalvar üzüm sahəsindən 400 bat-
mana  yaxın məhsul yığılırdı.
1
  Ümumiyyətlə.  Naxçıvan  şəhərin-
də  XIX  əsrin  20-ci  illərində  12  min  batmana  yaxın  üzüm  yı-
ğılırdı. 
Ordubad  şəhərinin  və  eyni  adlı  bölgənin  mahallarında  bağ-
çılıq  əsas  məşğuliyyət  sahələrindən  biri  olmuşdur.  Ordubad 
bölgəsində 200 xalvar əkin  sahəsində meyvə bağları  salınmışdı 
ki,  bunun  da  30  xalvarı  Ordubad  şəhərində  və  onun  ətrafında 
yerləşirdi.
2
 
Naxçıvan diyarında əkilib-becərilən kənd təsərrüfatı məhsul-
larının  bir  qismi  satış  üçün  nəzərdə  tutulurdu.  Naxçıvan  baza-
rında buğdanın bir batmanının qiyməti 40 gümüş qəpik, unun bir 
batmanı  50  gümüş  qəpik,  arpanın  bir  batmanı  30  gümüş  qəpik 
idi.  Darı  ən  ucuz  dənli  bitkilərdən  idi,  onun  hər  batmanı  20 
gümüş qəpiyə müəyyən edilmişdi. Çəltiyin qiyməti isə buğdanın 
qiyməti  kimi  40  gümüş qəpik  olmuşdu. Naxçıvan bazarında ən 
bahalı  kənd  təsərrüfatı  məhsulu  olan  pambığın  bir  batmanının 
qiyməti 4 manat 50 qəpiyə bərabər idi.
3
 
Ordubad  bazarında  isə  pambığın  qiyməti,  Naxçıvan  baza-
rında  bu  məhsula  qoyulan  qiymətdən  nisbətən  baha  idi,  bir 
batman pambıq, adətən, 5 manat 50 qəpiyə satılırdı. 
Ordubad  bölgəsində  əhalinin  bir  qismi  ipəkçiliklə  məşğul 
olur,  əldə  etdiyi  məhsul  həm  məişətdə  işlədilir,  həm  də  bazara 
çıxarılırdı. Burada əldə edilən ipək, keyfiyyət etibarilə müxtəlif 
                                                 
1
 NƏST, s. 91. 
2
 Yenə orada, s. 195, 197, 198. 
3
 Yenə orada, s. 97. 


 
 
55 
olduğu  üçün,  onun  bazar  qiyməti  də  müxtəlif  idi.  Məsələn, 
birinci növ ipəyin qiyməti Ordubad bazarında 12 tümənə, ikinci 
növünün qiyməti isə 7 tümənə bərabər idi.
1
 
Kənd  təsərrüfatı  məhsulları  yerli  bazarlarda  satılmaqla 
bərabər,  eyni  zamanda  qonşu  xanlıqlara  və  ölkələrə  də  ixrac 
edilirdi.  Ordubad  bölgəsindən  ən  çox  meyvə  və  meyvə  qurusu 
ixrac  olunurdu.  Meyvə  qurusu  Tiflisə,  meyvənin  özü  isə  İrana, 
Qaradağ xanlığına aparılır və orada buğdaya dəyişdirilirdi.
2
 
Naxçıvan  diyarında  əhalinin  həm  əkinçilik,  həm  də  hey-
vandarlıqla  məşğul  olması,  onlardan  yığılan  vergilərin  çeşidinə 
və həcminə öz təsirini göstərirdi. 
Həmin  məsələlərin  tədqiqatı  mövzumuza  uyğun  gəlmədiyi 
üçün,  bu  barədə  ətraflı  danışmayacağıq.  Təkcə  onu  qeyd 
etməliyik  ki,  tədqiqatçılar  xanlıqlar  dövründə  Azərbaycanda 
otuzdan  artıq  vergi  növünün  mövcud  olduğunu  göstərir
3
.  Belə 
bir  vəziyyəti  Naxçıvan  xanlığına  da  şamil  etmək  olar.  Bu  isə 
əhalinin  məşğuliyyətinin  də  çoxsaylı  olmasına  bir  işarədir. 
Xanlıqlar  dövründə  əhalidən  kənd  təsərrüfatı  vergilərindən  sa-
vayı  «mancanaq  pulu»  və  ya  «dəyirman  pulu»  vergiləri  də 
alınırdı. 
Məlumdur  ki,  «manacaq  pulu»  ev  şəraitində  mancanaqdan, 
yəni  toxucu  dəzgahından  istifadə  edən  toxuculardan  alınırdı. 
«Dəyirman  pulu»  isə  şübhəsiz  ki,  dəyirman  sahiblərindən  top-
lanırdı.  Belə  misalların  sayını  artırmaq  da  olardı.  Gətirdiyimiz 
misallar  bir  daha  əhalinin  məşğuliyyətinin  rəngarəng  olmasını 
göstərən dəlillərdəndir. 
                                                 
1
 А.С.СумбатзадеПромышленность Азербайджана... с. 122. 
2
 NƏST, s. 202. 
3
 Bax: İ.P.Petruşevski. Göstərilən əsəri. 


 
 
56 
 
II.3. Maldarlıq 
 
Naxçıvan xanlığında əhalinin əsas məşğuliyyət sahələrindən 
birini  də  maldarlıq  təşkil  edirdi.  Xanlığın  dağətəyi  və  dağlıq 
bölgələri  maldarlığın  inkişafı  üçün  daha  əlverişli  idi.  Bununla 
belə,  mənbələrdə  kənd  təsərrüfatının  bu  sahəsi  ilə  bağlı  faktiki 
materialın  qıtlığı  onun  tədqiqi  işini  xeyli  çətinləşdirir.  Buna 
baxmayaraq  mövcud  faktiki  materiallar  əsasında  qarşıya  qoy-
duğumuz  məsələni  heç  olmazsa,  ümumi  şəkildə  həll  etməyə 
cəhd edəcəyik. 
İlk növbədə qeyd etməliyik ki, bütün Azərbaycanda olduğu 
kimi,  Naxçıvan  diyarında  da  kənd  təsərrüfatında,  əkinçilikdən 
sonra ən mühüm sahə maldarlıq idi
1

Kənd əhalisi qədim təsərrüfat sahəsi olan maldarlıqla, iqlim 
şəraiti imkan verdiyinə görə, Naxçıvan diyarının, demək olar ki, 
bütün mahallarında məşğul olurdu
2
. Naxçıvan diyarının bir çox 
mahallarında, xüsusilə Dərələyəz mahalının şərq hissəsində mal-
darlıq üçün lazım olan otlaqların çoxluğundan, burada maldarlıq 
əhalinin əsas məşğuliyyətinə çevrilmişdi. Bu da təsadüfi deyildi, 
çünki  buradakı  torpaq  sahələrinin  əksəriyyəti  əkinçilik  üçün 
yararsız olduğuna görə otlaqların sahəsi daha çox idi
3

Xok  mahalında  da  vəziyyət  eynilə  belə  idi.  Burada  suyun 
azlığından  torpaqların  çoxu  əkilib-becərilmir  və  ona  görə  də 
həmin  yerlər  otlaq  kimi  istifadə  olunurdu.  Ordubad  bölgəsində 
də xeyli otlaq yeri olduğu qeyd edilir.
4
 
Mənbələrdən  aldığımız  məlumata  görə,  Naxçıvan  diyarında 
buynuzlu heyvanların sayı nəqliyyat heyvanlarından təqribən 10 
dəfə  çox  idi.  Naxçıvan  diyarında  qoyunçuluq  daha  çox  inkişaf 
etmişdir. 
XIX  əsrin birinci rübündə buynuzlu  və nəqliyyat  heyvanla-
                                                 
1
 İ.Şopen. Göstərilən əsəri, s. 789, 795. 
2
 NƏST, s. 92. 
3
 Yenə orada, s. 81. 
4
 NƏST, s. 77, 199. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə