Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 
 
45 
qərarla  Naxçıvan  və  İrəvan  xanlıqlarını  ləğv  edərək  əvəzində 
həmin ərazidə süni olaraq «Ermənistan vilayəti» yaratdı. Bu vilayət 
1850-ci ilə kimi davam etmiş, sonra isə İrəvan quberniyası ilə əvəz 
olunmuşdur.  Naxçıvan  diyarı  da  həmin  quberniyaya  daxil 
edilmişdir.
1
 
İndi  də  yarımçıq  qoyduğumuz  mövzuya  qayıdaq.  Yuxarıda 
göstərildiyi kimi, köçürmə siyasəti nəticəsində Naxçıvan diyarında 
erməni  əhalisinin  sayı  xeyli  artdı.  Doğrudur,  ermənilər  sayca 
azərbaycanlılardan çox ola bilməsələr də, hesablamalarımıza görə, 
əgər  azərbaycanlıların  sayı  artmamışdısa  da  (halbuki  İ.Şopenin 
cədvəlindən  də  göründüyü  kimi,  müəllif  azərbaycanlı  əhalisinin 
sayının  artıb-artmamasına  dair  heç  bir  fikir  söyləmir  və  statistik 
məlumat  vermir).  Köçürülmə  nəticəsində  Naxçıvan  diyarında 
yaşayan azərbaycanlıların sayı 58,8%, ermənilərin sayı isə 1,2%-ə 
bərabər  olmuşdur.  Bununla  bərabər,  qeyd  etmək  lazımdır  ki, 
köçürülmə  siyasətinə  qədər  və  köçürülmələr  dövründə, 
azərbaycanlı əhalinin təbii artımını qəbul etsək, Naxçıvan diyarının 
etnik  tərkibində  azərbaycanlıların  payına  düşən  58,8%-i  bir 
minimum  olaraq  qəbul  etmək  lazımdır.  Biz  əminik  ki,  aşkar 
olunacaq yeni sənədlər dediklərimizi bir daha təsdiq edəcək. 
Araşdırdığımız  mənbələrdə,  Naxçıvan  diyarının  müsəlman 
əhalisinin tayfalar üzrə bölündüyü də qeyd edilir. Ancaq bu bütün 
əhaliyə deyil, yalnız Naxçıvan şəhəri və eyni adlı mahalda yaşayan 
Kəngərlilərə,  həmçinin  Dərələyəz  mahalının  şərq  hissəsində 
yaşayan və «Qaraca kürdləri» adlanan əhaliyə də aid edilmişdi. 
«Statistik  təsvir»in  verdiyi  məlumata  görə,  Kəngərlilərin  20 
tayfadan  ibarət  olduğu  qeyd  edilir.  920  ailədən  ibarət  olan 
Kəngərlilər  Naxçıvan  mahalının  18  yaşayış  məntəqəsində  məs-
kunlaşmışdılar.  Bunlardan  doqquz  tayfa  Naxçıvan  şəhərində,  on 
biri isə Naxçıvan mahalının 17 kəndində yaşayırdı.
2
 
«Qaraca  kürdləri»  doqquz  tayfadan  və  660  ailədən  ibarət  idi. 
                                                 
1
 В. Туманян. Материалы к новой истории Восточной Армении. - 
«Вестник общественных наук», Ереван, 1986, №8, с. 88. 
2
 NƏST, s. 31-32. 


 
 
46 
Onlar tatar dilinin (Azərbaycan dili nəzərdə tutulur — S.B.) xüsusi 
bir ləhcəsində danışırlar.
1
 
Naxçıvan  diyarı  əhalisinin  sosial  tərkibinə  gəldikdə  qeyd 
etməliyik ki, bu məsələ barəsində dolğun məlumat verən İ.Şopenin 
tərtib  etdiyi  cədvələ  əsasən  Naxçıvan  diyarının  iki  şəhərində  — 
Naxçıvan və Ordubadda 2133 ailə (8904 nəfər) (Naxçıvanda 1330-
u, Ordubadda isə 803) yaşayırdı.
2
 
Kənd  əhalisinə  gəldikdə  isə  Naxçıvan  xanlığının  İrana  bağlı 
olduğu dövrdə xanlığın kənd əhalisinin sayı 4850 ailə idi ki, bunun 
da əksəriyyəti, yəni 3500 ailə (72,1%) Naxçıvan bölgəsində, 1350 
ailə (27,9%) isə Ordubad bölgəsində yaşayırdı.
3
  Göründüyü kimi, 
hər iki bölgədə kənd əhalisinin sayı şəhər əhalisinin sayından xeyli 
üstün idi. 
Əhalinin  sıxlığı  məsələsinə  gəldikdə  isə  qeyd  etmək  lazımdır 
ki,  ayrı-ayrı  mahalların  əhalisinin  sayının  məlum  olmasına  bax-
mayaraq, onların yerləşdikləri ərazinin ölçüsü barədə əlimizdə hələ 
ki,  heç  bir  dəlil  yoxdur.  Odur  ki,  əhalinin  sıxlığı  haqqında  yalnız 
Naxçıvan və Ordubad bölgələri üzrə hesablamalarımızın nəticəsini 
deyə  bilərik.  Naxçıvan  diyarı  ərazisinin  yuxarıda  qeyd  edildiyi 
kimi,  4500  verstə,  o  cümlədən  Naxçıvan  bölgəsi  ərazisinin  3300 
verstə, Ordubad bölgəsininkinin isə 1200 verstə bərabər olduğu və 
bütün  diyarın  əhalisinin  sayının  isə  41482  nəfərə  çatdığı  nəzərə 
alınarsa, o zaman bu dövrdə Naxçıvan diyarında əhalinin sıxlığına 
görə, I verstə 9,2 nəfər düşdüyünü müəyyən etmək olar. 
Naxçıvan  xanlığının  əhalisi  hüquq  və  vəzifələri  baxımından 
vergi  verənlərə  və  vergidən  azad  olunanlara  bölünürdü.  Vergidən 
azad  olunanlara  xan  ailəsinin  üzvləri,  bəylər,  sultanlar,  məliklər, 
din  xadimləri  (axund,  molla,  seyid  və  s.)  daxil  idilər.  Yerdə 
qalanlar isə, yəni kəndlilər, sənətkarlar, ticarətlə məşğul olanlar, bir 
                                                 
1
 Yenə  orada,  s.  32,  80;  1839-cu  ildə  Kəngərlilərin  sayı  1270  ailəyə  bərabər 
idi. Bax: Колониальная политика российского царизма в Азербайджане 
в 20-60-х годах XIX в., ч. I. - М.-Л.: 1936, с. 153. 
2
 И.Шопен. Göstərilən əsəri, s. 540. 
3
 Yenə orada. 


 
 
47 
sözlə,  gəliri  olan  şəxslər  vergi  verənlər  qrupuna  daxil  idilər.
1
 
Vergidən azad olunmuş ailələr əsas etibarilə Naxçıvan bölgəsində, 
xüsusilə də Naxçıvan şəhərində, Ordubad bölgəsi üzrə isə Ordubad 
şəhərində yaşayırdılar.
2
 
Naxçıvan  diyarı  əhalisinin  məşğuliyyəti  bu  diyarın  fiziki-
coğrafiyası,  iqlim  şəraiti  və  digər  amillərlə  şərtlənirdi.  «Statistik 
təsvir»də,  İ.Şopenin  yuxarıda  adını  qeyd  etdiyimiz  əsərində  və 
digər  müəlliflərin  əsərlərində  Naxçıvan  diyarı  əhalisinin  məşğu-
liyyət sahələri, onun coğrafiyası barədə geniş məlumat verilmişdir. 
Əkinçilik,  maldarlıq,  sənətkarlığın  bir  çox  sahələri  isə  burada 
əhalinin əsas məşğuliyyəti idi. Naxçıvan diyarı ərazisinin böyük bir 
hissəsi  əkinçilik  üçün  yararlı  olduğuna  görə,  burada  buğda,  arpa, 
darı, çəltik, pambıq, tütün, mərcimək, noxud əkib-becərir, bağçılıq 
və bostançılıqla məşğul olurdular.
3
 
Otlaqların  bol  olması  Naxçıvan  diyarında  maldarlığın  inkişafı 
üçün  əlverişli  şərait  yaradırdı.  Xırda  və  iribuynuzlu  mal-qara 
bəsləyən  Naxçıvan  diyarının  əhalisi  dəri  aşılamaqla,  yağ-süd  mə-
mulatlarının  istehsalı  ilə  də  məşğul  olurdu.
4
    Eyni  zamanda  əhali 
Naxçıvan diyarında sənətkarlığın bir çox sahələri ilə də məşğul idi. 
Bez  parçaların  istehsalı,  zərgərlik.  dəmirçilik,  qalayçılıq  və  digər 
sənətkarlıq sahələri Naxçıvan diyarında çox yayılmışdı.
5
 
Bu  və  ya  digər  məşğuliyyət  sahələri  ətraflı  şəkildə  II  fəslin 
müvafiq paraqraflarında nəzərdən keçiriləcəkdir. 
 
 
 
 
                                                 
1
 NƏST, s. 192 
2
 И.Шопен. Göstərilən əsəri, e. 688-690, 700. 
3
 NƏST, s. 65, 70, 74, 80, 81, 188; А.С.Сумбатзаде. Сельское хозяйство 
Азербайджана в XIX в.  Баку: 1959, с. 69-72, 103, 104, 117, 122. 
4
 NƏST, s. 92-93. 199-200; И. Шопен. Göstərilən əsəri, s. 783-797; Ə. S. 
Sumbatzadə. Göstərilən əsəri, s. 81, 85, 89, 96, 92. 
5
 И.Шопен. Göstərilən əsəri, s. 844: A.S.Sumbatzadə. Промышленность 
Азербайджана, с. 44, 48, 57, 65-66, 94, 106. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə