Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 
 
36 
amillərdən  birinci  və  ikinci  Rusiya-İran  müharibələri  dövründə 
özünü açıq şəkildə göstərmişdir. 
Rusiya  ilə  İran  arasında  aparılan  birinci  (1804-1813)  və 
ikinci  müharibələr  barədə  tarixi  ədəbiyyatlarda  kifayət  qədər 
məlumat vardır. Təkcə onu qeyd [27-28] etmək lazımdır ki, bu 
müharibələrin əsas ağırlığı müəyyən qədər Naxçıvan xanlığının 
üzərinə düşmüş və bu xanlığın taleyində böyük rol oynamışdır. 
Yuxarıda  qeyd  edilənlərdən  elə  qənaətə  gəlmək  olar  ki, 
Naxçıvan  diyarının  idarəetmə  üsulu  və  ərazisi  istər  xanlıq 
olduğu  dövrə  qədər  (1747),  istərsə  də  müstəqil  xanlıq  illərində 
(1797)  və  İrandan  asılı  (1797-1813)  olduğu  dövrlərdə  (1813-
1828),  həmçinin  Rusiyaya  daxil  olduğu  dövrdə  (1828),  həmişə 
beynəlxalq siyasi münasibətlərin və ölkə daxilində cərəyan edən 
siyasi məsələlərin nəticəsində dəyişmişdir. 
Rusiya  tərəfindən  işğal  edildikdən  sonra  aparılan  islahatları 
çıxmaq  şərti  ilə,  1828-ci  ilə  qədər  Naxçıvan  diyarı  ərazisinin 
inzibati-ərazi  bölgüsünün  dəyişməsi,  dağıdıcı  müharibələrin  və 
ölkə  daxilində  baş  vermiş  toqquşmaların  nəticəsində  olmuşdur. 
Bunlar  isə  öz  növbəsində  Naxçıvan  diyarının  yalnız  ərazisinin 
dəyişməsinə və əhali tərkibinə deyil, iqtisadiyyatına da, xüsusilə 
kənd təsərrüfatına mənfi təsir göstərmişdir. 


 
 
37 
II  F Ə S İ L 
 
NAXÇIVAN XANLIĞININ ƏHALİSİ və ONUN 
ƏSAS MƏŞĞULİYYƏT SAHƏLƏRİ  
 
II.1. Əhalinin etnik tərkibi və köçürülmə siyasəti  
 
Naxçıvan  xanlığının  hələ  qədim  dövrlərdən  təşəkkül 
tapmış  təbii-iqlim  şəraiti  insanların  yaşayışı  və  təsərrüfat 
fəaliyyəti üçün əlverişli idi. XIX əsrin əvvəllərində tərtib edilmiş 
mənbənin  verdiyi  məlumatdan  aydın  olur  ki,  xanlığın  əhatə 
etdiyi 4500 verst
1
 ərazisinin şimal hissəsi sıx meşəliklərlə əhatə 
olunmuş  hündür  dağ  silsiləsindən,  mərkəz  hissəsi  kol-kosla 
örtülmüş təpələrdən, Araz çayı boyunca uzanan cənub hissəsi isə 
ovalıqlardan ibarət idi.
2
 Əkinçiliklə məşğul olmaq daha əlverişli 
olan  ovalıqların  ümumi  sahəsinin  850  versti  Naxçıvan,  yerdə 
qalan  99  versti  isə  Ordubad  bölgəsinin  payına  düşürdü.
3
  İqlim 
şəraiti  baxımından  Naxçıvan  diyarının  qışı  soyuq,  yayı  isə  isti 
keçirdi.  Ovalıqlar  yayda  çox  isti  olduğundan  əhali  yaylaqlara 
qalxardı.
4
 
Naxçıvan  xanlığında  təşəkkül  tapmış  isti  və  quru  iqlim 
şəraiti  əkinçiliyin  inkişafı  üçün  süni  suvarmanı  həyati  zərurətə 
çevirirdi.  Öyrənilən  dövrdə  xanlığın  ərazisindən  axan  doqquz 
çay  süni  suvarma  sisteminin  yaradılmasında  mühüm  rol 
oynayırdı. Bu çaylardan ən böyüyü olan Araz çayının bu diyarın 
ərazisindəki  uzunluğu  125  verstə  bərabər  idi.
5
  Araz  çayı  ilə 
bərabər xanlığın ərazisindən Arpaçay, Naxçıvançay, Əlincəçay, 
Ordubadçay, Ustupuçay, Gilançay, Əylisçay, Vənəndçay axırdı.
6
 
Yaşayış yerlərinin coğrafiyası baxımından Naxçıvan xanlığı-
                                                 
1
 NƏST, s.3, 185 (verst – 106 km-ə bərabərdir). 
2
 Yenə orada, s.3, 187. 
3
 Yenə orada, s. 13, 186. 
4
 Yenə orada, s. 24, 25. 
5
 Yenə orada, s. 13, 186. 
6
 Yenə orada, s. 6-13, 186-187. 


 
 
38 
nın əhalisi əsas etibarilə münbit torpaqlarda və suvarılması asan 
olan sahələrdə, çay kənarında özlərinə məskən salmışlar.
1
 
Rusiya  tərəfindən  işğal  edildikdən  sonra  rus  məmurları  tə-
rəfindən  tərtib  olunmuş  statistik  məlumata  əsasən,  Naxçıvan 
şəhəri  daxil  olmaqla,  eyni  adlı  dairənin  mahallarında  6177  ailə 
yaşayırdı.  Bunların  da  çoxu  (3450  ailə  və  yaxud  55,9%-i) 
Naxçıvan mahalının payına düşürdü. Ailə sayına görə Naxçıvan 
mahalından  sonra  qərb  və  şərq  hissəsinə  ayrılan  Dərələyəz 
mahalında 1272 ailə (20,6%) yaşayırdı. Sonra ardıcıllıqla Əlincə 
mahalı  (718 ailə  - 11,6%), Naxçıvan şəhəri  (502  ailə və  yaxud 
8,1%) və Xok mahalı gəlirdi (235 ailə - 3,8% ).
2
 
Eyni  dövrdə,  Ordubad  şəhərində  və  Ordubad  mahalında 
(Ordubad, Əylis, Dəstə, Cənənab və Bilev) 2292 ailə yaşayırdı
3

Burada  isə  əhalinin  çoxu  ailə  baxımından  Ordubad  mahalında 
(633  ailə  və  yaxud  dairə  üzrə  ümumi  ailə  sayının  27,7%-i)  və 
Ordubad  şəhərində  cəmlənmişdi  (515  ailə  və  yaxud  22,5%-i). 
Yerdə  qalan  mahallar  isə  ailələrin  sayı  baxımından  o  qədər  də 
böyük  deyildi:  Bilev  mahalında  388  ailə  (16,9%),  Dəstə  ma-
halında 319 ailə (13,9%), təqribən bir qədər də Əylis mahalında 
(318 ailə), 119 ailə isə (5,2%) Cənənab mahalında yaşayırdı. 
Göründüyü  kimi,  Naxçıvan  diyarında  cəmi  8469  ailə 
yaşayırdı ki, bunun da 72,9%-i Naxçıvan mahalının, 27,1 %-i isə 
Ordubad mahalının payına düşürdü. 
Əgər hər  ailənin  tərkibini  orta hesabla  5 nəfərdən götürsək, 
onda  Naxçıvan  diyarında  42345  nəfərin  (Naxçıvan  mahalında 
30885  nəfər,  Ordubad  mahalında  isə  11460  nəfər)  yaşadığını 
müəyyən etmiş olarıq. 
XIX  əsrin  birinci  rübündə  (Rusiya  işğalından  əvvəl),  Nax-
çıvan xanlığının ərazisində İran dövləti tərəfindən daha bir inzi-
bati-ərazi bölgüsü, Məvazi-Xatun mahalı yaradılmışdı.
4
 9 kənd-
dən ibarət olan bu mahal, ona daxil olan kəndlərin adlarından da 
                                                 
1
 Yenə orada, s. 64, 193, 196. 
2
 NƏST, s. 65, 69, 73, 77, 79-80, 193, 196. 
3
 Yenə orada, s. 193-196. 
4
 И.Шопен. Göstərilən əsəri, s.611. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə