Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 
 
39 
göründüyü kimi, Naxçıvan şəhəri ətrafındakı kəndlərin hesabına 
yaranmışdır.
1
  İ.Şopenin  əsərində  Türkmənçay  müqaviləsinə  qə-
dər  buranın  əhalisinin  ümumi  sayı  haqqında  məlumat  veril-
mişdir.  Həmin  məlumata  görə,  Məvazi-Xatun  mahalında  305 
ailə  yaşayırmış.  Naxçıvan  əyalətinin  statistik  təsvirinin  verdiyi 
məlumatlarla  müqayisədə  görünür  ki,  XIX  əsrin  30-cu  illərinə 
qədər yalnız Naxçıvan şəhərində ailələrin sayı 2,4 dəfə (müvafiq 
olaraq  504  və  1204  ailə)  və  Xok  mahalında  1,4  dəfə  artmışdır. 
Digər  mahallarda  isə  ailə  sayında  azalmalar  müşahidə  olunur: 
Əlincə  mahalında  1,2  dəfə,  Dərələyəz  mahalında  isə  1,1  dəfə. 
Ümumiyyətlə,  statistik  təsvirin  məlumatlarından  aydın  olur  ki, 
birinci  və  ikinci  Rusiya-İran  müharibələri  dövründə  ailə  sayı 
baxımından  Naxçıvan  bölgəsində  1,3  dəfə  azalma  müşahidə 
olunur. 
Ordubad  bölgəsinə  gəldikdə  isə  burada  ailə  sayında  ciddi 
dəyişikliklər qeydə alınmamışdır. Türkmənçay müqaviləsinə qə-
dər  buranın  beş  mahalı  və  bir  şəhərində  (Ordubad)  2221  ailə 
olmuşdur.  Müşahidələr  göstərir  ki,  cüzi  olsa  da  ailə  sayında 
artım  Ordubad  şəhərində  (1,6  dəfə),  Dəstə  və  Cənənab  mahal-
larında  olmuşdur.  Dəstə  mahalında  ailə  sayı  319-dan  390-a, 
Cənənab mahalında isə 119-dan 142-yə yüksəlmişdir. Digər ma-
hallarda  isə  ailələrin  sayı  xeyli  azalmışdı.  Bunun  ən  yüksək 
göstəricisi  Ordubad  mahalında  idi  –  3,2  dəfə.  Burada  ailə  sayı 
633-dən 193-ə enmişdi. Azalma Əylis və Bilev mahallarında da 
müşahidə olunurdu. Əylis mahalında əvvəlki dövrlə müqayisədə 
13  ailə  azalmış,  388  ailəsi  olan  Bilev  mahalında  isə  artıq  349 
ailə qeydə alınmışdır.
2
 
Naxçıvan  diyarı  üzrə  əhalinin  sayına  gəldikdə  isə  ailə  tər-
kibinin  beş  nəfərdən  ibarət  olduğunu  qəbul  etsək,  onda  Nax-
çıvan  diyarı  üzrə  əhalinin  sayı  34655  nəfər  olur  ki,  bunun  da 
67,9%-i  Naxçıvan  bölgəsinə,  32,1  %-i  isə  Ordubad  bölgəsinin 
payına düşürdü. 
                                                 
1
 NƏST, s. 140, 142, 144. 
2
 И.Шопен. Göstərilən əsəri, s. 599-627, 688-690, 699, 670. 


 
 
40 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Naxçıvan  diyarının  əhalisinin 
ümumi  sayında  da,  xüsusilə  XVIII  əsrin  sonu  –  XIX  əsrin  əv-
vəllərində  (34655-23450  nəfər  və  yaxud  18,2%)  azalma  hiss 
olunmuşdur.  Bu  azalmanın  bir  səbəbi  çox  güman  ki,  ölkə  da-
xilində yaranmış siyasi sabitsizlikdən ehtiyat edən əhalinin qon-
şu  əyalətlərə  köçmələri  ilə  əlaqədardır.  Həqiqətən  də,  mənbə-
lərin  verdiyi  məlumata  görə,  əhalinin  köçmə  halları  birinci  və 
ikinci Rusiya-İran müharibələri dövrünə təsadüf edir. Bu zaman 
əhalinin bir qismi İrana qaçmış, digər qismi isə Abbas Mirzənin 
əmri ilə, sonra zorla İrana köçürülmüşdür. 
Müharibələr  zamanı  İrana  könüllü  köçən  ailələrdən  Naxçıvan 
mahalının  Təzəkənd  kəndinin  25  ailəsini,  Nehrəm  kəndinin  81 
evlik  əhalisini  göstərmək  olar
1
.  Belə  köçmələr  Xok  və  Əlincə 
mahallarında, Ordubadın Dəstə mahalında da olmuşdur
2
. Naxçıvan 
diyarının  daxilində  olan  bəzi  köçmə  halları  sosial  məsələlərlə  – 
torpaq azlığı, su çatışmazlığı və s. bu kimi hallarla da bağlı idi.
3
 
Türkmənçay müqaviləsi imzalandıqdan sonra əksinə, Naxçı-
van diyarında əhalinin  sayının  artması  müşahidə olunur.  Bu da 
ilk  növbədə  İran  ərazisindən  ermənilərin,  kütləvi  şəkildə  yeni 
zəbt edilmiş yerlərə köçürülməsi ilə bağlı idi
4

Ermənilərin  Türkmənçay  müqaviləsindən  sonra  Naxçıvana 
köçürülmələri,  xronoloji  baxımdan  tədqiqat  dairəsindən  kənar 
olsa da, həmin məsələnin aktuallığını nəzərə alaraq, bunun üzə-
rində  bir  qədər  dayanmağı  məqsədəuyğun  hesab  edirik.  Azər-
baycan ərazisində İranla Türkiyə sərhədləri arasında, əsasən er-
mənilərdən  ibarət  olan  xristian  dövləti  yaratmaq  məqsədini 
güdən Rusiya dövlətinin belə hərəkəti, «Naxçıvanın statistik təs-
viri»ndə  xristianlara  edilən  «atalıq  qayğısı»  kimi  qiymətləndi-
rilmişdir.
 5
 
                                                 
1
 NƏST, s. 133. 
2
 Yenə orada, s. 151, 153, 155, 157, 225. 
3
 Yenə orada, s. 133, 145, 169, 227, 229. 
4
 С.Глинка. Описание переселения армян Азербайджанских в пределы 
России... М. 1831, с. 103. 
5
 NƏST, s. 82. 


 
 
41 
Mümkün  qədər  ermənilərin  çox  sayda  köçürülməsi  məqsə-
dini güdən Rusiya hökuməti  və kömək arzusunda olan erməni-
lər, köçürülən əyalətlərdə nə qədər boş yer olduğundan və torpa-
ğın keyfiyyətindən xəbərsiz idilər. Köçürülən ermənilərin sayı o 
qədər çox idi ki, onları tezliklə yerləşdirmək mümkün olmurdu. 
Bunun  üçün  də  gəlmə  ermənilər  boş  torpağı  və  evi  olan  yaxşı 
kəndləri  seçir  və  ondan  sonra  yerli  idarələrə  müraciət  edərək, 
onları  məskunlaşdıqları  yerə  qeydiyyata  salmalarını  tələb  edir-
dilər.
1
  Rusiyanın  bu  köçürmə  siyasəti  nəticəsində  Naxçıvan  di-
yarında  erməni  əhalisinin  sayı  sürətlə  artmaqla  yanaşı,  eyni  za-
manda  yerli  əhaliyə  də  ziyan  vururdu.  Məcburiyyət  qarşısında 
yerli əhali öz torpaqlarının bir qismini rus silahlılarının qorxusu 
altında, gəlmə ermənilərə verməli oldular.
2
 
Naxçıvan  diyarına  köçürülən  ermənilərin  sayı  barədə  «Sta-
tistik təsvir»də, İ.Şopenin və S.Qlinkanın əsərlərində geniş mə-
lumat  vardır.  Ancaq  bu  əsərlərdəki  məlumatlarda  say  baxımın-
dan fərq vardır. Fikrimizcə, İ. Şopenin verdiyi məlumatları əsas 
kimi qəbul etmək olar, çünki «Statistik təsvir»in müəllifi köçüb 
gəlmiş  ermənilərin  tam  şəkildə  yerləşdiyini  və  bu  yerləşmənin 
hələ də davam etdiyini göstərir.
3
 Bununla yanaşı, İ.Şopenin mə-
lumatları ermənilərin yerləşdirilməsinin son mənzərəsini verirsə, 
«Statistik  təsvir»də  olan  məlumatlar  köçürülmənin  ilkin  mər-
hələsindəki vəziyyət barəsində təsəvvür yaradır. 
«Statistik  təsvir»dəki  məlumata  əsasən  deyə  bilərək  ki,  kö-
çürülmənin  ilkin  mərhələsində  Naxçıvan  şəhərinə  və  eyni  adlı 
dairənin  43  kəndinə  2285  erməni  ailəsi  və  yaxud  11651  nəfər, 
Ordubad  nahiyəsinin  4  kəndinə  isə  266  erməni  ailəsi  və  yaxud 
1509  nəfər  yerləşdirilmişdir.  Naxçıvan  diyarının  47  yaşayış 
məskəninə  köçürmənin  ilkin  mərhələsində  2551  erməni  ailəsi 
(13160  nəfər)  məskunlaşmışdır  ki,  bunun  da  əsas  hissəsi 
(88,5%)  Naxçıvan  dairəsinin  payına  düşürdü.  Bunu  da  qeyd 
                                                 
1
 Yenə orada, s. 83. 
2
 NƏST, s. 83. 
3
 Yenə orada, s. 48. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə