Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 
 
48 
 
II.2. Əkinçilik 
 
Azərbaycanın  əksər  xanlıqlarında  olduğu  kimi,  Naxçıvan 
xanlığında  da  əhalinin  əsas  məşğuliyyətini  əkinçilik  təşkil 
edirdi.  Xanlığın  ərazisində  mövcud  olan  müxtəlif  iqlim, 
qurşaqları  burada  əkinçiliyin  taxılçılıq,  pambıqçılıq,  bağçılıq, 
bostançılıq  kimi  sahələrinin  inkişafı  üçün  əlverişli  şərait 
yaradırdı.  Doğrudur,  xanlıqlar  dövründə  bölgədə  cərəyan  edən 
müharibələr bu sahənin inkişafına ciddi əngəl törədirdi. Bununla 
belə,  iqtisadi  əlaqələrin  zəif  inkişaf  etdiyi  bir  şəraitdə  əkinçilik 
əhalinin ərzaqla təminatının yeganə mənbəyi idi. 
Tədqiqatçıların fikrincə, Azərbaycan Rusiya tərəfindən işğal 
edildikdən  sonra  Naxçıvan  diyarında,  nə  sosial-iqtisadi  müna-
sibətlərdə,  nə  də  məhsuldar  qüvvələrin  inkişafında,  XIX  əsrin 
birinci yarısında elə bir əhəmiyyətli dəyişiklik baş verməmişdir. 
Kənd  əhalisi  yenə  də  taxılçılıq,  maldarlıq,  ipəkçilik,  bağçılıqla 
və  s.  məşğul  olmuşdu.
1
  Rusiya  tərəfindən  başqa  Azərbaycan 
xanlıqlarından  bir  qədər  gec  zəbt  edilən  Naxçıvan  diyarında 
vəziyyət belə idi. 
Arxiv  sənədlərinin  azlığına,  əldə  olan  sənədlərin  verdiyi 
məlumatların  isə  məhdud  olmasına  baxmayaraq,  onları  Azər-
baycanın ayrı-ayrı bölgələri, o cümlədən Naxçıvan diyarı, onun 
mahalları  üzrə  araşdırdıqda  bu  diyarın  sosial-iqtisadi,  xüsusilə 
kənd  təsərrüfatının  inkişafında  heç  bir  dəyişikliyin  olmadığı 
bəlli  olur.  Naxçıvan  diyarı  daxil  olmaqla  çarizmin  Qafqazın 
bütün  əyalətlərini,  Rusiyanın  inkişaf  etməkdə  olan  sənayesi 
üçün bir xammal bazasına çevirmək istədiyinin şahidi oluruq.
2
 
Eyni zamanda bu siyasətin həyata keçirilməsinə şərait yara-
dan  amillərdən  biri  də,  Rusiyanın  işğalı  dövründə,  Naxçıvan 
diyarı  iqtisadiyyatının  əsas  sahələri  olan  əkinçiliyində,  maldar-
lıqla  natural  təsərrüfatçılığın  aparıcı  mövqedə  olması  və  xanlıq 
                                                 
1
 M.M.Gülmalıyev. Göstərilən əsəri, s. 85. 
2
 Колониальная политика российского царизма в Азербайджане, с. 314. 


 
 
49 
dövründən  qalma  torpaq  mülkiyyəti  formalarının  və  istehsal 
münasibətlərinin qüvvədə qalmasıdır. 
Azərbaycanın  digər  xanlıqlarında  olduğu  kimi,  Naxçıvan 
xanlığında da beş torpaq mülkiyyəti forması mövcud olmuşdur. 
Bunlardan  başlıcası  divani,  yəni  dövlət  torpaqları,  xan  ailəsi 
üzvlərinə  aid  olan  torpaqlar  «xalisə»,  iri  bəylərə  mənsub  olan 
torpaq  sahələri  «mülk»,  məscid,  pir  və  digər  dini  ocaqlara 
məxsus olan torpaqlar «vəqf» və kənd icmalarının istifadəsində 
olan  torpaqlar  isə  «camaat  torpaqları»  adlanırdı.
1
  Naxçıvan  di-
yarında kənd təsərrüfatının  məhsulları həmin torpaqlarda  əkilib 
becərilirdi.  Əkinçiliyin  vəziyyətini  araşdırmazdan  əvvəl,  bu 
qeyd  edilən  torpaqların  əkin  üçün  yararlı  olub-olmamasını 
müəyyənləşdirməyi məqsədə uyğun hesab edirik. 
Naxçıvan  xanlığında  əkin  üçün  yararlı  olan  və  əkilib-
becərilən  torpaqların  sahəsi  barədə  dəqiq  məlumat  «Statistik 
təsvir»də  verilmişdir.  Həmin  mənbədə  Naxçıvan  bölgəsində 
əkilib-becərilən  torpaq  sahələrinin  vəziyyəti  mahallar  üzrə 
aşağıdakı cədvəldə verilmişdir: 
1-ci cədvəl 
 
Naxçıvan bölgəsində əkilib-becərilən torpaqların mahallar üzrə vəziyyəti 
 
Mahallar 
Əkilən torpağın 
sahəsi (xalvar ilə) 
Əkilən torpaqların 
mahallar üzrə nisbəti 
(faizlə) 
1. Naxçıvan mahalı 
11737 
34,4 
Naxçıvan şəhəri 
600 
 
2. Xok mahalı 
1065 
3,1 
3. Əlincə mahalı 
3395 
9,9 
4. Dərələyəz mahalı o cümlədən: 17899 
52,6 
a) Qərb hissəsi 
415 
 
b) Şərq hissəsi 
17484 
 
                                                 
1
 И.Петрушевский.  Очерки  на  истории  феодальных  отношений  в 
Азербайджане и Армении XVI-начала XIX вв. М.- Л.: 1949, с. 222-247; 
Yenə  də  onun,  К  вопросу  об  иммунитете  в  Азербайджане  в  XVI-XVII 
вв. «Исторический сборник», 1945, №4, с. 72. 


 
 
50 
Cəmi: 
34096 xalvar
1
 
 
 
Cədvəldən  göründüyü  kimi,  Naxçıvan  bölgəsi  üzrə  əkilib-
becərilən  34096  xalvar  torpaq  sahəsinin  böyük  bir  hissəsi  Də-
rələyəz  mahalında,  xüsusilə  bu  mahalın  şərq  hissəsində  olmuş-
dur. Bu isə Naxçıvan bölgəsi  üzrə torpaqların  yarıdan çoxunun 
Dərələyəz mahalının payına düşdüyünü göstərir — 52,6%. İkin-
ci  yerdə  Naxçıvan  şəhəri  daxil  olmaqla  eyni  adlı  mahal  gəlirdi 
— 34,4%. Bu mahalda əkilən torpaqların 600 xalvarı Naxçıvan 
şəhəri və onun ətrafında olmuşdur. Cədvəldəki məlumata əsasən 
deyə  bilərik  ki,  bütün  Naxçıvan  mahalı  üzrə  əkilən  torpaqların 
5,1%-i  Naxçıvan  şəhərinin  payına  düşürdü.  Göstərilən  nisbət 
böyük  olmasa  da,  Naxçıvanın  şəhər  olduğunu  nəzərə  alsaq,  bu 
rəqəmin yüksək olduğunu qeyd etməliyik. 
Əlincə və Xok mahallarına gəldikdə isə göstərmək lazımdır 
ki, əgər kəndlərinin sayını nəzərə alsaq (müvafiq olaraq 18 və 6 
kənd),  bu  mahalların  payına  düşən  əkin  sahəsini  normal  hesab 
etmək olar. 
Ordubad bölgəsi üzrə olan məlumatları nəzərdən keçirdikdə 
bu bölgənin mahallarında əkilən torpaqların çox olmadığı nəzərə 
çarpır. 
Naxçıvan bölgəsi üzrə müqayisədən məlum olur ki, Ordubad 
bölgəsində  əkilən  torpaqların  sahəsi  qonşu  bölgənin  əkilən  tor-
paqlarından 22 dəfə az idi. Naxçıvan bölgəsi üzrə 95,7% əkilən 
torpaq sahəsi mövcud idi. 
2-ci cədvəl 
Ordubad bölgəsində əkilən torpaqların mahallar üzrə vəziyyəti 
 
Mahallar 
Əkilən torpağın 
sahəsi (xalvar ilə) 
Əkilən torpaqların mahallar 
üzrə nisbəti (faizlə) 
1. Ordubad mahalı 
220 
24,4 
Ordubad şəhəri 
150 
 
2. Əylis mahalı 
141,5 
9,3 
3. Dəstə mahalı 
406,5 
26.7 
                                                 
1
 NƏST, s - 131-177. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə