Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

 
 
51 
4. Cənənab mahalı 
194 
12,7 
5. Bilev mahalı 
560 
36,8 
Cəmi: 
1522 
 
 
Ordubad bölgəsində əkilən torpaq sahələrinin mahallar üzrə 
olan vəziyyətinə nəzər salsaq (2-ci cədvəl), müəyyən etmək olar 
ki, burada əkilən torpaq sahələri arasında kəskin bir fərq yox idi. 
Göründüyü  kimi,  Ordubad  bölgəsində  əkilən  torpaqların 
böyük əksəriyyəti Bilev (560 xalvar və ya dairə üzrə 36,8%) və 
Dəstə  (406,5  xalvar  və  ya  dairə  üzrə  26,7%)  mahallarında 
yerləşirdi. Ən az əkilən torpaq sahəsi Cənənab (12,7%) və Əylis 
(9,3%) mahallarında olmuşdur.
1
 
Naxçıvan  diyarı  üzrə  əkilən  torpaqların  əksəriyyəti  dənli 
bitkilər  və  pambıq  üçün  istifadə  olunurdu.  Misal  üçün,  600 
xalvar əkin torpağı olan Naxçıvan şəhərində, 250 xalvar torpaq 
sahəsində, buğda və arpa, 60 xalvar torpaq sahəsində pambıq, 10 
xalvar  torpaq  sahəsində  çəltik  əkirdilər.  Naxçıvan  mahalının 
Şıxmahmud  kəndində  300  xalvar  əkilən  torpaq  sahəsinin  100 
xalvarı buğda, 10 xalvarı pambıq; 1200 xalvar əkin sahəsi olan 
Cəhri  kəndində  əkin  sahəsinin  400  xalvarı  buğda,  40  xalvarı 
pambıq,  10  xalvarı  isə  çəltik  üçün  istifadə  olunurdu.
2
  Digər 
kəndlərdə də vəziyyət demək olar ki, belə idi. 
Naxçıvan  diyarında  kənd  təsərrüfatının  vəziyyətinə  suyun 
çatışmazlığının da böyük təsiri olmuşdur.
3
  Bu  barədə  «Statistik 
təsvir»də kifayət qədər məlumat vardır.
4
 
Əkinçiliyin  ayrı-ayrı  sahələrinin  məhsuldarlığına  təsir  edən 
suvarma  sistemi  ilə  yanaşı  torpağın  keyfiyyətinin  də  rolu  az 
deyildi. 
Naxçıvan  diyarının  əkilən  torpaqlarının  oxşar  cəhətləri  ilə 
bərabər  fərqli  tərəfləri  də  vardı.  Belə  ki,  Naxçıvan  bölgəsinin 
                                                 
1
 NƏST, s. 131, 135, 145. 
2
 NƏST, s. 131, 135, 141. 
3
 K.H.Никитин. Göstərilən əcəri. s 129 
4
 NƏST, s. 151, 155 və s. 


 
 
52 
torpaqları  bərəkətli  olmaqla  yanaşı,  öz  xüsusiyyətlərinə  görə 
münbit tər torpaq əkinçiliyin bütün sahələri üçün deyil, ayrı-ayrı 
sahələri üçün yararlı olmuşdur. Misal üçün, Naxçıvan bölgəsinin 
Əlincə  mahalının  torpağı  əsas  etibarilə  gilli  torpaqlar  olmuş  və 
bura  yalnız  buğda  və  arpa  əkmək  üçün  yararlı  olmuşdur.
1
  Xok 
mahalının torpaqları buğda və arpa ilə bərabər pambığın da əkil-
məsinə  imkan  verirdi.
2
  Dərələyəz  mahalının  əkin  sahələri  isə 
gilli və qara torpaqlar olmuşdur.
3
 
Ordubad  bölgəsinə  gəldikdə  isə  torpaqlarının  xüsusiyyətinə 
görə  bura  üç  yerə  bölünürdü:  şimalda  gili  çox  olan  qara  tor-
paqlar,  mərkəzdə  gilli  və  qumlu  torpaqlar  və  nəhayət,  cənubda 
Araz çayı boyunca sarı və qırmızı gilli torpaqlar.
4
 
Torpaqların xüsusiyyətinə görə Naxçıvan diyarında kəndlilər 
taxılçılıq,  ipəkçilik,  bağçılıq,  üzümçülük,  pambıqçılıq  və  s. 
bitkilərin yetişdirilməsi ilə məşğul olurdular. 
Naxçıvan mahalı ovalıq olduğuna görə orada pambıq, çəltik, 
üzüm, yemiş və qarpız, Dərələyəz mahalının düzənlik yerlərində 
buğda, arpa, noxud; dərələrdə isə meyvə yetişdirilirdi.
5
 Ordubad 
bölgəsində kəndlilər əsasən taxıl, pambıq, çəltik əkməklə yanaşı, 
bağçılıq və arıçılıqla da məşğul olurdular.
6
 
Buğdanı Naxçıvan diyarında ildə bir dəfə, yazda mart ayının 
sonunda  və  payızda,  sentyabr  ayında  əkirdilər.  Yazda  əkilən 
buğdanı iyun ayının sonu və avqust ayının əvvəllərində, payızda 
əkiləni isə Novruz bayramından yüz gün sonra, yəni iyun ayının 
ortalarında  toplayırdılar.  Buğdanı  demək  olar  ki,  bütün  mahal-
larda  əkirdilər.  Naxçıvan  xanlığının  İran  tabeliyində  olduğu  il-
lərdə,  burada  ildə  10  min  xalvar  buğda  toplayırdılar.
7
  Ordubad 
                                                 
1
 NƏST, s. 151, 155 və s. 73. 
2
 NƏST, s. 77. 
3
 Yenə orada, s. 80. 
4
 Yenə orada. 
5
 Yenə orada, s. 85. 
6
 Yenə orada, s. 197-200. 
7
 Yenə orada, s. 86. 


 
 
53 
bölgəsində, torpağın böyük bir hissəsində də buğda əkilirdi.
1
 
Naxçıvan diyarında çox əkilən dənli bitkilərdən biri də çəltik 
idi. Bu bitki  Naxçıvan şəhərinin ətrafında və eyni  adlı mahalın 
13  kəndində;  Əlincə  mahalının  6  kəndində  və  Dərələyəz  ma-
halının  qərb  hissəsində  əkilib-becərilirdi.  Çəltiyi  suyun  bol  ol-
duğu  və  düzənlik  yerlərdə,  may  ayında  əkir  və  oktyabr-noyabr 
aylarında  məhsulu  toplayırdılar.  Çəltiyin  məhsuldarlığı  yüksək 
idi  və  əkilən  toxumun  25  misli  qədər  məhsul  yığılırdı.  1828-ci 
ildə  Naxçıvan  bölgəsində  500  xalvara  yaxın  və  yaxud  10  min 
pud çəltik yığılmışdı.
2
 
Pambıqçılıq  Naxçıvan  diyarının  əhalisi  uçun  çox  faydalı 
məşğuliyyət  idi  və  demək  olar  ki,  bütün  mahallarda  əkilirdi. 
Əldə olan məlumata görə, Naxçıvan şəhərinin ətrafında və eyni 
adlı  mahalın  20  kəndində,  Xok  mahalının  bütün  kəndlərində, 
Əlincə mahalının dörd kəndində və Ordubad bölgəsinin torpaq-
larının  250  xalvarında  pambıq  əkilirdi.  1828-ci  ildə  Naxçıvan 
bölgəsində  300  xalvara  yaxın  və  yaxud  6  min  pud  pambıq 
yığılmışdı.
3
 
Naxçıvan  diyarında,  xüsusilə  Dərələyəz  mahalında  əkilən 
kətandan,  əsas  etibarilə  yağ  almaq  üçün  istifadə  olunurmuş.
4
 
Arıçılıq və ipəkçiliklə əsasən, Ordubad bölgəsində məşğul olur-
dular.  İpəkçilik  kənd  təsərrüfatının  o  qədər  gəlirli  sahəsi  idi  ki, 
hər  tut  ağacından  ildə  1  manat  20  qəpik  vergi  alınırdı.
5
  Bütün 
Ordubad bölgəsində 100 min tut ağacı var idi ki, bunun da 10%-
i, yəni 10 min ədədi Ordubad şəhərində yerləşirdi.
6
 
Heç  də  təsadüfi  deyildir  ki,  XIX  əsrin  20-ci  illərində 
Ordubad şəhərində 200 pud ipək istehsal olunurdu.
7
 
Bostançılıq  Naxçıvan  diyarı  əhalisinin  gündəlik  güzəranı 
                                                 
1
 NƏST,  s. 191. 
2
 Yenə orada. 
3
 Yenə orada, s. 89-191. 
4
 Yenə orada, s. 205. 
5
 Yenə orada, s. 195, 199. 
6
 Yenə orada, s. 195. 
7
 Yenə orada, s. 90. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə