Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 
 
63 
Naxçıvan  diyarında  şəhərlərdən  savayı,  Dərələyəz  mahalın-
da,  başqa  kənd  yerlərindən  fərqli  olaraq,  əhali  sənətkarlığın 
müxtəlif  sahələri  ilə  məşğul  olurdu.  Mahalda  toxuculuq  daha 
çox  inkişaf  etmişdi.  Burada  da,  əsasən,  xalça,  ipək  və  bez  par-
çalar toxunardı. 
Naxçıvan diyarında toxunan və xarici bazarda ən çox satılan 
parçalardan, qeyd edildiyi kimi, qırmızı rəngli bez parça olmuş-
dur.  Bez  parça  çox  zaman  daha  artıq  ehtiyac  duyulan  Qarabağ 
və İrəvan xanlıqlarına satılmağa aparılırdı.
1
  Naxçıvan diyarında 
toxunmuş  pambıq  parçaları  yerli  tacirlər  Türkiyə  şəhərlərinə,  o 
cümlədən Qarsa, Bəyazidə, habelə Gürcüstana aparırdılar. Əldə 
edilən  məlumata  görə,  bir  ildə  Türkiyənin  Qars  və  Bəyazid 
şəhərlərinə,  Naxçıvan  diyarından  15  min  puda  qədər  pambıq 
parça aparılırmış.
2
 
Ordubad  şəhərində  pambıq  parçalarla  yanaşı,  xarici  bazara 
ən çox ehtiyac duyulan ipək parçalar da ixrac edilirdi.
3
 
Yuxarıda  deyilənlərdən  elə  nəticəyə  gəlmək  olar  ki,  Nax-
çıvan  diyarında  sənətkarlığın  coğrafiyası,  əsas  etibarilə  ölkənin 
iqlim şəraitindən və təbii sərvətlərindən asılı idi. Heç də təsadüfi 
deyildir  ki,  əhalisinin  böyük  bir  hissəsi  maldarlıqla  məşğul  ol-
duğu üçün burada yundan hazırlanmış məmulat sənətkarlar tərə-
findən hazırlanan əşyalar arasında ümdə yerlərdən birini tuturdu. 
Bez və digər pambıq parçaların sənətkarlar tərəfindən hazırlan-
ması  da  bilavasitə  kənd  təsərrüfatı  ilə,  xüsusilə  pambıqçılıqla 
əlaqədar idi. Lakin bu o demək deyildir ki, Naxçıvan diyarında 
sənətkarlığın digər növləri olmamışdır. Doğrudur, Naxçıvan di-
yarında  ustalar  sənətkarlığın  başqa  sahələri  sahəsində  da  ça-
lışırdılar.  Lakin  həmin  sənətkarların  taleyi  əsas  etibarilə  gəlmə 
xammaldan asılı idi. 
                                                 
1
 NƏST, s. 44. 
2
 Yenə orada, s. 96. 
3
 Yenə orada, s. 202. 


 
 
64 
III   F Ə S İ L 
 
NAXÇIVAN  XANLIĞININ ŞƏHƏR HƏYATI  
 
Son  orta  əsrlərdə  bütün  Azərbaycanda  olduğu  kimi, 
Naxçıvan bölgəsində də cərəyan edən hadisələr şəhər həyatının 
inkişafı  yolunda  ciddi  əngələ  çevrilmişdi.  Öyrənilən  dövrdə 
bölgənin  Naxçıvan  və  Ordubad  kimi  əsas  şəhərləri  öz 
tarixlərinin  dərin  tənəzzül  dövrünü  yaşayırdılar.  Vaxtaşırı  baş 
verən  çəkişmələr  və  yadelli  hücumlar  hər  iki  şəhərin  iqtisadi 
həyatının  əsasını  təşkil  edən  ticarət  və  sənətkarlığa  ağır  zərbə 
vurmuş,  ictimai  və  yaşayış  binalarının  əksəriyyətini  yararsız 
hala  salmışdı.  Heç  də    təsadüfi  deyil  ki,  XVII-XVIII  əsrlərdə 
Azərbaycanda  olmuş  bir  çox  xarici  ölkə  səyyahları  Naxçıvanı 
qədim, lakin ciddi dağıntılara məruz qalmış bir şəhər kimi təsvir 
edirlər.  Onu  da  göstərmək  lazımdır  ki,  Naxçıvan  bölgəsinin 
şəhərləri  əvvəllər  də  ciddi  dağıntılara  məruz  qalmış,  lakin  hər 
dağıntıdan  sonra  özlərində  güc  taparaq  əvvəlki  qüdrətlərini 
bərpa  edə  bilmişdir.  Son  orta  əsrlərdə  Naxçıvan  bölgəsi 
şəhərlərində  gedən  prosesləri  düzgün  qiymətləndirmək  üçün 
onların  əvvəlki  tarixlərinə  qısaca  nəzər  yetirməyi  daha 
məqsədəuyğun hesab edirik. 
Məlumdur  ki,  dünyanın  hər  yerində  olduğu  kimi  Azərbay-
canda,  o  cümlədən  Naxçıvan  bölgəsində  də,  şəhərlərin  inkişafı 
bir çox iqtisadi, siyasi və coğrafi xarakter daşıyan amillərlə sıx 
bağlı  olmuşdur.  Bu  amillər  içərisində  ilk  növbədə,  əmtəəlik 
məhsul  istehsalının  və  müəyyən  bölgə  daxilində  ictimai  əmək 
bölgüsünün  inkişaf  səviyyəsi  mühüm  əhəmiyyət  kəsb  edirdi. 
Şəhərlərin  inkişafında,  xarici  və  tranzit  ticarətin  də  mühüm  rol 
oynadığını xüsusi qeyd etməliyik. Şəhərlərin inkişafında onların 
coğrafi  mövqeyi  həlledici  amillərdən  biri  idi.  Azərbaycanın  bir 
çox  şəhərləri  kimi,  Naxçıvan  bölgəsinin  şəhərləri  də  uzun 
müddət, ölkənin mühüm iqtisadi mərkəzlərindən olmaqla, xarici 
ticarətdə  də  xüsusi  əhəmiyyətə  malik  olmuşdur.  Bu  baxımdan 
Culfa  və  Əylis  şəhərlərinin  yaranması  tarixini  misal  göstərmək 


 
 
65 
olar.  Belə  ki,  mühüm  ticarət  yolları  üzərində  yerləşən  bu 
şəhərlərdə əhalinin başlıca məşğuliyyəti əsasən ticarət olmuşdur. 
Şəhərlərin inkişafında rol oynayan sırf iqtisadi amillərlə ya-
naşı, bu prosesə mənfi təsir göstərən qeyri-iqtisadi xarakter da-
şıyan amillər də mövcuddur. Belə amillər sırasına, ayrı-ayrı şə-
hərlərdə  və  bütövlükdə  ölkə  miqyasında  məhsuldar  qüvvələrə 
hədsiz  dağıdıcı  təsir  göstərən  yadelli  işğalçıların  hücumlarını, 
feodal  ara  müharibələrini,  zəlzələləri,  kütləvi  yoluxucu  xəstə-
likləri və s. aid etmək olar. 
Orta  əsr  şəhərlərinin  inkişafına  təsir  göstərən  mühüm  amil-
lərdən biri də onların ayrı-ayrı dövlətlərin və sülalələrin inzibati 
mərkəzlərinə, iqamətgahlarına çevrilməsi idi. Paytaxt və ya iqa-
mətgaha  çevrilən  bu  və  ya  digər  şəhər,  başqa  şəhərlərlə  müqa-
yisədə  böyük  üstünlüklərə  malik  olurdu  ki,  bu  da  həmin  şə-
hərlərin iqtisadi inkişafına müsbət təsir göstərirdi. Belə şəhərlər, 
inzibati mərkəz olmayan digər şəhərlərlə müqayisədə daha yaxşı 
mühafizə edilir, çox hallarda iqtisadi xarakterli bir sıra imtiyaz-
lara malik olurdu. Bu isə, öz növbəsində, həmin şəhərlərdə əha-
linin  sürətlə  artmasına,  onların  mühüm  ticarət  və  sənətkarlıq 
mərkəzlərinə  çevrilmələrinə  gətirib  çıxarırdı.  Bu  baxımdan 
öyrəndiyimiz  bölgənin  ən  qədim  şəhərlərindən  olan  Naxçıvanı 
nümunə göstərmək olar. 
Naxçıvan  diyarında  tarixin  keşməkeşlərindən  keçib,  öyrən-
diyimiz  dövrə  qədər  çatan  şəhərlərin  təkamül  inkişafına  nəzər 
salmağı məqsədə uyğun hesab edirik. Əsası hələ eramızdan əv-
vəl  qoyulmuş  Naxçıvan  şəhəri  öz  inkişafının  ən  yüksək  mər-
hələsinə Azərbaycanın Atabəylər dövründə çatmışdı.
1
  Müəyyən 
müddət  ərzində  Eldəgizlər  sülaləsinin  iqamətgahlarından  birinə 
çevrilən  bu  şəhər,  dövrünün  ən  böyük  şəhərləri  sırasına  daxil 
olmuşdu. Araz çayı sahilindəki hündürlükdə salınmış Naxçıvan 
                                                 
1
 Bu  barədə  ətraflı  bax:  А.А.Ализаде.  Социально-экономическая  и  поли
-
тическая история Азербайджана XIII-XIV вв. Баку, 1956, с. 52; R.Məm
-
mədov. Göstərilən əsəri, s. 44-67; M.X.Гейдаров. Города и городское ре
-
месло, с. 30-31; 3.M.Bünyadov. Azərbaycan Atabəyləri dövləti. Bakı: Elm, 
1985, s. 189-191. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə