Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   25   26   27   28   29   30   31   32   33

 
 
87 
Naxçıvan  şəhərinin  əhalisi  və  əhalinin  ictimai  tərkibi  haqqında, 
həqiqətə yaxın dəlillər əldə etmək mümkündür. Həmin «təsvir»dən 
müəyyən  etmək  olur  ki,  Naxçıvan  xanlığı  Rusiyaya  ilhaq  olun-
duqdan  əvvəlki  dövrdə,  həm  də  Rusiya  dövlətinin  tərkibində 
olduğu  müddətdə,  Naxçıvan  şəhəri  xalis  feodal  şəhəri  olaraq 
qalmaqda  davam  etmişdir.  «Təsvir»də  bir  də  göstərilir  ki,  feodal 
ara müharibələri və xarici işğalçıların tez-tez baş verən basqınları 
nəticəsində,  şəhər  əhalisi  öz  doğma  evini  və  ocağını  tərk  etməyə 
məcbur  olmuşdur.  Qaçqın  şəhər  əhalisi  öz  əmlakları  ilə  birlikdə 
əlçatmaz  yerlərdə  gizlənirdi.  Belə  bədbəxt  hadisələr  dövründə 
şəhər əhalisi soyuqdan və aclıqdan məhv olurdu. Bu cür hadisələr 
Azərbaycanın  şəhərlərində,  o  cümlədən  Naxçıvanda  da  baş 
vermişdir. 
Naxçıvan  bölgəsindəki  şəhərlərin  əhalisinin  sayı,  onun  sosial 
və milli tərkibi, əhalinin məşğuliyyəti, əsrlər boyu siyasi hadisələrlə 
bağlı olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, xanlıqlar dövründə 
Azərbaycanda  elə  bir  şəhər  yox  idi  ki,  bu  və  ya  digər  dərəcədə 
feodal ara müharibələrindən zərər çəkməsin. 
Naxçıvan  və  Ordubad  şəhərlərində  əhalinin  siyasi  və  sosial 
tərkibini özündə əks etdirən faktiki materiallar olduqca azdır. Tam 
inamla  demək  olar  ki,  XVIII  əsrin  ikinci  yarısında  göstərilən 
şəhərlərdə,  əhalinin  sayına  dair  materiallara  hələlik  təsadüf 
edilməmişdir.  Bu  sahədə  mövcud  boşluğu  doldurmaq  üçün 
əlacsızlıqdan,  yenə  də  XIX  əsrin  əvvəllərində  tərtib  olunmuş 
müxtəlif  xarakterli  mənbələrdən  istifadə  etməyi  məqsədəuyğun 
hesab edirik. 
XIX  əsrin  əvvəllərinə  aid  arxiv  materiallarını  və  digər 
mənbələri  diqqətlə  izlədikdə  aydın  olur  ki,  müharibə  şəraitinin 
olmasına  baxmayaraq,  şəhər  əhalisinin  sayında  nisbi  təbii  artım 
müşahidə  olunur.  Bu,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  şəhərlərin 
daha  yaxşı  müdafiə  olunması  və  rus  çarizminin  köçürmə  siyasəti 
ilə bağlı idi. Rus ordusunun zabiti mayor Matuşeviç öz raportunda, 
1806-cı  ildə  Naxçıvanda  5  min  nəfərdən  çox  adamın  yaşaması 
haqqında məlumat verir. Matuşeviç öz raportunda həm də başqa bir 
maraqlı məsələyə toxunur. Onun məlumatından aydın olur ki, qış 


 
 
88 
vaxtı şəhərə daha «1000-ə qədər köçəri ailəsi toplaşırdı».
1
 Əgər bu 
məlumatın həqiqətə uyğunluğunu qəbul etsək, onda ilin qış fəslində 
Naxçıvanda  təxminən  beş  mindən  daha  çox  adamın  yaşadığı 
haqqında mülahizə söyləyə bilərik. 
Matuşeviçin  verdiyi  məlumat,  XIX  ərpin  30-cu  illərinin  əv-
vəllərində  tərtib  edilmiş  digər  materiallarda  da  təsdiq  olunur. 
Naxçıvan  şəhərinin  1831-ci  ildə  quberniya  katibi  Zolotnitski 
tərəfindən  tərtib  olunmuş  kameral  təsvirində  göstərilir  ki,  Türk-
mənçay  müqaviləsi  bağlanan  dövrdə  şəhərdə  873  ev  var  idi.
2
  Bu 
evlərdə 1330 ailə yaşayırdı və əhalinin ümumi sayı 5470-ə çatırdı.
3
 
Tədqiq  etdiyimiz  dövrdə  Naxçıvan  şəhərində  əhalinin  sosial 
tərkibi  haqqında  məlumat  o  qədər  də  çox  deyil.  Əldə  etdiyimiz 
məlumatlardan  aydın  olur  ki,  şəhər  əhalisi  öz  sosial  vəziyyətinə 
görə iki böyük qrupa bölünürdü: vergi ödəyənlər və vergidən azad 
olunanlar.  Şəhərdə  yaşayan  ailələrdən  ancaq  12.7-si  hər  cür 
vergidən azad edilmişdilər.
4
 Bu ailələrin tərkibinə diqqət verdikdə 
aydın olur ki, onlardan 2-si xan, 45-i bəy və sultan, 11-i hərbçi, 2-si 
ali  müsəlman  ruhani,  36-sı  axund  və  molla,  22-si  seyid,  34-ü 
dərviş,  6-sı  isə  mirzə  ailəsi  olmuşdur.
5
  Sənətkar  və  tacir  ailələri 
şəhər  əhalisinin  əksəriyyətini  təşkil  edirdilər.  Naxçıvan  şəhərində 
xeyli kəndli ailəsi də yaşayırdı. 
Naxçıvanla  müqayisədə,  daha  kiçik  şəhər  olan  Ordubadın 
əhalisi  də  nisbətən  az  idi.  Ordubad  şəhərinin  kameral  təsvirindən 
aydın olur ki, Türkmənçay müqaviləsinin bağlandığı dövrdə burada 
635  ev  var  idi.
6
  Şəhərdə  yaşayan  ailələrin  ümumi  sayı  isə  803-ə 
bərabər idi. Əhalinin ümumi sayı 3444 nəfər idi.
7
 
Göstərilən  rəqəmləri  XIX  əsrin  əvvəllərində  tərtib  olunan 
statistik materiallarda və arxiv sənədlərində olan rəqəmlərlə müqa-
                                                 
1
 MDHTA. f. VUA, 4259-cu sənəd (1806), IV hissə, v. 69. 
2
 Yenə orada, v. 8-9. 
3
 Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8. 
4
 İ.Şopen. Göstərilən əsəri, s. 479. 
5
 Yenə orada. 
6
 Azərbaycan MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 8. 
7
 Yenə orada, v. 8-9. 


 
 
89 
yisə  etdikdə  istər  Naxçıvanda,  istərsə  də  Ordubadda  şəhər  əha-
lisinin  ümumi  artımı  haqqında  əvvəlcədən  söylədiyimiz  fikir  bir 
daha təsdiq olunar. Belə ki, Naxçıvan vilayətinin statistik təsvirin-
dən aydın olur ki, XIX əsrin əvvəllərində Naxçıvan şəhərində, dörd 
məhəllədə yerləşən 700 ev var idi.
1
 Həmin dövrdə şəhərdə yaşayan 
ailələrin 260-ı vergi verməkdən azad idi. Bütövlükdə, 700 evin hər 
birində  orta  hesabla  5  nəfərin  yaşadığını  nəzərə  alsaq,  işğal 
olunmazdan  əvvəl  Naxçıvanda  3500  nəfər  əhalinin  yaşadığını 
söyləyə  bilərik.  Lakin  bu  mənbənin  verdiyi  məlumat  əsasında, 
göstərilən  dövrdə  şəhərdə  həqiqətən  də,  3500  nəfərin  yaşaması 
barədə  qəti  hökm  vermək  olmaz.  Çünki  evlərin  sayı  ilə  heç  də, 
həmişə  ailənin  sayı  uyğunluq  təşkil  etmir.  Məsələn,  Naxçıvan 
şəhərinin 1831-ci ildə tərtib olunmuş təsvirindən aydın olur ki, bu 
dövrdə şəhərdə 873 ev olduğu halda, onlarda 1330 ailə yaşayırdı.
2
 
Bunu  onunla  izah  etmək  olar  ki,  adətən,  yaxın  qohumluq 
əlaqəsində olan bir neçə ailə bir evdə yaşayırdı. 
XVIII əsrin sonlarından XIX əsrin 30-cu illərinə qədər keçən 
müddət  ərzində  Ordubad  şəhərində  həm  evlərin,  həm  də  əhalinin 
sayında  müəyyən  dəyişikliklər  olmuşdur.  Belə  ki,  1800-cü  ildə 
burada 2 min nəfər,
3
 bir qədər sonra isə 2575 nəfər
4
 əhali yaşamış 
və  yuxarıda  qeyd  edildiyi  kimi,  20-ci  illərin  sonlarında  şəhərdə 
əhalinin sayı 3444 nəfərə çatmışdı.
5
 
Ordubad şəhərində əhalinin sosial tərkibi Naxçıvan şəhərindən 
o  qədər  də  fərqlənmirdi.  Burada  ali  zümrə  74  ailə  ilə  təmsil 
olunmuşdu.  Onların  13-14-ü  bəy  və  sultan,  2-si  yüksək  rütbəli 
ruhani, 31-i axund və molla, 21-i seyid, 5-i mirzə, 1-i dərviş, 1-i isə 
hərbçi ailəsi idi.
6
 
                                                 
1
 NƏST, s. 68. 
2
 Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8-9. 
3
 А.Г.Искендеров. Классовая структура городского и сельского 
населения Азербайджана в период трети XIX в. - Города Азербайджана 
в период капитализма. Баку. 1987. 
4
 X.R.Vahidova. Göstərilən əsəri, c. 15. 
5
 Azərbaycan MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 8. 
6
 İ.Şopen. Göstərilən əsəri, s. 482. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə