Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 
 
78 
lindən  iki  verst,  Araz  çayının  şimal  sahilindən  isə  səkkiz  verst 
aralıqda  yerləşirdi.  Şəhər  şimaldan  Şeyx  Mahmud,  şərqdən 
Şəkərabad, cənubdan Tumbul və Yaxmana, qərbdən isə Əliabad 
və Xok mahalları ilə əhatə olunmuşdu.
1
 
Naxçıvan  şəhəri  inzibati  cəhətdən  bir  neçə  məhəlləyə  bö-
lünmüşdü.  Göstərmək  lazımdır  ki,  şəhərdə  müxtəlif  dövrlərdə, 
məhəllələrin  sayı  da  müxtəlif  idi.  Bu  isə  bir  çox  cəhətdən  şə-
hərin tarixən məruz qaldığı  hücum  və dağıntılarla bağlı olmuş-
dur.  Əlimizdə,  hələlik  Naxçıvan  şəhərinin  müxtəlif  dövrlərdə 
inzibati  bölgüsünü  əks  etdirən  kifayət  qədər  məlumat  yoxdur. 
Mövcud  tarixi  boşluğu  doldurmaq  üçün,  Osmanlı  əsgərləri 
Azərbaycanı,  o  cümlədən  Naxçıvan  şəhərini  işğal  etdikləri  za-
man  tərtib  edilmiş  «dəftərlər»də
2
  və  Türkmənçay  müqaviləsi 
bağlandıqdan  sonra  rus  məmurlarının  tərtib  etdikləri  «kameral 
təsvirlər»də
3
  verilmiş  məlumatlarla  kifayətlənməli  olduq.  Əldə 
edilən  az-çox  mənbələr  əsasında  son  orta  əsrlərdən  başlamış, 
XIX  əsrin  30-cu  illərinədək  Naxçıvan  şəhərinin  inzibati  bölgü-
sündə  baş  verən  dəyişiklikləri  izləməyə  və  öyrənilən  dövrdə 
onun inzibati mənzərəsini təsvir etməyə imkan yaranır. 
Osmanlılar  tərəfindən  tərtib  edilmiş  dəftərlərdəki  məlumat-
lara  görə,  türk  əsgərlərinin  istilasından  əvvəl  Naxçıvanda  aşa-
ğıdakı məhəllələr mövcud olmuşdur:  
«Mirzəbəy (başqa adı Came), «Günbəz» (başqa adı Nuri-Ka-
manlar),  Qaziyi-Cahan  (başqa  adı  Xoca  Mirikan),  Seyid  Hü-
seyn,  Molla  Əhməd,  Şahab,  Bala,  Xocabəy,  Tizxiran  və  Xuz-
merek məhəllələri».
4
 
XVIII əsrin 20-ci illərində Azərbaycanın qərbində baş verən 
Osmanlı  istilası  ona  gətirib  çıxarmışdı  ki,  işğal  olunan  Naxçı-
vanda məhəllələrin sayı kəskin şəkildə azalaraq ikiyə endirilmiş-
                                                 
1
 İ.Şopen. Göstərilən əsəri, s. 477. 
2
 İrəvan vilayətinin müfəssəl dəftəri. İstanbul, Başbakanlıq arxivi, №699 
(Osmanlı dilində); Naxçıvan sancağının müfəssəl dəftəri. İstanbul, 
Başbakanlıq arxivi № 903. 
3
 Azərbaycan MDTA, f. 24, I siy, iş 353, 358, 372. 
4
 İrəvan vilayətinin müfəssəl dəftəri s 276-296 


 
 
79 
di.  Osmanlı  dəftərində  bu  məhəllələr  sadəcə  olaraq  Yuxarı  və 
Aşağı  məhəllə  adlandırılır.
1
  XVIII  əsrin  ortalarında  müstəqil 
Naxçıvan  xanlığının  meydana  gəlməsi  və  yadelli  işğalçıların 
hücumlarının müəyyən müddətə kəsilməsi, Naxçıvan bölgəsində 
məhsuldar  qüvvələrin  inkişafına,  o  cümlədə  şəhər  həyatına  da 
müsbət  təsir  göstərdi.  Xanlığı  inzibati  mərkəzinə  çevrilən 
Naxçıvan şəhəri tədricən bərpa olunmağa başladı. Bunu şəhərdə 
məhəllələrin sayının artması bir daha göstərir. Artıq XVIII əsri 
sonlarına  yaxın  şəhərdə  dörd  məhəllə  –  Sarbanlar,  Şaqab, 
Əlixan, Qurdlar məhəllələri var idi.
2
  
XIX əsrin əvvəllərində, yenidən şəhərin inzibati bölgüsündə 
dəyişiklik baş verdiyi müşahidə olunur. Bu dəyişiklik,  hər şey-
dən  əvvəl,  şəhərdə  məhəllələrin  sayının  xeyli  artması  ilə  ifadə 
olunur. Mənbələrdə, bu dövrdə Naxçıvanda artıq 13 məhəllənin 
olması haqqında məlumat vardır.
3
 Bu məhəllələr aşağıdakılardan 
ibarət  idi:  Sarbanlar, Erməni, Oruc məhəlləsi,  Köhnə qala, Xo-
şulu,  Çaparxana,  Ziyilarx,  Bilici,  Şahab,  Qala  və  Təzəkənd.
4
 
Çox güman ki, «Erməni» və «Ziyilarx» məhəllələri Türkmənçay 
müqaviləsinə əsasən, Naxçıvana ermənilər köçürüldükdən sonra 
əmələ gəlmişdir. 
XIX  əsrin  əvvəllərində  aparılan  Rusiya-İran  müharibəsi  şə-
raitində, Naxçıvanda məhəllələrin sayının artması və şəhərin bö-
yüməsi  bir  qədər  təəccüblü  görünə  bilər.  Lakin  mənbələri  diq-
qətlə  araşdırdıqda  bu  məsələnin  də  düzgün  izahını  vermək 
mümkündür.  XVIII  əsrin  sonu  –  XIX  əsrin  əvvəllərində,  Nax-
çıvan  xanlığında  hakimiyyət  başında  olmuş  Kəlb  Əli  xanın 
dövründə  Naxçıvan  şəhərinin  qala  divarları  xeyli  möhkəmlən-
dirilmiş  və  şəhər  başqa  yerlərə  nisbətən  yaşayış  üçün  daha  az 
təhlükəli  olmuşdur.  Belə  ki,  1806-cı  ilin  sonlarında  İran  taxt-
tacının  vəliəhdi  Abbas  Mirzə,  Naxçıvan  şəhərini  ələ  keçirmək 
                                                 
1
 Naxçıvan sancağının müfəssəl dəftəri, s 10-24 
2
 Azərbaycan MDTA, f. 24, siy. I, sənəd 353, v. 3. 
3
 Yenə orada, v. 4; İ.Şopen. Göstərilən əsəri, s. 477. 
4
 İ.Şopen. Göstərilən əsəri 


 
 
80 
üçün dəfələrlə cəhd göstərsə də buna müvəffəq ola bilməmişdi.
1
 
Naxçıvan şəhərində məhəllələrin sayının artmasına təsir gös-
tərən amillərdən biri də, şübhəsiz ki, çarizmin siyasəti olmuşdur. 
Məlumdur ki, Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqa-
vilələri  bağlandıqdan  sonra  İran  və  Türkiyə  ərazisindən  ermə-
nilərin  kütləvi  şəkildə  Azərbaycan  xanlıqlarında  yerləşdiril-
məsinə  başlandı.  Köçürülən  ermənilərin  bir  qismi  Naxçıvan 
xanlığında,
2
 o cümlədən Naxçıvan şəhərində yerləşdirildi.
3
 
Öyrəndiyimiz  dövrdə  Naxçıvan  şəhərinin  mərkəzində  dörd-
bucaqlı şəkildə bazar meydanı yerləşirdi. Ticarət dükanlarının və 
sənətkarlıq  emalatxanalarının  böyük  əksəriyyəti  məhz  bu  mey-
danda cəmlənmişdi.
4
 Bu dövrdə üç karvansara mövcud idi. On-
lardan biri müharibələr zamanı dağılıb  yararsız hala salınmışdı. 
Ticarət  dükanlarının  və  sənətkarlıq  emalatxanalarının  bir  qismi 
karvansaralarda yerləşmişdi
5
. Naxçıvan şəhərinin kameral təsvi-
rindən aydın olur, ki, XIX əsrin əvvəllərində Naxçıvan şəhərində 
cəmisi  279  ticarət  dükanı  və  sənətkar  emalatxanası  olmuşdur. 
Onlardan 56-sı müxtəlif səbəblərə görə fəaliyyət göstərmirdi.
6
 
Yuxarıda qeyd edildiyi kimi, Naxçıvan şəhəri xanlıqlar döv-
ründə, memarlıq baxımından o qədər də zəngin şəhər olmamış-
dır. Bu, şübhəsiz ki, uzun müddət davam etmiş, yadelli işğallar 
və  Azərbaycanın  özündə  gedən  feodal  ara  müharibələri  ilə  sıx 
bağlı  olmuşdur.  Bununla  belə,  öyrənilən  dövrdə  Naxçıvanda 
ictimai  əhəmiyyət  kəsb  edən  binalar  və  tikililər  var  idi.  Bu 
tikililər arasında məscidləri xüsusi qeyd etmək lazımdır. Vaxtilə 
Naxçıvan şəhəri özünün dini obyektləri ilə çox məşhur idi. XVII 
əsrin  ortalarında  Naxçıvanda  olmuş  Övliya  Çələbi  yazırdı  ki, 
                                                 
1
 Рапорт генерал-майора Несветаева гр. Гудовичу от 6 марта 1807 года. 
АК АК, т. III, д. 1025, с. 599. 
2
 Azərbaycan MDTA, f. 24, I siy., sənəd 353; S. Qlinka. Göstərilən əsəri, e. 
111. 
3
 Azərbaycan MDTA. f. 24, I siy., sənəd 353. 
4
 Yenə orada. 
5
 Yenə orada. 
6
 Yenə orada. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə