Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 
 
33 
Beləliklə,  1747-1797-ci  illərdə  müstəqil  bir  xanlıq  olan 
Naxçıvan  xanlığı  həmin  vaxtdan  etibarən,  1828-ci  ildə  Rusiya 
tərəfindən  işğal  olunana  qədər,  faktiki  olaraq  İran  dövlətinin 
tabeliyində olmuşdur.  
Yuxarıda  qeyd  edildiyi  kimi,  1797-ci  ilə  qədər  Naxçıvan 
xanlığı müstəqil bir dövlət qurumu idi. Xanlığın bütün feodalları 
xana  tabe  idilər.  Başqa  Azərbaycan  xanlıqlarında  olduğu  kimi, 
Naxçıvanda da bütün hakimiyyət xanın əlində cəmlənmişdi.
1
 
İnzibati-ərazi bölgüsündə, əvvəlki dövrlə müqayisədə heç bir 
dəyişiklik baş verməyən Naxçıvan xanlığı 1797-1813-cü illərdə 
faktiki  olaraq  İrandan asılı  vəziyyətə düşür, müstəqilliyini itirir 
və  xanlıq  artıq  İran  şahlarının  Kəngərli  tayfasından  təyin  et-
dikləri adamlar tərəfindən idarə olunurdu. 
Naxçıvan xanlığının rəsmi olaraq, Gülüstan müqaviləsi əsa-
sında İranın tərkibinə daxil olduğu 1813-1828-ci illərdə, Cənubi 
Azərbaycanı idarə etmək şahzadə Abbas Mirzəyə tapşırılmışdır. 
Abbas Mirzə sabiq Naxçıvan xanlığının idarəsini, Asiyada qəbul 
olunmuş  qaydaya  əsasən,  xəzinəyə  hər  il  böyük  məbləğdə  pul 
verməyi  öz  öhdəsinə  götürmüş  şəxsə  tapşırdı.
2
  Həmin  şəxs  is-
tədiyi adamları vəzifəyə təyin edir və heç kimə hesabat vermirdi. 
Gördüyü xidmətin müqabilində o, gəlirin müəyyən bir hissəsini 
mənimsəməkdən əlavə, şahdan hədiyyələr də alırdı.
3
 
Şah  hökuməti  dövründə  Naxçıvan  diyarı  iki  rəsmi  şəxs 
tərəfindən idarə olunurdu: onlardan biri xan nəslindən və yaşca 
böyük  olan  bir  şəxs  Naxçıvan  hakimi  təyin  edilirdi,  bəy 
nəslindən və  yaşca böyük olan başqa bir şəxs isə Kəngərli tay-
fasının vəkili təyin edildi.
4
 
                                                                                                         
войны и владычества русских на Кавказе. Т. 1, кн. 2, СПб., 1871, с. 307; 
В.Н.Левиатов. Göstərilən əsəri. s. 190. 
1
 В.И.Иваненко. Гражданское управление Закавказьем от присоединения 
Грузии  до  наместничества  вел.  кн.  Михаила  Николаевича.  Тифлис, 
1909, с. 136. 
2
 NƏST, s. 51. 
3
 Yenə orada, s. 52. 
4
 Нахчиванские рукописные документы., С. 10. 


 
 
34 
İran hakimiyyəti dövründə Naxçıvan xanlığı inzibati baxım-
dan iki tümənə bölünmüşdür ki, bunlardan biri Naxçıvan, digəri 
isə Ordubad tümənləri idi. 1797-ci ildən etibarən Naxçıvan xan-
lığına daxil olan Mehri və Qafan mahalları İbrahimxəlil xan tə-
rəfindən işğal olunub, Qarabağ xanlığına birləşdirilmişdir. Nax-
çıvan və Ordubad tümənləri öz növbəsində bir neçə mahala bö-
lünürdü.  1813-1828-ci  illərdə  Naxçıvan  tüməni  dörd  mahaldan 
(Naxçıvan, Əlincə, Xok və Dərələyəz), Ordubad tüməni isə beş 
mahaldan  (Ordubad,  Əylis,  Dəstə,  Cənnab
1
  və  Bilev
2
)  ibarət 
idi.
3
 
1813-cü  ildən  sonra  Fətəli  şah  Qacar  rəsmi  olaraq  Cənubi 
Azərbaycan  xanlıqlarını  ləğv  edib,  yaratdığı  Azərbaycan  vila-
yətinin  ümumi  idarəsini  də  şahzadə  Abbas  Mirzəyə  həvalə 
etmişdi. Onun hakimiyyəti dövründə Naxçıvan xanlığının sabiq 
mahalları  ayrı-ayrı  vəzifəli  şəxslərə,  mahal  bəylərinə  tapşı-
rılmışdı.  Belə  şəxslərin  rəhbərliyi  altında  mirbölük,  kəndxuda, 
darğa, mirab öhdələrinə düşən vəzifələrini icra edirdilər. 
Mirbölük  vəzifəsi  daha  nüfuzlu  hesab  olunurdu.  O,  əsasən 
kənd  təsərrüfatına,  xüsusilə  vergi  toplama  işlərinə  birbaşa  nə-
zarət  edirdi.  Mirbölük  öz  vəzifəsinin  yerinə  yetirilməsində  yeri 
gəldikdə,  ona  tabe  olan  kəndxuda  və  məliklərin  xidmətindən 
istifadə  edirdi.
4
  Kəndxudanın  vəzifəsi  kəndləri  idarə  etməkdən 
ibarət idi. Bu vəzifəyə təsdiq edilməzdən əvvəl kəndxudalar və-
zifələrini  layiqincə  yerinə  yetirəcəklərinə  dair  yazılı  şəkildə  il-
tizam verirdilər.
5
 
Öz  təsərrüfat  işlərini  görmək  üçün  mirbölüklər  kəndliləri 
istədikləri  kimi  istismar  edir  və  bunun  müqabilində  hər  il  20 
tüməndən 50 tümənə qədər maaş, 5 xalvardan 10 xalvara qədər 
taxıl  alırdılar,  bundan  əlavə  [26-27],  toy  vaxtı  kəndlilər  mir-
bölüyün  xeyir-duasını  almaq  üçün  ona  çeşidli  hədiyyələr  də 
                                                 
1
 NƏST, s. 64, 196. 
2
 Yenə orada. 
3
 Yenə orada, s. 64, 193, 196. 
4
И.Шопен. Göstərilən əsəri, s. 53. 
5
 NƏST, s. 53. 


 
 
35 
verirdilər.
1
 
Xanlıqda və eləcə də Naxçıvan və Ordubad şəhərlərində ni-
zam-intizama, əmin-amanlığa nəzarət etmək darğa ilə əsəsbaşıya 
həvalə  olunmuşdur.  Bazarın  daxilində  darğalar  fəaliyyət  gös-
tərirdilər. Onlar burada  nizam-intizam,  xüsusilə qiymətlər üçün 
məsuliyyət  daşıyırdılar.  Mallara  qiymət  qoyan,  alıcı  və  satıcı 
arasında meydana çıxan mübahisələri həll edən darğa heç yerdən 
maaş  almırdı,  ancaq  ona  hər  dükandan  ayda  15  gümüş  qəpik 
yığmaq  və  eyni  zamanda,  özü  üçün  bazardan  pulsuz  ərzaq 
malları aparmaq hüququ verilmişdi.
2
 
Şəhərdə  gecə  vaxtı  qayda-qanuna  nəzarəti  isə  əsəsbaşı  icra 
edirdi.  Aylıq  maaş  almayan  əsəsbaşı  da,  hər  dükandan  özü  və 
tabeliyində  olan  keşikçi  dəstəsini  saxlamaq  üçün  hər  ay  15 
gümüş qəpik alırdı.
3
 
Xanın yanında mülki işlərə baxan eşikağası, xanın qəbuluna 
gələnləri,  o  cümlədən  mirbölüyü,  kəndxudanı,  başqa  yerlərdən 
gələn  nümayəndələri  və  digərlərini  müşayiət  edib,  qəbulda 
iştirak edərdi.
4
 
Mühüm  vəzifələrdən  biri  də  mirab  idi.  Həm  şəhər,  həm  də 
kənd  yerlərində  suyun  bölüşdürülməsi  ilə  məşğul  olan  mirab 
maaş əvəzinə, hər xış üçün ya 15 batman buğda. ya da ki, yarım 
batman  pambıq  alırdı.  Bundan  əlavə,  Naxçıvan  arxının  suyun-
dan  istifadə  edən  kənd  əhalisi  şəhər  mirabına  natural  şəkildə 
«hədiyyələr»  verirdi  ki,  bunlar  da  əsasən  qoyun,  taxıl  və  digər 
ərzaq növlərindən ibarət olurdu
5

Naxçıvan xanlığının bu üsulla idarə edilməsi, ikinci Rusiya-
İran  müharibəsinə  (1826-1828)  qədər  davam  etmiş  və  əvvəlki 
dövrlərdə  olduğu  kimi,  dövlətlərarası  münasibətlər  və  ölkə 
daxilindəki  siyasi  hadisələr  Naxçıvan  diyarının  həm  inzibati, 
həm də ərazi bölgüsünə ciddi təsir göstərmişdir. Qeyd etdiyimiz 
                                                 
1
 NƏST, s. 53. 
2
 Yenə orada, s. 54. 
3
 Yenə orada, s. 53. 
4
 Yenə orada. 
5
 Yenə orada, s. 55. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə