Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   2   3   4   5   6   7   8   9   10   ...   33

 
 
20 
Kitabın  yazılmasında  akademik  Ə.S.Sumbatzadənin  əsərlə-
rindən
1
 də istifadə olunmuşdur. Doğrudur, Sumbatzadənin əsər-
ləri XIX əsrdə Azərbaycanın sənayesi və kənd təsərrüfatının və-
ziyyətinə  həsr  olunmuşdur.  Bununla  belə  müəllif  Rusiya  işğalı 
ərəfəsində  və  dövründə  cərəyan  etmiş  siyasi  hadisələrin 
Azərbaycanın,  o  cümlədən  Naxçıvan  diyarının  iqtisadi  coğra-
fiyasına təsirinə dair bizi maraqlandıran xeyli faktlar vermiş və 
fikirlər  irəli  sürmüşdür.  Siyasi  hadisələrin  və  XIX  əsrin  əvvəl-
lərində  baş  vermiş  Rusiya-İran  müharibələrinin  Naxçıvan 
xanlığının  ərazisinin  dəyişməsinə  göstərdiyi  təsir  Azərbaycan 
tarixşünaslığında  indiyədək  öz  əksini  tapmamışdır.  Lakin 
M.M.Əliyevin «Naxçıvan xanlığı və onun Rusiyaya birləşməsi» 
mövzusunda  yazdığı  namizədlik  dissertasiyası  istisnalıq  təşkil 
edir.
2
  Müəllif  əsərində  XVIII  əsrin  ikinci  yarısı  –  XIX  əsrin 
əvvəllərində  Naxçıvan  xanlığında  və  onun  ətrafında  cərəyan 
edən  siyasi  hadisələri  izləməklə  yanaşı,  bu  hadisələrin  xanlığın 
iqtisadi həyatına və qismən də ərazi bölgüsünə təsirini də tədqiq 
etmişdir. 
Tədqiq olunan mövzunun ayrı-ayrı məsələlərinə F.M.Əliye-
vin  əsərlərində  toxunulmuşdur.
3
  Onun  XVIII  əsrin  birinci  ya-
rısında Osmanlı-Səfəvi müharibələrinin Azərbaycanın siyasi və-
ziyyətinə və inzibati-ərazi bölgüsünə təsirinə dair verdiyi zəngin 
faktiki  materiallar  və  çıxarılan  nəticələr,  XVIII  əsrin  ikinci  ya-
rısında Azərbaycan şəhərlərində gedən sosial-iqtisadi proseslərlə 
                                                 
1
 А.С.Сумбатзаде. Промышленность Азербайджана в XIX в. - Баку: Элм, 
1964; yenə də onun. Сельское хозяйство Азербайджана в XIX в. - Баку: 
Элм, 1959. 
2
 М.М.Алиев.  Нахичеванское  ханство  и  его  присоединение  к  России. 
Автореферат канд. диссертации - Баку, 1986. 
3
 F.M.Əliyev.  Şimali  Azərbaycan  şəhərləri.  Bakı,  Elm,  1960,  Yenə  də  onun. 
Антииранские  выступления  и  борьба  против  турецкой  оккупации  в 
Азербайджане  в  первой  половине  XVIII  в.  Баку,  1975;  Yenə  də  onun. 
Azərbaycan XVIII əsrdə. Azərbaycanın tarixi-coğrafiyası. Bakı, Elm, 1987; 
Yenə də onun. Azərbaycan XVIII əsrdə. Bax: Azərbaycan tarixi. Bakı, Elm, 
1993. 


 
 
21 
bağlı  fikirləri  bu  əsərin  yazılmasına  xeyli  kömək  göstərmişdir. 
T.T.Mustafazadənin  zəngin  arxiv  materialları  əsasında  yazılmış 
monoqrafiyasında  1723-1735-ci  illər,  türk  işğalı  dövründə 
Azərbaycanın inzibati-ərazi bölgüsünə də toxunulmuşdur.
1
 
Azərbaycan kəndinin XVIII əsrin sonu – XIX əsrdəki sosial-
iqtisadi  strukturuna  həsr  etdiyi  monoqrafiyasında  M.M.Gülma-
lıyev  müxtəlif  arxivlərdən  Naxçıvan  diyarının  kənd  təsərrüfatı 
ilə  bağlı  statistik  materiallarını  toplamış  və  kənd  təsərrüfatının 
ayrı-ayrı  sahələri  barədə  Azərbaycan  üzrə  ümumiləşdirmələr 
aparmışdır.
2
 
Monoqrafiya yazılarkən bu və ya digər məsələlərin tədqiqi 
ilə  əlaqədar  Z.M.Bünyadovun,  İ.P.Petruşevskinin,  Ə.A.Rahma-
ninin,  H.M.Məmmədovun,  S.F.Oreşkovanın,  A.A.Paşayevin, 
X.R.Vahidovanın  və  digər  müəlliflərin  də  əsərlərindən  istifadə 
olunmuşdur.
3
 
Beləliklə,  təqdim  etdiyimiz  monoqrafiyada  Azərbaycan 
tarixşünaslığında  ilk  dəfə  Naxçıvan  xanlığının  tarixi-coğrafiya-
sının araşdırılmasına təşəbbüs göstərilir. Burada Naxçıvan diya-
                                                 
1
 Т.Мустафазаде.  Азербайджан  и  русско-турецкие  отношения  в  первой 
трети XVIII в. Баку; Элм, 1993. 
2
 M.M.Gülmalıyev. XVIII əsrin sonu – XIX əsrin birinci yarısında Azərbay
-
can kəndinin sosial-iqtisadi strukturu. Bakı, Elm, 1989. 
3
 И.Петрушевский.  Очерки  истории  феодальных  отношений  в  Азербай
-
джане и Армении XVI-начала XIX вв. М.-Л.: 1949; А.А.Рахмани. Азер
-
байджан  в  конце  XVI  и  XVII  веке.-  Баку:  1981;  З.M.Bünyadov. 
H.M.Məmmədov.  Naxçıvan  dəftəri.  «Ədəbiyyat  və  incəsənət»  qəzeti  13 
sentyabr 1985; Г.М.Мамедов. Османская налоговая система в Азербай
-
джане  в  20-30-х  годах  XVIII  в.  (на  материалах  эялета  Гянджи  и  сан
-
джака  Казах);  Авторф.  канд. ист.  Наук.  Баку, 1985; С.Г.Орешкова Го
-
сударственная  власть  и  некоторые  проблемы  формирования  социаль
-
ной  структуры  Османского  общества.  Бах:  Османская  империя  (сис
-
тема  государственного  управления,  социальные  и  этнорелигиозные 
проблемы).  М.:  1986; А.А.Пашаев.  Город Ордубад в  XIX  -  нач. XX  в. 
(историко-этнографическое  исследование). Автореф. канд. ист. Наук  - 
Баку: 1988; Х.Р.Ваидова. История города Ордубада в XIX - нач. XX в. 
Автореф. Канд. Ист. Наук - Баку: 1990. 


 
 
22 
rının  ərazisinin  dəyişilməsində  ilk  növbədə  siyasi  hadisələrin, 
müharibələrin təsiri araşdırılır, ölkənin ərazi-inzibati bölgüsü və 
onun  dəyişdirilməsinin  səbəbləri,  kənd  təsərrüfatının,  sənət-
karlığın coğrafiyası, əhalinin etnik və sosial tərkibi, demoqrafik 
dəyişmələri  ilk  dəfə  olaraq  tarixi-coğrafiya  baxımından  tədqiq 
edilir. 


 
 
23 
I   F Ə S İ L 
 
NAXÇIVAN XANLIĞININ İNZİBATİ-ƏRAZİ 
QURULUŞU VƏ ONUN DƏYİŞMƏSİNƏ SİYASİ 
HADİSƏLƏRİN TƏSİRİ 
 
Naxçıvan əsrlər boyu özünün təbii-coğrafi mövqeyi,  zəngin 
maddi  və  insan  resursları  ilə  seçilən  qədim  Azərbaycan  tor-
pağıdır. Heç şübhəsiz ki, məhz bu xüsusiyyətlər bölgədə gedən 
ictimai-siyasi  və  tarixi-coğrafi  proseslərə  öz  təsirini  göstər-
mişdir.  Rusiya  tərəfindən  işğal  edilənə  qədər  Naxçıvan  ərazisi 
bütün  orta  əsrlər  ərzində  daha  çox  yerli  Azərbaycan  dövlət-
lərinin,  o  cümlədən  Sacilər,  Salarilər,  Atabəylər,  Qaraqoyunlu. 
Ağqoyunlu  və  Səfəvi  dövlətlərinin  tərkibində  olmuşdur.  Son 
orta əsrlərin ayrı-ayrı dövrlərində isə Naxçıvan bölgəsində, qısa 
müddətdə  də  olsa,  Osmanlı  hakimiyyəti  bərqərar  olmuşdur. 
Bütün  bunlar  isə  Naxçıvanın  inzibati-ərazi  quruluşu,  əhalisinin 
sayı,  sosial  tərkibi  və  məşğuliyyəti  kimi  mühüm  məsələlərə 
təsirsiz ötüşə bilməzdi.  
Qeyd etdiyimiz iki mühüm cəhətin  – xarici dövlətlərlə olan 
siyasi münasibətlərin və daxildə cərəyan edən siyasi hadisələrin 
Naxçıvan diyarının ərazisinin dəyişməsinə nə kimi təsir etdiyinə 
nəzər  salaq:  Naxçıvan  diyarının  ərazisinin  dəyişməsinə  siyasi 
hadisələrin  təsiri  baxımından  Səfəvi-Osmanlı  qarşıdurması  xü-
susilə qeyd edilməlidir. Ancaq əvvəlcədən deməliyik ki, Səfəvi-
Osmanlı siyasi münasibətlərinin üzərində ətraflı dayanmağı qar-
şımıza məqsəd kimi qoymuruq, çünki bu məsələlər tarixçilərdən 
İ.P.Petruşevskinin,  O.Ə.Əfəndiyevin,  Ə.Ə.Rəhmaninin  və 
F.M.Əliyevin  əsərlərində  geniş  şəkildə  işıqlandırılmışdır.
1
 
                                                 
1
 И.П.Петрушевский.  Азербайджан  в  XVI-XVII  вв.  -  Сборник  статей  по 
истории  Азербайджана.  Вып.  1,  Баку,  1949;  О.А.Эфендиев.  Азербай
-
джанское  государство  Сефевидов  в  XVI  веке.  -  Баку:  Элм,  1981; 
Рахмани  А.А.  Азербайджан  в  конце  XVI  и  XVII  веке.  Баку,  1981; 
Ф.М.Алиев.  Антииранские  выступления  и  борьба  против  турецкой 
агрессии  в  Азербайджане  в  первой  половине  XVIII  века.-  Баку:  Элм, 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə