Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   2   3   4   5   6   7   8   9   ...   33

 
 
11 
fiyasına  həsr  etdiyi  monoqrafiyanı
1
  qeyd  etmək  lazımdır. 
Azərbaycanın  müxtəlif  dövrlərinin  siyasi-tarixinə  həsr  olunmuş 
məqalələr  məcmuəsi
2
  Azərbaycan  tarixşünaslığında  bu  sahədə 
atılmış  uğurlu  addımdır.  Göstərilən  əsərdə  müxtəlif  dilli 
mənbələr  əsasında  ayrı-ayrı  dövrlərdə  Azərbaycan  ərazisində 
mövcud olmuş siyasi-inzibati vahidlərin, etnik proseslərin tarixi-
coğrafiyasını yaratmağa səy göstərilmişdir. Azərbaycanın tarixi-
coğrafiyasını  bölgələr  üzrə  öyrənməkdə  ilk  addım  atan 
T.F.Əliyev,  dissertasiyasını  Şirvanın  tarixi-coğrafiyasına  həsr 
etmişdir.
3
 
Göründüyü  kimi,  Azərbaycanın  tarixi-coğrafiyasına  həsr 
olunmuş  tədqiqat  işləri  həddən  artıq  azdır.  Şirvan  istisna  olun-
maqla  Azərbaycanın  ayrı-ayrı  bölgələri,  o  cümlədən  Naxçıvan 
diyarı  da  indiyədək  tarixi-coğrafiya  baxımından  müstəqil  elmi 
tədqiqat obyekti olmamışdır. 
Azərbaycanın  ayrı-ayrı  bölgələrinin,  o  cümlədən  Naxçıvan 
xanlığının siyasi-tarixinin tədqiqi tarixşünaslığımızda bu sahədə 
mövcud olan boşluğu müəyyən qədər aradan qaldırmağa kömək 
edə  bilər.  Naxçıvan  xanlığının  siyasi-tarixi  müstəqil  tədqiqat 
obyekti  kimi  seçilməsi,  hər  şeydən  əvvəl,  bu  bölgədə  ərazinin 
dəyişilməsinə siyasi hadisələrin təsirini öyrənməyə kömək edir. 
Tədqiqat  işi  İranın,  Osmanlı  Türkiyəsinin  və  çar  Rusiyasının 
işğalları zamanı Naxçıvan bölgəsində baş vermiş hadisələri, yeni 
inzibati-ərazi  vahidlərinin  yaranmasını,  diyarın  əhalisinin 
sayında,  sosial  və  milli  tərkibində  baş  vermiş  dəyişiklikləri, 
iqtisadi  həyatın  müxtəlif  sahələrinə,  ilk  növbədə  kənd 
təsərrüfatına,  sənətkarlığa  təbii-coğrafi  amillərin  təsirini,  böl-
gədə  mövcud  olan  şəhərlərin  tarixi-coğrafiyasını  öyrənməyi 
tələb edir. 
                                                 
1
 Ф.Д.Мамедова. Политическая история и историческая география 
Кавказской. Албании.- Баку; Элм 1986 
2
 Историческая география Азербайджана.- Баку: Элм, 1987. 
3
 Т. Ф. Алиев. Историческая география Ширвана XVII-XV вв. (по 
русскоязычным источникам) - Автореферат дисс. канд. ист. Наук. Баку, 
1992. 


 
 
12 
Naxçıvan xanlığının siyasi-tarixini tədqiq edənlər çox böyük 
çətinliklərlə  qarşılaşır.  Bu,  hər  şeydən  əvvəl,  siyasi-tarixini 
özündə  əks  etdirən  istər  yerli,  istərsə  də  xarici  mənbələrin, 
həddən  artıq  azlığı  və  pərakəndəliyi  ilə  bağlıdır.  Buna  görə  də 
əsər  yazılarkən,  burada  istifadə  edilən  tarixi  mənbə  xarakterli 
materiallar  damla-damla  toplanaraq  ümumiləşdirilmiş  və  elmi-
məntiqi süzgəcdən keçirilmişdir. 
Naxçıvan  xanlığının  siyasi-tarixinə  dair  az-çox  məlumatları 
özündə əks etdirən mənbələrin bir qismini arxiv sənədləri, digər 
qismini  isə  çap  olunmuş  mənbələr  təşkil  edir.  Arxiv  sənədləri 
içərisində  Azərbaycanın  Rusiya  tərəfindən  işğalı  dövründə  rus 
məmurları  tərəfindən  tərtib  edilmiş  kameral  təsvirləri  xüsusi 
əhəmiyyət kəsb edir. Materialların məzmunundan aydın olur ki, 
çar  Rusiyası  Azərbaycanın  iqtisadi  cəhətdən  mənimsənilməsini 
başa  çatdırmaq  üçün,  onun  ayrı-ayrı  bölgələrinin  sərvətləri, 
əhalinin milli və sosial tərkibi, kənd təsərrüfatının, sənətkarlığın, 
şəhərlərin  vəziyyəti  haqqında  müfəssəl  məlumat  toplamağa 
çalışmışdır. 
1831-1832-ci illərdə tərtib olunmuş kameral təsvirlər
1
 sosial-
iqtisadi və tarixi-coğrafi xarakterli materiallarla zəngindir. Məhz 
bu  materiallar  əsasında  biz  Naxçıvan  xanlığının  inzibati-ərazi 
bölgüsü,  xarici  sərhədləri,  əhalisi,  onun  milli  və  sosial  tərkibi 
haqqında  müəyyən  qədər  məlumat  əldə  edə  bilmişik.  Məsələn, 
Naxçıvan  şəhərinin  1831-ci  ildə  tərtib  edilmiş  kameral 
təsvirində burada  873  evin  olduğunu və  1330  ailədə  5470  ada-
mın yaşadığı göstərilir
2
. Naxçıvan şəhərində əhalinin milli tərki-
bi  də  dəqiq  rəqəmlərlə  verilir.  Belə  ki,  həmin  məlumatlardan 
aydın  olur  ki,  XIX  əsrin  əvvəllərində  Naxçıvan  şəhərində  ya-
şayan  1330  ailədən  cəmi  420-si  erməni  ailəsi  idi  ki,  bunun  da 
265-i  yalnız ikinci Rusiya-İran müharibəsindən sonra oraya kö-
çürülmüşdür.
3
 Bu rəqəmlər erməni ideoloqlarının Naxçıvan haq-
                                                 
1
 Azərbaycan MDTA, f. 24, siy. I, iş 353, 354, 355, 356, 357, 358, 359, 360, 
361, 372. 
2
 Yenə orada, f. 24, siy. I, iş 353, в. 8-9. 
3
 Yenə orada 


 
 
13 
qındakı  fikirlərinin  nə  qədər  cəfəng  olduğunu  bir  daha  təsdiq 
edir. 
Əsərin  yazılmasında  öyrəndiyimiz  dövrə  qədər  Naxçıvan 
diyarının  siyasi-tarixinə  aid  Türkiyə  arxivlərinin  material-
larından da istifadə edilmişdir.
1
 «İrəvan əyalətinin müfəssəl dəf-
təri» və «Naxçıvan sancağının müfəssəl dəftəri» adlanan bu sə-
nədlər Azərbaycan ərazisinin Osmanlı Türkiyəsi tərəfindən işğal 
edildiyi dövrlərdə türk məmurları tərəfindən tərtib edilmişdir. İs-
tifadə  etdiyimiz  «dəftərlərdən»  biri  1727-ci  ilə  aiddir.  İşğal  et-
diyi ərazilərdən yüksək gəlir götürmək məqsədini güdən Osman-
lı  dövləti,  ilk  növbədə  bu  gəlirin  mənbələrini  müəyyənləşdir-
məyə çalışırdı.  Bununla  əlaqədar olaraq Naxçıvan diyarının in-
zibati-ərazi bölgüsü, əhalisi, onun sosial tərkibi və məşğuliyyəti, 
habelə  şəhərləri  haqqında  məlumat  toplanmışdır.  Məhz  bu 
dəftərlərin  köməyi  ilə  biz  xanlıqlar  dövrünə  qədər,  Naxçıvan 
diyarının  inzibati-ərazi  bölgüsündə,  əhalinin  say  və  sosial 
tərkibində,  eləcə  də  milli  tərkibində  baş  vermiş  dəyişiklikləri 
izləyə bilirik. 
Naxçıvan  diyarının  siyasi-tarixi  haqqında  qiymətli  məlumat 
XVIII  əsrin  birinci  rübündə  (1725)  yazılmış  «Təzkirət  əl-
mülük»  əsərində  öz  əksini  tapır
2
.  Anonim  müəllif  tərəfindən 
yazılmış  «Təzkirət  əl-mülük»  yeganə  mənbədir  ki,  biz  burada 
Səfəvilər  dövlətinə  daxil  olan  digər  ərazilər  kimi,  Naxçıvan 
diyarı,  ilk  növbədə  onun  inzibati-ərazi  bölgüsü,  inzibati-idarə 
sistemi,  kənd  təsərrüfatının  vəziyyəti,  sənətkarlıq  haqqında  az-
                                                 
1
 İrəvan  əyalətinin  müfəssəl  dəftəri.—  İstanbul.  Başbakanlıq  arxivi.  iş  699; 
Naxçıvan  sançağının  müfəssəl  dəftəri.  —  İstanbul.  Başbakanlıq  arxivi,  şp 
903.  Yeri  gəlmişkən,  həmin  materialları  tapıb  üzə  çıxartmış  və  böyük 
lütfkarlıqla  bizim  istifadəmizə  vermiş  Azərbaycan  Respublikası  EA  Yaxın 
və  Orta  Şərq  Xalqları  İnstitutunun  əməkdaşı,  t.  e.  n.  H.  Məmmədova  öz 
dərin təşəkkürümüzü bildiririk. 
2
 Tadnkirat  al-muluk.  A  manuol  of-Safavid  and  ad  n  inistration  (circa 
1137'1725).Persian  text  in  facsimile.  Translated  and  explained  by  V. 
Minorsky.  —  London.  1943  (bundan  sonra;  Təzkirət  əl-mülük).  Əsərin 
Azərbaycan  Dilinə  tərcüməsi  Respublika  EA  A.  Bakıxanov  adına  Tarix 
İnstitutunun elmi arxivində hifz olunur. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə