Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə84/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   81   82   83   84   85   86   87   88   89

-  İnfrastruktur sahələrinin inkişafı ilə əlaqədar xalq təsərrüfa- 
tının bütün sahələri,  xüsusən nəqliyyatla bağlı neft  sənayesinin, 
neft  maşınqayırma  sənayesinin,  neft-kimya  və  digər  sahələrin 
inkişafı sürətlənmişdir;
-   Nəqliyyat  dəhlizi  neft  strategiyasının  reallaşdınlmasında 
önəmli rol oynamışdır.
“Tarixi  İpək  yolu”nun  bərpası  həmçinin  beynəlxalq  xarak- 
terli iqtisadi nəticələr doğurmuşdur. Bunlar aşağıdakılardır:
-   Yeni  geosiyasi  şəraitdə  dünyanın  əsas  güc  mərkəzlərinin 
Xəzər hövzəsinin eneıji mənbələrinə  sahib  olmaq səyləri çoxal- 
mışdır;
-  Müstəqillik əldə etmiş postsovet məkanındakı ölkələrə müx- 
təlif  layihələr  əsasında  Avropa  Birliyinin,  beynəlxalq  maliyyə 
qurumlannın yardım göstəraıək imkanlan yaramnışdır;
-  Avropa ilə Asiya  arasında  əlverişli nəqliyyat  əlaqəsi yara- 
dılmış, yeni bazarlara çıxış əldə edilmişdir;
-  Müstəqillik əldə etmiş ölkələrə bazar iqtisadiyyatının inki- 
şaf etdirilməsi və digər ölkələrin iqtisadi təzyiqlərindən xilas olması 
üçün şərait yaranmışdır;
-  Müstəqillik qazamnış postsovet ölkələrinin dünya birliyinə 
inteqrasiyası  sürətlənmiş,  beynəlxalq  э т э к   bölgüsündə  iştirak 
etmələri mümkün olmuşdur;
-   Dənizə  çıxışı  olmayan  Mərkəzi  Asiya  ölkələrinin  dəhliz 
vasitəsi ilə Avropa və Dünya bazanna sabit çıxışı təmin olmımuş- 
dur;
-  Xəzər və Qara dəniz regionu ölkələrinin Transavropa şəbə- 
kəsi və Krit dəhlizləri ilə birləşdirilməsi imkam yaranmışdır;
-   “İpək  yolu”  Şərqi  Asiya  ölkələrinin  avtomobil  yollan 
arasında müntəzəm əlaqələr yaradılmasını mümkün etmişdir;
-  “Yeni İpək yolu” regional təşkilatlar -  GUAM, Qara Dəniz 
İqtisadi Əməkdaşlıq Təşkilatı  və  MDB  çərçivəsində  əməkdaşlı- 
ğın genişləndirilməsinə imkan vermişdir.
XX 
əsrin  sonlannda  dünyanm  siyasi  mənzərəsində  əsaslı 
dəyişikliyin baş verməsi, birqütblü siyasi sistemin formalaşmağa 
başlaması,  imperiyaları  iqtisadi  nüfuz  dairələrinin  əvəz  etməsi 
beynəlxalq inkişafı тйэууэп edən başlıca istiqamətlərdən birinə


çevrilmişdir.  Dünya  siyasətində  mərkəzdənqaçma  meyillərinin 
sürətlənməsi  inteqrasiya  proseslərinin  artması  ilə  xarakterik 
olmuşdur.  Bu  proseslərin  reallaşdınlmasında  “Yeni  İpək  yolu” 
da mühüm rol oynamışdır.
Yeni  geosiyasi  şəraitdə  dünyanın  əsas  güc  mərkəzləri  olan 
ABŞ, Avropa Birliyi, Yaponiya kimi ölkələrin Cənubi Qafqaz və 
Mərkəzi Asiya regionlannda öz mövqelərini möhkəmləndirmək 
uğrunda  rəqabət  mübarizəsinin  güclənməsi  müşahidə  olunmuş, 
Cənubi Qafqaz, xüsusilə Azərbaycan öz təbii  sərvətləri və əlve- 
rişli  coğrafi  məkanda  yerləşməsi  ilə  adı  çəkilən  dövlətlərin 
geosiyasi  maraq  dairəsinə  daxil  edilmişdir.  Ona  görə  də  “İpək 
yolu”nun  bərpası  prosesi  beynəlxalq  siyasi  aspektlərə  də  malik 
olmuşdur.  “İpək yolu”nun bərpasının  çox mühüm  siyasi nəticə- 
sindən biri ABŞ, Avropa Birliyi, Türkiyə, Yaponiya kimi dövlət- 
lərin  strateji  maraqlan  ilə  TRASEKA  proqramına  qoşulmuş 
ölkələrin konkret milli maraqlarmın six surətdə əlaqələndirilməsi 
olmuşdur.  ABŞ-ın  bölgədə  başlıca  strateji  marağı,  hər  şeydən 
əwəl,  Cənubi  Qafqaz  respublikalannı  Rusiyanm,  Iranın,  Çinin 
təsirlərindən  qorumaq,  ikincisi,  bu  regionun  bazar  iqtisadiyyatı 
və  qərb  demokratiyasma  uyğun  inkişafina  yardım  göstərilməsi, 
üçüncüsü,  Xəzər  hövzəsinin  zəngin  karbohidrogen  ehtiyatlan 
hesabına ABŞ-ın və onun müttəfiqlərinin eneıji təhlükəsizliyinin 
təmin  edilməsi,  ABŞ-ın  İran  körfəzindən  olan  eneıji  asılılığına 
son  qoyulması,  nəhayət,  Cənubi  Qafqazda,  Mərkəzi  Asiyada 
sərfəli  bazarlara  sahib  olmaq,  region  ölkələrində  münaqişələrin 
həllinə  kömək  göstərmək,  sülhün,  sabitliyin  təmin  edilməsinə 
yardım etməkdir.
Avropa Birliyinin “İpək yolu”nun bərpasındakı konkret məq- 
sədləri  bu  qurumun  beynəlxalq  və  özəl  maliyyə  institutlannın 
cəlb  edilməsi  ilə  “Tasis”,  “TRASEKA”  proqramlanna  uyğun 
texniki  və  investisiya  yardım  layihələrinin  Qafqaz  və  Mərkəzi 
Asiya  ölkələrində  həyata keçirilməsini  təmin  etmək,  infrastruk- 
tur  sahələrinin dünya  standartlanna uyğun yenidən qurulmasına 
yardım  göstərmək,  müstəqillik  əldə  etmiş  region  ölkələrinin 
Rusiyadan yan keçməklə TRASEKA nəqliyyat dəhlizi vasitəsilə 
Avropa və dünya bazanna müstəqil çıxışını təmin etmək, həmin


nəqliyyat dəhlizinin Transavropa şəbəkəsi ilə birləşdirmək, region 
ölkələrində bazar iqtisadiyyatınm inkişafina kömək etmək, dünya 
birliyinə  inteqrasiya proseslərini,  qarşılıqlı  faydalı ticarət  əlaqə- 
lərini  genişləndirmək,  beynəlxalq  э т э к  bölgüsünün  dərinləşdi- 
rilməsinə, elmi, mədəni dəyərlərin dialoquna kömək göstərməkdir.
‘İpək yolu”nun bərpasınm milli regional  siyasi  şərtləri milli 
infrastruktur  sahələrinin  beynəlxalq  təşkilatlann  və  maliyyə 
qurumlannm  köməyi  ilə  dünya  standartlanna  uyğun  yenidən 
qurulması,  milli  strateji  maraqların  qorunması  üçün  dünya  və 
Avropa  bazarlanna  altemativ  nəqliyyat  yollannm  yaradılması, 
Rusiyadan  olan nəqliyyat  iqtisadi  asılılığa  son  qoyulması,  milli 
iqtisadiyyatm inkişafma, dövlətçiliyimizin iqtisadi və siyasi cəhət- 
dən  gücləndirilməsinə,  ölkəmizin  dünyada  tanmmasma  daha 
əlverişli  şərait  yaradılması  olmuşdur.  Digər  tərəfdən  “Ipək 
yolu”nun bərpası  ilə bağlı  dünyanın super güclərinin iqtisadi və 
siyasi  maraqlannın  təmin  edilməsi  isə  öz  növbəsində Azərbay- 
can  həqiqətlərinin  dünyaya  çatdınlmasında,  Qarabağ  problemi- 
nin  həllində,  Xəzərin  statusu  və  sair  kimi  siyasi  məsələlərdə 
ölkəmizə  siyasi  dəstəyin  artınlmasına,  türk  xalqlannm  iqtisadi, 
siyasi və mənəvi birliyinin möhkəmləndirilməsinə, region ölkələri 
ilə  əməkdaşlığın  inkişaf etdirilməsinə,  sülhün,  sabitliyin  təmin 
edilməsinə ciddi kömək göstərmişdir.
“İpək  yolu”nun  bərpası  humanitar  yüklərin  daşınmasında, 
narkotik vasitələrin bu marşrutla qanunsuz  dövriyyəsinin  qarşı- 
smın alınmasmda, beynəlxalq terrorizmə qarşı mübarizədə, müasir 
dünya inkişafmın qlobal problemlərinin həllində olduqca mühüm 
rol oynayır və gələcəkdə bu rolun artacağı şübhə doğurmur.
Respublikamızda  nəqliyyat  və  rabitə  sisteminin  inkişafı  və 
yenidən qurulması  ilə bağlı həyata keçirilən tədbirlər,  nəqliyyat 
sahələrinin  beynəlxalq  nəqliyyat  qurumlanna  üzv  olması,  bey- 
nəlxalq  konvensiya  və  sazişlərə  qoşulması,  öz  fəaliyyətbrini 
həmin  konvensiya  və  sazişlərin  təbbbrinə  uyğunlaşdınlması, 
layihələrin  həyata  keçirilməsi  istiqamətində  görülən  işlər,  xalq 
təsərrüfatınm ümumi inkişafına,  dövbtimizin iqtisadi qüdrətinin 
artınlmasına,  demokratik  imicinin  formalaşmasına  böyük  təsir 
göstərmişdir.  Layihələrin  reallaşdınlmasında  Beynəlxalq  ma-


Yüklə

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə