13
Mətnlərin tərtib xüsusiyyəti. Kitabda, əsasən, Səyyarə
Qasımovanın, qismən də Nigar Həsənova və Zəfər Fərhado-
vun bölgədən topladığı materiallardan istifadə olunmuşdur. Böl-
gədən müxtəlif janrlara dair nümunələr qeydə alınsa da, top-
luda ancaq nağıl və lətifələr verilmiş, digər janrların
isə növbəti
cilddə çapı nəzərdə tutulmuşdur. Topluda eyni süjet əsasında
qurulan nağıllar vahid ad altında verilmişdir. Mətnlər artan
sıra ilə nömrələnmişdir və onların nömrəsinə istinad etməklə
toplunun sonundakı “Mətnlərin söyləyiciləri haqqında” böl-
məsində onun söyləyicisi və haradan toplanması haqqında mə-
lumat əldə etmək mümkündür.
Mətnlərin dilinə gəldikdə, onlar vacib ləhcə xüsusiyyətləri
gözlənilməklə verilmişdir. Mətnlər üzərində müşahidələr gös-
tərir ki, insanların təhsili, savad dairəsi onların dilinə təsirsiz
ötüşməmişdir. Yaşlı nəsilin dilində dialekt faktlarına daha çox,
cavan, təhsilli, savadlı nəslin dilində isə az rast gəlinir. Bəzən
söyləyici bir mətndə eyni sözün həm ədəbi, həm də dialekt
variantını işlədir. Məsələn, bir nağılda
yenə sözünün həm ədəbi
dildən
gələn şəkli, həm də dialekt variantı işlədilir. Söyləyici bir
mətndə
oyçu kimi tələffüz etdiyi sözü başqa mətndə
ovçu kimi
tələffüz edir. Ona görə də mətnlərdə eyni sözün fərqli şəkildə
tələffüzünə rast gəlinsə, bunun redaktə səhvi deyil, söyləyicinin
öz dilindən qaynaqlandığını nəzərə almaq lazımdır.
Söyləyicilərlə görüşlərin təşkilində bizə göstərdikləri kö-
məyə görə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zey-
nalova, icra başçısının mavini, İctimai-Siyasi və Humanitar Mə-
sələlər şöbəsinin müdiri Təranə Bayramovaya, şöbənin əməkda-
şı Bəhruzər Rüstəmova dərin minnətdarlığımızı bildiririk.