Dədə Qorqud ● 2015/I 12
anlayışı daha çox ada və aral sözləri ilə ifadə olunur. Lakin bu anlayışı bildir-
mək üçün başqa leksik vahidlərdən də istifadə edilir. V. V. Radlov lüğətində
arğı və arığ “ada” sözləri qeyd olunmuşdur (25, I, 1, 272, 300). Güman edirik
ki, “Dədə Qorqud kitabı”ndakı arqıc “ada” sözü mənşəcə arğı, arığ, aral “ada”
leksik vahidləri ilə eyni köklüdür. Aral sözünün kökünü bir sıra tədqiqatçılar ar-
“ayırmaq”feili və ara sözləri ilə (Müq. et: aral “su arasında olan, su ilə ayrılan
quru parçası”) əlaqələndirirlər (11, I, 167). Eyni şəkildə arğı, arığ, arqıc “ada”
sözlərinin də bu kökdən yarandığını söyləmək mümkündür. Qır sözünə qaynaq-
larda əsas etibarilə “dağlıq ərazidə olan düzəngah, çöl” mənalarında rastlanır.
V.V.Radlov lüğətində İrtış çayı ilə Balxaş gölü arasındakı alçaq dağlarla örtülü
düzəngahın qırğızcada Kır adlandığı qeyd olunur (25, II, 1, 733). Bu faktı nəzərə
aldıqda “Dədə Qorqud kitabı”ndakı Qır sözünü də xüsusi isim kimi qiymətlən-
dirmək və bu sözün əvvəlinə artırılmış arqıc “ada” sözünün digər Qır xüsusi is-
mindən fərqləndirməyə xidmət edən leksik vahid olduğunu söyləmək mümkün-
dür. Bu halda Arqıc Qırda birləşməsi “Ada Qırında və ya adadakı Qırda” mə-
nası ifadə edir. XI boydakı soylamalar silsiləsinin 5-cisində də buna bənzər bir
ifadə işlənmişdir: Aq qayanuŋ qaplanınuŋ erkəgində bir köküm var / Ortac
Qırda sizüŋ keyiklərüŋüz turğurmaya (D. 280). Fikrimizcə, buradakı ortac sözü
də “ada” mənasındadır. Bu söz kuman və qıpçaq mətnlərində otraç “ada” şək-
lində işlənməkdədir. Orta türkcədə “ada” mənasında otruğ sözünə də təsadüf
edilir. Bəzi türk dillərində otruğ forması utrav, otrau, odru “ada” şəklində qal-
mışdır (Eren, 2). Tədqiqatçılar orta türkcədəki otruğ “ada” sözünün ortuğ “ada”
formasından metateza nəticəsində yarandığını göstərirlər. Ortuğ sözü isə, öz
növbəsində, orta/ortu kökünə bağlanır: ortu+ğ =ortuğ “ortalıq; suyun ortasında
olan yer, su ortasında olan torpaq sahəsi”. Maraqlıdır ki, M.Kaşğarlı lüğətində
həm orta, həm də onun metatezaya uğramış otra fonetik variantı qeydə alınmış-
dır. Bu fakta əsasən əski kuman və qıpçaq mətnlərindəki otraç “ada” sözünün də
(“Ət-Töhfə”də: otraş < otraç) ortaç formasından metateza nəticəsində yarandı-
ğını söyləmək mümkündür. Bu halda ortac formasının da “ada” mənasında
işləndiyi ortaya çıxır. Başqa sözlə desək, “Dədə Qorqud kitabı”ndakı arqıc və
ortac sözlərinin hər ikisi “ada” mənasını, Arqıc Qır və Ortac Qır eyni coğrafi
məkanın adlarını ifadə edir.
Misradakı ﺮﻧ ﺎﻘﯿﯾ yazılışını Azərbaycan naşirləri yıqanır (H.Araslı: yıxanır,
F.Zeynalov və S.Əlizadə: yıqanır), türk naşirləri yaykanur kimi oxumuşdur.
Türk naşirlərinin oxunuş variantı daha düzgündür. Yayka- “çalxalamaq” feilin-
dən yaranmış yaykan- əski uyğur yazıları, “Əl-İdrak”,Tarama Sözlüğü, V. V.
Radlov lüğəti və başqa qaynaqlarda “çalxalanmaq, dalğalanmaq” mənasında
qeydə alınmışdır. Buradakı yaykanur sözü feili sifət kimi “dalğalanan” məna-
sında qəbul edilməlidir. Dastanın başqa bir yerində də bu sözə eyni mənada
rastlanır: Qara dəŋiz kibi yayqanub gələn kafirüŋ ləşkəridür (D. 128). Bu
nümunədəki qara dəniz birləşməsi kimi ümman dənizi birləşməsi də “dəniz”
Dədə Qorqud ● 2015/I 13
mənası ifadə edir. Bəzi nəşrlərdə ümman dənizi birləşməsi “okean” və ya
“Əmman dənizi” kimi izah olunmuşdur. Fikrimizcə, bu izahlar o qədər də ağla-
batan deyil. Dastanın mətnində dəŋiz sözünə həm “göl” (müq. et: Gökçə dəŋiz),
həm də “dəniz” mənasında təsadüf edilir. Görünür ki, dəŋiz sözünün əvvəlində
işlənən ümman sözü təyinedici funksiya daşıyır, sözün “göl” mənasında deyil,
bilavasitə “dəniz” mənasında işləndiyini nəzərə çarpdırmağa xidmət edir.
Misranın ümumi mənası: “Dalğalanan dənizdəki ada Qırında”
2. Sarp yerlərdə yapılmış kafir şəhri.
Bir sıra abidələrdə sarp sözünün “çətin, bərk, möhkəm, əlçatmaz” məna-
sında işləndiyi göstərilir (12, 276). Sözün “çətin” mənasına türk dilinin dialekt-
lərində də rast gəlinir: sarp adam “çetin kimse” (Derleme sözlüğü, 3548). Bu
söz Azərbaycan dilinin Qazax dialektində “sel yumuş yerlərdə əmələ gələn uçu-
rum” mənasında qeydə alınmşdır (3, 355). Bu mənaların hamısını mətnə daxil
etmək mümkündür. Lakin sonuncu məna mətnin təhkiyə axarına daha çox uy-
ğun gəlir. Buradan anlaşılır ki, kafirin şəhəri ətrafını su yuyaraq uçurum şəklinə
düşmüş, çətin yerdə salınmışdır. Sarp sözü “çətin” mənasında dastanın giriş his-
səsində də işlənmişdir: Sarp yürirkən qazılıq ata namərd yigid binə bilməz...
Misranın ümumi məzmunu: “Ətrafı uçurum olan, çətin yerdə salınmışdır kafir
şəhəri”.
3. Sağa-sola çırpındı urur yörükçiləri / yözükçiləri.
Buradakı یﺮﻠﭽﮐزﻮﯾ yazılışı Türkiyə nəşrlərində yüzgeçleri “yüzücüleri”,
Azərbaycan nəşrlərində yüzgüçiləri “üzgüçüləri” şəklində oxunmuş və buna uy-
ğun olaraq misra adamların “sağa-sola əl-qol ataraq suda üzməsi” kimi izah
olunmuşdur. Bizcə, həmin söz yörükçiləri kimi oxunmalı və misra buddist ke-
şişlərin sağa-sola yırğalanaraq müqəddəs saydıqları sutraları oxuması şəklində
şərh edilməlidir. Bizim yörükçiləri şəklində oxuduğumuz sözün kökü yör- “yoz-
maq, izah etmək” feilidir. Bu feil yazılı qaynaqlarda və müasir türk dillərində
daha çox yor- şəklində işlənir. “Qutadğu bilig”də və qədim uyğur yazılarında
feilin yör- “yozmaq, izah etmək”fonetik variantına təsadüf edilir: Tüşüg edgü
yör “Yuxunu yaxşı yoz”; Tüşüŋ yörmə, yörsə bilig birlə yör “Öz yuxularını
yozma, əgər yozsan bilərək yoz ” (7, 276). Bu feildən yaranmış yörük sözü “yo-
zum, şərh”, yörükçi isə “yozucu, şərhçi”, dolayısı ilə “buddist keşiş” mənası ifa-
də edir. Yörük sözünə “yozum, şərh” mənasında M. Kaşğarlı divanı, “Qutadğu
bilig” və qədim uyğur yazılarında təsadüf edilir (7, 277). Söz yözükçiləri kimi
yazıldığı üçün bu şəkildə oxunuş variantını da istisna etmək olmaz. Lakin abi-
dələrdə yor- / yoz- şəklində paralelliyə təsadüf edildiyi halda, yör- / yöz- paralel-
liyinə rast gəlinmir. Buna görə də re hərfinin üzərindəki nöqtənin artıq qoyuldu-
ğunu düşünərək, sözün yörükçiləri “yozucuları; buddist keşişləri” şəklində
transliterasiya edilməsini daha münasib hesab etdik
1
. Altay dilində “kahin,
1
Sözü yörgüciləri / yözgüciləri şəklində də transliterasiya etmək mümkündür: yör+ gü+çi. Müq.
Dostları ilə paylaş: |