Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     16 
 
 
nəşrdə  həmin  sözü    «sağ  tərəf»  şəklində  vermiş,  daha  sonrakı  nəşrlərdə  öŋ 
“qabaq” şəklində düzəltmişdir. Əslində,  misranın  məzmununun düzgün anlaşıl-
mamasında bu səhv oxunuş həlledici rol oynamışdır. O.Ş.Gökyay dastanın F.Sü-
mer,  A.E.Uysal  və  V.S.Valker  tərəfindən  edilmiş  ingiliscə  tərcüməsində  ifa-
dənin  ərəb  və  latın əlifbalarındakı  sağdan  və  ya soldan oxunuş tərzi  ilə  bağlan-
masına  etiraz  edərək  yazır:  “Tərcümə  ilə  bağlı  verilmiş  izahlarda  sağdan  sola 
doğru oxunan ərəb yazısına alışmış olanlar üçün soldan sağa doğru oxunan latın 
əlifbası tərs görünür deyilir. “Dədə Qorqud kitabı”nda  bəylərin oxuyub-yazma-
ları  barədə  məlumat  verilmir.  Yalnız  son  boyda  göstərilir  ki,  Aruzdan  Beyrəyə 
kimin yazdığı məlum olmayan məktub gəlir və o, məktubu oxuyur. Əgər vəziy-
yət  belə  isə,  o  halda  Qazan  bəyin  kafirləri  pislədiyi,  alçaltdığı  bir  soylamada 
ərəb  əlifbası  ilə  latın  əlifbasının  müqayisəsini  aparması  nə  dərəcədə  ağlabatan-
dır?  Digər  tərəfdən,  o  dövrdə  qadınların  yazıb-oxuma  bilənləri  varmı  idi?  Bu 
misrada  isə  kafirin  qızı,  gəlini  önünü  qoyub  tərsinə  oxuyur.  Mənim  fikrimcə, 
Qazan bəy  burada kafir qadınlarına pozğun damğası  vurmaqdadır: Kafir qadın-
ları  önlərini  qoyub  arxalarını  kişilərə  təklif  edirlər  (13,  216).  S.Tezcan 
O.Ş.Gökyayın  irəli  sürdüyü  bu  fikri  bir  qədər  də  qətiləşdirərək  və  ön  sözünün 
məntiqindən  çıxış  etməklə  misranı  belə  izah  edir:  “Öteki  metin  yayınlarında 
nasıl  anlaşıldığı  belli  olmayan  bu  cümlede  kadınla  sapık  cinsel  ilişkiden  söz 
edildiği bellidir: Önünü bırakıp arkasıyla çağırır kız gelini” (32, 359). Əgər bu 
oxunuş  və  izah  qəbul  edilərsə,  anlaşılan  odur  ki,  bir  türk  boyunun  təmsilçisi 
digər türk boyunun (qeyri-müsəlman qıpçaqların və ya peçeneqlərin)
3
 qız-gəlini-
ni əxlaqsızlıqda günahlandırır. Bunu əsla qəbul etmək olmaz. Biz cümlədəki ilk 
sözü    “düzgün,  doğru”şəklində  oxumağı  daha  məqbul  hesab  edirik.  Müasir 
türkmən  dilində  öŋ  “qabaq”  sözü  ilə  yanaşı    “sağ,  düzgün,  uğurlu”  sözü  də 
işlənməkdədir.  “Dədə  Qorqud  kitabı”nda    kökünə  bağlı  oŋ    “düzəlmək”, 
oŋar  – “düzəltmək”, oŋal   “sağalmaq”, oŋat “doğru, düzgün, yaxşı” sözlərinə 
təsadüf edilir: Allah-Allah deməyincə işlər oŋmaz (D. 2); Xanum, oğlanuŋ qırq 
gündə  yarası  oŋaldı,  sapa-sağ  oldı  (D.  29);  Birligüŋə  sığındum,  çələbüm  qadir 
taŋrı,  mədəd  səndən.  Qara  tonlu  kafirə  at  dəpərəm,  işümi  sən  oŋar  (D.  210); 
Mərə,  oŋat  görüŋ,  bu  gələn  Bəkil  isə  sizdən  öŋdin  mən  qaçaram,    dedi  (D. 
246).  Türk  dillərinin  yazılı  abidələrində  və  əksər  muasir  türk  dillərində  (kırım-
tatar,  karaim,  karaçay-balkar,  qırğız,  qazax,  noqay,  qaraqalpaq,  tatar,  başğırd, 
                                         
3
 Müq.  et:  “Dədə  Qorqud  hekayələri  əslində  Oğuzların  Yaxın  Şərqə  gəlməmişdən  əvvəlki 
həyatlarına  aid  xatirələrinə  dayanmaqdadır.  Çox  qədim  dövrlərdən  bəri  mövcud  olan  bu 
xatirələrin  bəzi  hadisələr  ətrafında  cəmlənməsi  isə  IX-  XI  əsrlərdə  Oğuzların  Sır  Dəryanın 
şimalındakı yurdlarında keçən həyatları ilə əlaqədar görünməkdədir. Oğuzların bu dövrdə şimal 
qonşuları  olan  peçenek  və  qıpçaqlarla  davamlı  şəkildə  münaqişə  və  mücadilələrdə  olduqları 
bəllidir” (F. Sümer. Dede Korkut Kitabına Dair Bazı Mülahazalar, Türk Folklor Araştırmaları , 
Ocak 1952, sayı 30; M. Ergin, I, 55-56).  
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     17 
 
 
özbək, uyğur, sarı uyğur, altay, xakas, yakut, tuva, türk (dial.) – «sağ ayaq» və 
s.)  sözü «sağ (tərəf), doğru, düzgün»  mənalarını  ifadə edir (11, I, 456-460). 
M.Kaşğarlı  divanında  və  Oğuz  Kağan  dastanında  da  həmin  sözə  «sağ  (tərəf)» 
mənasında təsadüf edilir:  əlig «sağ əl» – çigilcə (16, I, 41); Oŋ çaŋakda Altun 
Kağan tegen bir kağan bar irdi «Sağ tərəfdə Altun Kağan deyilən bir kağan var 
idi» (18, 33). Erkən dövrlərdə Uyğur hərfləri  ilə yazılmış  «Səkiz  yükmək» adlı 
əsərdə  “Dədə  Qorqud”da  olduğu  kimi,    «doğru,  düzgün»  sözü  tərs  sözü  ilə 
qarşılaşdırılır: Tersli - oŋlı edgüli - ayığlı  iki türlüg qılınç qılsar «Əgər  iki cür: 
tərs  və  düzgün,  yaxşı  və  pis  əməllər  törətsə…»  (7,  367).  Azərbaycan  dili 
dialektlərində    –  «sağalmaq,  düzəlmək,  doğru  olmaq»  feilinə  bağlı  oŋar  – 
«düzəltmək,  yaxşı  etmək,  yoluna  qoymaq»  (Tovuz),  oŋant  «avand  (üz),  tərsin 
əksi, düzgün» (Marneuli, Dmanisi), onatdi «tutarlı, yaxşı» (Gəncə) sözləri işlən-
məkdədir (3, 347). 
Cümlədəki  oqu  sözü  isə  bir  çox  yazılı  abidələrdə,  o  cümlədən  də  “Dədə 
Qorqud  kitabı”nda  bir  neçə  yerdə  öz  əksini  tapmış  «çağırmaq»  mənasındadır: 
Namərd tayıŋ al eyləmiş, oqıyuban bizi aldılar, varduq (D. 300); Bay Bora bəg 
bazırganlarını yanına oxıdı (D. 69); Qalın Oğuz bəglərini həp oxıdılar, odalarına 
gətürdilər (D. 81); Oğul, qalın Oğuz bəglərini odamuza oxıyalum, necə məsləhət 
görürlər isə aŋa görə iş edəlüm (D. 81) və s. Bunları nəzərə aldıqda sətrin ümu-
mi  mənası  «Doğrusunu  (düzgününü)  qoyub  tərsini  çağırır  kafirin  qız-gəlini» 
şəklində anlaşılır. Güman edirik ki, burada kafir qız-gəlininə məxsus etnoqrafik 
səciyyəli  bir xüsusiyyətdən –  yalnız qadınlara aid olan danışıq və  müraciət for-
masından bəhs edilir. Tədqiqatçılar qazax, qırğız, altay və s. xalqlarda qadınlara 
məxsus  olan  sözlərin,  kişilərdən  fərqli  olaraq  yalnız  qadınların  işlətdiyi  xüsusi 
leksikanın  mövcudluğu  haqqında  məlumat  verirlər.  Bu,  başlıca  olaraq  qadının 
əri tərəfindən ona qohum sayılan kişi cinsindən olan şəxslərin adlarının  birbaşa 
(düzgün) tələffüz edilməsinə qoyulmuş qadağan (tabu) ilə bağlıdır. Psixoloji qa-
dağan  nəticəsində  qadınlar  kişilərdən  fərqli  olaraq  bir  çox  əşya  və  proseslərin 
adlarını  başqa şəkillərdə  ifadə etməyə  məcbur olmuşlar. Bu barədə  A. İnan  ya-
zır: Qədim patriarxat həyat tərzinin izi olduğu şübhə doğurmayan bir adət Sibir 
türklərində və Orta Asiya türklərindən qazax və qırğızlarda hələ də canlı şəkildə 
yaşamaqdadır. Bu adətə görə, gəlinlər ərlərinin ailəsinə, hətta qəbiləsinə mənsub 
olan  qohumlarının  adlarını  söyləməməlidirlər.  Gəlinə  təkcə  qayınanası  və 
qayınatası tərəfindən qohum olan bütün şəxslərin  adlarını deyil, hətta bu adlara 
bənzəyən  bütün  sözləri  söyləmək  qadağandır.  Məsələn,  əgər  ərinin  qohum-
larından  biri  Aydəmir  adını  daşıyırsa,  qadın  ay  və  dəmir  sözlərini  söylə-
məməlidir. Halbuki  belə adlara Şərq türklərində olduqca tez-tez rastlanır. Buna 
görə də gəlinlər üçün baltabıçaqqoyun, atqılıncqartal və s. kimi gündəlik  
məişətdə  işlədilməsi  vacib  olan  bir  çox  sözlərin  tələffüz  edilməsinə  qadağan 
qoyulur.  Qadınlar  bu  tipli  sözlərin  yerinə  onların  sinonimlərini  və  ya  uydurma 
sözlər  işlədirlər.  Məsələn,  ay  yerinə  yaruk,  dəmir  yerinə  polad,  balta  yerinə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə