Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

_________Milli Kitabxana_________ 
 
108
 
ça, məktub, namə, məcmuə) qüsurlarını görüb, onların hər cəhət-
dən namünasib və  hətta zərərli olmaqlarını kamalınca anlayırdı. 
Ona görə söz yoxdur ki, onun “Vacibati-şəriyyət“  əsəri, habelə 
başqa kitabları o zaman məktəblərdə dərslik kimi işlədilən şəriət 
kitabı “Camei-Abbası” kitabından gərək artıq və üstün olsun. 
M.Kazımın farsca yazdığı şeirlərindən üçüncü kitabı “Elmi-
bəlağət”in sərlövhəsində  qələmə xitabən yazdığı  şeirlər nümunə 
göstərilir: 
Ey, qələm, ey mənə gecə-gündüz dost olan
Başını qaldır, bir an dodaqlarını arala, 
Hədsiz-hesabsız zəhmətlərdən sonra 
Kitabın ikinci hissəsi qurtardı. 
Üçüncü hissədən bir nəğmə başla, 
Pərdədə olan sirləri bir-bir aç. 
Mənim barmaqlarımın hökmündən boyun qaçırma, 
Naməhrəm yanında bəzi sözlər danışma. 
Bəzən elə olur ki, tüğyan edirsən, 
Hər gizli sirri açırsan. 
Sənə hər nə deyirəmsə, boğazında saxla, 
Ürəyin sirrini ağzından qaçırma. 
Mənim fikrimin əksinə çıxırsan, 
Mənim qədəmimin əksinə qədəm qoyursan. 
Mənsur ağzından çox sirrlər qaçırdığına görə, 
Onu boğazından dara çəkdilər. 
Ömrünü eşqə sərf edib əsla dönmədi – 
Ki, bu söz çoxlarını xar elədi. 
Ürəyini mənə ver, heç kəsə vermə, 
Sənanın günahı onun məhəbbətidir, vəssəlam! 
Eşq və eşqbazlıq sözünü danışma, 
Yanar oddan salamatlıq gözləmə. 
Eşq nəhayətsiz işlər görür, 
“Dinlə neydən çün hekayət eyləyir”[116]...                
Sonuncu misra Cəlaləddin Ruminin “Məsnəvi”sindən iqtibas 
olunduğuna görə dırnaqda yazılmışdır. 


_________Milli Kitabxana_________ 
 
109
 
Mirzə Kazımın nümunə göstərilən əsərlərindən başqa o, türk 
dilində ibtidai sinif şagirdlərinə təlim vermək üçün nəsr və nəzm-
lə bir kitabça da tərtib etmiş, mündəricatında isə xırda-para heka-
yə, nağıl və düzgülər vermişdir. Düzgülərin çoxunu M.Kazım özü 
yazmışdır. Bu düzgülər uşaqların ağızda söylədiyi “Üşüdüm, ha 
üşüdüm, dağdan alma daşıdım” vəzni və bəhrində tərtib olunmuş 
mənən bir-birilə  əlaqəsi olmayan sözlərə  bənzəyir. M.Kazım bu 
düzgüləri ona görə yazmışdır ki, uşaqları oxumağa həvəsləndirsin. 
Çünki uşaqların belə yüngül vəznlə yazılan şeirlərə meyli və hə-
vəsi daha çox olur. 
Keçmişdə Əhməd bəy Cavanşir öz övladını oxuyub-yazmağa 
həvəsləndirmək üçün bu vəzndə hekayələr tərtib etməklə istəyinə 
nail olduğunu nəzərə alan Mirzə Kazım da bu üsuldan istifadə 
etmiş, özünün düzgülərində kiçik oğluna gülməli sözlərlə yanaşı, 
ədəb-ərkana dair nəsihət söyləyir: 
Ay afərin, gül oğlum, 
Gül oğlum, bülbül oğlum
Dərsin oxu rəvanla, 
Sonra danış, gül, oğlum! 
Gedirdim harda gördüm, 
Guya divarda gördüm, 
Evdə siçan çox idi, 
Pişik evdə yox idi. 
Siçan çıxdı divara, 
Əynində xaki xara. 
Birdən pişiyi gördü, 
Döndü, baxdı, qurudu. 
Siçanlar at çapırdı, 
Pişik durub baxırdı... 
Mirzə Kazım təlim-tərbiyə zamanı  əlifbada olan nöqsanları 
və onların yaratdığı çətinlikləri aradan qaldırmaq üçün təhsil sa-
həsində çalışan adam kimi xüsusi əlifbanı tərtib etmiş və bu barə-
də  məqalə yazaraq C.Ünsizadənin redaktorluğu və naşirliyi ilə 
1883-1891-cü illərdə Tiflisdə çıxan aylıq jurnal (1883-1884, №1-


_________Milli Kitabxana_________ 
 
110
 
11), sonra isə  həftəlik qəzet (1884-1891) - Tiflisdə  nəşr olunan 
“Kəşkül” qəzetində çap etdirmək üçün F.Köçərliyə versə  də, o 
vaxt nəşr olunmamış qalmışdır. Həmin məqalənin məzmunu 
F.Köçərlinin 2-ci cild Azərbaycan  ədəbiyyatı kitabının 210-cu 
səhifəsində öz əksini tapmışdır. 
Mirzə Kazım M.F.Axundov kimi əlifbamızın dəyişdirilməsi 
məsələsinə daha çox önəm verən yaradıcı ziyalılardan olmuşdur. 
Təzəməslək adamlardan olduğunu məişətimizin köhnələn, çürüyən, 
işə yaramayan cəhətlərinin aradan qaldırılmasını  məqsədə uyğun 
sayırdı. O, 1892-ci ildə İrəvanda vəba xəstəliyindən vəfat etmişdir. 
Haci Seyid Rza Əmirzadə “ Sabir “(1846-1906). Hacı Se-
yid Rza Əmirzadə  əslən Xoy şəhərindəndir. Məşhur sazişə görə 
27 yaşında  İrəvan  şəhərinə  gəlmiş, bir müddət bura sığındıqdan 
sonra ailə quraraq, İrəvanı özü üçün ikinci vətən seçmişdir. 
Hacı Seyid Rza çox rəvan təbə malik olsa da, ondan istifadə 
etməyə layiqli bir yol tapmamış, qəsidə, mədh və həcvləri ifadəli 
oxumağa daha çox vaxt ayırarmış. Əhali arasında məşhur qəzəl, 
qəsidə  və qitələri ilə  zərif, xoşxasiyyət bir şair kimi tanınarmış. 
Onun  İrəvana gəldiyi vaxtlarda Bakıda Həsən bəy Zərdabi tərə-
findən “Əkinçi” qəzeti nəşrə başlamışdır. Hacı Seyid Rza İrəvan-
dan “Əkinçi”yə müxbirlik etmiş və burada nəsrlə yazılan məktub-
ları, nəzmlə yazılmış bir məktubu dərc edilmişdir. Həmin məktub 
dərc ediləndən sonra Şamaxıda məktəb tikiləndə avam camaat 
arasında söz-söhbətə, narazılığa səbəb olmuşdur. Daha doğrusu, 
hadisədən sonra Şamaxı sakini Hacı Seyid Əzim Məliküşşüəra öz 
oğlu Mircəfəri elmli, təhsilli etmək üçün məktəbə qoymuşdur. 
Amma camaat mərhum Seyid Əzimin bu işindən incimiş, onun 
əleyhinə nalayiq hərəkətlərə yol vermiş və Seyid Əzim buna uy-
ğun olaraq Mircəfərə xitabən aşağıdakı nəsihəti demişdir: 
   
Cəfər, ey qönçeyi-gülüstanım, 
  
Ey 
mənim bülbüli-xoşəlhanım... 
Hacı Seyid Rzanın “Əkinçi” qəzetinin 1877-ci ildə 20-ci say-
da dərc olunan bu məktubu o vaxtlar camaatın  əhvalını,  əqlini, 
kamalını göstərən bir sənət nümunəsi kimi diqqəti cəlb edir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə