Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə3/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   2   3   4   5   6   7   8   9   ...   101

 10 
seslər normallaşırsa, o zaman  stresin qarşısı alınır, onun inki-
şafı sona çatır. Əksinə, orqanizm zərərli amillərin təsirini ara-
dan qaldıra bilmirsə, onda orqanizmin uyğunlaşma qabiliyyəti 
azalır, bitki zəifləyir və hətta məhv ola bilir.  
Stres ətraf mühit amillərinə daxil olub  bitkilərin böyümə 
və  inkişafı  üçün  genetik  potensialın  ekspresiyasına  təsir  edir, 
normal proseslərin getməsini ləngidir və məhsuldarlığı azaldır. 
Hazırda  mühit  stres  siqnallarının  genoma  ötürülməsi  və 
genomun  bu  siqnallara  reaksiyası  nəticəsində  hansı  fizioloji 
və biokimyəvi dəyişikliklərin baş verməsini öyrənmək imkanı 
verən müasir metodlar işlənib hazırlanmışdır. Hər hansı orqa-
nizm  hüceyrələrinin  xarici  mühit  siqnallarına  cavab  verməsi 
üçün  onların  bu  siqnalları  qəbul  etməsi  və  uyğun  bir  cavaba 
çevirə bilməsi lazımdır. Bunun üçün də bu hüceyrələrdə qəbul 
etmə  və  duyma  mexanizmi  olmalıdır.  Bu  siqnalların  əksəriy-
yəti, bəlkə də hamısı hüceyrə  səthində olan plazma membran 
resoptorları tərəfindən qəbul edilir [42]. 
 
 
1.1. Quraqlıq stresi  
 
Quraqlıq, ümumi anlamda meteoroji bir hadisə olub, bit-
kilərin inkişafına mənfi təsir edən yağışsız bir mərhələdir. Ya-
ğışsız  mərhələnin  quraqlıq  əmələ  gətirməsi  torpağın  su  sax-
lama  qabiliyyəti  və  bitkilər  tərəfindən  həyata  keçirilən  trans-
pirasiya sürəti ilə bağlı olaraq baş verir [237].  
Quraqlıq, su qıtlığı  və quruma olmaqla  iki  tipdə mövcud 
olur [364]. 
1.
 
Su qıtlığı – ağızcıqların bağlanmasına  və qaz mübadi-
ləsinin azalmasına səbəb olan orta səviyyəli su itkisidir. Nisbi 
su  miqdarının  təxminən  70%-ə  qədərinin  qaldığı  zəif  su  qıt-


 
11 
lığına məruz qalan bitkilərdə ağızcıqların bağlanmasından ası-
lı olaraq karbon qazının qəbulu zəifləyir. 
2.
 
Quruma  -  metobolizmin  və  hüceyrə  quruluşunun  ta-
mam pozulmasına və nəticədə enzimlərlə kataliz olunan reak-
siyaların  dayanmasına  səbəb  ola  biləcək  yüksək  miqdarda  su 
itkisi kimi qəbul edilir. Qurumaya həssas bitkilərin əksəriyyə-
tində, suyun nisbi miqdarının 30%-dən aşağı düşdüyü hallarda 
vegetativ toxumalar bərpa oluna bilmirlər [367, 368].  
Bitkilərdə  su qıtlığı, bir qayda olaraq  suya olan təlabatın  tə-
minatdan çox olduğu hallarda yaranır. Su ilə təminat bitkinin kök 
sistemində,  torpağın  dərinliklərində  saxlanılan  suyun  miqdarı  ilə 
müəyyən  olunur.  Suya  olan  tələbat  isə  bitkidə  transpirasiya  və 
evapo-transpirasiyanın dərəcəsi ilə nizamlanır [287, 288].  
 
 
1.2. Bitkilərin quraqlıq stresinə davamlılığı 
 
Bitkilərin quraqlıq stresinə davamlılığı onların növündən, 
genotipindən,  su  itkisinin  dərəcə  və  müddətindən,  inkişaf  fa-
zasından, yaşından, orqan  və hüceyrə tipindən  aslı olaraq də-
yişir.  Bəzi  bitkilər  su  stresinə  qarşı  olduqca  həssas  olduqları 
halda,  digərləri  bu  stresə  qarşı  tolerantdır.  Daha  çox  su  əldə 
etmək qabiliyyətinə malik olan və sudan daha səmərəli istifa-
də  edən  bitkilər  quraqlığa  qarşı  daha  çox  müqavimət  göstərə 
bilirlər [142, 393].  
Bitki böyümə və inkişafının bütün mərhələlərində su qıt-
lığının  təsiri  altında  qala  bilir.  Müəyyən  edilmişdir  ki,  böyü-
yən hüceyrələr su stresinə qarşı daha həssas olurlar. Quraqlıq 
şəraitində toxumların cücərməsi, rüşeym kökcüyünün inkişafı 
zəifləyir.  Bununla  yanaşı,  ikincili  kök  sisteminin  formalaş-
ması  gecikir,  ağızcıqlar  bağlanır,  yarpaqların  qocalması  və 
tökülməsi  prosesləri  sürətlənir.  Ağızcıqların  bağlanması  nəti-


 12 
cəsində  fotosintezin  intensivliyi  tənəffüs  prosesinə  nisbətən 
daha  çox  azalır.  Su  stresinin  təsiri  nəticəsində  assimiliyası-
yanın balansı pozulur [41]. 
Quraqlıq şəraitində bitkilərin osmotik təzyiqi aşağı düşür. 
Su  qıtlığı  və  osmotik  təzyiq  fərqinin  səbəb  olduğu  quraqlıq 
stresi  amin  turşularının  birləşərək  zülal  molekullarına  çevril-
məsində,  zülalın  miqdarının  azalması  və  ribonukleaza  aktiv-
liyində, zülalların hidrolizində və hidrogen-peroksidin miqda-
rının  artmasında,  poliribosomlarda  parçalanma  kimi  bir  çox 
metabolik proseslərdə dəyişikliklərə səbəb olur [277, 278]. 
Osmotik uyğunlaşma  və  ya  hüceyrələrdə  həll  olunan  mad-
dələrin  toplandığı,  su potensialının  azaldığı,  lakin  hələ turqorun 
aşağı düşməsinin başlamadığı bir  vaxta  təsadüf edir. Toxum-
larda  su potensialının dəyişməsi bütünlükdə osmotik təzyiqin 
dəyişməsi ilə eyni vaxtda baş verir.    
Müəyyən  edilmişdir  ki,  quraqlıq  stresinin  təsiri  nəticə-
sində bitkilərdə yağların, nişasta və karbohidratların, müxtəlif 
aşı,  efir  və  s.  növ  spesifik  maddələrin  sintezi  və  toplanması 
zəifləyir, proteolitik fermentlərin aktivliyi aşağı düşür. Bunun 
əksinə olaraq, zülalların miqdarı artır. Məsələn, buğda ilə apa-
rılan  tədqiqatlar  göstərmişdir  ki,  quraq  bölgələrdə  becərilən 
sortlar daha yüksək zülal,  yaxşı  suvarılan  və  ya rütubətli böl-
gələrdə becərilən sortlar  isə  yüksək nişasta faizi  ilə fərqlənir. 
Oxşar nəticələr paxlalı bitkilərdə də əldə olunmuşdur. Alınan 
nəticələr  əsasında  belə  fikir  irəli  sürmək  olar  ki,  quraq  zona-
larda  bitkilərdə  zülalların  miqdarının  artması  həm  bitkinin 
enerji təlabatını ödəmək, həm də zülalların  yüksək hidrofillik 
xüsusiyyəti hesabına su itkisini azaltmaq məqsədi daşıyır. Di-
gər  tərəfdən,  həm  yağların  və  həm  də  zülalların  orqanizmin 
ehtiyat  maddələri  olmasına  baxmayaraq,  zülalların  sintezinə 
daha az su tələb olunur. Nişasta, karbohidrat, yüksək molekul-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə