16
tolerantdır.
Akademik C.Ə.Əliyevin tədqiqatlari ilə müəyyən edil-
mişdir ki, quraqlıq stresinin buğdanın inkişafına və məhsul-
darlığına təsiri, stresin baş verdiyi inkişaf mərhələsindən, stre-
sin gücündən və təsir müddətindən aslıdır [48]. Məhsuldar-
lığın azalmasının əsas səbəbi, quraqlığın sünbül əmələ gəlmə
prosesinə və çiçəklənmədən sonrakı müddətdə yarpaq səthi
üzərinə mənfi təsiri ilə əlaqədardır. Sünbül əmələ gəlmə döv-
ründəki quraqlıq stresi sünbüldəki dən sayının azalmasına sə-
bəb olursa, sünbülləmədən sonrakı quraqlıq dənin çəkisinin
artmasını məhdudlaşdırır [48, 343].
Quraqlıq, duzluluq və s. kimi streslər torpaqdan qida qə-
buluna da təsir edir [20, 37]. Su qıtlığı kökün daha dərinə en-
məsinə səbəb olur. Məsələn, bir bitki quru torpaqda məhv ol-
mamaq üçün köklərini qurunt sularına kimi çatdıra bilir. Çol
bitkisi olmaq etibarilə kresot otunun quraqlığa davamlılığı yaxşı
məlumdur. Qurumasına baxmayaraq bu bitki yaşayır, tole-
rantlıq göstərir və ya protoplazmanın quruluğuna dözür [248].
Bitkilərin quraqlığa davamlılığı, onların susuzluğa qarşı uy-
ğunlaşma və su saxlama qabiliyyətləri ilə düz mütanasibdir [37].
Bitkilərdə yarpaqların düzülüşü və forması quraqlığa davamlılıq
baxımından çox önəmlidir [63, 188]. Yarpaq səthinin azalması su
qıtlığının qarşısının alınmasında ilk tədbirlərdən biridir. Bitkilərdə
suyun miqdarı azaldıqda hüceyrələr daralır və hüceyrə divarları
qatlanaraq bükülür. Hüceyrələrdə baş verən bu proses hidrostatik
təzyiqin aşağı düşməsi və ya “turqor” ilə nəticələnir. Su stresi tək-
tək yarpaqların deyil, bitkidə olan bütün yarpaqların səthini məh-
dudlaşdırır. Çünki o, budaqların böyümə nisbətini və sayını azal-
dır. Yarpaq səthi inkişafını başa çatdırdıqdan sonra su qıtlığı baş
verərsə, yarpaqlar tökülür [385].
Bitkilərin bioloji məhsulunun formalaşmasında fotosintez
17
prosesi əsas rol oynayır. Bu proses bitkinin genotipindən, becə-
rilmə şəraitindən və digər xarici mühit amillərindən aslıdır. Ona
görə də, müxtəlif ekoloji şəraitlərdə məhsuldarlığına görə fərq-
lənən buğda sortlarının fotosintetik funksiyalarının su rejimi gös-
təriciləri ilə müqayisəli tədqiqi, quraqlığa davamlılığın fizioloji
əsaslarının müəyyənləşdirilməsi və bu əlamətlərdən istifadə et-
məklə hər bir ekoloji bölgə üçün uyğun sortların yaradılması
işində mühüm əhəmiyyət kəsb edir [49, 50, 90].
M.Ə. Babayev (2004, 2009) yerli arpa sortnümunələri ilə
apardiğı geniş tarla təcrübələrilə, xarici mühitin əlverişsiz amil-
lərinə qarşı davamlı, dənin keyfiyyət göstəriciləri yüksək olan yeni
arpa nümunələri aşkar etmiş və onların uyğun təsərrüfatlarda
tətbiqini tövsiyyə etmişdir [7, 8].
Tədqiqatlar göstərmişdir ki, quraqlıq stresinin təsirindən
arpa bitkisinin yarpaqlarında piqmentlərin sintez fəallığı artır,
lakin bitkilərdə böyümə prosesinin zəifləməsi, yarpaqlarda piq-
mentlərin nisbi miqdarının azalmasına gətirib çıxarır. Bitkilərin
su təminatı dərəcəsindən aslı olaraq piqmentlərdə keyfiyyət də-
yişmələrin də baş verdiyi, əsas fotokatalitik piqment olan xlorofil
“a”-nın miqdarının artdığı müşahidə edilmişdir. Lakin piqment-
lərin miqdarı ilə fotokimyəvi fəallıq arasında birbaşa əlaqə mü-
əyyən edilməmişdir [72].
Quraqlığın daha güclü təsiri zamanı yaşıl plastidlərin dağıl-
ması baş verir ki, bu da, təbii olaraq xlorofilin miqdarının azal-
masına səbəb olur. Zəif quruma və ya bitkilərin quraqlığa adap-
tasiyası zamanı xlorofilin miqdarının azalması isə uyğunlaş-
manın nəticəsi ola bilər [87].
İ.M. Hüseynova və b. (2007, 2009) stres amillərin yumşaq
buğda (Triticum aestivum L.) genotiplərinin fotosintetik mem-
branlarının struktur-funksional komponentlərinə təsirini öyrən-
mişdir. Müəyyən edilmişdir ki, quraqlıq stresi fotosintetik mem-
18
branın piqment və zülallarının tərkib və miqdarında, spektral xü-
susiyyətlərində və xloroplastların fotokimyəvi fəallığında mü-
hüm dəyişikliklərə səbəb olur. Quraqlığa davamlı genotiplər
yüksək fotosintetik fəallıq saxlamaqla, stresin təsirindən qoruna
bilirlər [65]. Bitkilərin stresə adaptasiyası membranın zülal
sistemi ilə bilavasitə əlaqədar olub, stresə qarşı kəmiyyət və key-
fiyyətcə yenidən qurulma ilə cavab verir [66].
Su stresi şəraitində bitkilərdə gedən bütün fizioloji pro-
seslər bu və ya digər dərəcədə depressiyaya uğrayır. Müəyyən
olunmuşdur ki, uzun müddətli və kəskin quraqlıq fotosintetik
aparatda struktur dəyişmələrinə, fotokimyəvi, fermentativ,
energetik və s. proseslərin pozulmasına səbəb olur [249].
M.A.Tarçevskiyə görə (1982), fotosintezin intensivliyi yarpa-
ğın su rejimi ilə yanaşı, həm də xloroplastların su rejimindən
aslıdır [88]. Quraqlığa davamlı bitkilər xloroplastların yüksək
su saxlama qabiliyyəti, xlorofilin lipoproteid kompleksi ilə
daha davamlı rabitəsi, quru maddələrin daha yüksək hidrosko-
pikliyi ilə seçilir. Xloroplastların dehidratasiyası zamanı baş
verən dəyişikliklər plastidlərin həm strukturuna, həm də funk-
siyasına təsir edərək, onların fotokimyəvi aktivliyini azaldır,
ultrastrukturun və piqment kompleksinin pozulmasına səbəb
olur. Müəyyən edilmişdir ki, xloroplastlarda funksional dəyi-
şikliklər adaptiv xarakter daşıyır. Zəif quraqlıq şəraitində bu
reaksiya ziqzaqvari olmaqla, geriyə dönə bilir. Kəskin stres
zamanı isə xloroplastlar əksər göstəricilərə görə normaya
qayıtmırlar [87].
Quraqlıq stresinin təsirindən fizioloji proseslərdə olan də-
yişikliklərdən ən başlıcası turqorun azalması və ağızcıqların
yarımçıq açılmasıdır. Su qıtlığı birbaşa fotosintezlə bağlı olan
biokimyəvi proseslərə təsir göstərir və CO
2
-nin ağızcıqlara
daxil olmasını azalda bilir. Quraqlıq fotosintez maddələrinin
Dostları ilə paylaş: |