319
16 Oktyabr - Mütaliə Bayramı, (1989)
Fransızlar kitabı çox sevirlər, hətta onlar
üçün əvəzolunmaz olan kinodan da. Buna görə
də məhz Fransada Mütaliə Bayramı yaranmışdır
və bu bayram demək olar ki, birnəfəsə keçir. Hər
yerdə həm klassik, həm də müasir ədəbiyyata
həsr olunmuş konfranslar, görüşlər, seminarlar,
mühazirələr keçirilir. İlk dəfə belə ənənə 1989-cu
ildə Mədəniyyət Nazirliyi tərəfindən həyata
keçirilmişdir. Mütaliə edən insanlara təqdim olunan tədbir elə böyük şövqlə
qarşılanmışdır ki, heç kəsdə Fransada yeni bayramın yarandığına şübhə
qalmamışdır.
Mütaliə Bayramında məşhur yazıçılar öz oxucuları ilə görüşür, onlara özləri,
yazdıqları və yazmaq niyyətində olduqları əsərləri haqqında danışır, ümumiyyətlə
ədəbiyyatla bağlı söhbətlər edirlər. Fransa televiziyası isə müxtəlif ədəbi
cərəyanlara və onun inkişafında rol oynayan görkəmli şəxsiyyətlərə həsr olunmuş
verilişlərə hədsiz geniş efir vaxtı ayırır.
Fransada Mütaliə Bayramında çoxlu kitab yarmarkaları keçirilir.
İnternetdə:
www.books.google.com
320
17 Oktyabr - Ümumdünya Yoxsulluqla Mübarizə Günü, (1992)
Bu günün tarixi 1987-ci ildən başlayır. 23 il əvvəl
oktyabr ayının 17-də yüz minə yaxın insan 1948-ci
ildə İnsan Haqları Haqqında Ümumi Deklarasiyanın
imzalandığı Parisin Trokadero meydanına toplaşmışdı.
Məqsəd bütün dünyadakı yoxsullara, aclıqdan əziyyət
çəkən insanlara diqqət çəkməkdən ibarət idi. 1992-ci il
22 dekabr tarixində isə Birləşmiş Millətlər Təşkilatının
17 oktyabr tarixini Yoxsulluqla Mübarizə Günü kimi
elan etdi və bütün bəşəriyyəti bu problemlə mübarizəyə səsləmiş oldu.
Hal-hazırda bütün dünyada milyonlarla insan yoxsulluqdan, aclıqdan əziyyət çəkir.
Dünyada bu qədər aclıq, yoxsulluq olmasının əsas səbəblərindən biri israfın qlobal
səviyyədə artmasıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada
istehlak üçün istehsal edilən hər 3 qidadan biri yeyilmədən zibilliyə atılır. Dünya
səviyyəsində israf edilən qida miqdarı isə ildə 1.3 milyard tondur. Dünya Bankının
hesabatlarına görə, inkişaf etmiş ölkələrin zibilliklərinə atılan qidalar dünyada
acından ölən insanların 15 mislini doyuracaq səviyyədədir. Yəni, dünyada aclıq və
ya qıtlıq problemi yox, sevgisizlik və laqeydlik problemi var. Yəni uşaqlar əslində
acından ölmür, dəhşətli sistemin qorxunc nəticəsi olaraq həyatını itirir. Yaxşı
planlama ilə israfın qarşısı alına bilər. Dünyadakı zənginliklər balanslı şəkildə
bölüşdürülərək aclıq probleminin həll etmək mümkün olduğu halda, bu gün aclıq
«dünyanın ən böyük 10 sağlamlıq riski» siyahısında hələ də birinci yerdədir.
Bu mövzuda Fransa höküməti başqa dövlətlərə də nümumə olacaq bir addım atıb.
Parlamentdə qəbul edilən qanuna görə, topdan satışla məşğul olanlar əllərində
qalan ərzaq məhsullarını artıq zibilliyə atmayacaq. Satılmamış qidanın istehlak
edilə bilməyəcək səviyyəyə gətirilməsi də qadağan edilir. Satılmayıb əldə qalan
qida bağışlanmalı, heyvan yemi olaraq və ya gübrə kimi əkinçilikdə istifadə
edilməlidir. Fransanın atdığı bu addım, başda inkişaf etmiş ölkələr olmaqla, hər
ölkənin həyata keçirməli olduğu vacib siyasətdir.Təəssüf ki, dünyadakı olduqca
böyük kütlə öz varlığını hər şeydən önəmli görür. Bunun adı isə eqoizmdir. İsraf
bəlasının yer üzündən silinməsi, ancaq insanların eqoizm və acgözlüklərini tərk
etmələri ilə mümkün olar. Buna nail olmağın isə bir yolu var: sevgi. Sevgini
bilməyən bir insana şəfqəti, qoruyuculuğu, paylaşmağı və paylaşmanın verdiyi
xoşbəxtliyi öyrətməyin yolu yoxdur. Dolayısilə dünyanın üz-üzə qaldığı bu aclıq
və qıtlıq faciəsinə diqqət çəkmək istəyənlər ilk öncə insanlara sevgini öyrətməklə
işə başlamalıdırlar. Dünyada aclıqlan mübarizə aparan qurumlar ilk öncə şəfqətin
gözəlliyini insanlara tanıtmalı, sonra onlara yol göstərməlidirlər.
İnternetdə:
www.books.google.com
321
18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü, (1991)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda
duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Ulu öndər Heydər Əliyev
XX ərin sonlarında SSRİ-nin dağılması ilə
yaranan tarixi şərait nəticəsində Azərbaycan
dövlət
müstəqilliyini
bərpa
etmişdir.
Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali
Sovetin sessiyasında tarixi sənəd –
―Azərbaycanın
Dövlət
Müstəqilliyi
Haqqında Konstitusiya Aktı‖ qəbul edilib.
1991-ci il dekabrın 29-da ümumxalq
referendumunda
məsələ
müzakirəyə
çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə,
suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa
olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Tarix sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat
çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək,
özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan
xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən
itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay
yaşadı. İkinci tarixi imkan bir də, təxminən, 70 il sonra yarandı. Sovet
imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək
imkanı verdi. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb
tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Azərbaycan müstəqilliyini ilk olaraq
qardaş Türkiyə Respublikası (1991-ci il noyabrın 9-da) tanıdı. Azərbaycan
Respublikasının BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq
aləmdə de-fakto tanınmasına başlandı. İndi müstəqilliyimizin siyasi və iqtisadi
sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı
yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır,
inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına,
milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli
dövlətlərindən birinə çevrilib.
İnternetdə:
www.books.google.com
Azərbaycan Milli Ensiklopediyası:25 cilddə.C.1-2.-Bakı, 2009-2010