322
20 Oktyabr - Beynəlxalq Kulinariya Günü, (2007)
Ümumdünya Kulinariya Təşkilatları
Birliyi 2004-cü ildə İrlandiyanın Dublin
şəhərində keçirdiyi beynəlxalq konfransda
hər il oktyabrın 20-i Beynəlxalq Kulinariya
Günü kimi elan edilməsi haqda qərar qəbul
edib. Beynəlxalq
Kulinariya
Günü
Azərbaycanda 20 oktyabr 2007-ci ildən
etibarən təntənəli şəkildə qeyd olunur.
Beynəlxalq Kulinariya Gününün bayram
kimi keçirilməsi ona görə əhəmiyyətlidir ki, gənc nəsil Azərbaycanın milli
kulinariyasının sirlərinə bələd olur, gələcəkdə ölkənin hüdudlarından kənarda xalqı
layiqincə təmsil etmək imkanı qazanır. Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı,
folkloru,
milli
adət-ənənəsi
olduğu kimi, özünəməxsus mətbəxi də
mövcuddur. Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği ilə
məşğul olan Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) isə 1991-ci ildə
yaradılıb. Bu təşkilat 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin
üzvüdür. Ölkəmiz keçmiş SSRİ ərazisindən və Türk dünyasından bu quruma qəbul
edilən ilk dövlət olub. 1993-cü ildə Azərbaycan komandası ilk dəfə Maltada
keçirilən Dünya kulinariya çempionatına qoşulub və qızıl medalla vətənə dönüb.
Çünki Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, səliqə-
sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında
birləşdirib. Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya
ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx
mədəniyyəti nümayiş etdiriblər. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə
şahzadəsi Anna azərbaycanlı kulinarların əl qabiliyyətinə heyran qalmış, onları
qəbul etmiş, mükafatlandırmışlar. Kulinariya özü də bir yaradıcılıqdır. Ölkəmiz
1998-ci
ildən
YUNESKO-nun
Xalq
Yaradıcılığı
Təşkilatının
da
üzvüdür. Azərbaycanın mətbəx tarixinə, mədəniyyətinə də qısqanclıqla yanaşan
bədnam qonşularımız bir neçə beynəlxalq yarışlarda xalqımıza məxsus xörəkləri,
şirniyyatları və süfrəbəzəmə ənənələrini öz adlarına çıxaraq erməni mətbəxi kimi
dünyaya tanıtmaq istəmişlər. Lakin həmin yarışlara qatılan, bəzən də həmin
tədbirlərdə münsif kimi çıxış edən AMKM mütəxəssisləri isə tezliklə bunun
qarşısını almışlar. Nəticədə erməni jurnalistləri və bu sahənin alim və
mütəxəssisləri bəzi dünya yarışlarından təcrid edilmişlər.
İnternetdə:
www.books.google.com
323
20 Oktyabr - Energetiklər Günü , (2004)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13
oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə energetiklərin peşə
bayramı kimi qeyd edilir. Məqsədyönlü enerji siyasəti dövlətin milli
təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafında çox mühüm əhəmiyyətə
malikdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji
təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-
texniki təchizatı xeyli gücləndirilmişdir. Bu gün ölkə Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik enerjisi üzrə
proqramlar hazırlanaraq uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının uğurla həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici
qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına
geniş imkanlar yaratmışdır. Bu ordenli-titullu mütəxəssislər gələcəkdə estafeti
gənclərə vermək üçün sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə
edə biləcək gənc energetiklər nəslinin yetişdirilməsinə də xüsusi diqqət və qayğı
göstərirlər.
İnternetdə:
www.books.google.com
324
22 Oktyabr - Beynəlxalq Məktəb Kitabxanaları Günü, (1999)
Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə
1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq
Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu
bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib.
2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib (22 oktyabr – 22
noyabr). Bu isə hər bir məktəb kitabxanasına ay ərzində ən münasib tarixi seçərək
bayramı qeyd etməyə imkan verir.
Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Burada ayrı-ayrı fənlərə aid
əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir
sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq
mümkündür.
İnternetdə:
www.books.google.com