325
24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü, (1945)
Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və
təhlükəsizlik üzrə xüsusi komissiya yaratdı.
Həmin dövrdə Millətlər Cəmiyyətinin üzvü
olan bütün ölkələr
yeni
müharibənin
alovlanmasına yol verməmək üçün təntənəli
şəkildə and içdilər. Ancaq andın mətni son
dərəcə qeyri-müəyyən idi: dünyada heç bir
ölkə başqa ölkəyə hücum edib müharibəyə
başlaya bilməz. Tələb belə idi: bütün
müharibələr müdafiə xarakteri daşımalıdır. Buna baxmayaraq, 1939-cu ildə
Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi
başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi. İkinci Dünya
müharibəsi (1939-1945) başa çatanda dünya xalqları bir daha qətiyyətlə dedilər:
"Müharibə olmasın!" Çünki bu dəfə müharibə 60 milyon insanın həyatına son
qoymuşdu. Əbədi sülhü bərqərar edib, möhkəmləndirən yeni beynəlxalq birliyin
yaradılması zərurəti meydana çıxdı. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü
və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, eləcə də dövlətlər arasında dinc
əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü birləşməsi
nəticəsində yaranan beynəlxalq təşkilat oldu. BMT-nin Nizamnaməsi 1945-ci ilin
aprelində ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin
nümayəndəsi tərəfindən imzalanmış və həmin ilin 24 oktyabrında qüvvəyə
minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur.
Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin
Təhlükəsizlik Şurasının üzərinə düşür. BMT-nin Təhlükəsizlik Şurasından əlavə,
əsas orqanları bunlardır: Baş Məclis, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası,
Beynəlxalq Məhkəmə və BMT Baş katibinin başçılıq etdiyi Katiblik. BMT
sistemində 15 ixtisaslaşdırılmış təsisat da vardır. BMT-nin iqamətgahı Nyu-
Yorkda yerləşir.
Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul
olunmuşdur. 2000-ci ildə BMT üzvlərinin sayı 189-a çatmışdır. BMT yarandığı
vaxtdan bəri onun yeddi baş katibi olmuşdur: Treqvi Li (Norveç), Daq
Hammarskold (İsveç), U Tan (Birma), Kurt Valdhaym (Avstriya), Havyer Peres de
Kuel (Peru), Butros-Butros Qali (Misir), Kofi Annan (Qana). BMT-də rəsmi olaraq
ingilis, ərəb, çin, fransız, rus və ispan dilləri işlənir. BMT-nin münaqişə
zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbiçilərindən təşkil olunmuş və
"mavi dəbilqəlilər" adlanan sülhməramlı qoşun kontingenti də vardır. Ermənistan
ordusunun torpaqlarımızı işğal etməsi məsələsi dörd dəfə BMT-də müzakirə
olunmuş, bu işğalı pisləyən və işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməyi
tələb edən 822, 853, 874 və 884 №-li qətnamələr qəbul edilmişdir. Təəssüf ki,
BMT-nin bu qətnamələri indiyədək yerinə yetirilməmiş qalıb. Beynəlxalq birliyin
sanksiyalarına məruz qalmayan təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən
imtina edir.
İnternetdə:
www.books.google.com
326
30 Oktyabr - Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü,
(1974)
Bu günün tarixi 1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum
olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordovia və Perm
düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada
aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd
etməyə başlayıblar. Elə həmin gün Sergey Kavalyov Andrey Saxarovun evində
mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat
verib, həbsxana düşərgəsindən bəzi sənədləri ictimailəşdirib və siyasi məhbusların
sözlərini ictimaiyyətə çatdırıb. Bir neçə aydan sonra bu mətbuat konfransının
təşkili Kavalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. Bu
hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və
Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.
İnternetdə:
www.books.google.com
327
Bu tarixi unutmayaq
2 Oktyabr - Xocavənd rayonunun işğalı günü, (1992)
“Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini
mütləq alacaq, Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq!”
Ulu öndər Heydər Əliyev
Xocavənd rayonu 1991-ci ildə Martuni
və Hadrut rayonlarının bazasında yaradılıb.
Ərazisi 1458 kvadratkilometr olan rayonda 1
şəhər, 2 qəsəbə, 81 kənd olub. Xocavəndin
azərbaycanlılar yaşayan Tuğ və Salakətin
kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd
kəndi noyabrın 19-da, Naxullu kəndi isə 1992-
ci il yanvarın 9-da işğal edilib. 1992-ci il
fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl
soyqırım aktı həyata keçiriblər. Hər tərəfdən əlaqəsi kəsilən Qaradağlıya hücum
edən ermənilər kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar. 800
nəfərdən çox sakini olan kənddə işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər
güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat
quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfər
öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Kənddə 200 ev, bir
mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və
digər obyektlər dağıdılıb. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və
Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai
kəndləri ermənilər tərəfindən işğal edilib və yandırılıb. Düşmənə qarşı mərdliklə
vuruşan xocavəndlilərin 145 nəfəri şəhid olub. Zəngin təbii sərvətləri, abidələri
olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd son 20 ildə ermənilər
tərəfindən talanıb, abidələr dağıdılıb, zəngin təbii meşələr qırılaraq məhv edilib,
nadir bitki və ağac növlərinin kökü kəsilib.
Prezident İlham Əliyevin tapşırığı ilə Qaradağlı faciəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər xeyli iş görülüb. 2008-ci il
oktyabrın 4-də Beyləqan rayonunda xocavəndlilər üçün salınan qəsəbənin
açılışında iştirak edən Prezident İlham Əliyev demişdir ki, bu faciə haqqında hamı
bilməlidir. Artıq Qaradağlı faciəsindən bəhs edən ‖Soyqırım - Qaradağlı‖ adlı film
çəkilib, bu istiqamətdə tədbirlər indi də davam etdirilir. Xocavəndlilər inanırlar ki,
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, qətiyyəti sayəsində Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, işğal altında olan bütün
ərazilərimiz azad ediləcək, qətlə yetirilən günahsız insanların qanı yerdə
qalmayacaq.
İnternetdə:
www.books.google.com