41
21 Fevral - Beynəlxalq Ana Dili Günü, (1999)
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.”
Ümummilli lider Heydər Əliyev
“Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin
bir sözünü ləl cavahirata dəyişməyin.”
Şah İsmayıl Xətai
Beynəlxalq Ana Dili Günü YNESKO-nun 1999-cu il noyabr tarixində
keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən
dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən
mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu
qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində,
dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə
ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu
qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa,
onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyada məhv olmaq təklükəsi ilə
üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər
kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək
hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını
səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın
varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi,
mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə
yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə,
milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq
təsdiqidir.
İnternetdə:
www.books.google.com
42
27 Fevral - Beynəlxalq Qütb Ayısı Günü
Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (International
Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi
ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının
vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul
olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər
həyata keçirilir.
Qütb ayılarının yoxolma təhlükəsinin əsas səbəblərindən biri olan qütb
buzlaqlarının ərinməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti
çirkləndirən neft quyularının işlənməsidir.
Son illərdə əldə olunmuş məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5
milyon il əvvəl təkamülə başlamışdır. Onun əcdadı qonur ayı olmuşdur. Lakin ağ
ayı, qonur ayıdan fərqli olaraq, uzaq Şimalda, dəniz buzları arasında yaşamağa
uyğunlaşmışdır.
İnternetdə:
www.books.google.com
43
Tariximizin qan yaddaşı
26 Fevral - Xocalı faciəsi, (1992)
Xocalı soyqırımı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının
zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə,
Xocalı şəhərini işğal edərkən,
azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Bu faciə xalqımıza qarşı
dəhşətli soyqırımıdır.
Hücumdan əvvəl, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır
artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-ı səhər saat 5
radələrində Xocalı tam alova bürünmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış
təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri
tərk etmişdir. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən
sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Bu
soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər
Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib
yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin
düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan
qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri
cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və
dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların
soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür.
Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun
təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə
ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, Xocalı müdafiəçilərinin və
şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur .
İnternetdə:
www.books.google.com