Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə15/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

41 

 

 



 

21 Fevral - Beynəlxalq Ana Dili Günü, (1999) 

 

“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.” 

                                                                               

Ümummilli lider Heydər Əliyev

 

“Ey  türk  oğulları,  vətənin  bir  ovuc  torpağını  dünyanın  var-dövlətinə,  dilimizin 

bir sözünü ləl cavahirata dəyişməyin.”

                                      Şah İsmayıl Xətai 

 

 

 

 



 

 

 



Beynəlxalq  Ana  Dili  Günü  YNESKO-nun  1999-cu  il  noyabr  tarixində 

keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən 

dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.  

Dil  hər  bir  millətin  maddi  və  mənəvi  irsini  qoruyan  və  inkişaf  etdirən  ən 

mühüm  və  ən  güclü  vasitədir.  Hər  bir  insan  öz  ana  dilini  yaxşı  bilməli  və  onu 

qorumalıdır.  Çünki  Ana  dili  insanın  mənəvi  aləminin  zənginləşməsində, 

dünyagörüşünün  genişlənməsində,  mükəmməl  təhsil  almasında,  öz  soydaşları  ilə 

ünsiyyət  qurmasında  mühüm  rol  oynayır.  Ana  dili  millətin  özünəməxsusluğunu 

qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, 

onlarla  ünsiyyət  qurmağa  imkan  yaradır.  Dünyada  məhv  olmaq  təklükəsi  ilə 

üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər 

kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək 

hüququ  olduğunu  bir  daha  xatırladır.  Dil  ünsiyyət  vasitəsidir,  millətin  simasını 

səciyyələndirən  amillərdən    biri,  bəlkə  də  birincisidir.  O,  hər  hansı  bir  xalqın 

varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, 

mənəviyyatı  və  mədəniyyəti  olan  dil  cəmiyyətin  təşəkkülü  və  inkişafı  ilə  birgə 

yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, 

milli  dövlətçilik,  tarixin  qızıl  səhifəsidir.  Bu  məqam  millətin  millət  olaraq 

təsdiqidir.  

 

                                          



İnternetdə: 

www.books.google.com 

 

 


42 

 

 



27 Fevral - Beynəlxalq Qütb Ayısı Günü 

 

Hər  il  fevralın  27-də  dünyada  Beynəlxalq  Qütb  Ayısı  Günü  (International 



Polar  Bear  Day)  qeyd  olunur.  Bu  günün  qeyd  olunmasının  əsas  məqsədi 

ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının 

vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul 

olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər 

həyata keçirilir.  

Qütb  ayılarının  yoxolma  təhlükəsinin  əsas  səbəblərindən  biri  olan  qütb 

buzlaqlarının ərinməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti 

çirkləndirən neft quyularının işlənməsidir.  

Son  illərdə  əldə  olunmuş  məlumatlar  sübut  edir  ki,  Qütb  ayısı  təqribən  5 

milyon il əvvəl təkamülə başlamışdır. Onun  əcdadı qonur ayı olmuşdur. Lakin  ağ 

ayı,  qonur  ayıdan  fərqli  olaraq,  uzaq  Şimalda,  dəniz  buzları  arasında  yaşamağa 

uyğunlaşmışdır. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 



 

 

 

 

 

 

 


43 

 

 



Tariximizin qan yaddaşı 

 

26  Fevral - Xocalı faciəsi, (1992) 

 

 

 

 

 

 

 

 

 

 

Xocalı  soyqırımı

 

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Ermənistan 



silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının 

zirehli  texnikası  və  hərbi  heyətinin  köməkliyi  ilə,

 

Xocalı  şəhərini  işğal  edərkən, 



azərbaycanlılara  qarşı  törədilmiş  kütləvi  qırğındır.  Bu  faciə  xalqımıza  qarşı 

dəhşətli soyqırımıdır. 

Hücumdan  əvvəl,  yəni  fevralın  25-i  axşam  şəhər  toplardan  və  ağır 

artileriyadan  şiddətli  atəşə  tutulmuşdur.  Nəticədə,  fevralın  26-ı  səhər  saat  5 

radələrində  Xocalı  tam  alova  bürünmüşdür.  Mühasirəyə  alınan  şəhərdə  qalmış 

təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri 

tərk  etmişdir.  Amma  bir  günün  içində  yer  üzündən  silinən  şəhəri  tərk  edən 

sakinlərdən  613-ü  düşmən  gülləsinə  tuş  gələrək  qətliamın  qurbanı  olmuşdur.  Bu 

soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla,  613 nəfər 

Xocalı  sakini  qətlə  yetirilmiş,  8  ailə  tamamilə  məhv  edilmiş,  25  uşaq  hər  iki 

valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib 

yaralanan  487  nəfərdən  76-sı  uşaq  olmuşdur.  1275  xocalılı  əsir,  150  insan  itkin 

düşmüşdür.  Dövlətin  və  əhalinin  əmlakına  1  aprel  1992-ci  il  tarixinə  olan 

qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. 

1994-cü  ildən  ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Azərbaycan 

hökuməti  və  parlamenti  erməni  millətçilərinin  azərbaycanlılara  qarşı  törətdikləri 

cinayətlər,  o  cümlədən  Xocalı  soyqırımı  haqqında  həqiqətləri  bütün  miqyası  və 

dəhşətləri  ilə  dünya  dövlətlərinə  və  beynəlxalq  ictimaiyyətə  çatdırmaq,  bunların 

soyqırımı  siyasəti  kimi  tanınmasına  nail  olmaq  üçün  ardıcıl  tədbirlər  görmüşdür. 

Məqsəd  Xocalı  faciəsinə  beynəlxalq  hüquqi,  siyasi  qiymət  verilməsinə,  onun 

təşkilatçılarının,  ideoloqlarının  və  icraçılarının  dünya  ictimaiyyətinin  gözündə 

ifşasına  və  cəzalandırılmasına  nail  olmaqdır.  Bu,  Xocalı  müdafiəçilərinin  və 

şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur . 

 

İnternetdə: 



www.books.google.com

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə