Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə16/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   12   13   14   15   16   17   18   19   ...   148

44 

 

 



Azərbaycanın görkəmli şəxsiyyətləri 

2 Fevral - Dilçi alim Ağamusa Axundovun anadan olmasının 85 illiyi,  

                 (1932-2015) 

 

Ağamusa  Axundov   Kürdəmir   şəhərində  anadan  olmuşdur. 

Orta  məktəbi  medalla  bitirdikdən  sonra ADU-nun  filologiya 

fakültəsində  (1950-1955)  və  Azərbaycan  Pedaqoji  Dillər 

İnstitutunun  Qərbi  Avropa dilləri  fakültəsində  təhsil  almışdır 

(1959-1965).  A.Axundov  ADU-nun  aspirantı,  müəllimi 

(1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-1967), 

sonra  universitetin  ümumi  dilçilik  kafedrasının  professoru, 

fılologiya  fakültəsinin  dekanı  (1967-1974  və  1980-1990), 

ümumi dilçilik kafedrasının müdiri olmuşdur. (1981-1999).  

Ədəbi  fəaliyyətə  ―İnqilab  və  mədəniyyət‖  jurnalında  çap  olunmuş  "İkinci 

görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən 

poeziyanın  sənətkarlıq  problemlərinin  tədqiqi  ilə  ciddi  məşğul  olmuşdur.  Sovet 

Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında 

nəşr  edilən  "Fonetika,  dilçilik:  Kommunikativ  tədqiqatlar"  adlı  beynəlxalq  nəzəri 

jurnalın redaksiya heyətinin üzvü (1978-ci ildən), Azərbaycan EA Terminologiya 

Komissiyası  sədrinin  müavini,  Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin 

Toponimika  Komissiyasının,  AzərTAC-ın  Tərcümə  Şurasının,  Azərbaycan  və 

Ərəb  ölkələri  Dostluq  Cəmiyyəti  İdarə  Heyətinin  üzvü,  Sovet-Amerika  Dostluq 

Cəmiyyəti  Bakı  şöbəsinin  sədri  kimi  geniş  ictimai-elmi  fəaliyyət  göstərib.  Onun 

"Ümumi dilçilik" (1978-1988), dilçiliyə dair şərikli yazdığı ―Dilçiliyə giriş‖ (1966-

1980),  ―Azərbaycan  dili‖  (1972-1973-1974-1992)  kitabları  döna-dönə  nəşr 

olunmuşdur. Ağamusa Axundov  "Şöhrət" ordeni ilə təltif olunmuşdur (2000).  

5 sentyabr 2015-ci ildə vəfat etmişdir,  Bakıda, II Fəxri Xiyabanda dəfn edilmişdir.  



Kitabları: ―Felin zamanları‖ (1961), ―Müasir Azərbaycan ədəbi dilinin fonetikası‖ 

(1963),  ―Müasir  Azərbaycan  dilinin  fonetikasından  mühazirələr‖  (1969),  ―Dil  və 

üslüb  məsələləri‖    (1970),  ―Azərbaycan  dilinin  fonemlər  sistemi‖  (1973), 

―Azərbaycan  dilinin  tarixi  fonetikası‖  (1973),  ―Ümumi  dilçilik‖  (1979),  ―Riyazi 

dilçilik‖ (1979), ―Şer sənəti və dil‖ (1980), ―Azərbaycan dilinin fonetikası‖ (1983), 

―Torpağın  köksündə  tarixin  izləri‖  (1983),  ―Dilin  estetikası‖  (1985),  ―Ümumi 

dilçilik‖  (1988),  ―Dil  və  mədəniyyət‖  (1992),  ―Dil  və  ədəbiyyat  ―(iki  cilddə),    

(2003) və s.  

 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 


45 

 

 



12 Fevral - Memar Ənvər Qasımzadənin anadan olmasının  105 illiyi,  

                   (1912-1969) 

 

Azərbaycanın  görkəmli  memarı  və  dövlət  xadimi 



Ənvər  Əlibəy  oğlu  Qasımzadə  Bakı  quberniyasının 

Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus 

dili  və  ədəbiyyatı  üzrə  ilk  müəllimlərdən  olmuş 

Əlibəy  Qasımovun  ailəsində  dünyaya  göz  açmışdır. 

Ənvər  Qasımzadə  ilk  təhsilini  Bakı  Müəllimlər 

Seminariyasının  nümunəvi  məktəbində  almışdır. 

1930-cu 

ilin  dekabrında  N.Nərimanov  adına 

Azərbaycan  Sənaye  Texnikumunun  inşaat  şöbəsini 

bitirmiş  və  M.Əzizbəyov  adına  Azərbaycan  Sənaye  İnstitutuna  göndərilmişdir. 

1936-cı  ildə  burada  ali  təhsilini  bitirmiş  və  mühəndis-me'mar  ixtisasına 

yiyələnmişdir.  Hələ  tələbəlik  dövründən  -  1934-cü  ildən  əmək  fəaliyyətinə 

başlamış,  "Azəridövlətlayihə"  təşkilatında  çalışmışdır.  Həmin  dövrdə  həmçinin 

Bakı  İnşaat  Texnikumunda  dərs  demişdir.  1941-ci  ildə  Azərbaycan  SSR 

Kommunal  Təsərrüfatı  Xalq  Komissarlığı  yanında  Mənzil  Kommunal  Baş 

İdarəsinin rəisi və eyni zamanda, Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə 

təyin edilmişdir. 1942-ci ilin əvvəllərində könüllü zabitlər hazırlığı kurslarına daxil 

olmuş  və  aprel  ayından  Böyük  Vətən  muharibəsində  iştirak  etmişdir.  Terek 

sahillərindən  Berlinə  qədər  döyüş  yolu  keçmişdir.  "Qırmızı  Bayraq",  "Qırmızı 

Ulduz",  I  və  II  dərəcəli  "Böyük  Vətən  müharibəsi"  ordenləri  ilə  və  altı  medalla 

təltif edilmişdir.1946-cı ilin iyununda Azərbaycan hökümətinin müraciəti əsasında 

hərbi  xidmətdən  geri  çağrılmışdır.  1947-ci  ildən  Azərbaycan  SSR  Nazirlər 

Sovetinin  Memarlıq  İşləri  üzrə  İdarəsinin  rəisi,  1951-1953-cü  illərdə  Baki  Şəhər 

Soveti  İcraiyyə  Komitəsi  sədrinin  birinci  müavini,  1953-1955-ci  illərdə  tikinti 

naziri, 1955-1957-ci illərdə Dövlət Tikinti Komitəsinin sədri, 1957-1959-cu illərdə 

nazir  -  Dövlət  Plan  Komitəsi  sədrinin  I  müavini  vəzifələrində  çalışmışdır. 

Ə.Qasımzadə 1959-cu ildə Azərbaycan Memarlar İttifaqına rəhbərlik etmiş, 1962-

ci  ildə  Azərbaycan  Politexnik  İnstitutuna  rektor  təyin  olunmuşdur.  Ənvər 

Qasımzadə 1964-cü ildə memarlıq doktoru olmuş, 1966-cı ildə professor, 1968-ci 

ildə  Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü  seçilmişdir.  O,  "Əməkdar 

inşaatçı"  fəxri  adına  layiq  görülmüşdür.  Bakının  Azərbaycan  prospektindəki 

(keçmiş  Hüsü  Hacıyev  küçəsi),  İnşaatçılar  prospektindəki,  keçmiş  Şimali  Sovet 

meydanındakı və Ağa Nemətulla küçəsindəki evlər, hazırda Gömrük Komitəsinin 

və Maliyyə Nazirliyinin inzibatı binaları, Bakixanov küçəsindəki Azərbaycan Tibb 

Universitetinin  əsas  korpusları,  metronun  "Ulduz"  stansiyası  onun  layihələri 

əsasında  inşa  edilmişdir.  Ənvər  müəllim  60-dan  çox  elmi  məqalənin  və  7 

monoqrafiyanın müəllifidir. Ə.Qasımzadə 1969-cu il mart ayının 12-də vəfat etmiş 

və  Fəxri  Xiyabanda  dəfn  olunmuşdır.  Bakıda  və  Salyanda  onun  adına  küçələr 

vardır.  

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə