Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Mart - Beynəlxalq Qadınlar Günü, (1857)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə24/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   20   21   22   23   24   25   26   27   ...   148

68 

 

8 Mart - Beynəlxalq Qadınlar Günü, (1857) 



 

“Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız 

milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının 

güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək 

daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi 

sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini 

və simasını müəyyən edir”.

  

                                                      



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

 

               

 

Qadınların  kişilərlə  bərabərhüquqlu 

olmaq  uğrunda  apardığı  mübarizə  başlanğıc 

kimi  8  mart  1857-ci  ildə  ABŞ-ın  Nyu-York 

şəhərində, geyim sektorunda çalışan yüzlərlə 

qadının aşağı maaşa, uzun çalışma saatlarına, 

eyni  zamanda  pis  iş  şəraitinə  etiraz  olaraq 

tətil  etməsi  qəbul  edilir.  1908-ci  ildə  Nyu-

Yorkda 15000 qadın, daha qısa çalışma saatı, 

daha  yaxşı  gəlir  və  səsvermə  hüququ  üçün 

nümayiş  keçirdi.  Nümayişdə  ilk  dəfə  olaraq 

dekret  icazəsi  istəyən  qadınların  şüarı  "Çörək  və  Gül"  idi.    Çörək  həyat  eşqini, 

qarın  toxluğunu,  gül  isə  daha  yaxşı  həyat  tərzini  ifadə  edirdi.  1909-cu  ildə  isə 

Avropadaki qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü 

olaraq  qeyd  etmişlər.  1910-cu  ildə  (1857-ci  il  hadisələrdən  52  il  sonra) 

Danimarkanın  Kopenhagen  şəhərində  keçirilən  Qadın  Sosialist  İnternasionalının 

qurultayında  Klara  Setkin  adlı  bir  alman  sosialist  qadını

 

1857-ci  ilin  8  martında 



Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın 

həmrəyliyinin  simvolu  olaraq,  Amerikada  8  martda  yandırılaraq  öldürülən  129 

qadın işçinin xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını 

təklif etdi və bu təklifi qəbul edildi. Məhz qadınların kütləvi şəkildə savadlanması, 

müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir 

ki,  8  Mart  digər  sosializm  mənşəli  bayramlardan  fərqli  olaraq,  artıq  müstəqillik 

qazanmış  keçmiş  SSRİ  respublikalarının  təqvimindən  bu  günə  qədər  silinməyib. 

1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi 

yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil 

olunur,  BMT-nin  qadın  məsələləri  üzrə  komissiyasının  tam  hüquqlu  üzvüdür. 

1995-ci  ildə  isə  Azərbaycan  rəsmi  şəkildə  qadınlara  qarşı  münasibətdə  ayrı-

seçkiliyin  bütün  formalarının  aradan  qaldırılması  haqqında  beynəlxalq 

konvensiyaya  qoşulub.  Hər  il  bayram  günü  ərəfəsində  dövlət  başçısı  8  mart  – 

Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, 

onların  bir  qrupuna  fəxri  adlar  verir,  digər  bir  qrupu  isə  orden  və  ya  medallarla 

təltif edir. 



İnternetdə: 

www.books.google.com

 


69 

 

10 Mart - Milli Teatr Günü, (1873)



 

 

“Çox  sevindirici  haldır  ki,  Azərbaycanın  böyük  tarixə  malik  olan 

incəsənəti  hər  il  yeni  istedadlar  yetişdirir.  Bu,  xalqımızın  mədəniyyətinin, 

incəsənətinin zənginliyini nümayiş etdirir”.                                                                     

                                                                          

Ümummilli  lider Heydər Əliyev

  

XIX 



əsrin 

70-ci 


illərində 

Azərbaycanda  milli  teatrın  yaranması 

mədəniyyətimizin  tarixində  çox  böyük 

hadisə oldu. 1873-cü il martın 10-da Bakı 

Realnı  Məktəbinin  teatr  həvəskarları 

truppası  tərəfindən  M.F.Axundzadənin 

"Sərgüzəşti-vəziri-xani 

Lənkəran" 

komediyası tamaşaya qoyuldu. Bu şərəfli 

işdə H. Zərdabi və N. Vəzirov mühüm rol 

oynamışlar. Bu tamaşa ilə Azərbaycanda 

milli  teatrın  əsası  qoyulmuşdur.    Qeyd 

edək  ki,  Azərbaycanda  teatr  sənəti  qədim  ənənələrə  malikdir.  Xalq  arasında 

müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (―Maral oyunu‖, ―Kilimarası‖), 

bayram  tamaşaları  (―Kos-Kosa‖),  dini  səciyyəli  tamaşalar  (―Şəbih‖)  və  s.  geniş 

yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı 

Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən 

burada ona üç hissəli bir tamaşa göstərmişlər. Bu tamaşa Şardenə o qədər xoş təsir 

bağışlamışdı  ki,  onu  "Şərqin  operası"  adlandırmışdı.  Milli  teatrın  inkişafında 

məşhur  xeyriyyəçi-mesenat  H.  Z.  Tağıyevin  böyük  xidməti  olmuşdur.  O,  Bakı 

şəhərində  ilk  teatr  binası  inşa  etdirmişdir.  Tezliklə  Azərbaycan  səhnəsinin 

Cahangir  bəy  Zeynalov,  Hüseynqulu  Sarabski,  Mirzağa  Əliyev,  Hüseynqulu 

Ərəblinski,  Ülvi  Rəcəb,  Abbas  Mirzə  Şərifzadə,  Mustafa  Mərdanov  və  başqaları 

kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov 

qardaşlarının  da  böyük  əməyi  olmuşdur.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

yaranması  milli  teatrın  fəaliyyətində  də  canlanma  yaratmışdır.  Cümhuriyyət 

hökumətinin  bu  sahədə  məqsədyönlü  addımlarından  biri  də  Azərbaycan  Dövlət 

Teatrının təşkili olmuşdur. 

Bu,  Azərbaycan  professional  teatrının  dövlət  teatrı  statusu  alması  demək  idi.  Bu 

teatrın  pərdələri  ilk  dəfə  1918-ci  il  noyabrın  4-də  N.  Nərimanovun  "Nadir  şah" 

faciəsinin tamaşası  ilə  açılmışdır.  Sovet  hakimiyyəti  illərində Azərbaycanda  teatr 

sənəti daha da inkişaf etmişdir. Məhz martın 10-nu Azərbaycan milli teatrının əsası 

qoyulan günü teatrsevərlər  Milli Teatr Günü kimi qeyd edirlər.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə