259
26 Avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010)
Avqustun 26-sı Beynəlxalq Azərbaycan
Muğamı Günü və İpək Yolu Üzərində
Yerləşən Ölkələrin Musiqisi Günü kimi qeyd
olunur. 2010-cu ildə Kanadanın Niaqara
şəhərinin meriyası və ənənəvi olaraq hər il
keçirilən
Beynəlxalq
Niaqara
Musiqisi
festivalının rəhbərliyi tərəfindən qəbul olunan
bu qərar xalqımızın milli sərvəti olan muğamın
bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq
edir. Bu tarix muğamsevərlər, ömrünü bu
sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün əziz bayramdır.
Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son
illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl
mənasında, intibah dövrünü yaşayır. YNESKO-nun qərarı ilə dünya
mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına
daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün
bəşəriyyətin
misilsiz
mədəni
sərvətinin
ayrılmaz
hissəsi
kimi
qiymətləndirilməsidir.
Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin,
muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun
buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir
texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı"
multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondu və Azərbaycan
Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Xalqımızın şərəfli və keşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız
ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər,
düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli,
anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların
fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.
İnternetdən: http://liderinfo.az/dunya
260
Bu tarixi unutmayaq
23 Avqust - Cəbrayıl rayonunun işğalı günü, (1993)
1993-cü il avqustun 23-dən həsrətini
çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır.
Ərazisi 105 min hektardır. Bu torpaq onlarla
tarixi abidənin məskəninə çevrilib. İşğala
qədər yayonda tikiş, xalça, cihazqayırma
sexləri, səkkiz sənaye obyekti fəaliyyət
göstərirdi. Cəbrayıl milli aşıq - ozan
sənətimizin baniləri – Dirili Qurbaninin,
Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq
Humayın vətənidir. İşğaldan əvvəl rayonda
72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10
mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət
göstərirdi. Zəngin eksponatları olan tarix - diyarşünaslıq muzeyi vardı. Yaşı
əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili -
xırdalı 90 kənd vardı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli, şanlı
ənənələri uğurla davam etdirilirdi. O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda
kifayət qədər qüvvə yox idi. Çətinliklərə baxmayaraq sərhəddə ermənilərə qarşı
müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe
tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona nəzarət edildi. Şaqay
yüksəkliyi itirildikdən sonra Cəbrayılın başı üstünü qara buludlar aldı. Rayonun
işğalı həmin yüksəklik verilən gündən başladı. Cəbrayıl ərazisini o ağır günlərdə
qoruyan ərənlər də az olmamışdı: Yusif Allahverdiyev, Samir Alıyev, Şükür
Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov,
Mehdi İsmayılov və s. Onların hər biri artıq cismən ayrı düşüblər, ruhən həmişə,
hər vaxt bizimlədirlər. Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər
həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın
isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ
müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına
layiq görülüb. Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. İşğaldan
sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmişli,
Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.
İnternetdə:
www.books.google.com
261
23 Avqust - Füzuli rayonunun işğalı günü, (1993)
Rayonun əsası 1827-ci ildə qoyulub və
ilkin adı Qarabulaq olub. Rayon 8 avqust
1930-cu ildə təşkil olunub və Qaryagin
adlandırılıb. 1959-cu ilin aprelində böyük
şairimiz Məhəmməd Füzulinin anadan
olmasının 400 illiyi şərəfinə Qaryagin
rayonunun adı dəyişərək Füzuli rayonu
adlandırılıb. Füzuli rayonunun ərazisi 1386
kv.km, əhalisi isə təxminən 105 min nəfərdir.
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri
vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən
çayları Araz hövzəsinin çaylarıdır. Rayonun işğaldan azad olunmuş ərazisində
13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunub. Hazırda
bu ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.
İşğaldan öncə rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq,
quşçuluq, baramaçılıq yaxşı inkişaf etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, rayonda
tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət
dram teatrları, 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və
zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi,
38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer
təsərrüfatı və s. obyektlər var idi. Rayonda Əcəmi memarlıq məktəbinin təsiri ilə
inşa olunan bir sıra memarlıq abidələri mövcud idi. Təəssüf ki, Əhmədalılar və
ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli
kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar
kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il),
Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər
məscidi (XIX əsr), ―Məşədi Həbib‖ hamamı (XIX əsr), Merdinli kəndi
yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər)
və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilər tərəfindən məhv
edilmiş, yandırılmışdır. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı
mübarizədə minlərlə füzulili döyüşmüş, çoxlu sayda rayon sakini şəhid olmuş,
yaralanmış, itkin düşmüşdür. Füzuli rayonunun 1100-dən çox şəhid və itkini,
113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuli rayonuna erməni
təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim
qalmışdır.
İnternetdə:
www.books.google.com
Dostları ilə paylaş: |