24
mərkəzlərində, o cümlədən Kembric və Redmonddakı Microsoft Research-də
əmək təcrübəsi keçə bilərlər.
İsrail
Təl Aviv yeni yaradılan staraplar üçün ən əlverişli ekosistemə görə
dünyada ikinci yeri tutur. Dünyada ikinci ən yenilikçi şəhər hesab olunur və
burada 700 dən çox startap şirkətləri, təhqiqat və inkişaf mərkəzləri yerləşir.
Təl Aviv yüksək texnologiyalar sənayesi sahəsində 1000-dən çox şirkət
yerləşir və bu şirkətlər İsrailin yüksək texnologiyalar şirkətlərinin 23 faizini
təşkil edir.
İnternet əsas sektorlardan biridir və şəhərin bütün yüksək texnologiyalar
şirkətlərinin təxminən 43 faizini təşkil edir. Digər önəmli sektorlardan olan
rabitə sektoru və informasiya texnologiyaları sektoru bütün şəhərin yüksək
texnologiyaların şirkətlərinin 20 faizini təşkil edir.
Şəhərdə olan 64 faizi yüksək texnolgiyalar şirkətləri startapların
nəticəsidir. Başqa sözlə desək, bu şirkətlər təkmilləşdirilmə prosesində olan
erkən inkişaf mərhələsində olan şirkətlərdir. Təl Avivdə yüksək texnologiyalar
sənayesi sahəsində 31.000-ə yaxın adam işlə təmin edilmişdir.
2007-2011-ci illər ərzində Təl Avivda 635 yüksək texnologiyalar
şirkətləri fəaliyyətə başlamışdır və 345 müəssisə isə fəaliyyətin dayandırmışdır.
Bu isə İsraildə fəaliyyətə başlayan və fəaliyyətin dayandırmış yüksək
texnologiyalar şirkətlərinin 30 faizini təşkil edir.
2007-2011-ci illər ərzində İsrailin yüksək texnologiyalar şirkətlərindən
70-i Təl Avivdə yerləşmişdir və onların ümumi dəyəri 3 milyard dollardan çox
təşkil edir.
Çin
Çin hökuməti yüksək texnologiyalar və ekoloji təmiz enerjinin istehsalı
kimi yeni sahələrdə fəaliyyət göstərən şirkətlərin dəstəklənməsinə yönələn
vençur fondu təsis edəcək. Fonda yatırılacaq vəsaitlərin həcmi 40 milyard yuan
(6,5 milyard dollar) təşkil edəcək.
Çində vençur kapital bazarı zəif inkişaf edib. Bunun əsas səbəbi onunla
əlaqədardır ki, yerli iqtisadiyyat onilliklər boyunca planlaşdırma və inzibati
tədbirlərə əsaslanıb. 2014-cü ilin birinci yarısında Çində 83 yeni vençur fondu
yaradılıb, onlara investisiyaların həcmi isə 2013-cü illə müqayisədə 157 faiz
artıb.
25
Son illər Çin hökuməti vençur investisiyalar bazarının inkişafına zəmin
yaradır. Ötən ay sahə üzrə tənzimləyici orqanlar ilk dəfə olaraq sığorta
şirkətlərinə toplanan yığımları vençur fondlara yatırmağa icazə verib.
Yaxın zamanda yaradılacağı gözlənilən yeni fond dövlət, eləcə də özəl
investorların vəsaitləri hesabına maliyyələşdiriləcək.
26
Azərbaycanda Startaplar
Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər
həyata keçirilir. Bunun nəticəsi olaraq investisiya ilə məşğul olan bir
sıra şirkətlər yaradılmışdır.
Bunların içərisində
Azərbaycan Respublikası Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yanında İnformasiya texnologiyalarının inkişafı dövlət
fondunu göstərmək olar. Fondun məqsədi Azərbaycan Respublikasında İKT
sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu
sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli
iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda
innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən,
habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici
investorların maraqlarının stimullaşdırılmasını təmin etməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərə
böyük dəstək verir, müxtəlif qrantlar elan edir.
Hal hazırda Azərbaycanda vençur fondları da mövcuddur – “Khazar
Ventures” və “İnfipro” - informasiya texnologiyası, internet və proqram
təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən
vençur kapitalı şirkətidir. Yeni texnoloji xidmətləri meydana gətirmək məqsədi
ilə sahibkarlarla birgə işləyirlər. “İnfipro” tərəfindən bacarıqlı sahibkarların öz
ideyalarını reallaşdırılmasına təkan vermək və bizneslərinin genişləndirilməsinə
kömək etmək məqsədilə kiçik həcmdə investisiyalar etməyi də nəzərdə tutulub.
“İnfipro” yüksək böyümə potensialı olan, xarici bazara gələcəkdə çıxa bilən
innovativ şirkətlərə investisiya edir və həmçinin rəqabət mühitində liderlik
keyfiyyətlərini nümayiş etdirə bilən şirkətləri dəstəkləyir.
Bundan başqa müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər “Baku
Business Factory”də öz ideyalarını biznesə çevirmək imkanları vardır. BBF-də
ofis, mentor və maddi dəstək və davamlı olaraq müxtəlif təlimlərdə iştirak
etmək imkanları yaradılmışdır.
Startap Azərbaycan (Start-up Azərbaycan)
“Startap Azərbaycan” Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda
investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə
çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım
etməkdir.
27
İnnovativ ideya dedikdə əsasən informasiya texnologiyalarından effektiv
istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn
fəaliyyət nəzərdə tutulur.
Təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına,
xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb
edilməsinə istiqamətləndirilməlidir. Hansısa mövcud biznes-ideyalar üzrə
layihələr təklif etmək mümkündür, belə halda təklif olunan layihə daha effektiv
innovasiyalar üzərində qurulmalıdır.
Layihələr elmi - tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr
“Startap Azərbaycan” çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara
qəbul edilmir. Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda
tərəfindən verilə bilər.
Müsabiqəyə həm qlobal və həm də yerli şəraitdə istifadə oluna biləcək
layihələr verilə bilər. “Startap Azərbaycan” çərçivəsində yarışmalarda iştirak
edən Startapların ekspert qiymətləndirilməsi təşkil olunur.
“Startap Azərbaycan” yalnız yarışmadan ibarət deyildir. Layihə
çərçivəsində Startapçılar üçün təlimlər təşkil olunur, investorlarla görüşlər
keçirilir. Startaplara komanda formalaşdırmağa köməklik göstərilir. İnternet
biznesə başlamaq istəyənlər üçün Layihə çərçivəsində keçirilən təlimlərdə
uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.
“Startap Azərbaycan” komandası uğurlu hesab ediləcək layihələrin
investorlara təqdim edilməsində və investor axtarışında seçilmiş startap-lara
köməklik edir. Həmçinin investorlar üçün cəlbedici layihələrə əlçatımlığın
təmin edilməsi istiqamətdə fəaliyyət göstərir.
“Startap Azərbaycan” qaliblərə simvolik mükafatlar təqdim etsə də,
layihələrin birbaşa maliyyələşməsi onların investorlara və müxtəlif Fondlara
təqdim edilməsiylə həyata keçirilir. “Startap Azərbaycan” uğurlu İnternet
Layihələrə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli və
xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə yardım edir.
“Startap Azərbaycan” öz yeni İnternet-biznesini yaratmaq istəyənlərə
arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi
istiqamətində yardımçı olmağı düşünür.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya -
kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu
sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin
Dostları ilə paylaş: |