31
-
yeni texnologiyaların yaradılmasına;
-
proqram təminatı vasitələrinin yaradılması;
-
informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni
xidmətlərin yaradılması;
-
elmi
tədqiqat
işlərinin
istehsalata
tətbiqi,
onların
kommersiyalaşdırılması.
ADİU-nun İnnovativ Biznes İnkubatoru
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində
müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların
yaradılmasına xüsusi yer verilib. ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin
formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış
İnnovativ Biznes-İnkubator (İBİ) ölkəmizdə bu sahə üzrə ilk universitet
təşəbbüsü və layihəsidir.
ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə
uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat
vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi,
startapların inkişafına dair və gənc biznesmenlər üçün marifləndirici metodiki
vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının
yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
Artıq tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startap
fəaliyyətə başlayıb.
-
“Peşəkar mühasibat”;
-
“LingvOmondo”;
-
“Perfect Pictures”;
-
“UniWeb”.
Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına
uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının
yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İBİ tələbələrin
müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq
etmək baxımından səmərəli hesab olunur.
Layihə həyata keçirilməsi gənclərin sahibkarlıq fəaliyyətlərinin önə
çıxmasına kömək edəcək.
İBİ əsasən Startaplar, Təlim mərkəzi, Biznes klinik və kovorkinq
istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə “Azərbaycan
32
Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı”nı icra etmək, ADİU-nun
professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək, ölkədə
gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini
qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi
göstərməkdən ibarətdir.
Yüksək Texnologiyalar Parkı
Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın inkişafına təkan vermək üçün
yaradılıb. Həmçinin yeni texnologiya və innovasiyaların inkişafı üçün elmi-
tədqiqat mərkəzlərinin lazımi infrastrukturla təmin edilməsini nəzərdə tutur.
YTP xarici təcrübəyə əsaslanan bir layihədir və Yüksək Texnologiyalar
Parkının tikintisi üçün Pirallahı adasında 50 hektar torpaq sahəsi ayrılıb.
Layihənin rəhbərliyi Bakı şəhərinin mərkəzindəki ofisində həm də “Pi
Campus” yaradıb ki, ərizə təqdim edərək seçilmiş startaplar burada yaradılmış
imkanlardan bəhrələnərək işləyə bilsinlər. Startap layihələri YTP-yə çevik
onlayn forma vasitəsilə təqdim olunur. Hər ay yeni seçilmiş startap layihələri
özlərini təqdim etmək üçün YTP-yə dəvət olunur.
Startaplar vaxtaşırı YTP-yə öz ümumi hesabatlarını təqdim edirlər. Bu
yolla hansı startapların YTP-də fəaliyyətini davam etdirəcəyi müəyyən olunur.
Bu, ilk növbədə onunla bağlıdır ki, YTP məhz səmərəli işləyən, qısa müddətdə
gözlənilən nəticəni göstərə bilən startapların yaradılmış şəraitdən
bəhrələnməsinə çalışır. Vaxtı və yeri səmərəli istifadə etməyənlər isə Pi
Campusu tərk etməli olurlar. Onların bir hissəsi başqa mərkəzlərə göndərilir.
YTP-ə ərizə verərək seçilmiş startapların çalışdığı məkandır. Burada
startapların öz layihələrini inkişaf etdirə bilmələri üçün şərait yaradılmışdır.
Startapçılar kiçik bir məbləğ ödəməklə avadanlıq, sürətli internet və lazım olan
kompüter proqramları ilə təchiz olunmuş iş yerləri əldə etmiş olurlar. Bundan
başqa YTP startaplara bacarıqların inkişafı sahəsində yardımçı olmağa çalışır.
Bu inkubasiya mərkəzində işləyən startapların böyüdükcə iri firmalara
çevrilərək Pirallahı adasına köçürülməsi düşünülür.
Ümumiyyətlə, yüksək texnologiyalar sahəsində çalışan şirkətlərin bir-
birinə yaxın, eyni məkanda işləyə bilməsi, eyni zamanda dövlət güzəştlərindən
faydalana bilməsini nəzərdə tutur.
Dövlət güzəştlərinə yeddi ilə qədər gətirilən avadanlıqlar üçün ƏDV-dən
azadolma, illik mənfəət, torpaq və əmlak vergilərindən azad olma da daxildir.
Bu isə o deməkdir ki, bu ərazidə yerləşmiş şirkətlərə verilmiş iş və yaşayış
yerləri onlar üçün daha ucuz başa gələcək.
33
Layihənin həyata keçirilməsinin üç fazası nəzərdə tutulub: ilk fazada
dövlət öz maliyyəsi və özü tərəfindən həyata keçirir. Bu fazada təhsil
mərkəzinin, böyük inkubasiya mərkəzinin qurulması, inzibati ofis, kiçik yaşayış
mərkəzləri və bir neçə şirkət ofisinin yaradılması nəzərdə tutulur.
Texnoparkın yaradılması layihəsinə başlanmazdan əvvəl dünyada olan 400-ə
yaxın texnoparkla bağlı araşdırma aparılıb.
Yüksək Texnologiyalar Parkının məlumatına əsasən YTP-yə daxil olan
100-dən çox layihə içərisindən 37-i seçilib.
Seçim YTP-nin daxili komissiyası tərəfindən aparılır. Bu startapları cəlb
etdikdən sonra növbəti məqsəd onları həm xarici investisiya şirkətləri, həm də
bu sahə ilə maraqlanan yerli şirkətlərlə əlaqələndirməkdir.
Bundan başqa YTP-yə nüfuzlu xarici proqramlaşdırma və biznes
məktəblərinin cəlb edilməsi də nəzərdə tutulub.
YTP ilə əməkdaşlıq edən startapların bəziləri artıq investorları cəlb edə
bilib. Bəzilərinə isə İKT fondu qrant vasitəsilə dəstək verməyə başlayıb.
Qafqaz texno park
Texnoparkın missiyası:
-
Elmi tədqiqatlar tətbiq olunaraq yüksək texnoloji əhəmiyyətli
məhsulların istehsalı;
-
Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun
davamlı inkişafına dəstək vermək;
-
İş dünyası ilə Universitetin professor-müəllim və tələbə heyəti
arasında əlaqələrin inkişaf etdirilməsi;
-
Dünyada sürətlə inkişaf edən yüksək texnoloji yeniliklərin
mənimsənilməsi və istehsalında iştirak etmək.
Texnoparkın hədəfləri:
Universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək
daha səmərəli nəticələr əldə etmək,
Sənayenin rəqabət gücünü artırmaq,
Yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı
sürətlənməsinə dəstək vermək.
Texnoparkların qurulmasının əsas məqsədi aşağıdakılardır
Yüksək texnologiyalara əsalanaraq inkişaf etdirilən sənaye sahələrinin
gücləndirilməsi,
Yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi,
İnnovativ fəaliyyətlərin həyata keçirilməsi,
34
Təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə
səmərəliliyin artırılması,
Beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsi.
Universitet-sənaye əməkdaşlığında ciddi layihələri mövcud olan Qafqaz
Universiteti texnopark fəaliyyətləri ilə də Azərbaycanın və regionun inkişafında
öz töhfəsini verməyi hədəfləyir.
Qafqaz Universiteti Texnoparkı formalaşdırılarkən ABŞ, İsveç, Türkiyə
və Rusiyanın təcrübəsi öyrənilmişdir. Türkiyədə fəaliyyət göstərən ODTU (Orta
Doğu Texniki Universiteti), İTU (İstanbul Texniki Universiteti) və YTU-nun
(Yıldız Texniki Universiteti) Texnopark nümunələri əsas götürülərək Qafqaz
Universiteti Texnoparkı təsis edilmişdir.
2013-cü ilin Yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə
təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.
QUTechnopark hazırda formalaşdırmağa davam etdiyi ekosistemdə
universitet-sənaye əməkdaşlığının səmərəliliyini artırmaqdadır. Bununla da,
QUTechnoparkdı fəaliyyətlər istər kadr hazılığı işində, istərsə də sosial-iqtisadi
inkişafa səbəb olan elmi tədqiqatların aparılmasında şirkətlərlə əməkdaşlığın
daha da genişlənməsini və səmərəli nəticələrini təmin edir.
Hazırda QUTechnopark Qafqaz Universitetində xüsusi ayrılmış 1000 m
2
-
ə yaxın ərazisi olan, 20 ayrı ofisdən ibarətdir. QUTechnopark-da İnkubasiya
Mərkəzi ilə yanaşı, 11 şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki, onlardan
5-i uzun müddətdir ki, burada fəaliyyət göstərirlər. Hazırda yeni texnopark
binasının tikilməsi üzərində iş aparılır.
Xəzər Universitetinin İnnovasiya Mərkəzi
Xəzər Universiteti İnnovasiya Mərkəzinin əsas məqsədi biznes dünyası
ilə universitetin arasında qarşılıqlı əlaqələr sistemini təşkil etməkdir. Mərkəz
universitetlə birgə tədqiqat aparması üçün texnologiyaya əsaslanan bizneslərə
müəllim və tələbələrin imkanlardan öz xeyirinə istifadə etmək və universitetin
kitabxana laboratoriyalar, avadanlıq, xidmətlər və s. kimi resurslarına sərbəst
daxil olaraq, onlardan yararlanmaq üçün şərait yaradılmışdır. Xəzər Universiteti
İnnovasiya Mərkəzi sinif otaqlarında və laboratoriyalarda əmələ gəlmiş
ideyaları real şərtlər mühitində yoxlayaraq, akademik missiyanı zənginləşdirir.
Bundan başqa, mərkəz tələbələrə sənaye ilə birbaşa təcrübə və araşdırma
imkanları təklif edir. Mərkəz ən yaxşı müəllim və tələbələrini cəlb etməyə və
saxlamağa kömək edərək, Universitetin akademik missiyasını dəstəkləyir.
35
Xəzər Universiteti İnnovasiya Mərkəzinin (Techno-Park) tərəfdaşları və
iştirakçıları üçün təhsil, elm və biznesin inteqrasiyası vasitəsilə rəqabət
üstünlükləri yaratmaq.
Hədəf fəaliyyətləri:
-
Yüksək texnoloji sənayelər;
-
Elmi tədqiqatlar;
-
Məsləhət, layihə və dəstək xidmətləri;
-
Təlimlər.
Biznes inkubator
İnnovasiya Mərkəzinin inkubatoru texnologiya yönümlü müəssisələrin
inkişafını dəstəkləyərək, bilik və yeni ideyaları faydalı insan həyatını
zənginləşdirən məhsul və xidmətlərə çevirir, iqtisadi inkişafına təkan verir və
universitetin akademik missiyasını dəstəkləyir. Xəzər Universiteti Biznes
inkubatoru ən ümidverici tədqiqat və texnologiya layihələrindən dayanıqlı
startaplar hazırlayır. Əsas diqqət yetirilən sahələrə İKT, film və animasiya
sənayesi, energetika, biotexnologiya, elektronika, inşaat, multimedia, robot və
digər sənaye sahələri daxildir. Mərkəz startap şirkətlərə bir sıra xidmətləri təmin
edərək, kömək edir:
Təlim, biznes məsləhətləri, maliyyə dəstəyi, texnoloji dəstək, fiziki
məkan və şəbəkə.
Şəkil 2: Xəzər İnkubatorunda startapların hazırlanma prosesi.
36
Baku Business Factory (BBF)
Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclərin BBF-də öz
ideyalarını biznesə çevmələri üçün imkanlar yaradılmışdır. BBF-də ofis, mentor
və maddi dəstək alamaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak etmək
üçün imkanlar yaradılmışdır.
BBF-in fəaliyyət göstərdiyi 2-ci sahə isə sərbəst işləyən insanların iş üçün
hər cür şəraitə malik ofislə təminidir. Onlar heç bir ödəniş etmədən ofislərin
bütün imkanlarından: iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer,
skayner və s., imkanlardan istifadə edə bilərlər. Həmçinin, BBF tərəfindən təşkil
olunan təlimlərdə də iştirak etmək imkanları yaradılmışdır.
Son illərdə ölkəmizdə gənclərin biznesə olan marağı sürətlə artır, lakin
çox zaman təcrübənin azlığı və maddi-texniki çatışmazlıqlara görə bu
təşəbbüslərin böyük bir qismi uğursuzluqla nəticələnir. BBF-in startaplarla bağlı
layihəsi də məhz gəncləri həm də maddi-texniki, həm biznes vərdişlərinin
artırılması baxımdan önəmlidir. Bu sahədəki əsas xidmətlər ofis təmini, maddi-
texniki təchizat, mentorluq, hüquqi dəstək və investisiyadır.
Dəstəklənən biznes növləri müraciət edə bilər:
-
Ticarət: topdan və pərakəndə satış, e-ticarət
-
Xidmət: agentlik, konsultasiya, dizayn, tərcümə, təlim və kurslar,
araşdırma və s.
-
İstehsal: toxuculuq, əl işləri, gündəlik istifadə malları, qida məhsulları
və s.
-
Texnoloji: internet səhifəsi hazırlanılması, tətbiqlər, robot istehsalı və
s.
-
Kənd
təsərrüfatı:
əkinçilik, heyvandarlıq, kənd təsərrüfatı
məhsullarının satışı və s.
-
Qısa müddətli qazanc gətirəcək layihələr: sərgilər, aksiyalar,
kampaniyalar, konsertlər və s.
Infipro Azerbaijan
“İnfipro” informasiya texnologiyası, internet və proqram təminatı üzrə
ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən vençur kapitalı
şirkətidir. Yeni texnoloji xidmətləri meydana gətirmək məqsədilə sahibkarlarla
birgə işləməkdən ibarətdir.
37
Bacarıqlı sahibkarların öz ideyalarını reallaşdırılmasına təkan vermək və
bizneslərinin genişləndirilməsinə kömək etmək məqsədilə şirkət tərəfindən
kiçik həcmli investisiyalar da nəzərdə tutulub.
Yüksək böyümə potensialı olan innovativ şirkətlərə investisiya edilir.
Həmçinin rəqabət mühitində liderlik keyfiyyətlərini nümayiş etdirə bilən
şirkətlərə dəstək verilir.
“İnfipro” bir qayda olaraq fondlarına ehtiyat kapitalının maksimum 10%-
ni investisiya edir. Bütün potensial layihələr yüksək gəlirlilik dərəcəsi və
möhkəm biznes planına malik olmalıdır. Şirkət hər hansı layihəni təhlil etdiyi
zaman yüksək bacarıqlı və tam məsuliyyətli idarə heyətinin mövcud olması
həlledici faktordur. Zəruri olduğu təqdirdə əlavə maliyyə imkanlar, bazara çıxış
və hərtərəfli dəstək təmin edə biləcək digər aparıcı investorlar ilə tərəfdaşlıq
yaradırlar.
38
İstifadə edilmiş ədəbiyyat
1.
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B0%D1%80%D1%82%D0
%B0%D0%BF
2.
https://en.wikipedia.org/wiki/Startup_company
3.
http://www.wsj.com/articles/universities-push-harder-into-realm-of-startups-
1418842795
4.
http://www.slideshare.net/Fit4Biz/david-molesheadenvestors-raising-finance-and-
exit-stragies-for-your-business
5.
http://technimum.com/blog/featured/4570.html
6.
https://en.wikipedia.org/wiki/Angel_investor
7.
https://az.wikipedia.org/wiki/Ven%C3%A7ur_maliyy%C9%99l%C9%99%C5%9Fd
irm%C9%99si
8.
http://1net.az/ipo/
9.
https://www.cbinsights.com/blog/silicon-valley-tech-investment-exit-report/
10.
http://thenextweb.com/insider/2014/04/04/startups-state-eastern-european-
governments-helping-helping-entrepreneurs/
11.
http://www.guidemesingapore.com/doing-business/finances/singapore-government-
schemes-for-startups
12.
https://www.cbinsights.com/blog/startup-failure-reasons-top/
13.
http://1net.az/startup-visa/
14.
http://www.venturelab.ca/The-Startup-Ecosystem-Reports-2012-and-2014
15.
https://www.sba.gov/about-sba/sba-initiatives/startup-america/about-startup-america
16.
https://en.wikipedia.org/wiki/Silicon_Valley
17.
http://siepa.gov.rs/files/pdf2010/IT_industry_CeBIT.pdf
18.
http://park.by/?lng=en
19.
http://www.bionic-hill.com/
20.
http://sk.ru/news/
21.
http://director.startupgrind.com/84E64FF7-DB60-4EE6-8566-
C678E2ED7F93/FinalDownload/DownloadId-
E8CED46CA30D5BD3EF9E1E7F3C0AC568/84E64FF7-DB60-4EE6-8566-
C678E2ED7F93/wp-content/uploads/2013/10/Tel-Aviv-Startup-City.pdf
22.
https://www.techinasia.com/china-state-venture-capital-fund-over-6-billion-dollars/
23.
http://www.startup.az/
24.
http://ictfund.gov.az/
25.
http://bbf.az/
26.
http://www.aseu.az/index.php?lang=ru
27.
http://hightech.az/
28.
http://qutechnopark.az/
29.
http://technopark.khazar.org/?page_id=32&lang=az
30.
http://infipro.az/
Dostları ilə paylaş: |