1
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİ.
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ METODİKA
ŞÖBƏSİ
( Əbdürrəhim bəy Haqverdiyevin 140 illiyinə həsr
olunmuş metodik vəsait)
Unudulmaz sənətkar - Ə. Haqverdiyev.
BAKI – 2010
2
TƏRTİBÇİDƏN
Bu vəsaiti kitabxanalara təqdim etməkdə əsas məqsədimiz oxucuları xalqımızın
böyük sənətkarı olan yazıçı, dramaturq, publisist, tənqidçi Əbdürrəhim bəy
Haqverdiyevin həyat və yaradıcılığı ilə yaxından tanış etməkdir.
Bu ilin may ayının 17-də sənətkarın 140 illiyi qeyd olunur. Bu məqsədlə bir sıra
mədəniyyət ocaqlarında silsilə tədirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Sizlərə
təqdim etdiyimiz bu vəsaitdən istifadə edərək yazıçını öz oxucularınıza daha yaxşı
tanıda bilərsiniz.
Metodik
vəsait iki hissədən ibarətdir. Birinci hissə “Böyük ədib.” adlanır. Bu
hissədə Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığından söhbət açılır.
Vəsaitin “Unudulmaz sənətkar” adlı ikinci hissəsində kitabxanalarda mövzu ilə
əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilir.
3
I. Böyük ədib.
Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan
ictimai-ədəbi və mədəni fikri tarixində özgün yeri olan şəxsiyyətlərdəndir. O,
dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi çoxcəhətli
səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosoial-siyasi düşüncəmizin inkişaf
edib formalaşmasında xüsusi rol oynamış, duma üzvü, xalq komissarı və digər
vəzifələr daşımaqla dövlətçilik və idarəçilik işinin təkmilləşdirilməsi sahəsində öz
xidmətlərini əsirgəməmişdir...
Əbdürrəhim bəy Haqverdiyev həm dramaturgiya və bədii nəsrimizi, həm də
satirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik ,
sujet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərlə
zənginləşdirmişdir. Bununla da XX əsrin ilk onilliyində milli ictimai- bədii fikrimizin
əlvanlığını və sürətli inkişafını təmin edən əsas şəxsiyyətlərdən biri kimi parlamışdır.
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa
şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olmuşdur. Üç yaşında ikən atasını
itirən Əbdürrəhim əmisi Əbdülkərim bəyin himayəsində böyümüşdür.
1890-cı ildə Əbdürrəhim bəy Haqverdiyev Şuşa realnı məktəbinin altıncı sinfini
bitirib, Tiflis realnı məktəbinin axırıncı sinfinə daxil olurmuş. Burada rus və Avropa
klassiklərini öyrənərək, tez-tez teatr tamaşalarına baxırdı.
Əbdürrəhim bəy Haqverdiyev 1891-ci ildə Tiflis realni məktəbini bitirib, ali
təhsil almaq üçün Peterburqa getmiş, Yol mühəndisliyi İnstitutuna daxil olmuşdur.
Peterburqda baxdığı tamaşaların təsirilə Haqverdiyevdə sənətə, teatra olan həvəs
daha da artmışdı. Gənc yazıçı özünün ilk əsərləri olan “Yeyərsən qaz ətini, görərsən
ləzzətini”(1892) və “Dağılan tifaq” (1896) əsərlərini də məhz Peterburqda yazmışdır.
1899-cu ildə vətənə qayıdan dramatur sonrakı əsərlərini məhz burada yazmışdır.
Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan tarixinin mühüm bir dövrünü öz
əsəsrlərində əks etdirmişdir. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə,
cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olmuşdur. Ilk əsərini çıxmaq şərtilə
müəllifin qalan əsərlərində yazıçı get-gedə həyat sahəsində öz mövqeyini itirən,
tənəzzülə uğrayan mülkədarlığın süqutunu təsvir etməklə bərabər, onun təbiətinə xas
olan tipik xüsusiyyətləri: yeni qüvvələrə qarşı çıxdığını, istismarçılığını əxlaq
düşkünlüyünü, və əməkçi insana mənfi münasibətini açıb göstərmişdir. Yazıçı bu
dövrdə mülkədarlığın çürümə prosesi keçirdiyini, cəmiyyətin ciddi islahatlara möhtac
olduğunu dərk edən, kəndlilərin hüquqlarını müdafiəyə qalxan surətlər yaratmışdır.
“Yeyərsən qaz ətini görərsən ləzzətini” pyesinin mövzusu tacir həyatından
alınmışdır. Komediya ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüququnu
ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilmişdir. Pyes gənc müəllifin ilk
qələm təcrübəsi kimi qiymətlidir.
Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümayəndələrindən
sayılan və Haqverdiyevə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur
4
faciənin yaranmasında ədibin Şuşada olarkən müşahidə etdiyi hadisələrin böyük rolu
olmuşdur. Peterburqa gəldikdən sonra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl
ideyaları ilə tanışlıq onun dünyagörüşünün formalaşmasına kömək etmişdi. Dövrün
tarixi həqiqətləri onun “Dağılan tifaq” əsərində öz əksini tapmışdır. Əsərdə eyni
zamanda, yaranmaqda olan yeni ictimai qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad
kimi həyatda fəal olmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq
elə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə meylləri, inkişafı qarşısında duruş
gətirə bilmir, dağılırdı.
Bütün
bunlar
XIX
əsrin sonlarında Azərbaycan mülkədar həyatı üçün səciyyəvi
bir hal idi və Haqverdiyev də gördüyü həqiqətləri “Bəxtsiz cavan”, “Pəri cadu”
əsərlərində də əks etdirmişdir.
Əbdürrəhim bəy Haqverdiyevin nəsr yaradıcılığı ədəbiyyatımızda mühüm yer
tutur. Yazıçının hekayələri mövzuca müxtəlifdir. Hekayələrin bir qismində çar
hakimiyyəti dövründə yaşayan satqın, yaltaq, ikiüzlü bəylər xanlar, tacirlər,
çinovniklərin acgözlüyü tənqid edilir (“Odabaşının hekayəsi”, “Qaban”, “Diş ağrısı”,
“Mirzə Səfər”, “Çeşmək”, “Pristav və oğru”) yazıçının istər dramaturgiyası, istərsə də
nəsr yaradıcılığı Azərbaycan oxucusu üçün böyük əhəmiyyət kəsb etməkdədir.
Yazıçı 1933-cü ildə dekabrın 11-də Bakıda vəfat etmişdir. Lakin o xalqımızın
yaddaşında hər zaman yaşamaqdadır. Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı hər
bir gənc üçün tərbiyəvi əhəmiyyətə malikdir. O həmişə bir klassik kimi bizə əziz və
canlıdır.
5
II. Yubiley tədbirlərinin keçirilməsi.
Odlar yurdu Azərbaycan dahi oğullar yetişdirmişdir. Əbdürrəhim bəy
Haqverdiyev də məhz belə şəxsiyyətlərdəndir. Onun Azərbaycan ədəbiyyatına, tarixinə
verdiyi töhfələr əvəzsizdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatı
tarixində dramaturq, nasir, teatr xadimi, istedadlı alim və mütərcim kimi daxil
olmuşdur. Onun ədəbi irsi ədəbiyyatımızın xəzinəsini zənginləşdirən qiymətli töhfədir.
Xalqını mədəni, xoşbəxt və azad görmək arzusu hər zaman Haqverdiyevin
yaradıcılığında mərkəzi yerlərdən birini tutmuşdur.
Zəngin həyat yolu keçən Əbdürrəhim bəy Haqverdiyev istər inqilabdan əvvəl,
istərsə də Sovet hakimiyyəti illərində yazdığı əsərlərdə ailə, tərbiyə, təhsil, əxlaq
məsələlərinə dönə-dönə toxunmuşdur. Onun bir sıra hekayə və dramlarında gənc nəslin
təlim-tərbiyəsinə kömək edən, dünyagörüşünün təkmilləşməsinə yardım göstərən
motivlər aydın görünməkdədir.
Haqverdiyevin ictimai həyat hadisələrini dərin bir həssaslıqla izləyib qələmə
alması, sıravi insanların gün-güzəranını ürək yanğısı ilə izləməsi, əks etdirməsi
Haqverdiyevi zamanının ən məşhur yazıçıları sırasına çıxarmışdır. Onun müəllifi
olduğu “Dağılan tifaq” , “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”
kimi realist faciələri tez bir zamanda yalnız Azərbaycanın deyil, bütün Qafqaz teatr
səhnələrini şöhrətlə dolaşmışdır. Bu əsərlərin hamısı köhnə ictimai quruluşun, istismar
aləminin labud uçurum qarşısında olduğunu inamla təbliğ edirdi. Ədib yaratdığı
dramatik əsərlərin ifasında əsl səhnə xadimi kimi iştirak etmiş və bu sənət əsərlərində
realist sənərkar kimi yetişmiş, şöhrət qazanmışdır.
Məhz belə bir sənətkarın müasir dövrdə yeni nəslə tanıdılması əsas vəzifələrdən
biridir. Belə şərəfli bir işdə kitabxanalarda keçirilən tədbirlərin rolu əvəzsizdir.
Kitabxanalarda
keçirilən ən maraqlı tədbirlərdən biri icmallardır. Bu səbəbdən
də Əbdürrəhim bəy Haqverdiyevin iki cilddə nəşr olunmuş “Seçilmiş əsərləri”nin
icmallarının keçirilməsi oxucularda maraq doğurar.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilən kitabın hər iki
cildinin nəşri 2005-ci ildə “Lider nəşriyyat” tərəfindən həyata keçirilmişdir.
“Seçilmiş əsərləri”nin birinci cildinə ədibin dram əsərləri daxil edilmişdir.
Tariximizin mühüm bir dövrünü əks etdirən bu əsərlər XX yüzilin əvvəlində
Azərbaycan səhnəsində gedən axtarışları ifadə edən səciyyəvi bədii nümunələrdir.
Kitabda ədibin yaradıcılığının birinci dövründə yazdığı (1892-1905) “Yeyərsən qaz
ətini, görərsən ləzzətini ”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri -cadu” və s. əsərləri
əksini tapmışdır.
Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan
və Ə. Haqverdiyevə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin
yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dolaşdığı mühiti ətraflı müşahidə
6
etməsi böyük rol oynamışdır. O hələ yeniyetmə ikən mülkədarlığın iflasını görürdü.
Bütün bu tarixi həqiqətlər “Dağılan tifaq” faciəsində əks olunmuşdur. “Dağılan tifaq”
əsərində müəllif Nəcəf bəy və onun “yemək-içmək ”dostu olan bəylərin nüfuzlarının
azaldığını, fəaliyyətlərinin get-gedə zəiflədiyini, mübarizə meydanından sıxışdırılıb
çıxarıldıqlarını göstərmişdir. Əsərdə eyni zamanda, yaranmaqda olan yeni ictimai
qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal olmağa çalışan
tacirlərin, sələmçilərin surətləri də yaradılmışdır.
“Dünya
beş gündür, beşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin
tərcümeyi-halı Azərbaycan mülkədarlığının keçirdiyi yola uyğundur. O “varlığa nə
darlıq” deyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri
ilə qazandıqları sərvəti, adı çıxsın deyə, sağa-sola paylayır. Zəhmətsiz, əziyyətsiz
yaşadığına görə bu zəhmət adamlarını bəyənmir. Onun ailəyə, qadına, oğluna
münasibəti dözülməzdir. Oğlu Süleymanın tərbiyəsiz böyüməsi, atasının yolu ilə
getməsi onun məhvinə səbəb olur.
Eyş-işrət, qumar Nəcəf bəyin ailəsini, var dövlətini ac bir canavar kimi dağıtmış,
özünü də başqalarına əl açmağa məcbur etmişdir. Yazıçı, realizmin gücü ilə, öz
oxucusunu inandırır ki, mülkədarlığın keçdiyi yol budur.
Kitabın birinci cildində yer alan əsərlərdən biri də “Bəxtsiz cavan” pyesidir.
Yazıçı bu əsəri 1900-cu ildə Şuşada qələmə almışdır. Pyesin əsas qəhrəmanı Fərhaddır.
Faciədəki gənc maarifçi Fərhad surətilə əlaqədar olan və həll edilən məsələlər öz dövrü
üçün səciyyəvidir. Burada mübarizə “atalar” və “oğullar” arasında gedir. “Atalar” –
hacı səməd ağalar köhnə mülkədar həyatının, dar dünyagörüşün, kütləşmiş şüur və
hissin müdafiəçiləridirlərsə, “oğullar” – fərhadlar orta əsr ənənələrinə dözə bilməyən,
mürtəce və mühafizəkar “atalara” qarşı mütərəqqi fikirlər irəli sürən, elm maarifi təbliğ
edən, xalq kütlələrinə yaxınlaşan və onların dərdinə şərik olan gözüaçıq gənclərdir.
Fərhad mülkədarları da kəndlilər kimi zəhmət çəkməyə çağırır. Ədibin özü də
gənc qəhrəmanı Fərhad kimi kəndlilərin hüquqsuzluqlarına acıyır, qurtuluş yolu
tapmağa çalışırdı. Ə. Haqverdiyev bir demokrat yazıçı kimi artıq Azərbaycan kəndli
sinfinə, bu ictimai qüvvəyə istinad edirdi. Dövrün əsas ictimai ziddiyyəti, konflikti
“Bəxtsiz cavan” pyesində açıq şəkildə qoyulurdu. Bu əsər həmişə cavandır. Belə ki,
pyes Azərbaycanda, Qafqazda, Volqaboyunda, Orta Asiyada olduğu kimi, İranda da
böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Kitabda yer alan digər bir əsər “Pəri cadu” pyesidir. Pyesdə əsasən ailə-məişət
məsələsi həll edilir. Əsərdə üç təbəqənin: yoxsulların, ortababların və mülkədarların
həyatı, ailə münasibətləri təsvir edilmişdir. Qurban pyesin ən mürəkkəb ruhi hala malik
surətlərindən biridir. Onun arvadı gözəl xasiyyətli olsa da, zahirən çox çirkindir. Bu
vəziyyət gözəl, boylu-buxunlu Qurbanı narahat edir. O əvvəlcə Hafizə xanımla, onu
öldürdükdən sonra isə başqa bir xanımla ailə qurur. Qurban tutduğu işlərə görə peşman
olduqda isə çox gec olur. Beləliklə Qurban öz əməllərinin qurbanı olur. Yazıçı
xatırladır ki, zəhmət insanda yüksək alicənab xasiyyətlər yaradır. Ədibin fikrincə, gözəl
7
insani keyfiyyətlər pula, var-dövlətə, sərvətə bağlanmış varlı təbəqələrdə və onlara
nökərçilik edənlərdə ola bilməz.
Ədəbiyyat tariximizdə ikinci tarixi faciə olan “Ağa Məhəmməd şah Qacar”
pyesi də “Seçilmiş əsərlərin” birinci cildində yet alır. Ə. Haqverdiyev tarixi
həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı olan Ağa Məhəmməd şah Qacarın
istilaçı siyasətini, Tiflisə, Qarabağa hücumunu təsvir etmişdir. 1907-ci ildə və ondan
sonra, uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş etdirilən faciənin müasir
ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası
idi.
Qacar
surəti yazıçının realist üslubuna uyğun olaraq, eyni zamanda, ikiüzlü,
alçaq, qaniçən fəryadlardan həzz alan bir cani və işğalçı kimi daha çox nəzəri cəlb edir.
Haqverdiyev də realist bir sənətkar kimi şahın bütün mənfi xüsusiyyətlərini qələmə
almışdır.
Kitabın ikinci cildində yazıçının hekayələri, məqalə və məktubları öz əksini
tapmışdır.
Ədib hekayələrində burjua-mülkədar cəmiyyətinin ayrı-ayrı nöqsanlarını,
ictimai xəstəliklərini qeyd edərkən gülüşdən,
onun müxtəlif şəkillərindən istifadə
edir. “Bomba”, “Qiraət”, “Diş ağrısı” hekayələrində isə gülüşün arxasında göz
yaşları da durur. Ə. Haqverdiyevin hekayələrində, bir çox müasirlərinin
yaradıcılığında olduğu kimi təlim-tərbiyə məsələlərinə xeyli yer
verilmişdir.“Şikayət” hekayəsində din ilə elm arasında ziddiyyət, yeni təlim-
tərbiyənin xalqı ayıq saldığını dərk edən din nümayəndələrinin müxtəlif fırıldaqlara əl
atmaları təsvir olunmuşdur. Vəzifəsinə pul, qazanc mənbəyi kimi baxan, tipin öz
sözü ilə dеyilsə “başını girləyən “uçitеl” Mirzə Səttarın “Gеdirəm dərs gətirməyə!”
sözlərini nəinki uşaqlar, böyüklər də əzbər bilirlər.
Ə. Haqvеrdiyеv hеkayələrinin əsas mövzularından biri mövhumatın tənqididir.
“Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, “Marallarım” kimi
əsərlərində müəllif cəhalət, nadanlıq və köhnə еtiqadlara istеhza еdir, xalqın ruhunu,
zеhnini zəhərləyənləri kəskin tənqid atəşinə tuturdu.
Yubiley
münasibətilə bütün kitabxanalarda tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur. Kitabxanalarda uşaqların sevimli tədbirlərindən biri Ucadan oxudur. Elə
bu səbəbdən də yazıçının bir-birindən maraqlı hekayələrinin - “Ata və oğul”, “Bomba”,
“Marallarım”, “Qiraət”, “Pir”, “Mirzə Səfər” - ucadan oxusunun təşkili maraqlı olar.
Bütün
bunlarla
yanaşı hekayələrdən istifadə edərək səhərciklər də təşkil etmək
mümkündür. Onu da qeyd edək ki, səhərciklər uşaq psixologiyasına daha çox təsir edən
kitabxana tədbirlərindən biridir. Belə ki, uşaqlar gördüklərinin təsirinə daha tez
düşürlər. Bu məqsədlə “Bomba” hekayəsinin səhərciyini sizə təqdim edirik. Hekayədə
hər kəsin bacardığı işlə məşğul olması, təhsilin insan həyatındakı rolu, insanın daim
inkişafda olub, biliyini artırması fikirləri ön planda durur.
Aparıcı: Qorodovoy
Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində
xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
8
Arvad: A
kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu
qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış.
Kərbəlayi Zal:
Arvad, sən hökümətin söhbətini anlamırsan. Bir-iki ildən sonra
pensiyəyə çıxacam. Bundan sonra oturub pensiyəni yeyərik.
Aparıcı: Bu
dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav onu
çağırıb demişdi:
Pristav: Kərbəlayi Zal, sədən narazıyam. Sən dünya görmüş qorodovoysan.
Bununla
belə dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba
tapır, tüfəng tapır, patron tapır... həm ağasının üzünü ağ eləyir, həm
özünün. Amma sən indiyədək bir sınıq balta da tapmamısan.
Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər
belə getsə, bizim bir yerdə qulluq etməyimiz tutmayacaq.
Aparıcı: Kərbəlayi Zal axşam evə bikef gəldi.Yemək yeyib getdi qarovula. O
“Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın
sözlərini fikir edirdi. Gecədən bir xeyli keçmiş Kərbəlayi gördü ki,
usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də
bir at, atın üstündə də bir cüt çuval və çuvalın içində də bir növ
girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən alıb
ehmallıca evə apardılar.
Kərbəlayi Zal:
Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə
şey xatalı ola bilər.
Aparıcı:
O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
Kərbəlayi Zal: Vot Patap, bomba rabatay!
Patap:
Qde?
Kərbəlayi Zal: Dom Feyzulla bomba pirnesom.
Aparıcı:
Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava,
pristav qala bəyinə, qala bəyi jandarmlar rəisinə. Yarım saatdan
sonra usta Feyzullanın evini qorodovoy, saldat bürüdü. Feyzulla
qapını açan kimi dili tutuldu:
Feyzulla:
Bəs niyə buyurubsunuz?
Kərbəlayi Zal: Danışma gərək sənin evin axtarılsın.
Patap:
Barin, vot, vot bomba!
Aparıcı: Heç
kəs çuvalların ağzını açmağa cürət etmirdi.
Feyzulla:
Ay
ağalar, o çuvalların nəyindən qorxursunuz? Izin verin,
qollarımı açsınlar, o çuvalların içindəkiləri bir-bir çıxarıb sizə
göstərim.
(Onun qollarını açırlar.)
Aparıcı: Feyzullanın qollarını açırlar. Gəlib çuvalın ağzını açıb beş dənə
qarpız çıxarır. O biri çuvalda da qarpızdan başqa heç nə yox idi.
Səhər Kərbəlayi Zalı işdən xaric etdilər.
9
Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı ilə oxucuları daha yaxından tanış
etmək üçün kitab sərgisinin təşkil edilməsi də məqsədə uyğundur. Sərgini “Xalqımızın
ölməz sənətkarı”, “Realist sənətkar”, “Ölməz sənətkar Ə. Haqverdiyev” adları altında
keçirmək olar. Sərginin nümunəsini aşağıda təqdim edirik:
1.
Başlıq – “Ölməz sənətkar”
2.
Portiret və səhnələşdirilmiş əsərlərindən olan şəkillər.
3.
Yarım başlıq – Seçilmiş əsərləri.
4.
Yarım başlıq - Ayrı-ayrı kitabları.
5.
Marallarım.
6.
Diş ağrısı.
7.
Mozalanbəyin səyahətnaməsi.
8.
Bəxtsiz cavan.
9.
Qoca tarzən.
10.
Fərman və Gövhərtac.
11.
Yarım başlıq – Haqqında olan ədəbiyyat.
12.
Mirzə Abay Dağlı – Səslərəm səni.
13.
İlham Rəhimli – Səhnəmizin fədailəri.
_________
1
_________
_________
2
_________
_______________
3
_______________
_________
4
___________
_______
5
______
______
6
_______
______
7
_______
______
8
_______
______
9
_______
______
10
_______
_________
11
___________
______
12
_______
______
13
________
______
14
_______
______
15_
_______
______
16_
_______
______
17
_________
10
14.
Teymur Əhmədov – Ədəbi qeydlər.
15.
XX əsr Azərbaycan Ədəbiyyat məsələləri.
16.
Məsud Əlioğlu – Məhəbbət və qəhrəmanlıq
17.
Məsul Əlioğlu – Haqverdiyevin idealları
Sərgidə verilmiş sitatlar
1. Əbdürrəhim bəy Haqverdiyev xalqını böyük məhəbbətlə sevən, onun övladlarını
daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər yazıçı və ictimai xadim idi.
Nadir Vəlixanov
Filoloji elmlər namizədi
2. Əbdürrəhim bəy Haqverdiyev hər şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin
ibtidasından... məcmuənin ən yaxın əməkdaşlarından və məsləhətçilərindən hesab
olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini “Molla Nəsrəddin”
öz bayramı kimi alqışlayacaqdır.
Cəlil Məmmədquluzadə.
Yazıçı-dramaturq
3. 50 illik fəaliyyəti müddətində bir çox ədəbi və mədəni izlər buraxıb gedən Ə.
Haqverdiyev daim tərəqqipərvər olmuş, yalnız yeniliklə maraqlanmaqla
kifayətlənməyib, bu yeniliklərin həyata keçməsi uğrunda mübarizə etmişdir.
Hacıbaba Nəzərli.
Yazıçı
4. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatı tarixində dramaturq, nasir,
teatr xadimi, istedadlı alim və mütərcim kimi məşhurdur. Onun ədəbi irsi
ədəbiyyatımızın xəzinəsini zənginləşdirən qiymətli mirasdır. Xalqını mədəni, xoşbəxt
və azad görmək arzusu Haqverdiyevin yaradıcılığında mərkəzi yerlərdən birini tutur.
Əbdül Əzizov.
Filologiya
elmləri namizədi
Sevimli yazıçımızı oxuculara tanıtmaq onlara sevdirmək üçün sual-cavab gecəsi
təşkil etmək olar:
1. Əbdürrəhim bəy Haqverdiyev kimdir?
Ə. Haqverdiyev xalqımızın böyük sənətkarı, yazıçı, publisist, dramaturqdur.
2. Ə. Haqverdiyev neçənci ildə, harada anadan olmuşdur?
Ə. Haqverdiyev 1870-ci ildə may ayının 17-sində Şuşa şəhərində anadan olmuşdur.
3. Ə. Haqverdiyevin ilk əsəri hansıdır?
Ə. Haqverdiyevin ilk əsəri “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramıdır.
11
4. Yazıçının daha hansı dram əsərləri ilə tanışsınız?
“Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Ac
həriflər”, “Qoca tarzən”, “Millət dostları”, “Qırmızı qarı”, “Köhnə dudman”,
“Vavelya”, “Padşahın məhəbbəti”, “Kimdir müqəssir”, “Baba yurdunda”, “Yoldaş
Koroğu”.
5. Ə.Haqverdiyevin hansı əsəri Azərbaycan ədəbiyyatındakı ikinci faciədir?
“Ağa Məhəmməd şah Qacar” əsəri Nəriman Nərimanovun “Nadir şah” əsərindən sonra
yazılmış ikinci faciədir.
6. Ə. Haqverdiyevin hansı hekayələrini tanıyırsınız?
“Odabaşının hekayəsi”, “Çeşmək”, “Mirzə Səfər”, “Pristav və oğru”, “Diş ağrısı”, “İt
oyunu”, “Qaban”, “Keçmiş günlər”, “Söhbət”, “Haqq Mövcud” və s.
7. Ə. Haqverdiyev nə zaman və harada öz dünyasını dəyişmişdir?
Ə. Haqverdiyev 1933 –cü ildə Bakıda öz dünyasını dəyişmişdir.
Məktəb yaşlı oxuculara Əbdürrəhim bəy Haqverdiyevi sevdirmək, əsərlərini
təbliğ etmək məqsədilə məktəblərdə şagirdlər arasında rəsm müsabiqəsi keçirmək olar.
Ancaq bu dəfə təşkil ediləcək müsabiqədə uşaqlara dramaturqun ən çox sevdikləri
əsərinə illustrasiya çəkmək tapşırığı verilərsə, uşaqlar yazıçının əsərləri ilə daha
yaxından tanış olmaq imkanı qazanarlar.
Ə. Haqverdiyevin yaradıcılığı ilə bağlı rəsm sərgisi də təşkil etmək olar.
Sərgidə verə biləcəyiniz bir neçə şəkili sizə təqdim edirik.
Rəsm sərgisi:
Ə. Haqverdiyevin “Dağılan tifaq”
pyesindən bir səhnə
Ə. Haqverdiyevin “Pəri-cadu”
pyesindən bir səhnə
12
Kitabxanalarda oxucular arasında onların Əbdürrəhim bəy Haqverdiyevlə bağlı
fikirlərini öyrənmək məqsədilə anket sorğuları təşkil edə bilərik. Sorğuda təqdim
olunan sualların cavablarını açıq və qapalı təqdim edirik ki, oxucular öz fikirlərini
rahatca ifadə edə bilsinlər:
1. Ən sevimli şair və yazıçınızın adını qeyd edin.
☺
2. Əbdürrəhim bəy Haqverdiyevi tanıyırsınızmı?
☺Bəli
☺Xeyir
3. Əbdürrəhim bəy Haqverdiyevin əsərlərilə tanışsınızmı?
☺Bəli
☺Xeyir
4. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramını oxumusunuzmu?
☺Bəli
☺Xeyir
5. “Bəxtsiz cavan” əsərinin müəllifi kimdir?
☺
6. “Nəcəf bəy” Ə. Haqverdiyevin hansı əsərinin obrazıdır ?
Ə. Haqverdiyevin “Dağılan tifaq”
pyesindən bir səhnə
Pəri-cadu əsərinin uşaqlar üçün
hazırlanmış tamaşasından bir
səhnə
13
☺
7. Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini oxumusunuzmu? Oxumusunuzsa bir
neçəsinin adını qeyd edin.
☺
8. Ə. Haqverdiyevin “Molla Nəsrəddin” jurnalında hansı imzalarla çıxış etdiyini
bilirsinizmi? Əgər bilirsinizsə bir neçəsini qeyd edin.
☺
9. “Bəxtsiz cavan”, “Dağılan tifaq” əsərlərinin hansı janrda yazıldığını bilirsinizmi?
Əgər bilirsinizsə, qeyd edin.
☺Bəli
☺Xeyir
10. Əbdürrəhim bəy Haqverdiyevin ən çox sevdiyiniz əsərinin adını qeyd edin.
☺
Bildiyimiz kimi orta məktəblərdə yuxarı sinif şagirdlərinə Əbdürrəhim bəy
Haqverdiyevin həyat və fəaliyyəti tədris olunur. Uşaqların sənətkar haqqında olan
biliklərini yoxlamaq məqsədilə onuncu və on birinci sinif şagirdlərinə təqdim etmək
üçün testlərin tərtib edilməsi də məqsədə uyğundur. Belə nümunələrdən aşağıda qeyd
edirik.
1.
Əbdürrəhim bəy Haqverdiyev neçənci illər arasında yaşayıb fəaliyyət göstərmişdir?
A.
1860-1970
B.
1870-1933*
C.
1880-1944
D.
1875-1930
2.
“Nəcəf bəy” Əbdürrəhim bəy Haqverdiyevin hansı əsərinin qəhrəmanıdır?
A.
Dağılan tifaq*
B.
Bəxtsiz cavan
C.
Yeyərsən qaz ətini, görərsən ləzzətini.
14
D.
Pəri cadu
3.
“Xortdan”, “Lağlağı”, “Mozalan” imzaları kimə məxsusdur?
A.
Cəlil Məmmədquluzadə
B.
Əbdürrəhim bəy Haqverdiyev*
C.
Mirzə Ələkbər Sabir
D.
Nəriman Nərimanov
4.
Əbdürrəhim bəy Haqverdiyev hansı dövrü nəşrdə “Xortdan”, “Lağlağı”, “Mozalan”
imzaları ilə çıxış edir?
A.
Füyuzat
B.
Əkinçi
C.
Molla Nəsrəddin*
D.
Həyat
5. Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsəri hansı janrda yazılmışdır?
A. roman
B. komediya
C. faciə *
D. poema
6.
Əbdürrəhim bəy Haqveridyevin hansı əsəri tarixi faciə janrında yazılmışdır?
A.
Bəxtsiz cavan
B.
Dağılan tifaq
C.
Yeyərsən qaz ətini, görərsən ləzzətini.
D.
Ağa Məhəmməd şah Qacar*
7.
Əbdürrəhim bəy Haqveridyevin yaradıcılığı neçə dövrə bölünür?
A.
1
B.
3*
C.
2
D.
4
8.
Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Yeyərsən qaz
ətini, görərsən ləzzətini” əsərlərini yaradıcılığının hansı dövründə yazmışdır?
15
A.
I dövründə (1892-1905)*
B.
II dövründə (1905-1920)
C.
III dövründə (1920-1933)
D.
IV dövründə (1930-1933)
9.
Aşağıdakı hekayələrdən hansı Əbdürrəhim bəy Haqverdiyevə məxsusdur?
A.
Kişmiş oyunu
B.
Quzu
C.
Bomba*
D.
Xanın təsbehi
10.
“Dünya beş günlükdür, beşi də qara” fikri Əbdürrəhim bəy Haqverdiyevin hansı
əsərinin obrazına məxsusdur?
A.”Müsibəti - Fəxrəddin”əsərində Fəxrəddin surəti
B. “Bəxtsiz cavan” əsərində Fərhad surəti
C. “Pəri cadu” əsərində Qurban surəti
D. “Dağılan tifaq” əsərində Nəcəf bəy surəti*
Ədəbi bədii gecələr oxucuların sevimli tədbirlərindən biridir. Odur ki, görkəmli
yazıçımız Ə. Haqverdiyevə həsr olunmuş ədəbi bədii gecənin təşkili oxucuların çox
marağına səbəb ola bilər. Bu səbəbdən də hazırladığımız ədəbi bədii gecənin
ssenarisini sizə təqdim edirik:
I Aparıcı:
Salam əziz uşaqlar və qonaqlar. Hamınızı xoş gördük. Bu gün bura
yığışmağımızın səbəbini bilirsinizmi?
II Aparıcı:
Əziz dostlar, hörmətli qonaqlar, bu gün sevimli yazıçımız
Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 140 illiyidir. Bu
münasibətlə kitabxanamızın hazırladığı tədbiri açıq elan edirik.
I Aparıcı: Hamımızın bildiyi kimi Əbdürrəhim bəy Haqverdiyev bir çox
əsərlərin müəllifi olmaqla yanaşı həm də, xalqımızın maariflənməsi
məqsədilə mühüm addımlar atmışdır.
II Aparıcı:
Dostlar, siz uşaqların yaxşı təhsil alması sevimli yazıçımızı narahat
edən məsələlərdən biri olmuşdur. Axı uzaqgörən yazıçımız
vətənimizin gələcəyinin sizlərdən asılı olduğunu yaxşı bilirdi. Yəqin
ki, hamınız dramaturqun “Bəxtsiz cavan” əsərini oxumusunuz.
Əsərdə Haqverdiyevin elmə təhsilə necə münasibət bəslədiyinin bir
daha şahidi oluruq. Indi həmin əsərdən bir səhnəni sizlərə təqdim
edirik.
(Oxucular səhnəyə daxil olurlar və əsərdən bir səhnəni canlandırırlar.
16
Səhnədə Səməd ağanın otağı əks olunmuşdur. Otaqda Hacı Səməd və Fərhad əyləşib.)
Hacı Səməd ağa: Bala, şükr olsun ki, bir belə zəhmətdən sonra oxuyub dərsini tamam
elədin. Indi mən də qocalıb əldən düşmüşəm. Oturarsan öz mülk-
maaşının üstündə, mülkün də, Allaha şükür, ucu-bucağı yoxdur,
əgər oturub abad eləsən, özündən də savayı neçə adam saxlarsan.
Fərhad: Doğrudur, əmi. Bu sözləri buyurursan, amma məgər mən bundan
ötrü sümük sındırmışam ki, axırı gəlib əkinçilik eləyim? Əgər belə
idi heç əvvəldən oxumazdım. Bir belə zəhməti çəkincəyə qədər
gedərdim əkinçiliyə.
Hacı Səməd ağa: Xub,
bəs belə olan surətdə sənin fikrin nədir?
Fərhad: Bağışlayın, əmi, insan ki, elm oxudu, gərək onun elmindən
elmsizlər az-çox mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək
korlara göz, qaranlıqda qalanlara, çıraq olsunlar. Elmli adamlar
hamıdan artıq bizlərə lazımdır. Çünki, camaatımız başsızdırlar. Bu
vəzifəni yerinə yetirməkdən ötrü mənim elmim kifayət etməz. Indi
mənim fikrim budur ki, Musa ilə belə danışmışıq ki, bir yerdə gedək
Xarkov şəhərinə. Orada həkimlik oxuyub qurtaraq.
Hacı Səməd ağa: Ay, balam, bu dilləri sənə kim öyrədib? Sən ki, bir sadədil uşaq
idin?! Oğlum, Fərhad, qurbanın olum bu fikirləri başından çıxart.
Indiyədək oxuyubsan, rusun dilini bilirsən, elə o sənə kifayətdir.
Ömürlər olub gödək. Bundan sonra get təzədən oxu, zəhmət çək,
pənah Allaha, ola ya, olmaya! Get, əlbəttə bu fikirlərdən düş. Sənin
başına dönüm, hələ sən uşaqsan, beynin dolu qandır. Amma biz
dünyada saqqal ağardıb, diş tökmüşük. Heç sənin məsləhətin deyil
ki, bizim sözümüzdən çıxasan.
II Aparıcı: Uşaqlar, səhnəcikdən gördüyünüz kimi Ə.Haqverdiyev sizlərin
təhsilinə, maariflənməyinizə olduqca həssaslıqla yanaşırmış. Elə
buna görə də sizin üzərinizə düşən başlıca vəzifə də bu etimadı
doğrultmaqdır. Sevimli yazıçımızın gələcək inkişafımız üçün nələrin
vacib olduğunu bilməkdən ötrü onun əsərlərini oxumağınızı sizə
tövsiyyə edirik.
I Aparıcı:
Uşaqlar, yəqin ki, hamınız rus təmsilçisi Krılovun təmsillərini
oxuyursunuz? Bəs heç düşünmüsünüz ki, sizin sevərək oxuduğunuz
bu şeirlər kimlər tərəfindən tərcümə olunub ?!
II Aparıcı: Bu
şeirlərin bir çoxunu Əbdürrəhim bəy Haqverdiyev siz uşaqların
oxuya bilməsi üçün doğma dilimizə tərcümə etmişdir. İndi isə həmin
təmsillərdən birini oxucumuzun ifasında sizə təqdim edirik:
(Oxucu Krılovun “At və Eşşək” şeirini söyləyir.)
Ittifaq düşmüşdü atın yanında
Bir eşşək gedirdi bir karvanda.
17
Kişnəyərək at gedirdi keyfi kök,
Çünki heç yox idi onun üstə yük.
Az qalırdı çıxa eşşəyin canı,
Çox yükləmiş idi çünki heyvanı.
Yalvardı o ata, dedi: ay qardaş,
Biz ikimiz varıq bu yolda yoldaş.
Yükdən gəl sən bircə xırda şey götür.
Rəhm et, kömək əlini mənə yetir.
Cavab verdi, at söylədi: ay axmaq,
Məgər çətindi sənə bunu qanmaq
Ki, mən özüm nəcib atlardan olam,
Belimə eşşəyin yükünü alam?
Bir az getdi, eşşək yıxılıb öldü,
Nəcib at o vədə öz işini bildi.
Eşşəyin yükünü götürdü bütün,
Dərisin də aldı üstünə yükün.
I Aparıcı:
Əziz qonaqlar, yəqin Əbdürrəhim bəyin həyatı ilə bağlı hadisələr
hamınız üçün maraqlı olar.
II Aparıcı: Bunu
nəzərə alaraq növbəti səhnəciyimizi sizə təqdim edirik. Onu
da qeyd edək ki, səhnəcik həvəskar oxucumuzun ifasında təqdim
olunur. Səhnəcikdə bəstəkar, dirijor, musiqişünas alim,
Azərbaycanın xalq artisti Əfrasiyab Bədəlbəylinin Ə. Haqverdiyev
haqqında xatirəsi canlandırılır.
(Ə. Bədəlbəyli obrazı oxucu tərəfindən canlandırılır. Ə. Haqverdiyevin çıxış etdiyi
səhnələri isə pərdə arxasındakı II oxucumuzun səsi canlandırır. Lakin onun özü
səhnədə görünmür. Bu da xatirənin daha təsirli olmasına səbəb olur. I Oxucu yazı
masasının arxasında oturmuşdur. Onun önündə vərəqlər, əlində isə qələm var.
Zahirən və geyimindən Əfrasiyab Bədəlbəylini xatırladır . O üzünü qonaqlara tutaraq
sözə başlayır: )
Ə. Bədəlbəyli: Onun adını ilk dəfə 1920-ci ildə - Azərbaycanda Sovet
hakimiyyəti qurulanda eşitmişəm. O vaxt 13 yaşım var idi. İnsanın
qəribə yaddaşı olur. Xeyli vaxt əvvəl baş vermiş hadisəni yaxşı
xatırlayır və elə düşünürsən ki, bu, dünən baş vermişdir. Mənim də
yaxşı yadımdadır ki, bir dəfə atam Əbdürrəhimbəy Haqverdiyevin
qonaqlığına getməyə hazırlaşırdı. Danışığından hiss olunurdu ki, o,
böyük sənətkarla tanışlığı ilə fəxr edir. Qonaqlıqdan qayıdarkən
atam həmin gecə haqqında elə həvəslə, elə ürəklə danışırdı ki!..
O, Haqverdiyevi mən hələ dünyaya gəlməmişdən tanıyırdı. Axı, o,
həvəskar müğənni, teatr vurğunu idi. Hərdənbir səhnədə Məcnun
rolunda da çıxış edirdi. Tezliklə mənim həyatımda mühüm hadisə
baş verdi. Mən Şövkət Məmmədovanın açdığı teatr məktəbinin
18
dinləyicisi oldum. Əbdürrəhim bəy bizə diksiyadan dərs deyirdi.
Hərçənd onun özünün diksiyası aydın deyildi. Lakin o, şerləri qeyri-
adi oxuyardı. Çünki Azərbaycan şeirinin ritm ölçüsünü çox gözəl
bilirdi. O, şer oxuyanda biz nəfəsimizi çəkmədən dinləyərdik. Onun
dərsini həmişə səbirsizliklə gözləyərdik. İkinci dəfə Haqverdiyevlə
öz gücümü musiqi sahəsində sınamağa başlayanda görüşdüm. Ə.
Haqverdiyev "Köhnə nəsil" adlı pyes yazmışdı. Musiqisi isə
Mailyana tapşırılmışdı. Bir dəfə yazıçı ikimizi də çağıraraq,
bəstəkara dedi:
Ə. Haqverdiyev: Tanış olun, mənim yerlimdir. Dinləmişəm. O, Qarabağ
melodiyalarını yaxşı bilir. Yəqin ki, sənə köməyi dəyər.
Ə. Bədəlbəyli: Bir dəfə də Ə. Haqverdiyev mənə dedi:
Ə Haqverdiyev: Sən musiqiçisən, ədəbiyyatı da yaxşı bilirsən. Məsləhət görərdim ki,
poetik söz və musiqi problemi ilə məşğul olasan. Avropada bu
mövzu çoxdan və dərindən işlənib, rus musiqişünasları da bu sahədə
öz işlərini davam etdirirlər. Niyə Azərbaycanda belə bir mühüm
məsələyə aid elmi əsərlərimiz olmasın... Mən cavan deyiləm - 63
yaşım var. Bu, elə bir vaxtdır ki, qəmli-qəmli düşünürsən: hələ
görülməli nə qədər iş var?!
Ə. Bədəlbəyli: İndi də gənclik illərimdə olduğu kimi, Haqverdiyevin həmin sözləri
qulağımda səslənir. Onun bu məsləhətini həyata keçirmək
məqsədilə tələbələr üçün "Söz və saz" adlı vəsait hazırlayıram. (Bu
sözü deyərkən masanın üstündəki kağızlara işarə edir.) Əbdürrəhim
bəy Haqverdiyev haqqında dərsliklərdə yazırlar: "...Azərbaycan
realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri"... Hamısı
düzdür. Lakin mənim yaddaşımda başqa bir Haqverdiyev yaşayır.
Xalq üçün alışıb yanan, sadə, lakin olduqca işgüzar gözəl ədib və
gözəl müəllim. Bir sözlə, əsil insan!..
I Aparıcı: Əziz qonaqlar, balaca dostlar, ümüd edirik tədbirimiz xoşunuza gəldi.
II Aparıcı: Sevimli
sənətkarımız haqqında olan məlumatınızı artırdıqsa, ona olan
hörmətinizi, sevginizi daha da çoxaldıqsa demək ki istəyimizə nail ola
bildik.
I Aparıcı:
Sizinsə üzərinizə bir vəzifə düşür, əzizi uşaqlar, Ə. Haqverdiyev kimi
böyük sənətkarımızın istəyini, arzusunu doğrultmaq vətənə, xalqa
laiqli övlad olmaq.
II Aparıcı: Sağ olun. Gələn görüşlərədək.
19
Ədəbiyyat siyahısı
Internetdə:
www.google.az
Kitablar:
1.Əbdürrəhim bəy Haqverdiyev, Seçilmiş əsərləri. İki cilddə. I cild. B.: Lider
nəşriyyat, 2005.- 504 səh.
2.Əbdürrrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. Iki cilddə. II cild. B.: Lider
nəşriyyat, 2005.- 408 səh.
3. Teymur Əhmədov. Ədəbi qeydlər. B.: Nurlan, 2005.- 184 səh.
4. Rəhimli İlham. Səhnəmizin fədailəri. B.: QAPP-POLİQRAF, 2002.- 304 s.
5. Mirzə Abay Dağlı. Səsələrəm səni. B.: Şuşa, 2002.-200s.
6. Əli Nazim. Seçilmiş əsərləri. B.: Yazıçı, 1997.- 374 s.
7. Məsud Ə. Məhəbbət və qəhrəmanlıq.B.: Yazıçı, 1979.-460 s.
Dövrü mətbuatda:
1.
Novruzov T. Poetik təhlilin imkanları //Azərbaycan müəllimi.-1989.-8 sentyabr.
2.
Mir Cəlal. Böyük ədib // Bakı.- 1970.-24 dekabr.
3.
Bayramoğlu Alxan. Böyük zəhmətin bəhrəsi // Respublika.- 2008.- 19 dekabr.-s4
4.
Məmmədli Razim. Ə. Haqverdiyev gürcüstan parlamentində // Bakı.- 1994.
5.
Bəxtiyar oğlu Nemət. Əbdürrəhim bəy Laçında doğulmuşdur // Azərbaycan
müəllimi.-1992.-26 mart
6.Qocayeva Güldəniz. Əbdürrəhim bəy Haqverdiyev -130 // Azərbaycan müəllimi.
1992. 12-20 dekabr.
Tərtib edən: Xəyalə Xəlilova – F. Köçərli adına Respublika Uşaq Kitabxanası elmi
metodika şöbəsinin baş kitabxanaçısı
Redaktor: Fizurə Quliyeva – F. Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru
Dostları ilə paylaş: |