TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
17
lisani, əyani və praktik metodların vəhdətdə istifadə edilməsi yaxşı səmərə verir;
tələbənin təlim-idrak fəaliyyətini daha çox stimullaşdıran metodlardan geniş istifadə
olunmalıdır;
nəzarət
və
özünənəzarət
metodlarının
intervalları
və
«nöqtə»ləri
müəyyənləşdirilməlidir;
təlim prosesinin planlaşdırıldığı istiqamətdə cərəyan etmədiyi hallar üçün «ehtiyat»
metodlar tapılmalıdır və s.
Ümumiyyətlə, bu və ya digər fənnin, yaxud bu və ya digər mövzunun tədrisi metodunu
müəyyənləşdirərkən situasiyadan, istifadə olunan vasitə və mənbələrdən, kontingentdən,
təlimə təsir edən müxtəlif amillərdən asılı olmayaraq, bütün təlim-tərbiyə metodlarının
öyrədici, inkişafetdirici, tərbiyəedici, təhrikedici, diaqnostik funksiyaları əsas götürülməlidir.
Təlim metodunun öyrədici funksiyası onun təlim məqsədlərini həll etməsində;
inkişafetdirici funksiyası təhsil alanların formalaşmasının müxtəlif səviyyələrini və tempini
təmin etməsində; tərbiyəedici funksiyası, şəxsiyyətin istiqamətini müəyyənləşdirməsində;
təhrikedici funksiyası təlim-idrak motivlərini inkişaf etdirməsində, diaqnostik funksiyası
nəzarət və korreksiya işini təmin etməsində özünü göstərir. Buradan belə nəticə çıxır ki, təlim
metodlarının «funksional yararlılığı» konkret şəraitdə eyni dərəcədə təzahür edə bilir. Digər
tərəfdən, zamanın tələbindən asılı olaraq bu və ya digər metod daha intensiv tətbiq olunur,
digərləri isə arxa plana keçir.
Təlim metodu seçərkən onun öz funksiyalarını nə dərəcədə səmərəli yerinə yetirdiyi,
başqa sözlə, «funksional yararlılığı» nəzərə alınmalıdır.
Təlim metodunun «funksional yararlığı» təhsil alanların nəzəri biliklərini və
dünyagörüşünü, təfəkkür və nitqini, hafizəsini, iradəsini və emosiyalarını inkişaf
etdirməsində, təlim maraqlarını, müstəqillik, fəallılıq və şüurluluğunu, təşəbbüskarlılığını,
biliklərin əldə edilməsi, sistemləşdirilməsi, möhkəmləndirilməsi və tətbiqi bacarıqlarını,
kollektiv produktiv fəaliyyəti, müntəzəm özünütəhsili təmin edə bilməsində təzahür edir.
Təlim metodları seçilərkən, onun «funksional yararlığı» ilə yanaşı, aşağıda qeyd olunan
mühüm amilləri də nəzərə alınmalıdır:
-«ictimai-sifariş» əsasında müəyyən edilən təhsilin ümumi məqsəd və vəzifələri;
-təhsil müəssisəsinin qarşısında duran konkret vəzifələr;
-tədris müəssisəsinin şəraiti, maddi-texniki bazası və yerləşdiyi region;
-tədris edilən fənnin xüsusiyyətləri;
-konkret mövzu ilə bağlı didaktik vəzifələr;
-təlimin prinsipləri;
-təhsil alanların yaş və fərdi xüsusiyyətləri, həyat təcrübəsi;
-qrup kontingentinin xüsusiyyətləri və inkişaf səviyyəsi;
-müəllimin fərdi-psixi xüsusiyyətləri, hazırlıq səviyyəsi, pedaqoji ustalığı;
-tədris olunan fənlərin metodikası.
Təlim metodlarını daha artıq təkmilləşdirmək məqsədilə qabaqcıl pedaqoji təcrübəni
öyrənmək, təlimin müasir texniki vasitələrindən və texnologiyalarından istifadə etmək, təlim
metodlarını fərdiləşdirmək, təhsil alanların müstəqilliyini və yaradıcılığını daha artıq inkişaf
etdirmək lazımdır.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
18
Texnoloji təlim texnologiyalarından istifadə aşağıdakı istiqamətlər üzrə aparılır.
1.Əsas materialın tekst (mətn), yaxud qrafik şəkildə təqdim edilməsinin ən sadə
texnologiyaları İnternet, Batnet, EuNet tipli kompyuter şəbəkəsidir. Öyrəniləcək materiallar
və məlumat materialları qlobal kompyuter şəbəkəsinin arxivində saxlanılır və kompyuter
şəbəkəsinə qoşulan sifarişçiyə əməliyyat rejimdə, yaxud sinxron (yunanca a-inkar şəkilçisi,
sunchrons - «eyni vaxtda» deməkdir) elektron poçt vasitəsilə çatdırılır.
2.Video-distant təlimin çox faydalı texnologiyasıdır. Videoplyonka ən yaxşı
müəllimlərin mühazirələrini dinləməyə imkan verir. Bunlardan həm videoauditoriyalarda,
həm də ev şəraitində istifadə etmək mümkündür.
3.Distant təlimin ən müfəssəl texnologiyalarından biri elektron dərsliklər və məlumat
kitablarıdır. Müvafiq texnologiya təlim materialını saxlamağa və istənilən anda istifadəyə
verməyə imkan yaradır. Bu zaman material həm adi, həm də SD-ROM tipli lazer diskə
yazılmış formada təqdim edilir. Müvafiq texnologiyalar özünütəhsil və özünüyoxlama üçün
əlverişli şərait yaradır. Bu texnologiyaların bir üstünlüyü də ondadır ki, kitabdan fərqli olaraq,
materialı qrafik formada təqdim etməyə imkan verir.
Distant təlim texnologiyalarının mühüm tərkib elementlərindən biri öyrədənlə
öyrənənlər arasındakı yaranan ünsiyyətdir. Ünsiyyətin sinxron sistemi informasiya mübadiləsi
(suallar, məsləhətlər, əlavə material, kontrol tapşırıqlar və s.) üçün şərait yaradır.
Sinxron ünsiyyətin geniş yayılmış forması səsli poçtdur. Öyrənən müəyyən nömrəyə
zəng edir və verdiyi suallar plyonkaya yazılır. Öyrədən bu plyonkanı dinləyir və cavabı başqa
plyonkaya yazdırır, öyrənən isə sinxron rejimdə onu dinləyir.
Ədəbiyyat
1.
Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. B.:Çaşıoğlu, 2002
2.
Kazımov N.M. Ali məktəb pedaqogikası. B.:Nicat, 1999
3.
Bəşirov B. Ali məktəb didaktikası. B.:Maarif, 1992
4.
Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konspektləri. B.:Maarif, 1983
5.
Talıbov Y.P., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.İ. Pedaqogika. B.:Maarif, 1993
6.
Abbasov A., Əlizadə H. Pedaqogika. B.:Renessans, 2000
7.
İsmixanov M. Pedaqogikanın əsasları. B.:Nafta-Press, 2002
8.
İsmixanov M. Pedaqogika. B.:Bakı Universiteti, 1998
9.
Qasımova
L.,
Mahmudov
R.
Pedaqogika.
B.:Çaşıoğlu,
2003
Dostları ilə paylaş: |