METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
46
Ümumtəhsil məktəblərində biologiyanın tədrisində
şagirdlərin idrak fəallığının İKT vasitəsilə artırılması
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İsmayılova Esmira Əlinazim qızı
ADPU-nun Kimya və Biologiya fakültəsinin
biologiyanın tədrisi metodikası
kafedrasının magistrantı II kurs, əyani
Xülasə
Məqalədə biologiyanın tədrisində şagirdlərdə idrak fəallığının artırılmasında
elektron təlim vasitələrinin rolu aydınlaşdırılmışdır.
Аннотация
В данной работе исследованы особенности методики применения
электронных средств обучения в преподавании биологии для повыщения
интеллектуальной активности.
Аbstract
T
he article is devoted to the teaching method means of the
electronic trainig
technology on the biology teaching for the formating of skills.
Açar sözlər: biologiyanın tədrisi , elektron təlim vasitələri
Ключевые слова: электронныe средств обучения, преподавании биологии.
Key words: elektron technology training means, biology training
XXI əsrdə Azərbaycan məktəblərində interaktiv təlim sistemindən
istifadə olunur. Fəal təlimin əsas subyekti şagirdlərdir. Digər fənnlərlə yanaşı
biologiyanın tədrisində də şagirdlərdə idrak fəallığının artırılması bir problem
kimi təhsilin qarşısında durur. Tədris prosesi elə təşkil olunmalıdır ki, idrak
fəallığı müstəqil öyrənmə fəaliyyəti doğursun, şagirdə “ilk kəşf” sevinci
keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak
fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail
olmaq üçün təlim prosesində idrak fəallığını stimullaşdıran problemli
situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması
nəticəsində bütün idrak prosesləri də fəallaşır və yeni bilikləri kəşf etməyə
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
47
yönəlir. Bunun üçün idrak fəallığını artıran metod və texnikalardan istifadə
olunmalıdır.
Dövrümüzün inkişafına müvafiq olaraq, ümumtəhsil məktəbləri gənc
nəslin həyata hazırlığını elə təmin etməlidir ki, onlar nəinki müasir dövrdən baş
çıxara bilsin, hətta gələcək dövr üçün lazım olan bilik və bacarıqlara müstəqil
yiyələnməyə xüsusi səy göstərsinlər. Problem təlim prosesində şagirdlərdə
idrak fəallığının inkişaf etdirilməsi ilə həll oluna bilər.
Akademik M.M.Mehdizadə göstərmişdir ki, “şagirdlərin idrak fəallığı
mövqeyi heç də kortəbii surətdə özbaşına formalaşmır. O, həm təlim-tərbiyə
prosesində: təlimin müxtəlif metod və priyomlarından, təşkil formalarından
mükəmməl və yüksək səviyyədə istifadə edilməsi nəticəsində, həm təlim
prinsiplərinin ardıcıl tətbiqi nəticəsində, həm də şagirdin “daxili” imkanlarının,
o cümlədən maraq və tələbatının istifadə edilməsi sayəsində formalaşır”
(1.s.381).
İnsanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm
yeri idrak, yaxud insanı əhatə edən mühit haqqında biliklər, onun təbiəti və
strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti
haqqında bilgi tutur.
İdrak obyektiv aləmin, onun qanun və qanunauyğunluqlarının insan
beynində müəyyən məqsədə yönələn fəal inikasıdır. Təlim prosesində idrak
fəaliyyətinin formalaşdırılması üçün nəyi öyrətməklə yanaşı, necə öyrətmək
problemi müəllimlərin qarşısında duran əsas vəzifələrdən biridir. Təlim
fəaliyyəti şagirddə yaradıcı təxəyyülün əsas inkişafetdiricisinə çevrilir.Müəllim
şagirdlərdə təlimə maraq oyatmaq üçün dərslərdə yaradıcılıq əhval-rusiyyəsi
yaratmaqla, yetirmələrini “tədqiqatçı” vəziyyətinə salmalıdır. Onları axtarıcılığa
sövq etməklə şagirdlər də nə isə tapa biləcəklərinə inam müəllim tərəfindən
yaradılmalıdır.
Fəal təlim şagirdlərin təhsillənməsində yeni keyfiyyətlər formalaşdıraraq
fəal idrak fəaliyyətinə əsaslanan bu prosesin sinonimi qismində “interaktiv”
təlim üsulları ilə üst-üstə düşür ki, onun da tətbiqi şagirdlərin tədqiqatçılıq
fəaliyyətlərində xüsusi rol oynayır. Fəal təlim idrak fəaliyyətinin təşkili və idarə
olunması üsullarının məcmusu kimi özünü göstərir.
Şagirdlərin tədqiqatçılıq fəaliyyətinin inkişafı üçün dərsdə idrak
fəaliyyətinin aktivləşdirilməsinə şərait yaradılmalı, induksiya, deduksiya,
analogiyadan istifadə edilməlidir. Təlim prosesində şagirdlərin idrak
fəaliyyətinin aktivləşdirilməsi həyata keçirildikdə, bir tərəfdən tədris olunan
material şüurlu surətdə mənimsənilir, digər tərəfdən ümumi qanunauyğunluqlar
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
48
və əsas ideyalar haqqında təsəvvür yaranır, bilik əqidəyə çevrilir. Dərsdə
şagirdlərin idrak fəaliyyətinin qüvvətləndirilməsi o zaman təmin edilir ki, onlar
özlərinin bütün qüvvələri ilə təlim prosesinə cəlb olunsunlar.
Ümumtəhsil məktəblərinin əsas fənləri, o cümlədən biologiya fənni
şəxsiyyətin humanist əsaslarının, vətəndaşlıq şüurunun və təfəkkürünün, ətraf
aləmə fəal yaradıcı münasibətinin təşəkkülünə, ümumi mədəniyyətinin
formalaşmasına şərait yaradır, təhsil prosesinin mühüm vəzifələrinin yerinə
yetirilməsini təmin edir.
Şagirdlərin idrak fəallığının inkişaf etdirilməsi vəzifələrinin həyata
keçirilməsi üçün biliklər hazır şəkildə deyil, onlar düşünüb, axtarıb tapmaq,
yaradıcı fəaliyyət göstərmək əsasında verilməldir. İdrak proseslərinin səviyyəsi
nə qədər yüksək olarsa, şagirdlər təlimdə bir o qədər uğur qazanar. Müəllim
şagirdlərin
idrak
proseslərini
fəallaşdırmaq,
stimullaşdırmaq,
istiqamətləndirmək məqsədinə xidmət edən metod və üsullar, təşkil formaları
seçməlidir.Şagirdə tədris materialında başlıcanı, əhəmiyyətlini, müvafiq
biliklərin obyektinin strukturunu müəyyənləşdirən ümumi münasibəti aşkara
çıxarmaq problemi öyrədilməlidir. Belə münasibət tədris materialının
xassələrini lazımınca öyrənməyə və təlimin hərtərəfli şəkildə təcrübəyə
tətbiqinə imkan verir.
Müəllim tədris-idraki fəaliyyətin motivlərinin meydana gəlməsinə,
mühafizə edilməsinə və üstünlük təşkil etməsinə çalışmalıdır. Bu məqsədlə o,
stimullardan, müvafiq fəaliyyətin zahiri təhrikedicilərindən istifadə etməlidir.
Biologiyanın interaktiv təlim metodlarının, informasiya kommunikasiya
texnologiyalarının köməyilə, fənlərarası və fəndaxili əlaqələrdən, problem
situasiyalardan istifadə etməklə tədrisi şagirdlərdə təbiətin öyrənilməsinə
marağı artırır, biologiyanın əsaslarına dərindən bələd olmağa əlverişli şərait
yaradır. Bunun nəticəsində təlimin səmərəliliyi yüksəlir, şagirdlərin müstəqil
işləri yerinə yetirmə fəallığı artır.
Ümumtəhsil məktəblərində biologiyanin tədrisində şagirdlərin idrak
fəalliğinin ikt vasitəsilə artirilmasi elektron təlim vasitələrinin tətbiqini nəzərdə
tutur.
Elektron təlim vasitələri tələbələrin aktiv və yaradıcı inkişafını elmi,
praktik biliklərlə təmin edən, qrafik, nitq, musiqili, video, şəkil və digər
məlumatların sistematik texnologiyaları toplusudur.
Elektron təlim vasitələri aparılan virtual laboratoriya işlərində
məlumatlarını vizuallığını, interaktivliyi təmin etməyə imkan verir.
Elektron təlim vasitələri aşagıdakı növlərə bölünür
Dostları ilə paylaş: |