METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
49
öyrədici vasitələr
diaqnostik vasitələr
köməkçi vasitələr
texniki vasitələr
Elektron təlim vasitələri öz məqsədinə görə aşagıdakı istiqamətlərdə
həyata keçirilir.
təhsil,
nümayiş,
diaqnostika
köməkçi
Təlimin nümayiş vasitələrinə təhsil prosesində istifadə edilən
videosujetləri, videofilmləri, prezentasiya və animasiyaları aid etmək olar.
Tədrisin diaqnostik vasitələri – yoxlama və təlimin səmərəliliyinin
ölçülməsi üçün nəzərdə tutulmuş elektron təlim vasitələridir
Təlimin köməkçi vasitələri komputer sisteminin texniki qurğularla bağlı
funksiyalarının əlavə xidmət proqram vasitələri ilə reallaşmasını təmin etməyə
imkan verir.
Əlavə xidmət proqram vasitələrinə verilənlərin arxivi, antivirus
proqramları, komputerin işləmə qabilliyətinin diaqnostikası, axtarış sistemləri
aiddir.
Axtarış sistemləri bioloji məlumatların informasiya mənbələrinin
təsvirini, informasiya axtarış dilinin və axtarış qaydalarının səmərəliliyini təmin
etməyə imkan verir.
Ümumtəhsil məktəblərində biologiyanin tədrisində müəllim idrak
prosesinin ziddiyyətli xarakterini nəzərə almalı, problemli vəziyyətlərin
yaradılması üçün əlverişli imkanlar açmalıdır. Şagirdlərin idrak fəallığının
səmərəliliyinin artırılması üçün bir sıra pedaqoji tələblərə əməl olunmalıdır.
İdrak fəallığının artırılmasına xidmət edən pedaqoji tələblərə aşağıdakıları
göstərmək olar:
-
Müəllim və şagirdlərin birgə fəaliyyəti prosesində subyektlərarası
münasibətlərin fəallaşdırılması;
-
Təlim prosesində şagirdlərin təşəbbüslərinin, yaradıcı imkanlarının
inkişaf etdirilməsi;
-
Müntəzəm şəkildə şagirdlərin idrak fəallığının artırılması, bunun
üçün dərslərdə əyaniliklərdən və İKT-dən istifadə olunması;
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
50
-
Şagirdlərin tələbatlarını, motivlərini, imkanlarını nəzərə alaraq onlara
şəxsiyyətyönümlü, şagirdyönümlü yanaşma prinsipinə riayət
olunması;
-
Təlim prosesində subyekt-obyekt və obyekt-subyekt münasibətlərinin
qarşılıqlı surətdə bərqərar olması son nəticədə subyekt-subyekt
münasibətlərinə gətirib çıxarması;
-
Təlimə motivasiya yaradaraq biliklərə təkidli cəhdin, yeni biliklərə
müstəqil yiyələnmə şəraitinin yaradılması;
-
İdrak fəallığının formalaşdırılmasına dair şagirdlərdə müsbət
motivasiyanın yaradılması;
-
Təlim fəaliyyətində təşəbbüskarlığın, müstəqilliyin və yaradıcılığın
inkişaf etdirilməsi;
-
Dərslərdə laboratoriya məşğələlərinə, praktik işlərə, təcrübələrin
aparılmasına diqqətin artırılması.
Şagirdlərin
idrak
fəallığının
və
yaradıcı
müstəqilliyinin,
təşəbbüskarlığının səmərəliliyinə nail olmaq üçün haqqında danışılan problemin
psixoloji əsaslarının aydın təsəvvür edilməsi lazımdır. İdrak fəallığında əsas
məsələ dərketməyə və fəaliyyətə tələbatın olmasıdır. Müəllim öz fəaliyyətində
idrak fəallığının strukturunun bütün elementlərini nəzərə almalı, idrak
fəallığının inkişafı vəzifələrinin yerinə yetirilməsinə kömək göstərməli, idrak
marağını diqqət mərkəzində saxlamalıdır.Müəllimin səmərəli fəaliyyəti
nəticəsində idrak marağı stimuldan motivə və nəticədə şagird üçün tələbata
çevrilməlidir.
İdrak fəallığının inkişafının mühüm pedaqoji göstəricisi şagirdlərin
yerinə yetirdikləri müstəqil işlərdir.Müəllim şagirdlərini müstəqilliyə
alışdıraraq çalışmalıdır ki, onlar özünütəhsil işinə məqsədyönlü və sistemli
qoşulsunlar. Onlar tədris materialını hazır şəkildə deyil, həmin materialın
müstəqil əldə edilməsinə nail olsunlar. Müəllimin vəzifəsi şagirdlərin diqqətini,
onların marağını tədris mövzusuna cəlb etmək, bu əsasda idrak fəallığının
inkişafına şərait yaratmaqdır.Şagirdin idrak müstəqilliyinin formalaşdırılması
üçün o, qarşısına məqsəd qoymağı bacarmalı və ona nail olmağa cəhd
göstərməlidir. Eyni zamanda şagird geniş idrak motivlərinə, stimullarına,
özünütəhsil və özünütəkmilləşdirmə motivlərinə yiyələnməlidir. Şagirddə özünə
müsbət münasibət formalaşdırılmalı, özünəinam yaradılmalı, özünütəhlil,
özünütəşkil və özünənəzarət bacarıqları aşılanmalıdır.
Təlim prosesində şagirdlər müəllimlə qarşılıqlı münasibətdə olur, bu
münasibətlər dərketmə fəaliyyətinə xeyli dərəcədə təsir göstərir. Müəllim
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
51
bütövlükdə sinfi idarə etdiyi kimi, şagirdlərin idrak fəaliyyətini də nəzarətdə
saxlayır. Bu idarəetmənin normal təşkili onun peşə hazırlığının və ustalığının
səviyyəsindən asılıdır. Şagirdlərin idrak fəallığının pedaqoji modelinə
əsaslanaraq o, fəaliyyətini təşkil edir, təlimə metodik baxımdan rəhbərlik edir,
tədris məşğələlərində vaxtdan səmərəli istifadəyə səy göstərir, gənclərin idrak
fəallığının formalaşdırılmasını diqqət mərkəzində saxlayır.Şagirdlərin idrak
fəallığının artırılmasına xidmət edən dərs nümunələrindən birini izləyək.
Biologiya – VI sinfində “Bakteriyaların təbiətdə və insan həyatında
rolu” mövzusununstandartı:4.1.1. Canlıların ətraf mehitlə və bir-birilə əlaqəsini
izah edir kimi verilmişdir.
Dərsin məqsədi“Bakteriyaların təbiətdə həyata keçirdikləri prosesləri
şərh edir vəbakteriyaların insan həyatındakı rolunu izah edir” kimi
müəyyənləşdirilir. Mövzunun həyat bilgisi, kimya ilə inteqrasiya yaradılması
mümkündür.Dərsi qrupla iş, kollektiv iş kimi təşkili faydalı hesab olunur. Beyin
həmləsi, müzakirə, suallar, tədqiqat, təqdimat kimi üsullar tətbiq oluna
bilər.Dərsdədərslik, iş vərəqləri, markerlər, komputer, slaydlardan istifadə
edilir. Dərs aşağıdakı mərhələlərlə təşkil olunur.
1. Motivasiya: Özü kiçik, işi böyük olan canlı varlıqların
şəkilləri verilir.
Yönəldici suallarla müraciət edilir:
Bu şəkillər nəyi ifadə edir?
Gözlə görünməyən Yer kürəsində geniş yayılan varlıqlar necə
adlanır?
Onlar təbiətdə hansı bioloji prosesləri həyata keçirirlər?
Onların insan həyatında rolu nədən ibarətdir?
Tədqiqat sualı:Bakteriyaların təbiətdə və insan həyatında nə
əhəmiyyəti var? Böyük “qəbirqazanları” adlandırır?
2. Tədqiqatın aparılması: Şagirdlərə bakteriyaların formalarının
adlarına uyğun şəkillər verilir və onlar 4 qrupa bölünürlər.
İş vərəqi 1.
Bakteriyaların təbiətdə geniş yayılmasının səbəbini izah edin.
Torpağın münbitləşməsində bakteriyaların rolunu izah edin.
Bitkilərin həyatında bakteriyalar nə kimi rol oynayır?
İş vərəqi 2.
Süd turşusu qıcqırdıcı bakteriyaların kənd təsərrüfatındakı rolunu
izah edin.
Dostları ilə paylaş: |