METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
60
İstifadə olunan ədəbiyyat:
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün həyat bilgisi fənn
kurikulumu (V-IX), Bakı, 2011, s.15-17.
2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənn
kurikulumu. Bakı, 2013, səh.8, 9,10.
3. Hüseynov Ə.M., Hacıyeva H.M. və b. Ümumtəhsil məktəblərində biologiyanın
tədrisində kurikulumun tətbiqi. Bakı, 2015.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
61
Biologiyanın tədrisində kompüter videogörüntülərilə
Azərbaycan florasının öyrədilməsi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Rafiq Əmrahov
BTM kafedrasının baş müəllimi
Pərvin Qafarova
Zoologiya kafedrasının baş müəllimi
Xülasə
Məqalədə biologiyanın tədrisində elektron videogörüntülərin rolu
aydınlaşdırılmışdır.
Аннотация
В данной работе исследованы особенности методики применения
электронных видео показов в преподавании биологии
Аbstract
T
he article is devoted for the
electronic video views ,on the biology
teaching.
Açar sözlər, biologiyanın tədrisi, elektron videogörüntülər
Ключевые слова: электронные видео показы, преподавание биологии.
Key words: biology training, electronic video views
Elm və texnikanın sürətlə inkişaf etdiyi indiki dövrdə təbii sərvətləri, o
cümlədən bitkiləri tanımaq, onlardan qənaətlə istifadə etmək, onlara diqqətlə,
qayğı ilə yanaşaraq, mühafizəsinə, artırılıb çoxaldılmasına səy göstərmək
zərurətini yaradır. Təbiət və cəmiyyət üçün bitkilərin misilsiz əhəmiyyətini dərk
etmək, onlara düzgün münasibət bəsləmək şəxsiyyətin biliyindən, bacarığından,
ekoloji mədəniyyətindən çox asılıdır. Bunun üçün ümumtəhsil məktəb
fənlərinin xüsusilə biologiyanın tədrisində geniş imkanlar mövcuddur. Həmin
imkanlardan səmərəli istifadə etməklə şagirdlərə floramızın mədəni bitkiləri ilə
yanaşı, çox faydalı yabanı florasını da öyrətmək mümkündür. Floristik bilik və
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
62
bacarıqlar verilməsi maarifləndirmə işləri orta məktəblərdə aparılmasını, nəzərə
alaraq biologiya fənn kurikulumunda “Canlılar və ətraf mühit” məzmun xətti
müəyyən edilmişdir [3. s.9]
Biologiya fənn kurikulumunda göstərilir ki, “Canlılar və ətraf mühit”
məzmun xətti üzrə şagirdlər canlıların bir-biri ilə və cansız aləmlə qarşılıqlı
münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və ondan istifadə
mədəniyyətinə, ekoloji amillər və bu amillərin qarşılıqlı əlaqələri haqqında
biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional
ekoloji problemləri doğuran səbəbləri araşdırmaqla yanaşı, canlılar aləmindən
davamlı inkişaf naminə istifadəyə imkan yaradır.
Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları tanıyır,
təbiətin qorunmasında bilavasitə iştirak edirlər.Bu məzmun xəttinə uyğun
olaraq şagird:
Canlıların bir-birilə və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir,
təqdimatlar hazırlayır;
Regional ekoloji problemlər, canlılar aləminin müxtəlifliyinin
qorunması ilə bağlı faktlar toplayır, təqdimatlar hazırlayır kimi təlim nəticələri
nümayiş etdirilməlidir[3. s.11].
Müasir dövr üçün vacib sayılan bu zəruri vəzifələrin həyata keçirilməsi
ilk növbədə təbiət elmlərinin, o cümlədən biologiya fənnini tədris edən
müəllimlərin nəzəri hazırlığından, tədris etdiyi fənnin tədrisində floramızı İKT
vasitəsilə öyrətmək, təbiətlə, bitkilərlə bağlı slaydlar hazırlamaq və təqdim
etmək bacarıqlarından çox asılıdır.
Biologiyanın məzmununda Azərbaycan florasının öyrədilməsinə,
canlılar və ətraf mühitlə bağlı məzmun standartlarını reallaşdırılmasına,
şagirdlərə ekoloji biliklərin ötürülməsinə imkan verən mövzular kifayət
qədərdir. Bunlara 6-cı sinifdə “Vətənimizin təbiəti”, “Bitkilərin qidalanması”,
“Bitkilərdə tənəffüs”, “Bitkilərin su buxarlandırması. Xəzan”, “Çiçəkli
bitkilərdə vegetativ çoxalma”, “Tozlanma”, “Orqanizmlərin mühitlə qarşılıqlı
əlaqəsi”, “Təbii birliklər”, “Azərbaycan qoruqları”, “Dərman bitkiləri” və başqa
mövzuları göstərmək olar. Bu mövzuların tədrisində, müəllim müxtəlif
resurslardan, xüsusilə bitki herbarilərindən istifadə etməli olur. Lakin
Azərbaycan florası o qədər zəngindir ki, müəllim onlarla şagirdləri tanış
etməsində resurs çətinlikləri ilə qarşılaşır. Bu çətinliyin aradan qaldırılmasında
ona İKT vasitəsilə hazırlanmış videgörüntülər kömək edir[1. s.91]
7-ci sinifdə “İbtidai və ali sporlu bitkilər”, “Ali toxumlu bitkilər”
bəhslərinin tədrisində müəllim Azərbaycan florasına məxsus bir çox relikt,
Dostları ilə paylaş: |