M a d d ə 1 2 .
Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən
kənarda törədilən cinayətlərə görə qüvvəsi
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında
daimi
yaşayan
vətəndaşlığı
olmayan
şəxslər
Azərbaycan
Respublikasının
hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl
həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin
qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici
dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb
edilirlər.
12.1-1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında
daimi
yaşayan
vətəndaşlığı
olmayan
şəxslər
Azərbaycan
Respublikasının
hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə
olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında
cinayət məsuliyyətinə cəlb edilirlər.
[5]
12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan
Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu
Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
12.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament
assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan
Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq
mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici
dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb
edililər.
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri,
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə,
işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq
müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv
materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş
Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər,
cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
[6]
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası
Silahlı Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan
Respublikasının hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu
Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.