Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə3/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   2   3   4   5   6   7   8   9   ...   105

M a d d ə   1 2 .  Cinayət  qanununun  Azərbaycan  Respublikası  ərazisindən 
kənarda törədilən cinayətlərə görə qüvvəsi
 
12.1.  Azərbaycan  Respublikasının  vətəndaşları  və  Azərbaycan  Respublikasında 
daimi 
yaşayan 
vətəndaşlığı 
olmayan 
şəxslər 
Azərbaycan 
Respublikasının 
hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl 
həm  Azərbaycan  Respublikasının,  həm  də  ərazisində  törədildiyi  xarici  dövlətin 
qanunvericiliyinə  əsasən  cinayət  sayılırsa  və  bu  cinayətə  görə  həmin  şəxslər  xarici 
dövlətdə  məhkum  olunmamışlarsa,  bu  Məcəllə  əsasında  cinayət  məsuliyyətinə  cəlb 
edilirlər. 
12.1-1.  Azərbaycan  Respublikasının  vətəndaşları  və  Azərbaycan  Respublikasında 
daimi 
yaşayan 
vətəndaşlığı 
olmayan 
şəxslər 
Azərbaycan 
Respublikasının 
hüdudlarından  kənarda  törədikləri  korrupsiya  cinayəti  və  qulluq  mənafeyi  əleyhinə 
olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında 
cinayət məsuliyyətinə cəlb edilirlər.
[5]
 
12.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 
hüdudlarından  kənarda  Azərbaycan  Respublikasının  vətəndaşlarına,  Azərbaycan 
Respublikasının  maraqlarına  (mənafelərinə)  qarşı  cinayət  törətdikləri  halda,  habelə 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə 
tutulmuş  hallarda  və  bu  cinayətə  görə  xarici  dövlətdə  məhkum  olunmadıqda,  bu 
Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. 
12.2-1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 
hüdudlarından  kənarda  beynəlxalq  təşkilatların  vəzifəli  şəxsləri,  beynəlxalq  parlament 
assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan 
Azərbaycan  Respublikası  vətəndaşlarının  iştirakı  ilə  korrupsiya  cinayəti  və  qulluq 
mənafeyi  əleyhinə  olan  digər  cinayət  törətdikləri  halda  və  həmin  cinayətə  görə  xarici 
dövlətdə  məhkum  olunmadıqda,  bu  Məcəllə  əsasında  cinayət  məsuliyyətinə  cəlb 
edililər. 
12.3.  Sülh  və insanlıq əleyhinə  cinayətlər,  müharibə  cinayətləri,  insan  alveri, 
terrorçuluq,  terrorçuluğu  maliyyələşdirmə,  hava  gəmisini  qaçırma,  girov  götürmə, 
işgəncələr,  dəniz  quldurluğu,  narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz 
dövriyyəsi,  saxta  pul  və  ya  qiymətli  kağızları  hazırlama  və  ya  satma,  beynəlxalq 
müdafiədən  istifadə  edən  şəxslərə  və  ya  təşkilatlara  hücum  etmə,  radioaktiv 
materiallarla  əlaqədar  cinayətlər,  habelə  cəzalandırılması  Azərbaycan  Respublikasının 
tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  irəli  gələn  digər  cinayətlər  törətmiş 
Azərbaycan  Respublikası  vətəndaşları,  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər, 
cinayətlərin  törədilməsi  yerindən  asılı  olmayaraq,  bu  Məcəllə  əsasında  cinayət 
məsuliyyətinə cəlb edilir və cəzalandırılır. 
[6]
 
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası 
Silahlı  Qüvvələrinə  mənsub  hərbi  hissələrin  hərbi  qulluqçuları  Azərbaycan 
Respublikasının  hüdudlarından  kənarda  törətdikləri  cinayətə  görə,  Azərbaycan 
Respublikasının  beynəlxalq  müqavilələri  ilə  başqa  hal  nəzərdə  tutulmamışsa,  bu 
Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. 


12.5.  Bu  Məcəllənin  12.1-ci  maddələrində  nəzərdə  tutulmuş  şəxslərə  Azərbaycan 
Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş 
xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
[7]
 
M a d d ə   1 3 .  Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) 
[8]
 
13.1.  Xarici  dövlətin  ərazisində  cinayət  törətmiş  Azərbaycan  Respublikasının 
vətəndaşları  xarici  dövlətə  verilə  bilməz.  Həmin  şəxslərin  cinayət  məsuliyyətinə  cəlb 
edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir. 
13.2.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  cinayət  törətmiş  və 
Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət 
məsuliyyətinə  cəlb  edilməsi  yaxud  təyin  edilmiş  cəzanın  icrası  üçün  "Cinayət  törətmiş 
şəxslərin  verilməsi  (ekstradisiya)  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa, 
Azərbaycan 
Respublikasının 
digər 
qanunvericilik 
aktlarına 
və 
Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  xarici  dövlətə 
verilə bilərlər. 
[9]
 
13.3.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  cinayət  törətmiş  şəxslər 
xarici  dövlətə  verilmirsə  və  həmin  əməl  (hərəkət  və  ya  hərəkətsizlik)  bu  Məcəlləyə 
əsasən  cinayət  sayılırsa,  onlar  Azərbaycan  Respublikasında  cinayət  məsuliyyətinə  cəlb 
edilirlər. 
13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət 
törətmiş  şəxslərin  verilməsinə  dair  digər  müddəalar  müəyyən  olunduqda,  beynəlxalq 
müqavilələr tətbiq edilir. 
[10]
 
  
İKİNCİ BÖLMƏ 
CİNAYƏT HAQQINDA 
3-cü fəsil 
CİNAYƏT ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI 
M a d d ə   1 4 .  Cinayət anlayışı
 
14.1.  Bu  Məcəllə  ilə  cəza  təhdidi  altında qadağan  olunmuş  ictimai  təhlükəli  əməlin 
(hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 
14.2.  Cinayət  qanununda  nəzərdə  tutulmuş  hər  hansı  əməlin  (hərəkət  və  ya 
hərəkətsizliyin)  əlamətləri  formal  cəhətdən  mövcud  olsa  da,  lakin  az  əhəmiyyətli 
olduğuna  görə  ictimai  təhlükəli  sayılmayan,  yəni  şəxsiyyətə,  cəmiyyətə  və  yaxud 
dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya 
hərəkətsizlik) cinayət hesab edilmir. 
      M a d d ə   1 5 .  Cinayətlərin təsnifatı
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə