Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə5/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   2   3   4   5   6   7   8   9   ...   105

Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya 
digər  güclü  təsir edən  maddələrdən  istifadə  nəticəsində)  sərxoş  halda  cinayət  törətmiş 
şəxs cinayət məsuliyyətindən azad olunmur. 
5-ci fəsil 
TƏQSİR 
M a d d ə   2 4 .  Təqsirin formaları
 
24.1.  Əməli  (hərəkət  və  ya  hərəkətsizliyi)  yalnız  qəsdən  və  ya  ehtiyatsızlıqdan 
törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 
24.2.  Ehtiyatsızlıqdan  törədilmiş  əməl  (hərəkət  və  ya  hərəkətsizlik)  yalnız  bu 
Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsi  ilə  nəzərdə  tutulmuş  hallarda  cinayət 
sayılır. 
M a d d ə   2 5 .  Cinayətin qəsdən törədilməsi
 
25.1.  Birbaşa  və  ya  dolayı  qəsdlə  törədilmiş  əməl  (hərəkət  və  ya  hərəkətsizlik) 
qəsdən törədilmiş cinayət sayılır. 
25.2.  Şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai  təhlükəli  olduğunu 
dərk  etmiş,  onun  ictimai  təhlükəli  nəticələrini  qabaqcadan  görmüş  və  bunları  arzu 
etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 
25.3.  Şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai  təhlükəli  olduğunu 
dərk  etmiş,  onun  ictimai  təhlükəli  nəticələrini  qabaqcadan  görmüş,  lakin  bunları  arzu 
etməmiş  və  belə  nəticələrin  baş  verməsinə  şüurlu  surətdə  yol  vermişdirsə,  bu  halda 
cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. 
M a d d ə   2 6 .  Cinayətin ehtiyatsızlıqdan törədilməsi
 
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində 
törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 
26.2.  Şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai  təhlükəli  nəticələr 
verə  biləcəyi  imkanını  qabaqcadan  görmüş,  lakin  kifayət  qədər  əsas  olmadan  onların 
qarşısını  alacağını  güman  etmişdirsə,  bu  əməl  (hərəkət  və  ya  hərəkətsizlik) 
cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 
26.3.  Şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai  təhlükəli  nəticələr 
verə  biləcəyi  imkanını  lazımi  diqqət  və  ehtiyatlılıq  göstərərək  qabaqcadan  görməli 
olduğu  və  görə  biləcəyi  halda,  onları  görməmişdirsə,  bu  əməl  (hərəkət  və  ya 
hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. 
6-cı fəsil 


BAŞA ÇATMAYAN CİNAYƏT 
M a d d ə   2 7 .  Başa çatmış və başa çatmayan cinayət
 
27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə 
nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış 
hesab olunur. 
27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. 
27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu 
maddələrinə istinad  olunmaqla  bu  Məcəllənin  başa  çatmış  cinayətlərə  görə  məsuliyyət 
nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. 
M a d d ə   2 8 .  Cinayətə hazırlıq
 
28.1.  Cinayət  törətmək  üçün  vasitə  və  ya  alət  axtarma,  əldə  etmə  və  ya  hazırlama, 
yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət 
törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı 
olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. 
28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət 
məsuliyyətinə səbəb olur. 
M a d d ə   2 9 .  Cinayət etməyə cəhd
 
Bilavasitə  cinayət  törətməyə  yönəldilmiş  qəsdən  edilən  əməl  (hərəkət  və  ya 
hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, 
cinayət etməyə cəhd hesab olunur. 
M a d d ə   3 0 .  Cinayət törətməkdən könüllü imtina etmə
 
30.1.  Cinayəti  başa  çatdırmaq  imkanına  malik  olduğunu  dərk  edən  şəxs  tərəfindən 
cinayətə  hazırlıq  hərəkətlərinin  və  ya  bilavasitə  cinayət  törətməyə  yönəldilmiş  əməlin 
(hərəkət  və  ya  hərəkətsizliyin)  dayandırılması,  cinayəti  törətməkdən  könüllü  imtina 
etmə sayılır. 
30.2.  Cinayəti  başa  çatdırmaqdan  könüllü  olaraq  qəti  imtina  edən  şəxs  cinayət 
məsuliyyətinə cəlb olunmur. 
30.3.  Cinayəti  başa  çatdırmaqdan  könüllü  imtina  edən  şəxs  yalnız  o  halda  cinayət 
məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. 
30.4.  Cinayətin  təşkilatçısı  və  cinayətə  təhrikçi  müvafiq  dövlət  hakimiyyəti 
orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən 
cinayətin  başa  çatdırılmasını  aradan  qaldırdıqları  halda,  cinayət  məsuliyyətinə  cəlb 
olunmurlar.  Köməkçi,  bilavasitə  cinayət  törətməyə  yönəlmiş  əməllər  başlananadək 
icraçıya  qabaqcadan  vəd  olunmuş  köməkdən  imtina  etmişdirsə  və  ya  artıq  göstərilmiş 
köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur. 


30.5.  Təşkilatçı  və  ya  təhrikçi  bu  Məcəllənin  30.4-cü  maddəsi  ilə  nəzərdə  tutulan 
hərəkətləri  ilə  icraçı  tərəfindən  cinayətin  törədilməsinin  qarşısını  ala  bilmədikdə, 
məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər. 
7-ci fəsil 
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ 
M a d d ə   3 1 .  İştirakçılıq
 
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq 
sayılır. 
M a d d ə   3 2 .  İştirakçılığın növləri
 
32.1.  Cinayətin  icraçısı  ilə  birlikdə,  təşkilatçısı,  təhrikçisi  və  köməkçisi  cinayətin 
iştirakçıları sayılırlar. 
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində 
bilavasitə  iştirak  etmiş  şəxs  (birgə  icraçılıq),  eləcə  də  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş 
hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti 
törətmiş şəxs icraçı sayılır. 
32.3.  Cinayətin  törədilməsini  təşkil  etmiş  və  ya  həmin  cinayətin  törədilməsinə 
rəhbərlik  etmiş,  eləcə  də  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat) 
yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 
32.4.  Ələ  alma,  sövdələşmə,  hədə-qorxu  gəlmə  və  ya  digər  üsullarla  başqa  şəxsi 
cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. 
32.5.  Cinayətin  törədilməsinə  məsləhətləri,  göstərişləri  və  məlumatları  ilə,  cinayət 
törədilməsi  üçün  alət  və  ya  vasitələr  vermək  və  ya  maneələri  aradan  qaldırmaqla 
yardım  etmiş  şəxs,  habelə  cinayət  törətmiş  şəxsi,  cinayət  alətlərini  və  ya  vasitələrini, 
cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı 
gizlətməyi,  belə  pul  vəsaitlərini  və  ya  digər  əmlakı  əldə  etməyi,  onlara  sahiblik  və  ya 
onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi 
sayılır
.
[19]
 
M a d d ə   3 3 .  Cinayətin iştirakçılarının məsuliyyəti
 
33.1.  Cinayətin  iştirakçılarının  məsuliyyəti  onların  hər  birinin  cinayətin 
törədilməsində  faktiki  iştirakının  xarakterindən  və  dərəcəsindən  asılı  olaraq  müəyyən 
edilir. 
33.2.  Cinayətin  birgə  icraçıları  birgə  törətdikləri  cinayətə  görə,  bu  Məcəllənin  32-ci 
maddəsinə  istinad  edilmədən,  həmin  Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulmuş 
müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 
33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin 
törədilməsində  onların  eyni  vaxtda  birgə  icraçı  kimi  iştirak  etdiyi  hallar  istisna 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə