Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
251
lı olaraq burada ilk növbədə A.O.Makovelskinin xidmətləri qeyd edilir, daha
sonra Ə.Şakirzadə, Ə.K.Zəkuyev, H.Hüseynov, S.Rzaquluzadə, Ş.İsmayılov və
F.F.Qasımzadənin yaradıcılıqları təhlil olunur.
Bu tədqiqatların diqqət mərkəzində əsasən Azərbaycan fəlsəfi fikrinin klas-
sik mərhələsi durmuşdur. Demək olar ki, bu cür tədqiqatlar Azərbaycan fəlsəfi
məktəbinin yaranması və təşəkkül tapmasında olduqca mühüm rol oynamışdır.
Vətən tarixi, dili, elmi, həyat tərzi, düşüncə istiqaməti daima tədqiqatçıların
diqqət mərkəzində olmalı mövzulardır. Z.Göyüşovun bu əsərinin böyük
əhəmiyyəti ondadır ki, burada XX əsrin əvvəllərindən 70-ci illərə qədərki fəlsəfi
irsimiz ardıcıl şəkildə, bütün mümkün vasitələrlə tədqiqata cəlb edilməklə ətraflı
təsvir edilmişdir. Böyük səy və zəhmətin məhsulu olan bu əsər, heç şübhəsiz,
ziddiyyətli məqamlardan və səhvlərdən də azad deyil. Lakin bütövlükdə
bu kitab əsasında xronoloji ardıcıllıqla bir çox fəlsəfi ideyalara Azərbaycan
siyasətçilərinin, ziyalılarının, alimlərinin münasibətini öyrənmək olar.
Ən əsası isə odur ki, bu gün artıq dünya fəlsəfi irsinə qovuşmuşuq,
Azərbaycan və Şərq bölgəsi fəlsəfəsinə, onun tarixinə yiyələnmişik, ehkamlara
meyil salanda dünyagörüşümüzün necə təhrif olunmasını müşahidə etmişik və
atdığımız bir çox səhv addımlardan xəbərdar olmuşuq.
Hesab edirik ki, müasir dövrün tədqiqatçılarının əsas vəzifəsi bir çox fakt-
lara, hadisələrə və proseslərə yenidən, bugünkü prizmadan yanaşaraq qiymət
vermək, bunları ümumdünya mənəvi prosesləri fonunda (istər o zamankı,
istərsə də bugünkü) izləmək və nəticələr çıxarmaqdır. Belə tədqiqatın aparılma-
sı bir çox çətinliklərə qarşı çıxıb, onlara tab gətirmək deməkdir. Burada söhbət
əsasən cəmiyyətdə alimin mövqeyi, statusu, onun yaşadığı sosial idealları və
dəyərləridir. Bu mənada Z.Göyüşovun obyektivliyi şübhəsizdir, baxmayaraq ki,
o da öz zəmanəsinin yetirməsidir: sovet ölkəsində yaşayan adam həmin rejimə,
onun ideyalarına qarşı çıxış edə bilməzdi.
İstifadə edilmiş ədəbiyyat:
1. Геюшев З.Б. Философская мысль в советском Азербайджане. Краткий очерк. Баку:
Эльм, 1979.
2. Современная буржуазная философия. /Под ред. А.С.Богомолова, Ю.К.Мельвиля,
И.С.Нарского/. М.: Высшая школа, 1978.
3. Маковельский А.О. Развитие философских наук в советском Азербайджане // Труды
АГУ им. с. М. Кирова т.VI, 1948.
4. Кочарли Ф.К. Философская наука Советского Азербайджана // “Вопросы философии”,
1973, №4.
5. Геюшев З.Б. Развития марксистско–ленинской философии в Азербайджане (с 1917
до наших дней ) // Известия АН Азерб. ССР. История, философия, право, 1968, №2.
6. М.Вебер. Смысл “свободы от оценки” в социологической и экономической науке. //
Избранные произведения. //http://www.gumer.info
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
252
Vusala Musaeva
Philosophycal-historical researches in modern Azerbaijan
This article discusses the main approaches to the analysis of scientific
development philosophy of Azerbaijan in the 20-50s of the twentieth century.
It was established that in Soviet period the basis for these developments
has been the Marxist approach to the study of philosophical problems. At
the same time these studies laid the foundation of philosophical schools in
Azerbaijan and played an important role in its further development. In this
respect, notably the role of philosophy in the study of the history of this period,
Azerbaijan Prof. Z. Geyushev. In his writings, he consistently and methodically
develops urgent problems of philosophical studies, revealing the characteristic
features here. In his works one can trace the history of the development not
only of philosophical ideas, but also the history of political, spiritual and moral
development of the country during this period. The task of researchers - to
continue this work today.
Вюсаля Мусаева
Философски-исторические исследования в современном
Азербайджане
В данной статье рассматриваются основные подходы к анализу на-
учных философских разработок в Азербайджане в 20-50-е годы ХХ века.
Установлено, что в советский период в основе данных разработок ле-
жит марксистский подход к исследованию философской проблемати-
ки. Вместе с тем, подобные исследования заложили основу современ-
ной философской школы в Азербайджане и сыграли большую роль в ее
дальнейшем развитии. В этом отношении особо следует выделить роль
в изучении истории философии Азербайджана указанного периода про-
фессора З. Геюшева. В своих трудах он последовательно и методично раз-
рабатывает актуальные проблемы философских исследований, выявляя
здесь характерные особенности. В его произведениях можно проследить
историю развития не только философских идей, но и историю политиче-
ского, духовно-нравственного развития страны в указанный период. За-
дача исследователей – продолжить данную работу и сегодня.
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
253
Jurnal haqqında
“STRATEJİ TƏHLİL” jurnalı 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təsis edilmişdir. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyində 3236 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə
alınmışdır.
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata
alınmış (ISSN 2078-8037) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı ilə “tarix,
antropologiya və siyasi elmlər” üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.
Jurnalın elmi məqsədi
“Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat,
hüquq, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və psixologiya kimi ictimai və
humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən
ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin,
yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Ümumi qaydalar
Məqalələrin məzmunu
Məqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik
tələblərə cavab verməlidir. Elmi məqalənin “Giriş” hissəsində mövzunun aktuallığı
əsaslandırılmalı, “Mətn” hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər
bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin
xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi
əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli
sürülməlidir.
1.
Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi
Redaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi
nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və Strateji Araşdırmalar
Mərkəzinin qaydalarına (www.sam.gov.az) tam cavab verməlidir.
1)
Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:
-
UOT indekslər və ya PACS tipli kodlar;
-
“Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”,
“Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”;
-
“Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 5 söz və söz birləşməsindən az
olmayaraq),
-
“Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat
siyahısı”
-
“Xülasə” (Azərbaycan, ingilis və rus dillərində - 6-7 cümlədən az olmayaraq)
göstərilməlidir.
2) Əlyazmaların mətni Microsoft Office Word proqramında A4 (210 x 297mm)
formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm,
soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır.
3) Məqalənin başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük
MÜƏLLİFLƏR ÜÇÜN YADDAŞ
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
254
olmaqla, qalın şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan,
cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara
boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ
küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl
nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl
və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin
sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.
Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər
sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq,
onlar nömrələnməli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.
Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-
dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop,
CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılmalıdır. Əlyazmada
istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı,
onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir.
Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın
qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra
yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır.
5)Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələrin həcmi 8 səhifədən az olmamalıdır.
6) Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin
sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlinən
ardıcıllıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı), ya da əlifba ardıcıllığı ilə
nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda
istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısında
verilən hər bir istinad haqqında məlumat tam, dəqiq və orjinalın dilində olmalıdır.
İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi
məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər
nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin,
məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri
verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
“Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş
ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş
ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:
a) Kitablar:
Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: “Elm”, 2012,
-476 s.
b) Jurnallar:
Şixəliyev E.İ. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil”
jurnalı, №7(35), Bakı: “Elm”, 2013, s. 32-45.
c) Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):
“Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli
inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının
materialları. Bakı: “Şərq-Qərb”, 2010, s. 314-316.
ç) Dissertasiyalar və avtoreferatlar:
Məmmədov H.B. Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin
aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: “Elm”, 2013, - 44 s.
d) Müəlliflik şəhadətnamələri və patentlər:
Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988, № 4, c.50
Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.
e) İnternet səhfələri (internet səhfələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
255
olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır):
http://www.stat.gov.az/# (15.11.2013) / 2013-cü ilin yanvar-oktyabr aylarında
ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.
Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə,
monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
Mətndə istifadə edilməyən mənbələr “İstifadə edilmiş ədəbiyyat” hissəsində
göstərilməməlidir.
2.
Məqalənin redaksiyaya təqdim edilmə qaydası
Məqalənin orijinalı 2 nüsxədə (həmçinin elektron forması kompakt diskdə)
tədqiqatın aparıldığı müəssisənin göndəriş məktubu və elmi şurasının müvafiq
iclas protokolundan çıxarış ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya
(AZ 1005, Bakı şəhəri, M.İbrahimov küçəsi 8. Strateji Araşdırmalar Mərkəzi) təqdim
edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya
təqdimedilmə tarixi göstərilməlidir.
Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq “Müəllif anketi”ni
doldurmalıdırlar. Göndəriş məktubu və müəllif anketinin nümunəsini jurnalın
internet səhifəsindən (www.sam.az) və ya redaksiyadan götürmək olar.
Məqalələrin elektron qaydada təqdim edilməsi də mümkündür. Bunun üçün
müəlliflər məqalələrini jurnalın elektron poçtuna (strateji_tehlil@sam.az)
göndərməlidirlər.
3.
Məqalələrin resenziyalaşdırılması və dərci
Redaksiyaya təqdim edilən məqalələr (əlyazmalar) mütəxəssislər (resenzentlər)
tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra redaksiya
heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim
edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Məqalələr
resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə
dərc edilir.
4.
Müəlliflik hüquqları
Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin
bütün nəşr hüquqları “Strateji təhlil” jurnalına aiddir. Jurnalda çap edilmiş
məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı
istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə
göstərilmək şərti ilə yol verilir.
Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş
əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.
Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.
5.
Nəşrin müəlliflərə təqdim edilməsi
Dərc olunmuş məqaləyə görə müəllifə qonorar və jurnalın bir nüsxəsi verilir.
6.
Redaksiyanın ünvanı
AZ 1005, Bakı şəhəri, M.İbrahimov küçəsi 8.
Strateji Araşdırmalar Mərkəzi.
7.
Ələqə telefonları
596-82-36/37 (daxili 130/137).
“STRATEJİ TƏHLİL” jurnalının redaksiyası
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
256
QEYD ÜÇÜN
Dostları ilə paylaş: |