52
fönəldilməsi, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi,
infrastruktura qoyulan investisiyanın üstünlüyünün təmin edilməsi və dövlət
investisiyasının elmi tutumlu layihələrə yönəldilməsi müəyyən edilmişdir.
Dövlət investisiya siyasətində müəyyən olunan istiqamətlərə 2016-cı ildə
dövlət büdcəsindən əsaslı xərclərə 4826 milyon manat və ya ümumi xərclərin 29,7
faiz həcmində investisiya proqnozlaşdırılmışdır.
Cədvəl 2.2.14
Dövlət büdcəsindən «sənaye tikinti və faydalı qazıntılar» bölməsinə
yönəldilən xərclər (mln.manat)
№
Sahələrin adı
2014
2015
2016
icra
proqnoz
layihə
1
Sənaye
2
2
2
2
tikinti
6259,5
6932,8
3558,1
3
Faydalı qazıntılar
17
16,9
20,8
CƏMİ
6278,5
6951,6
3578,9
* AR 2016-cı il üçün Dövlət büdcəsi haqqında Qanun.
Yuxarıdakı cədvəl məlumatlarından göründüyü kimi, «sənaye, tikinti və
faydalı qazıntılar» bölməsi üzrə 2016-cı il üçün nəzərdə tutulmuş 3558,1
mln.manatı «tikinti»yə, 20,8 mln.manatı isə «faydalı qazıntılar» üçün
proqnozlaşdırılmışdır.
Yuxarıda qeyd olunan xərclər üçün nəzərdə tutulmuş investisiya, ölkənin
sosial-iqtisadi inkişafında mühüm rol oynayır, çünki vəsaiti zəruri sahələrə
yönəldərək daha səmərəli istifadə olunması dövlət investisiya siyasətinin əsas
istiqamətlərindən biridir.
2016-cı ildə ölkədə sənayenin, tikintinin inkişafı üçün nəzərdə tutulmuş vəsait
ÜDM-in 6,2%-nə, dövlət büdcəsi xərclərinin isə 22,0%-nə bərabərdir.
Dünyada iqtisadiyyatın qloballaşması prosesində respublikada iqtisadiyyatın
neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin
edilməsi və onun dünya iqtisadiyyatına inteqrasiya olunması, yeni texnolojiyaların
inkişafı və s. tədbirlər gələcəkdə dövlətin sənaye siyasətinin əsas istiqamətlərini
təşkil edir.
53
2016-2020-ci illərdə sənaye sahələrinin, eləcə də qeyri-neft sektorunun
inkişafı üçün dövlət vəsaitinin istifadəsi nəzərdə tutulur. Belə ki, dövlət vəsaiti
sənaye sahələrində müasir tipli sənaye komplekslərinin, sənaye parklarının
yaradılmasına, iqtisadi rayonlarda sənaye infrastrukturunun genişləndirilməsinə,
sənaye strukturunun yenidənqurulmasına və s. məqsədlərə yönəldiləcəkdir.
Azərbaycan Respublikasında sahibkarlığın inkişayı məqsədilə biznes
mühitinin daim yaxşılaşdırılması, yerli və xarici investisiyaların, müasir
texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli
məhsulların istehsal edilməsi dövlətin müəyyən etdiyi iqtisadi inkişaf
strategiyasının prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti
gələcəkdə biznes mühitinin daha da yaxşılaşdırılmsına, dövlət himayəsinin
təkmilləşdirilməsinə, iqtisadi münasibətlərin inkişaf etdirilməsinə, bazar
iqtisadiyyatının tələblərinə uyğun səmərəli fəaliyyətin təmin edilməsinə
yönəldiləcəkdir.
Azərbaycan Respublikasında dövlətin həyata keçirdiyi iqtisadi siyasət
makroiqtisadi sabitliyin qorunmasına, inflyasiyanın birrəqəmli səviyyədə
saxlanılmasına, iqtisadiyyatın neft sektorundan asılılığının azaldılmasına və qeyri-
neft sektorunun inkişaf etdirilməsinə yönəldilmişdir.
Dövlətin investisiya siyasəti ölkə iqtisadiyyatının potensialını müəyyən
etməklə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsində də vacib alətlərdən
hesab olunur. Ölkənin uzunmüddətli dövrdə dayanaqlı və tarazlı inkişafının təmin
olunmasında,
ayrı-ayrı
təsərrüfat
subyektlərinin
iqtisadi
fəaliyyətinin
yüksəldilməsində dövlət tərəfindən həyata keçirilən investisiya qoyuluşlarının
həcmi və formaları mühüm əhəmiyyət kəsb edir.
Ölkənin investisiya proqrammı daxili maliyyə ehtiyatlarının daha çox cəlb
olunması, regionların inkişafına, sosial və infrastruktur obyektlərin tikintisinə və
bərpasına üstünlüyün verilməsi, vəsaitdən istifadənin səmərəliliyinin artırılması
istiqamətində investisiya xərclərinin srukturunun təkmilləşdirilməsinin davam
etdirilməsi qarşıda duran vəzifələrdəndir.
54
Respublikada qeyri-neft sektorunda əsas kapitala yönəldilən investisiyaların
səmərəli yerləşdirilməsini, qeyri-neft sənayesinin inkişafını onun məhsullarının
ixrac yönümlü olmsını təmin etmək məqsədi ilə aşağıdakı təkliflər məqsədəuyğun
hesab edilir:
- respublikanın ayrı-ayrı rayon və şəhərlərində sənaye parklarının
(məhlələrinin) təşkilinin genişləndirilməsi;
- qeyri-neft sektorunda elmitutumlu və inovativ təyinatlı tədbirlərə üstünlüklə
innovasiyaların yönəldilməsi;
- qeyri-neft sektorunda əsas kapitala xarici investisiyaların cəlb edilməsi
sisteminin daha da təkmilləşdirilməsi;
- qeyri-neft sektorunda ixracyönümlü sahələrə xarici investisiyaların həcminin
artırılması;
- qeyri-neft sektorunun ən vacib sahələrindən biri olan kənd təsərrüfatının
inkişafına xarici investisiyanın yönəldilməsi;
- qeyri-neft sənayesinin inkişafında ixracyönümlü məhsulların xüsusi
çəkisinin artırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsinin
sürətləndirilməsi məqsədəuyğundur. Məsələn, onların standarta uyğunluğunun
təmin edilməsi və s.
- qeyri-neft sektourunun inkişafında müasir elmi və texnoloji nailiyyətlərə
əsaslanan tədbirlərin tətbiqinin genişləndirilməsi;
- qeyri-neft sektorunun inkişafında və ölkənin ərzaq təhlükəsizliyinin
gücləedirilməsində xüsusi rolu olan kənd təsərrüfatının inkişafına dövlət
təminatının genişləndirilməsi;
- sənayenin inkişaf proqramına əsasən müəssisələrin yeni texniki ilə təmin
olunması üçün müasir avadanlıqların ölkəyə gətirilməsi ölkənin xarici ticarətində
üstünlüyün təşkil etməsi məqsədəuyğundur ki, ölkənin özəl sektorunda da qeyri-
neft sektorunun inkişafına dövlət yardımı artırılsın.