Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

52 


fönəldilməsi, ölkədə investisiya  fəaliyyətinin sosial  istiqamətinin  gücləndirilməsi, 

infrastruktura  qoyulan  investisiyanın  üstünlüyünün  təmin  edilməsi  və  dövlət 

investisiyasının elmi tutumlu layihələrə yönəldilməsi müəyyən edilmişdir. 

Dövlət  investisiya  siyasətində  müəyyən  olunan  istiqamətlərə  2016-cı  ildə 

dövlət büdcəsindən əsaslı xərclərə 4826 milyon manat və ya ümumi xərclərin 29,7 

faiz həcmində investisiya proqnozlaşdırılmışdır. 



Cədvəl 2.2.14 

Dövlət büdcəsindən «sənaye tikinti və faydalı qazıntılar» bölməsinə 

yönəldilən xərclər (mln.manat) 

№ 

Sahələrin adı 

2014 

2015 

2016 

icra 

proqnoz 

layihə 

Sənaye 





tikinti 


6259,5 

6932,8 


3558,1 

Faydalı qazıntılar 



17 

16,9 


20,8 

 

CƏMİ 



6278,5 

6951,6 


3578,9 

* AR 2016-cı il üçün Dövlət büdcəsi haqqında Qanun

 

Yuxarıdakı  cədvəl  məlumatlarından  göründüyü  kimi,  «sənaye,  tikinti  və 



faydalı  qazıntılar»  bölməsi  üzrə  2016-cı  il  üçün  nəzərdə  tutulmuş  3558,1 

mln.manatı  «tikinti»yə,  20,8  mln.manatı  isə  «faydalı  qazıntılar»  üçün 

proqnozlaşdırılmışdır. 

Yuxarıda  qeyd  olunan  xərclər  üçün  nəzərdə  tutulmuş  investisiya,  ölkənin 

sosial-iqtisadi  inkişafında  mühüm  rol  oynayır,  çünki  vəsaiti  zəruri  sahələrə 

yönəldərək  daha  səmərəli  istifadə  olunması  dövlət  investisiya  siyasətinin  əsas 

istiqamətlərindən biridir. 

2016-cı ildə ölkədə sənayenin, tikintinin inkişafı üçün nəzərdə tutulmuş vəsait 

ÜDM-in 6,2%-nə, dövlət büdcəsi xərclərinin isə 22,0%-nə bərabərdir. 

Dünyada  iqtisadiyyatın  qloballaşması  prosesində  respublikada  iqtisadiyyatın 

neft  amilindən  asılılığının  azaldılması,  qeyri-neft  sektorunun  inkişafının  təmin 

edilməsi və onun dünya iqtisadiyyatına inteqrasiya olunması, yeni texnolojiyaların 

inkişafı  və  s.  tədbirlər  gələcəkdə  dövlətin  sənaye  siyasətinin  əsas  istiqamətlərini 

təşkil edir. 




 

53 


2016-2020-ci  illərdə  sənaye  sahələrinin,  eləcə  də  qeyri-neft  sektorunun 

inkişafı  üçün  dövlət  vəsaitinin  istifadəsi  nəzərdə  tutulur.  Belə  ki,  dövlət  vəsaiti 

sənaye  sahələrində  müasir  tipli  sənaye  komplekslərinin,  sənaye  parklarının 

yaradılmasına,  iqtisadi  rayonlarda  sənaye  infrastrukturunun  genişləndirilməsinə, 

sənaye strukturunun yenidənqurulmasına və s. məqsədlərə yönəldiləcəkdir. 

Azərbaycan  Respublikasında  sahibkarlığın  inkişayı  məqsədilə  biznes 

mühitinin  daim  yaxşılaşdırılması,  yerli  və  xarici  investisiyaların,  müasir 

texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli 

məhsulların  istehsal  edilməsi  dövlətin  müəyyən  etdiyi  iqtisadi  inkişaf 

strategiyasının  prioritetlərindəndir.  Bu  sahədə  həyata  keçirilən  dövlət  siyasəti 

gələcəkdə  biznes  mühitinin  daha  da  yaxşılaşdırılmsına,  dövlət  himayəsinin 

təkmilləşdirilməsinə,  iqtisadi  münasibətlərin  inkişaf  etdirilməsinə,  bazar 

iqtisadiyyatının  tələblərinə  uyğun  səmərəli  fəaliyyətin  təmin  edilməsinə 

yönəldiləcəkdir. 

Azərbaycan  Respublikasında  dövlətin  həyata  keçirdiyi  iqtisadi  siyasət 

makroiqtisadi  sabitliyin  qorunmasına,  inflyasiyanın  birrəqəmli  səviyyədə 

saxlanılmasına, iqtisadiyyatın neft sektorundan asılılığının azaldılmasına və qeyri-

neft sektorunun inkişaf etdirilməsinə yönəldilmişdir. 

Dövlətin  investisiya  siyasəti  ölkə  iqtisadiyyatının  potensialını  müəyyən 

etməklə  vətəndaşların  həyat  səviyyəsinin  yüksəldilməsində  də  vacib  alətlərdən 

hesab olunur. Ölkənin uzunmüddətli dövrdə dayanaqlı və tarazlı inkişafının təmin 

olunmasında, 

ayrı-ayrı 

təsərrüfat 

subyektlərinin 

iqtisadi 

fəaliyyətinin 

yüksəldilməsində  dövlət  tərəfindən  həyata  keçirilən  investisiya  qoyuluşlarının 

həcmi və formaları mühüm əhəmiyyət kəsb edir. 

Ölkənin  investisiya  proqrammı  daxili  maliyyə  ehtiyatlarının  daha  çox  cəlb 

olunması,  regionların  inkişafına,  sosial  və  infrastruktur  obyektlərin  tikintisinə  və 

bərpasına  üstünlüyün  verilməsi,  vəsaitdən  istifadənin  səmərəliliyinin  artırılması 

istiqamətində  investisiya  xərclərinin  srukturunun  təkmilləşdirilməsinin  davam 

etdirilməsi qarşıda duran vəzifələrdəndir. 




 

54 


Respublikada  qeyri-neft  sektorunda  əsas  kapitala  yönəldilən  investisiyaların 

səmərəli  yerləşdirilməsini,  qeyri-neft  sənayesinin  inkişafını  onun  məhsullarının 

ixrac yönümlü olmsını təmin etmək məqsədi ilə aşağıdakı təkliflər məqsədəuyğun 

hesab edilir: 

-  respublikanın  ayrı-ayrı  rayon  və  şəhərlərində  sənaye  parklarının 

(məhlələrinin) təşkilinin genişləndirilməsi

- qeyri-neft sektorunda elmitutumlu və inovativ təyinatlı tədbirlərə üstünlüklə 

innovasiyaların yönəldilməsi; 

-  qeyri-neft  sektorunda  əsas  kapitala  xarici  investisiyaların  cəlb  edilməsi 

sisteminin daha da təkmilləşdirilməsi

- qeyri-neft sektorunda ixracyönümlü sahələrə xarici investisiyaların həcminin 

artırılması; 

-  qeyri-neft  sektorunun  ən  vacib  sahələrindən  biri  olan  kənd  təsərrüfatının 

inkişafına xarici investisiyanın yönəldilməsi; 

-  qeyri-neft  sənayesinin  inkişafında  ixracyönümlü  məhsulların  xüsusi 

çəkisinin  artırılması  üçün  bir  sıra  tədbirlərin  həyata  keçirilməsinin 

sürətləndirilməsi  məqsədəuyğundur.  Məsələn,  onların  standarta  uyğunluğunun 

təmin edilməsi və s. 

-  qeyri-neft  sektourunun  inkişafında  müasir  elmi  və  texnoloji  nailiyyətlərə 

əsaslanan tədbirlərin tətbiqinin genişləndirilməsi; 

-  qeyri-neft  sektorunun  inkişafında  və  ölkənin  ərzaq  təhlükəsizliyinin 

gücləedirilməsində  xüsusi  rolu  olan  kənd  təsərrüfatının  inkişafına  dövlət 

təminatının genişləndirilməsi; 

-  sənayenin  inkişaf  proqramına  əsasən  müəssisələrin  yeni  texniki  ilə  təmin 

olunması  üçün  müasir  avadanlıqların  ölkəyə  gətirilməsi  ölkənin xarici  ticarətində 

üstünlüyün  təşkil  etməsi  məqsədəuyğundur  ki,  ölkənin  özəl  sektorunda  da  qeyri-

neft sektorunun inkişafına dövlət yardımı artırılsın. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə