Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

49 


2016-cı ildə Azərbaycan Respublikasında ÜDM istehsalı 57,7 milyard manat 

təşkil edəcəkdir. 

2016-cı  ildə  qeyri-neft  sektorunda  ÜDM  41,5  mld.manat  və  ya  cari  ilə 

nisbətən  3,4  faiz  real  artımla  proqnozlaşdırılmışdır.  Lakin  neft  sektorunda  isə 

ÜDM istehsalı 16,3 mld.manat proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilə nisbətən 

10,8 faiz, 2015-ci ilə nisbətən isə 3 faiz çoxdur. 



Cədvəl 2.2.12 

2016-cı ildə ÜDM iqtisadiyyatın qeyri-neft sahələri  

üzrə quruluĢu (faizlə)* 

SAHƏLƏR 

%-lə 

Cəmi: 


100 

sənaye 


32 

Xidmətlər 

39,7 

Tikinti 


14,1 

Kənd təsərrüfatı 

6,5 

sair 


7,7 

*2016-cı il üçün AR Dövlət Büdcəsi haqqında Qanun. 

 

Cədvəl  məlumatlarından  göründüyü  kimi,  2016-cı  ildə  ÜDM  iqtisadiyyatın 



qeyri-neft sektoru üzrə quruluşunda sənayedə 32 faiz, kənd təsərrüfatında 6,5 faiz, 

tikintidə 14,1 faiz, xidmətlərdə isə 39,7 faiz proqnozlaşdırılmışdır. 



 

Cədvəl 2.2.13 

Qeyri-neft sektorunda ÜDM həcmi (milyon manat)* 

ĠLLƏR 

ÜDM 

Qeyri-neft sektorunda 

məbləğ 

2005 


12522,5 

6055,1 


2006 

18746,2 


7630 

2007 


28360,5 

10576,1 


2008 

40137,2 


15197,3 

2009 


38601,5 

16726 


2010 

42465 


191179 


 

50 


2011 

52082 


23196,1 

2012 


54743,7 

26864,4 


2013 

58182,0 


30525,9 

2014 


58977,8 

33038,3 


*Azərbaycanın milli hesabları. 2015. 

 

Yuxarıdakı  cədvəl  məlumatları  qeyri-neft  sektorunda  2005-2014-cü  illərdə 



ÜDM  artım  dinamikasını  xarakterizə  edir.  Cədvəl  məlumatlarından  göründüyü 

kimi, ÜDM-da qeyri-neft sektorunun payı 2005-ci ildə 48,3 faizi, 2010-cu ildə 45 

faizi, 2014-cü ildə isə 56 faizi təşkil etmişdir ki, bu vəziyyəti də qənaətbəxş hesab 

etmək olar. 

Azərbaycan  Respublikası  2016-cı  il  büdcəsində  əsas  fondlara  əsaslı  vəsait 

qoyuluşu  4102,4  mln.manat  və  ya  büdcə  xərclərinin  25,2%  həcmində 

proqnozlaşdırılıb. 

2016-cı  ildə  dövlət  büdcəsinin  əsaslı  xərclərinin  (4826  mln.manat)  mühüm 

tərkib  hissəsini  dövlət  əsaslı  vəsait  qoyuluşu  xərcləri  təşkil  edəcəkdir  ki,  bu  da 

3554,8 mln.manat proqnozlaşdırılıb. 

2016-cı ilin büdcəsində qeyri-neft sektorunun sahələri üçün 1157,9 mln.manat 

vəsait  nəzərdə  tutulub.  Bu  xərclər  dövlət  büdcəsi  xərclərində  7,1  faizi  təşkil 

edəcəkdir. Bu vəsait iqtisadiyyatın sahələri arasında aşağıdakı kimi bölüşdürülür.* 

 

№ 



SAHƏLƏR 

Məbləğ (mln.manat) 

1. 


Mənzil və kommunal təsərrüfatı 

416,7 


2. 

Yanacaq və enerji 

5,6 

3. 


Kənd təsərrüfatı 

596,6 


4. 

Sənaye, tikinti və faydalı qazıntılar (investisiya) 

3578 

*AR 2016-cı il üçün dövlət büdcəsi haqqında Qanun. 

 

2016-dı  ildə  əsas  kapitala  ayrılacaq  investisiyaların  həcmi  18,8  mld.manat 



proqnozlaşdırılır.  Qeyd  etmək  lazımdır  ki,  18,8  mld.manatın  57,8  faizini  daxili 

investisiyalar, 42,2 faizini isə xarici investisiyalar təşkil etməlidir. 




 

51 


2016-cı  ildə  əsas  kapitala  yönəldiləcək  investisiyanın  (18,8  mld.manat)  10,8 

mld.manatının qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılıb. 

2016-cı ildə qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması və bu 

istiqamətdə  qeyri-neft  sektorundan  daxilolmaların  artırılması  vergi  və  gömrük 

intizamının gücləndirilməsini tələb edir. 

2016-cı ildə qeyri-neft sektorundan daxil olan vergilər büdcə gəlirlərində 46,5 

faizi təşkil etməlidir, bu da 2015-ci ildəki gəlirlərdən 11,8 faiz çoxdur. 

2016-cı  il  və  ondan  sonrakı  illərdə  dövlətin  sənaye  siyasətində  AR-da 

sənayenin  inkişafı  ilə  əlaqədar  olan  2015-2020-ci  illər  üçün  qəbul  edilən  Dövlət 

Proqramına  uyğun  olaraq  bir  sıra  tədbirlər  nəzərdə  tutulmuşdur.  Belə  tədbirlərə 

daxildir: 

- sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi; 

- qeyri-neft sənayesinin ixrac potensialının artırılması; 

-  enerjidən  səmərəli  istifadə  edən,  yüksək  əlavə  dəyər  yaradan 

rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi; 

- elmitutumlu və innovativ istehsalın genişləndirilməsi; 

- sair tədbirlər. 

Gələcəkdə  dövlətin  sənaye  siyasətinin  əsas  istiqamətləri  sənayenin  rəqabət 

qabiliyyətinin  artırılması  və  aotensialının  gücləndirilməsi,  sənaye  müəssisələrinin 

fəaliyyətinin dəstəklənməsi, sənaye zonaları və klasterlərinin qurulması və s. təşkil 

etməlidir. 

2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin 93,6 faizi infrastruktur layihələrin 

maliyyələşdirilməsi  üçün  proqnozlaşdırılmışdır.  Dövlət  əsaslı  vəsait  qoyuluşunun 

30,9  faizi  (1028,2  mln.manat)  nəqliyyata,  su  ehtiyatları  və  irriqasiyaya  1,4%  (47 

mln.manat), enerjetika və sənaye bölməsinə 1399,6 mln.manat, kənd təsərrüfatına 

76,3  mln.manat,  sosial  yönümlü  layihələrə  isə  145,4  mln.manat  vəsaitin 

yönəldilməsi nəzərdə tutulmuşdur. 

Dövlət  İnvestisiya  Proqramına  əsasən  investisiya  layihələrinin  orta  və 

uzunmüddətli  dövlət  proqramları  ilə  müəyyən  olunmuş  sosial-iqtisadi  inkişaf 

məqsədlərinə,  investisiyanın  qeyri-neft  sektorunun  və  regionların  inkişafına 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə